Zay məhsulu satırlar... sonra da... .....                     Bu, Azərbaycan üçün ona görə vacibdir ki... .....                     Ülvi iki dəfəyə 5000 manatı ondan alsa da... .....                     Zəngəzur dəhlizi strateji təklif kimi görünür .....                     Regionda mühüm gedişat: 5 ölkə qərar verdi .....                     'Ana Vətən' TƏMİZLƏNİR... .....                     Arayikin Göyçə gölündəki dəbdəbəli villası üzə çıxdı .....                     Azərbaycan tamhüquqlu iştirakçı oldu .....                     Naxçıvanda müəllimə qarşı saxta ittihamlı məhkəmə... .....                     “Onlara görə subay qalmışam” .....                     1362-ci gün: Rusiyanın itkiləri yeniləndi .....                     Ramiz Mehdiyevin Ucardakı camışçılıq təsərrüfatı NECƏ OLDU... .....                     İşçilərin bunları bilməsi MÜTLƏQDİR... .....                     "Belə deputatları "buraxmaq" yox, tutmaq lazımdır!.." .....                     Trampın oğlu o xəbəri eşitdi, ermənilərə “yox” dedi: İrəvanda yeni savaş .....                     İslam Mahaçev UFC çempionu oldu .....                     Gizli məqamlar: Ölkədə pensiya yaşı niyə artırılır? .....                     Ramiz Mehdiyev işində son gəlişmə .....                     NATO Rusiya ilə açıq müharibəyə hazırdırmı? .....                     Böyük Britaniya sabah sığınacaq qaydasındakı dəyişikliyi elan edəcək .....                     “İbrahim sazişləri” Azərbaycana nə verəcək? .....                     Almaniya texnologiyalar sürətlə dəyişdiyi üçün dron ehtiyatı yaratmayacaq .....                     LAL DEPUTATIN SƏSİ... görün, haralardan çıxır... .....                     Tofiq Heydərovun Ziba Mustafayevaya məktubunda NƏLƏR YAZILIB... .....                     Məşhur bloger narkotik ittihamı ilə HƏBS EDİLDİ .....                     “Pilgrim Education“ rəhbəri “yoxa” çıxıb .....                     Naftalanın yeni başçısı KİM OLACAQ?.. .....                     8 saatlıq iş rejimində... .....                     2026-cı ildə BU ƏRZAQLARIN QİYMƏTİ ARTACAQ... .....                     "Hələ də inana bilmirəm..." .....                     AntiAzərbaycan şəbəkə YENİDƏN İŞ BAŞINDA... .....                     ABŞ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini müsadirə edə bilər .....                     Bu şirkət 3,4 milyon manatlıq tenderin qalibi oldu .....                     Azərbaycanın keçmiş Baş naziri 29 il sonra .....                     Masallıda bələdiyyə sədri kəndin adını erməniləşdirdi .....                     Durmadan bahalaşır: .....                     Sabirabadda polisin qarşısını aldığı toy yenidən keçiriləcək .....                     İşsizlik göstəriciləri: Tendensiyalar və mümkün təsirlər .....                     Qətllərdən sonra 30 il gizlənə bilmişdi .....                     Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb .....                 

Qəzənfər Ağayev heç bu kəndə ayaq basıbmı? - GİLEY
Tarix: 26-03-2019, 11:38 | Çap et
Qəzənfər Ağayev heç bu kəndə ayaq basıbmı?
Vaqo kəndi Astara rayon məkəzindən uzaqda yerləşir. Oradan Bakı-Astara yoluna isə çox yaxındır. Kənddə müasir tipli məktəb binası inşa edilib, əsas yolları asfaltlaşdırılıb. Ancaq Kəndin mərkəzindən uzaqlaşdıqca mənzərə dəyişir. Asfalt yol qurtarır, torpaq yol başlayır. Torpaq yolda 100-150 metr uzunluqda elə bir problem yoxdur. Ondan sonra yolda su çalaları, çamur qarşımızı kəsir. Bizi qarşılayan kənd sakinlərinin məsləhətinə qulaq asıb, ayaqqabımızı dəyişirik. Kənd sakini Zeydulla Cəbiyev deyir ki, 3-4 ildir yolla bağlı yuxarı təşkilatlara şikayət edirlər:

“Bura kəndin sonudur. Sağımız da, solumuz da dağdır. Kəndin mərkəzindən buraya 4 kilometrdir. Bu yolun 2 kilometri yararsızdır. İndi bir az yaxşıdır. Yağış yağdı, yol keçilməz olur. Bu ətrafda 100-dən yuxarı ev var, 50-60 uşaq məktəbə gedir. Uşaqların əksəriyyəti bu yolu gedə bilmir. Uşaqlarımız savadsız böyüyür. Əlifbanı bilmirlər, kitab oxumurlar. Savadsız nəsil yetişir. Dedik ki, kömək edin heç olmasa yolun bir kilometrini düzəldək. Vəd verdilər. Hətta bizdən pul topladılar. Amma heç nə etmədilər.”

​“QIŞDA BURALAR KEÇİLMƏZ OLUR”

Elektirk naqilləri ağaclara, payalara bərkidilib. Elektirk dirəklərini görmədik. Kənd sakinləri deyir ki, külək əsəndə, qar yağanda işıq həftələrlə kəsilir. Sakinlərdən Gülarə Cəfərova belə yaşayışdan bezdiklərini dilə gətirir:

“Bizdə təkcə yol problem deyil. İşıq qismən olsa da, təbii qaz ümumiyyətlə yoxdur. Beş nəvəm var, hamısı da oğlandır. Sabah gələcək, mənə deyəcək ki,əsgərə göndər. Onu demək istəyirəm ki, uşaqlarımız gün görmürlər. Savad yoxdur. Müəllimlər də xəbər göndərirlər ki, uşaqlar dərsə gəlsinlər. Yol pisdir. Uşaq necə dərəsə getsin? Qışda buralar keçilməz olur. Mənim 70 yaşım var. Gecə oldu işıq yanmır, qarşımdakı xörəyi görmürəm. Əvvəllər sayğac yox idi. Sayğac qoydular, məni 170 manat cərimə etdilər. Mən bu pulu haradan gətirim? ”

​Kəndin 12 yaşlı sakini Elməddin Nəhmətov dərs ilində çox az məktəbə getdiyini söyləyir:

“Vaqo kənd orta məktəbinin beşinci sinfində oxuyuram.Yol palçıqdır, gedə bilmirəm, qorxuram. Keçdiymiz körpülər təhlükəlidir.”

“ÜÇ UŞAĞIM VAR MƏKTƏBƏ GETMİRLƏR”

Kəndin digər sakini Göyərçin Mahmudova da yola görə uşaqlarını məktəbə göndərə bilmədiyini söyləyir. Eyni məsələni sakinlərdən Aynur Kərimova da dilə gətirir :
“Üç uşağım var. İbtidai siniflərdə oxuyurlar. Məktəbə getmirlər. Yola görə göndərə bilmirəm. Məktəbə 4 kilomter yoldur, iki kilometri bu gündədir. Demək olar ki, yol keçilməzdir. Uşaq palçığa, çaya düşə bilər. Yol olsa bir maşın tutub məktəbə göndərərik.”

Həyətlərdə doğranmış odun gözə dəyir. Kənd sakinlərindən biri atına odun yükləyib aparırdı. Sakinlər deyir ki, yeməklərini də odun sobasında bişirirlər. Hər evdə maye yanacaqla işləyən lampa və odun sobası var.

“BURDA HEÇ KİMDƏ KOMPUTER YOXDUR”

Kənd sakini Araz Səmədov isə deyir ki, işsizlik nəzərə alınmasa, bu kəndin əsasən 3 problemi var:
“Birinci yoldur. Payızda, qışda yol demək olar ki, keçilməz olur. Vaqo kəndin mərkəzində yol asfaltlaşdırılıb, təbii qaz və elektirk enerjisi var. Biz kəndin sonunda yaşayırıq. Bizdə cəhənnəmdir. Yolu gördüz. İkinci əsas problem elektirk xəttinin yarıtmaz halda olmasıdır. Elektirk xəttini öz hesabımıza çəkmişik. 2015-ci ilə kimi evlərdə elektrik sayğacı olmayıb. Ondan sonra sayğac qoydular və əhalini cərimə etdilər. Mənə 574 manat cərimə yazdılar. Halbuki, ayda 2 manatdan da az işıq yandırıram. Çünki bizə işıq vermirlər. Verəndə də zəif yanır .Gecə saat birə kimi işıq olmur. Lampa işığında qalırıq. Keçən əsirdə olduğu kimi. Soyuducular, televizorlar işləmir. Üçüncü əsas problem, təbbi qazın olmamasıdır. Halbuki, əsas qaz xətti kəndin içindən keçir. Amma bizə vermirlər. Odun sobası yandırırıq. Siz internet deyirsiniz, bizə yuxu kimi gəlir. Burda heç kimdə kompyuter yoxdur”.

​RƏSMİLƏR NƏ DEYİR?

Rəsmilər isə kənd sakinlərin dediklərini qərəzli hesab edirlər.

Vaqo kəndi Siyəkü kənd inzibati ərazi dairəsinə daxildir. Ordan bizə bildirdilər ki, Vaqo kəndində təbi qaz var, yollar da asfaltlaşdırılıb.

Rəsmilər habelə vurğuladılar ki, şikayətçilərin olduğu sözü gedən ərazilərdə evlər yeni tikilib. Yeni tikilən evlərə isə, hələlik, qaz xətti çəkilməyib.
Siyəkü bələdiyyəsinin sədri Usaməddin Hüseynov isə həmin ərazidə yolla bağlı problemin olduğunu təsdiq etdi:

“Dəfələrlə bu məsələ qaldırılıb. Orada yolun çəkilişi Dövlət Proqramına salınıb. Yol asfaltlaşdırılacaq.”

Astara rayon Elektirk Şəbəkəsi-ndə də onların ünvanına deyilənlərlə razılaşmadılar:

“Bütün evlərdə sayğac var.Yalınız qaydanı pozanlar cərimə olunurlar.”

Astara rayon Təhsil Şöbəsində isə yolla bağlı deyilənləri bahanə sayırlar. Üstəlik, onların deməsinə görə, uşaqların dərs davamiyyətlərində problem yoxdur.

Qəzənfər Ağayev heç bu kəndə ayaq basıbmı?











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zay məhsulu satırlar... sonra da... - NARAZILIQ VAR...
Bu gün, 11:52
Bu, Azərbaycan üçün ona görə vacibdir ki... - AKTUAL
Bu gün, 11:40
Ülvi iki dəfəyə 5000 manatı ondan alsa da... - TƏFƏRRÜAT
Bu gün, 11:34
Zəngəzur dəhlizi strateji təklif kimi görünür - Japarov
Bu gün, 11:29
Regionda mühüm gedişat: 5 ölkə qərar verdi – Zəngəzur planı işə düşür
Bu gün, 11:25
'Ana Vətən' TƏMİZLƏNİR... - Görünəni odur ki...
Bu gün, 11:21
Arayikin Göyçə gölündəki dəbdəbəli villası üzə çıxdı – görün kimə qismət olub...
Bu gün, 11:18
Azərbaycan tamhüquqlu iştirakçı oldu - AÇIQLANDI
Bu gün, 11:09
Naxçıvanda müəllimə qarşı saxta ittihamlı məhkəmə... - Hələliksə...
Bu gün, 10:57
“Onlara görə subay qalmışam” – Gənc müğənni əsəbiləşdi
Bu gün, 10:49
1362-ci gün: Rusiyanın itkiləri yeniləndi
Bu gün, 10:46
Ramiz Mehdiyevin Ucardakı camışçılıq təsərrüfatı NECƏ OLDU... - İLGİNC
Bu gün, 10:40
İşçilərin bunları bilməsi MÜTLƏQDİR... - DİQQƏT
Bu gün, 10:19
"Belə deputatları "buraxmaq" yox, tutmaq lazımdır!.." - Xeyrəddin Qoca
Bu gün, 10:09
Trampın oğlu o xəbəri eşitdi, ermənilərə “yox” dedi: İrəvanda yeni savaş - GƏLİŞMƏ
Bu gün, 10:01
İslam Mahaçev UFC çempionu oldu
Bu gün, 09:59
Gizli məqamlar: Ölkədə pensiya yaşı niyə artırılır? - ARAŞDIRMA
Bu gün, 09:57
Ramiz Mehdiyev işində son gəlişmə – İki nəfər cəzalandırılıb
Bu gün, 09:55
NATO Rusiya ilə açıq müharibəyə hazırdırmı? - ŞƏRH
Bu gün, 09:53
Böyük Britaniya sabah sığınacaq qaydasındakı dəyişikliyi elan edəcək
Bu gün, 09:51
“İbrahim sazişləri” Azərbaycana nə verəcək? - AKTUAL
Bu gün, 04:37
Almaniya texnologiyalar sürətlə dəyişdiyi üçün dron ehtiyatı yaratmayacaq - "Frankfurter Allgemeine Zeitung" qəzeti
Bu gün, 04:24
LAL DEPUTATIN SƏSİ... görün, haralardan çıxır... - BU DA FAKT...
Bu gün, 04:21
Tofiq Heydərovun Ziba Mustafayevaya məktubunda NƏLƏR YAZILIB... - NƏ BAŞ VERİR?
Bu gün, 04:13
Məşhur bloger narkotik ittihamı ilə HƏBS EDİLDİ - NBC
Bu gün, 04:07
“Pilgrim Education“ rəhbəri “yoxa” çıxıb - Vətəndaşları aldadıblar?
Bu gün, 03:55
Naftalanın yeni başçısı KİM OLACAQ?.. - İDDİA
Bu gün, 03:50
8 saatlıq iş rejimində... - Ekspertdən TƏKLİF
Bu gün, 03:41
2026-cı ildə BU ƏRZAQLARIN QİYMƏTİ ARTACAQ... - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:38
"Hələ də inana bilmirəm..." - FOTO
Bu gün, 03:31
AntiAzərbaycan şəbəkə YENİDƏN İŞ BAŞINDA... - BU DƏFƏ İSƏ...
Bu gün, 03:27
ABŞ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini müsadirə edə bilər
Dünən, 12:55
Bu şirkət 3,4 milyon manatlıq tenderin qalibi oldu - DETALLAR
Dünən, 12:52
Azərbaycanın keçmiş Baş naziri 29 il sonra - FOTO
Dünən, 12:49
Masallıda bələdiyyə sədri kəndin adını erməniləşdirdi - VİDEO
Dünən, 12:46
Durmadan bahalaşır: - Ət bazarında böhran yaradan gözəgörünməz qüvvə kimdir?
Dünən, 12:39
Sabirabadda polisin qarşısını aldığı toy yenidən keçiriləcək - TƏFƏRRÜAT
Dünən, 12:36
İşsizlik göstəriciləri: Tendensiyalar və mümkün təsirlər - ARAŞDIRMA
Dünən, 12:30
Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
Dünən, 12:22
Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - DETALLAR
Dünən, 12:21
Yüksək sürət sürücülərin ətrafı qavrama qabiliyyətini kəskin zəiflədir - DİQQƏT
Dünən, 11:53
""Sağlamlaşdırma" prosesi əvvəl və təcili olaraq şirkətin Baş Ofisində aparılmalıdır" - ÇAĞIRIŞ...
Dünən, 11:49
Gəncədə həmyerlisi yeniyetməni qəsdən maşınla vurub öldürüb - TƏFƏRRÜAT
Dünən, 11:40
İcra başçıları xəbərdarlıqlardan nəticə çıxarmalıdırlar - deputat
Dünən, 11:35
Zəngəzur dəhlizi ilə bağlı QƏTİ MÖVQE - BUNDAN SONRA...
Dünən, 11:17
Bakıda ŞOK OLAY: oğlan oteldə sevgilisini qarət etdi - TƏFƏRRÜAT
Dünən, 11:08
"Hansı bəyin səsi varsa, o da oxuya bilər" - Xalq artisti
Dünən, 10:58
“ABŞ Qəzzanı zonalara bölür” - The Gardian
Dünən, 10:48
Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Dünən, 10:41
Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! - MƏQALƏ
Dünən, 10:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru