“Həyat yoldaşımı azad etsinlər, heç nə istəmirəm” - ŞİKAYƏT
Tarix: 7-06-2017, 12:30 | Çap et
 İllərdir şikayəti üzrə obyektiv araşdırma aparılmamasından şikayətlənən Yasamal rayon sakini bu dəfə qəribə və tükürpədici addım atıb.Həyat yoldaşının məmur şəbəkəsi tərəfindən şərlənərək həbs olunduğunu, saxta sənədlərlə həbs müddətinin uzadıldığını deyən Sevda Süleymanova ölkə başçısına sözün əsl mənasında qanı ilə yazılmış məktub ünvanlayıb.Şikayətçinin sözlərinə görə, qanı ilə yazılmış məktuba cavab və ya reaksiya gəlməsə, son atacağı addım intihar olacaq.Sevda Süleymanova dövlət başçısından özünə və ailəsinə qarşı təzyiqlərin son qoyulması, pozulmuş hüquqlarının bərpası və günahsız yerə həbs edilən həyat yoldaşına bəraət verilməsini istəyir.
Yeganə tələbi prezidentin onun səsini eşitməsi və onu qəbul etməsidir:
“Yeganə istəyim həyat yoldaşımın həbsdən azad olunmasıdır. İnanın ki, heç nə istəmirəm.Əlimizdən gedən mülklərin heç birinə iddiam yoxdur.Sadəcə həyat yoldaşım azad olunsun, ailəsini başına yığıb sakit həyatımıza davam edək.Artıq yorulmuşam.Mənim və ailəmin başına gətirilən oyunlardan bezmişəm.
Həyat yoldaşım saxta ittihamlarla boş-boşuna həbsdə yatır.İstəyim onun azad olunmasıdır.Başqa çıxış yolum qalmayıb.Barmaqlarımı kəsib qanımı ovcuma tökdüm, sonra diş çöpü ilə qanımla prezidentimizə məktub yazdım.Ümid edirəm ki, məktubumu ölkə başçısına çatdırarlar, məni qəbul edər və dinləyər.Əgər bu məktubu prezidentə çatdırmasalar, intihar edəcəyəm”.
Sevda Süleymanovanın qanı ilə yazılmış məktubda qeyd olunanları nəzərinizə çatdırırıq:
“Bu müqəddəs Ramazan günündə cənab Allahın adından çox hörmətli cənab prezidentə öz qanımla yazıb bildirirəm ki, həyat yoldaşım Süleymanov Qüvvətəli Hacıbaba oğlu 21.10. 2013-cü ildə saxta ittihamlarla həbs olunub və ailəm param-parça olunub.Zati alinizdən xahiş edirəm, məni qəbul edib, dinləyib, ailəmə, yoldaşıma kömək edəsiniz”.
Qeyd edək ki, Qüvvətəli Süleymanovun işi hazırda məhkəmə baxışındadır.Ancaq ittiham olunan şəxs hələlik ifadə verməyib.Söhbət bir mənzilin bir neçə nəfərə satılması şəklində həyata keçirilən dələduzluq əməlindən gedir.Q.Süleymanov bundan əvvəl başqa cinayət əməli üzrə təqsirli bilinib və hazırda həbsdədir. Həbsdə olduğu müddətdə ona yenidən dələduzluq maddəsi ilə, bu dəfə ayrı epizod üzrə ittiham irəli sürülüb və bu iş üzrə məhkəmə prosesi başlayıb. Q.Süleymanovun həyat yoldaşı isə deyir ki, onun ərini şərləyiblər və törətmədiyi əməli zorla boyuna qoyublar.
Sevda Süleymanova iddia edir ki, yoldaşı Qüvvətəli Süleymanov uzun illər tikinti sahəsində işləyib, vətəndaşların evlə təmin olunmasına çalışıb, xeyriyyəçilik edib. İş adamı olan Qüvvətəli Süleymanova tikinti şirkətlərində sərf etdiyi sərmayənin, ona çatan əmək haqqının əvəzi olaraq bir neçə mənzil verilib. Amma şərikləri ona məxsus əmlakları ələ keçirərək iş adamını həbs etdiriblər. Zərərçəkmiş hazırda bu qanunsuz prosesin davam etdiyindən və kifayət qədər dəlil olduğu halda işə obyektiv yanaşılmadığından gileylənib.



|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ermənilərlə görüşən Azərbaycan deputatları KİMLƏRDİ...
Bu gün, 14:53 |
|
|
|
| • "Azərbaycanın aparıcı dövlətlərin sırasına daxil olmasının vaxtı çatıb" - ÇÜNKİ...
Bu gün, 14:49 |
|
|
|
| • Masallıda icra başçısı DAĞA DIRMAŞDI: Hamı HEYRAN QALDI... - İŞİNİ DƏ BELƏ GÖRSƏYDİ...
Bu gün, 14:46 |
|
|
|
| • İrandan iki ölkəyə müharibə mesajı - Danışıqlar üçün zəmin yoxdur
Bu gün, 14:40 |
|
|
|
| • Sosial Xidmətlər Agentliyi aylığı 22 minə ofis icarəyə götürür
Bu gün, 14:33 |
|
|
|
| • Mqer Qriqoryan Maqdalena Qrono ilə kommunikasiyaların açılmasını müzakirə edib
Bu gün, 14:30 |
|
|
|
| • "Quli" tərəfdarlarının ABŞ-də cinayət əməlləri - Həm restoranda işləyir, həm də...
Bu gün, 14:19 |
|
|
|
| • Hacı Qalib Ramiz Mehdiyevi “topa” tutdu – hakim, “peşka”, general və milyarder haqda sərt danışdı
Bu gün, 14:16 |
|
|
|
| • Bakıda məktəblinin 15 yaşlı Hikməti öldürməsinin - TƏFƏRRÜATI
Bu gün, 14:14 |
|
|
|
| • Ermənistan sabiq baş prokurorun ekstradisiyası üçün Rusiyaya müraciət edəcək - KİV
Bu gün, 14:13 |
|
|
|
| • Çətin dövrlərə baxmayaraq, Fransa ilə Azərbaycan hər zaman yüksək səviyyəli dialoqu saxlayıb - Səfir
Bu gün, 14:12 |
|
|
|
| • Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında görüş olub
Bu gün, 14:10 |
|
|
|
| • TƏBİB-də illərlə yüksək vəzifə tutan departament rəhbərinin tibbi təhsili yox imiş - İLGİNC
Bu gün, 13:12 |
|
|
|
| • “Həmkarlar”da növbədənkənar qurultay: Sahib Məmmədov narahatdır - NƏ BAŞ VERİR?
Bu gün, 13:08 |
|
|
|
| • Hətta ərzaq üçün də kifayət qədər pulyoxdur - İran iqtisadi böhran içində boğulur
Bu gün, 13:05 |
|
|
|
| • Məktəbli oğluna maşın verən ata - Həbs edildi
Bu gün, 13:02 |
|
|
|
| • Narkotik yüklü Azərbaycan vətəndaşı ƏLƏ KEÇDİ - Gürcüstanda...
Bu gün, 13:00 |
|
|
|
| • Cəmilə Zauru SUSDURDU - "Nolsun, yaşım 66-dır, mator 35, benzin 98-dir"
Bu gün, 12:52 |
|
|
|
| • Rusiya Ukraynada niyə Azərbaycan və Türkiyəni hədəfə aldı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:49 |
|
|
|
| • İcra Hakimiyyətlərinin “sevimli şəriki”: “DREAM CONSTRUCTİON COMPANY”... - YENƏ İŞ BAŞINDA...
Bu gün, 12:47 |
|
|
|
| • Səhvən əsgər aparılanlar təzminat ala bilərlər - VƏKİL
Bu gün, 12:46 |
|
|
|
| • LAL DEPUTAT hələ də DİL AÇMAYIB... - Bəlkə ümumiyyətlə, danışa bilmir..?
Bu gün, 12:42 |
|
|
|
| • TƏBİB-lə keçmiş nazirin oğlu 13 milyona anlaşdı: Daha bir tender olayı - ARAŞDIRMA
Bu gün, 12:40 |
|
|
|
| • Ata Andreyin səhvi və ya problem təkcə Putin deyil - Rusiyanın özüdür
Bu gün, 12:29 |
|
|
|
| • Bakıda məşhur əyləncə mərkəzi müsadirə olundu - DETALLAR
Bu gün, 12:27 |
|
|
|
| • “Status Sığorta Brokeri” MMC-yə icrası məcburi göstəriş verilib
Bu gün, 12:25 |
|
|
|
| • Ali Məhkəmə Bəxtiyar Hacıyevlə bağlı qərar verdi
Bu gün, 12:17 |
|
|
|
| • Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:14 |
|
|
|
| • Fuad Nəcəflini hakimiyyətdən YIXAN FAKTLAR: Vasif Talıbovdan fərqlənmədi... - Daha betərini etdi...
Bu gün, 12:10 |
|
|
|
| • Azərbaycanlı "qanuni oğru" dəstəsi ilə birgə ələ keçirildi - həmyerlilərimizə "qan uddururdu"
Bu gün, 12:05 |
|
|
|
| • "Yaşıl Dəhliz Birliyi"nin yeni Baş direktoru təyin edilib, nizamnamə kapitalı artırılıb
Bu gün, 12:00 |
|
|
|
| • Adı milyonluq yeyintidə hallanırdı... SƏSİ AVROPADAN GƏLİR... - İDDİA
Bu gün, 11:59 |
|
|
|
| • Ulu Öndərin ideyalarını yaşadan partiya - MƏQALƏ
Bu gün, 11:47 |
|
|
|
| • YAP - dünənin, bu günün və sabahın partiyasıdır - İsrafil Kərimovun yazısı
Bu gün, 11:46 |
|
|
|
| • Zelenski sabah Türkiyəyə səfər edəcək
Bu gün, 11:40 |
|
|
|
| • Paşinyanın üç yol təklifinə Bakıdan reaksiya - NƏ BAŞ VERİR?
Bu gün, 11:38 |
|
|
|
| • Gənc qızı komaya salan həkim İŞ BAŞINDA – FOTOFAKT
Bu gün, 11:30 |
|
|
|
| • Azərbaycan-Özbəkistan münasibətləri möhkəm təməl üzərində qurulub - MƏQALƏ
Bu gün, 11:26 |
|
|
|
| • Oğul 850 minlik “Ferrari” ilə meydan sulayır: ATASI İSƏ... - İLGİNC
Bu gün, 11:19 |
|
|
|
| • DRİ “AzDoc” proqram təminatı üzrə 1 illik lisenziya və aylıq server xidmətlərinə 25 min sərf edəcək – TENDER KEÇİRİLMƏYİB
Bu gün, 11:11 |
|
|
|
| • “Doyaruşka” yağlarından görün nə çıxdı – Foto
Bu gün, 10:58 |
|
|
|
| • Naxçıvan Təhsil Nazirliyində QOÇULAR PEYDA OLUB... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:54 |
|
|
|
| • "Prezidentin sözü inkişafa, nazirin sözü tənəzzülə hesablanıb" - ETİRAZ
Bu gün, 10:46 |
|
|
|
| • Məhkəməyə ən çox şikayət edilən dövlət qurumları - AÇIQLANDI
Bu gün, 10:41 |
|
|
|
| • “Tik-tok”da canlı yayımda söyüş söyən 38 yaşlı kişi cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 10:34 |
|
|
|
| • ADSEA-nın şirkəti avtomobil parkını genişləndirir - milyonluq alqı-satqı
Bu gün, 10:30 |
|
|
|
| • Kiyevdəki səfirliyimiz qəsdən vurulur - BU, FAKTDIR...
Bu gün, 10:28 |
|
|
|
| • Bu türk ölkəsi “İbrahim Sazişləri”nə qoşuldu, sıra Azərbaycanda - GƏLİŞMƏ
Bu gün, 10:26 |
|
|
|
| • Yeni açılan iş yerlərinin 78%-i Bakının payına düşüb – 6 rayonda iş yeri açılmayıb
Bu gün, 10:22 |
|
|
|
| • “5 + 1" formatında açar ölkə - Zəngəzur dəhlizi tezləşir?
Bu gün, 10:15 |
|
|
|
|