ETSN-in strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib .....                     Əli Həsənov ailəsi haqda bu faktı niyə açmadı? .....                     "Onlar ya sənədlərini düzəldə bilmirlər, ya müxtəlif dövlət qurumlarından sənədlərini keçirə bilmirlər" .....                     Qriqoryan AB-nin xüsusi nümayəndəsi ilə görüşdü .....                     Gəncə Avtomobil Zavodu FHN-ə bir yanğınsöndürən maşını .....                     Lizinq şirkətinə 1,2 milyon manatlıq avtomobil satdı .....                     “Hüquqşünasların bir çoxu ixtisası üzrə işləmirlər” .....                     Badamdardakı restoranda insident .....                     Sabah icra başçısının şikayətinə baxılacaq .....                     Veysəloğlu Mərkəzi Sınaq Laboratoriyası ISO/IEC 17025 akkreditasiyasını əldə etdi .....                     2008-ci ildə Qarabağdakı qoşunlar bura girib? .....                     Rusiyada 6 yaşlı oğlunu öldürüb, başını kəsib gölə atan 31 yaşlı qadın həbs edilib .....                     Ermənilərlə görüşən Azərbaycan deputatları KİMLƏRDİ... .....                     "Azərbaycanın aparıcı dövlətlərin sırasına daxil olmasının vaxtı çatıb" .....                     Masallıda icra başçısı DAĞA DIRMAŞDI: Hamı HEYRAN QALDI... .....                     İrandan iki ölkəyə müharibə mesajı .....                     Sosial Xidmətlər Agentliyi aylığı 22 minə ofis icarəyə götürür .....                     Mqer Qriqoryan Maqdalena Qrono ilə kommunikasiyaların açılmasını müzakirə edib .....                     "Quli" tərəfdarlarının ABŞ-də cinayət əməlləri .....                     Hacı Qalib Ramiz Mehdiyevi “topa” tutdu .....                     Bakıda məktəblinin 15 yaşlı Hikməti öldürməsinin .....                     Ermənistan sabiq baş prokurorun ekstradisiyası üçün Rusiyaya müraciət edəcək .....                     Çətin dövrlərə baxmayaraq, Fransa ilə Azərbaycan hər zaman yüksək səviyyəli dialoqu saxlayıb .....                     Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında görüş olub .....                     TƏBİB-də illərlə yüksək vəzifə tutan departament rəhbərinin tibbi təhsili yox imiş .....                     “Həmkarlar”da növbədənkənar qurultay: Sahib Məmmədov narahatdır .....                     Hətta ərzaq üçün də kifayət qədər pulyoxdur .....                     Məktəbli oğluna maşın verən ata .....                     Narkotik yüklü Azərbaycan vətəndaşı ƏLƏ KEÇDİ .....                     Cəmilə Zauru SUSDURDU .....                     Rusiya Ukraynada niyə Azərbaycan və Türkiyəni hədəfə aldı? .....                     İcra Hakimiyyətlərinin “sevimli şəriki”: “DREAM CONSTRUCTİON COMPANY”... .....                     Səhvən əsgər aparılanlar təzminat ala bilərlər .....                     LAL DEPUTAT hələ də DİL AÇMAYIB... .....                     TƏBİB-lə keçmiş nazirin oğlu 13 milyona anlaşdı: Daha bir tender olayı .....                     Ata Andreyin səhvi və ya problem təkcə Putin deyil .....                     Bakıda məşhur əyləncə mərkəzi müsadirə olundu .....                     “Status Sığorta Brokeri” MMC-yə icrası məcburi göstəriş verilib .....                     Ali Məhkəmə Bəxtiyar Hacıyevlə bağlı qərar verdi .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                 

İş adamının həyat yoldaşından ŞOK müraciət - "Cənab prezident, məni xilas edin"
Tarix: 4-05-2017, 10:51 | Çap et
İş adamının həyat yoldaşından ŞOK müraciət
Xəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsində biznesmen Barat Abdullayevin keçmiş həyat yoldaşı Təyminə Abdullayevaya qarşı qaldırılmış cinayət işi üzrə proses başlayıb. Proses hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilir.

İttihamnaməyə görə, T.Abdullayeva saxta sənəddən istifadə etməklə özünə məxsus əmlakı başqasına satıb, dələduzluq edib və polisə müqavimət göstərib.

Bəzi məlumatlara görə, əslində bu iş keçmiş həyat yoldaşı və onun qardaşı tərəfindən Təyminə Abdullayevaya qarşı təşkil edilmiş məqsədli bir işdir. Məqsəd isə boşanmadan sonra T.Abdullayevaya qalmış əmlakları onun əlindən almaqdır.

Elə T.Abdullayevanın Prezident İlham Əliyevə və I vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığı müraciətdə də bunlardan bəhs olunur. “AzPolitika”ya daxil olmuş müraciətdə deyilir:

“Hörmətli Prezident İlham Əliyev cənabları və I vitse-prezident Mehriban xanım Əliyeva!

Bilirəm ki, ölkənin indiki vəziyyətində başınız dövlət işlərinə qarışıb. Çarəm olsaydı, Sizi əsla narahat etməzdim. Fəqət qarşılaşdığım bir sıra problemlər məni sizə üz tutub kömək istəməyə vadar edir.

Qeyd edim ki, mən bir anayam. Himayəmdə 14 yaşlı Neman adlı oğlum var. Onun ana himayəsində böyüməsi, sabah Azərbaycan ordusunda xidmət edəcək bir əsgərimizin gözünün yolda qalmaması, evindən, anasından arxayın olması üçün mənim başıma gətirilən müsibətlərə laqeyd qalmayacağınızı ümid edirəm.
Sözü çox uzatmadan mətləbə keçmək istəyirəm.

Mən, ötən il qaynım Nazim Abdullayev və artıq boşanmaq ərəfəsində olduğumuz həyat yoldaşım Barat Abdullayev tərəfindən böhtan və şantajlara məruz qalmışam. Onların məqsədi yoldaşım tərəfindən mənə hədiyyə edilən mənzilə və birgə yaşayış dövründə əldə edilmiş bütün əmlaka (bu əmlakın sayı və dəyəri olduqca böyükdür) sahib çıxmaqdır. Bunun üçün də əllərində olan bütün vasitələrdən istifadə edir, məni guya sənəd saxtakarlığında, öz mülkiyyətimdə olan əmlakı dələduzluq yoluyla (!) başqasına satmaqda, 3 polis əməkdaşlığına müqavimət göstərərək xəsarət yetirməkdə (!) günahlandıraraq, həbsimə çalışırlar. İndiyə qədər Respublika Prokurorluğunda əleyhimə hazırlanan istintaq materialından iş məhkəməyə getdikdən sonra xəbərdar olmuş və hüququmu müdafiə etmək məcburiyyətində qalmışam.

Hörmətli ölkə rəhbərləri!

Sizə bildirmək istəyirəm ki, haqqımda irəli sürülən ittihamların heç birinin əsası yoxdur. Əvvəla, mülkiyyətimdə olan əmlak yoldaşım tərəfindən öz səhvini əfv etdirmək üçün mənə bağışlanmışdır. Çünki onun başqa bir qeyri-qanuni ailəsinin mövcudluğu ortaya çıxmış və mənimlə qanuni nikahda olduğundan, boşansaq, mülkiyyətimizin bərabər bölünəcəyi ehtimalının qarşısını almaq üçün qanunən ortaq malımız sayılan əmlakdan kiçik bir hissəni hədiyyə edərək problemi yoluna qoymağı düşünmüşdür. Təəssüf ki, yoldaşım və qaynım boyunlarına götürdükləri bu öhdəliyi də sonuna qədər yerinə yetirməmiş, verdikləri hədiyyəni yenidən geri almaq üçün haqqımda ağlasığmaz ittihamlar irəli sürmüşlər. Bizim işə baxan hüquq-mühafizə orqanları, ələxsus müstəntiq Teymur Ağamirov da ittihamları araşdırmadan irəli sürüldüyü kimi qəbul etmiş və mənə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1, 320.2, 178.3.3 və 315.2-ci maddəsiylə cinayət işi açmışdır. Halbuki, qeyd edilən mənzilin hansı əsaslarla mənim adına keçirilməsi araşdırılmalı, bu məqsədlə Dövlət Reyestr Xidmətinə sorğu verilməli idi. Bu addımların heç biri atılmadan haqqımda bu cür ittihamların irəli sürülməsində isə adi məntiq qaydaları belə gözlənilməmişdir. Axı bir adam öz mülkiyyətini necə dələduzluq yoluyla ələ keçirə bilər? Yaxud öz mənzilinin başqasına satılması nə zamandan bəri dələduzluq sayılır?

İş adamının həyat yoldaşından ŞOK müraciət

Barat Abdullayev

Haqqımda irəli sürülən ən absurd ittiham isə guya mənim 3 polisə xəsarət yetirməyimlə bağlıdır.
Cənab Prezident, bunlar necə asayış keçikçiləridir ki, mənim kimi bir zəif qadın onlara xəsarət yetirməyi bacarır? Əgər Azərbaycanın asayişi bir qadına gücləri çatmayan polislərə həvalə edilibsə, ölkəmizin taleyinə necə bel bağlaya bilərik?

Mən, əlbəttə ki, Azərbaycan polisinin qüdrətsiz olduğunu irəli sürmürəm. Müstəqilliyimizin ilk dövründən indiyə qədər polis orqanlarının keçdiyi şanlı tarix onların hansı qüdrətə sahib olduğundan xəbər verir. Sadəcə haqqımda irəli sürülən ittihamların yalnız mənə deyil, həm də polisimizin qüdrətinə kölgə saldığını nəzərinizə çatdırıram.
İttihama görə, guya mən qeyd edilən mənzili 250.000 manata “özgəninkiləşdirərək” həyat yoldaşıma 890.000 manat zərər vurmuşam! Halbuki, mənə bağışlanan bu əmlak birgə mülkiyyətimizin cüzi bir qismidir və geri qalan hissə iddia edilən zərəri dəfələrlə kompensasiya edə bilər. Üstəlik, mənə bağışlanmış əmlakın ehtiyac üzündən satılması özümdən başqa kimə zərər vura bilərdi? Digər tərəfdən həmin əmlak artıq özümə qaytarıldığından mənzil itkisindən də söhbət gedə bilməz. O halda hansı zərərdən danışmaq olar?

Hazırda bu mənzilə görə yaranmış borcum isə boşandıqdan sonra qanunla müəyyənləşdirilmiş bölgüylə mənə düşən əmlakla 10 dəfələrlə ödənilə bilər.

Digər bir iddia isə sənəd saxtakarlığı ilə bağlıdır. İş materialları ilə müəyyən edilmişdir ki, həmin şəxsiyyət vəsiqəsi “ASAN-5” tərəfindən mənə verilmiş, sənəddəki “subay” sözü bu xidmət tərəfindən səhvən yazılmışdır. Bu halda da sənəddəki səhvin məsuliyyəti mənə şamil oluna bilməz.

Hörmətli ölkə rəhbərliyi!

Bu absurd ittihamlarla dolu cinayət işi hazırda məhkəmədədir. Müxtəlif yaxın çevrələrdən qulağıma çatan məlumatlara görə, qaynım Nazim Abdullayev yenə şəxsi əlaqələrini işə salıb bu işi məhkəmədə də öz xeyirlərinə çevirmək istəyir. Baxmayaraq ki, prosesin sifarişlə başa çatdırılması istiqamətində yürüdülən bu səylərin nəticə verməyəcəyinə inanıram. Məhkəmə işinin təcrübəli hakim Ramella Allahverdiyeva və təcrübəli prokuror Sabir Abdinov tərəfindən aparılması mənə bu ümidi verir. Təcrübəli hüquq adamlarının iştirakı ilə aparılan məhkəmənin çıxaracağı qərarla gələcəkdə əmlakların ədalətsiz bölgüsünə presedent yaratmayacağına əmin olmaq istəyirəm.
Bununla belə, sizin kimsəsiz bir Azərbaycan qadınına göstərəcəyiniz diqqət, məhkəmə prosesini xüsusi nəzarətə almağınız da ədalətli hökmün çıxarılmasına misilsiz yardım edərdi. Məhz bu səbəbdən son ümid yeri kimi Sizə üz tutub, yardım diləyirəm.

Hörmətlə: Təyminə Abdullayeva.
03.05.2017”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ETSN-in strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib - QƏRAR
Bu gün, 16:16
Əli Həsənov ailəsi haqda bu faktı niyə açmadı? – İslamı qəbul edən erməni qayınana…
Bu gün, 16:14
"Onlar ya sənədlərini düzəldə bilmirlər, ya müxtəlif dövlət qurumlarından sənədlərini keçirə bilmirlər" - deputat
Bu gün, 16:08
Qriqoryan AB-nin xüsusi nümayəndəsi ilə görüşdü
Bu gün, 16:00
Gəncə Avtomobil Zavodu FHN-ə bir yanğınsöndürən maşını 468 min manata satacaq
Bu gün, 15:58
Lizinq şirkətinə 1,2 milyon manatlıq avtomobil satdı - TENDER NƏTİCƏSİ
Bu gün, 15:55
“Hüquqşünasların bir çoxu ixtisası üzrə işləmirlər” -ƏKRƏM HƏSƏNOV
Bu gün, 15:52
Badamdardakı restoranda insident – Dava salan şirkət əməkdaşı həbs edildi
Bu gün, 15:46
Sabah icra başçısının şikayətinə baxılacaq – ŞABRANDA BORC QALMAQALI
Bu gün, 15:45
Veysəloğlu Mərkəzi Sınaq Laboratoriyası ISO/IEC 17025 akkreditasiyasını əldə etdi – keyfiyyət və etibarlılıqda yeni mərhələ
Bu gün, 15:33
2008-ci ildə Qarabağdakı qoşunlar bura girib? – Virabyan
Bu gün, 15:27
Rusiyada 6 yaşlı oğlunu öldürüb, başını kəsib gölə atan 31 yaşlı qadın həbs edilib
Bu gün, 15:25
Ermənilərlə görüşən Azərbaycan deputatları KİMLƏRDİ...
Bu gün, 14:53
"Azərbaycanın aparıcı dövlətlərin sırasına daxil olmasının vaxtı çatıb" - ÇÜNKİ...
Bu gün, 14:49
Masallıda icra başçısı DAĞA DIRMAŞDI: Hamı HEYRAN QALDI... - İŞİNİ DƏ BELƏ GÖRSƏYDİ...
Bu gün, 14:46
İrandan iki ölkəyə müharibə mesajı - Danışıqlar üçün zəmin yoxdur
Bu gün, 14:40
Sosial Xidmətlər Agentliyi aylığı 22 minə ofis icarəyə götürür
Bu gün, 14:33
Mqer Qriqoryan Maqdalena Qrono ilə kommunikasiyaların açılmasını müzakirə edib
Bu gün, 14:30
"Quli" tərəfdarlarının ABŞ-də cinayət əməlləri - Həm restoranda işləyir, həm də...
Bu gün, 14:19
Hacı Qalib Ramiz Mehdiyevi “topa” tutdu – hakim, “peşka”, general və milyarder haqda sərt danışdı
Bu gün, 14:16
Bakıda məktəblinin 15 yaşlı Hikməti öldürməsinin - TƏFƏRRÜATI
Bu gün, 14:14
Ermənistan sabiq baş prokurorun ekstradisiyası üçün Rusiyaya müraciət edəcək - KİV
Bu gün, 14:13
Çətin dövrlərə baxmayaraq, Fransa ilə Azərbaycan hər zaman yüksək səviyyəli dialoqu saxlayıb - Səfir
Bu gün, 14:12
Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında görüş olub
Bu gün, 14:10
TƏBİB-də illərlə yüksək vəzifə tutan departament rəhbərinin tibbi təhsili yox imiş - İLGİNC
Bu gün, 13:12
“Həmkarlar”da növbədənkənar qurultay: Sahib Məmmədov narahatdır - NƏ BAŞ VERİR?
Bu gün, 13:08
Hətta ərzaq üçün də kifayət qədər pulyoxdur - İran iqtisadi böhran içində boğulur
Bu gün, 13:05
Məktəbli oğluna maşın verən ata - Həbs edildi
Bu gün, 13:02
Narkotik yüklü Azərbaycan vətəndaşı ƏLƏ KEÇDİ - Gürcüstanda...
Bu gün, 13:00
Cəmilə Zauru SUSDURDU - "Nolsun, yaşım 66-dır, mator 35, benzin 98-dir"
Bu gün, 12:52
Rusiya Ukraynada niyə Azərbaycan və Türkiyəni hədəfə aldı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:49
İcra Hakimiyyətlərinin “sevimli şəriki”: “DREAM CONSTRUCTİON COMPANY”... - YENƏ İŞ BAŞINDA...
Bu gün, 12:47
Səhvən əsgər aparılanlar təzminat ala bilərlər - VƏKİL
Bu gün, 12:46
LAL DEPUTAT hələ də DİL AÇMAYIB... - Bəlkə ümumiyyətlə, danışa bilmir..?
Bu gün, 12:42
TƏBİB-lə keçmiş nazirin oğlu 13 milyona anlaşdı: Daha bir tender olayı - ARAŞDIRMA
Bu gün, 12:40
Ata Andreyin səhvi və ya problem təkcə Putin deyil - Rusiyanın özüdür
Bu gün, 12:29
Bakıda məşhur əyləncə mərkəzi müsadirə olundu - DETALLAR
Bu gün, 12:27
“Status Sığorta Brokeri” MMC-yə icrası məcburi göstəriş verilib
Bu gün, 12:25
Ali Məhkəmə Bəxtiyar Hacıyevlə bağlı qərar verdi
Bu gün, 12:17
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:14
Fuad Nəcəflini hakimiyyətdən YIXAN FAKTLAR: Vasif Talıbovdan fərqlənmədi... - Daha betərini etdi...
Bu gün, 12:10
Azərbaycanlı "qanuni oğru" dəstəsi ilə birgə ələ keçirildi - həmyerlilərimizə "qan uddururdu"
Bu gün, 12:05
"Yaşıl Dəhliz Birliyi"nin yeni Baş direktoru təyin edilib, nizamnamə kapitalı artırılıb
Bu gün, 12:00
Adı milyonluq yeyintidə hallanırdı... SƏSİ AVROPADAN GƏLİR... - İDDİA
Bu gün, 11:59
Ulu Öndərin ideyalarını yaşadan partiya - MƏQALƏ
Bu gün, 11:47
YAP - dünənin, bu günün və sabahın partiyasıdır - İsrafil Kərimovun yazısı
Bu gün, 11:46
Zelenski sabah Türkiyəyə səfər edəcək
Bu gün, 11:40
Paşinyanın üç yol təklifinə Bakıdan reaksiya - NƏ BAŞ VERİR?
Bu gün, 11:38
Gənc qızı komaya salan həkim İŞ BAŞINDA – FOTOFAKT
Bu gün, 11:30
Azərbaycan-Özbəkistan münasibətləri möhkəm təməl üzərində qurulub - MƏQALƏ
Bu gün, 11:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru