Niderland Azərbaycana yeni səfir müavini təyin edib .....                     Bakı metrosunda dəhşətli anlar: sərnişin qatar relsinə belə düşdü .....                     İnsult keçirən Əhməd Orucun EVİ QARƏT OLUNDU .....                     "Qanın içində maşına apardıq, yolda can verdi" .....                     Azərbaycanda buğda istehsalı niyə azalır .....                     Bu tədbirlərlə bağlı xərc normaları artırıldı .....                     ABŞ Azərbaycanla münasibətləri strateji xətt kimi qəbul edir .....                     “Aztelekom” bir ildə eyni şirkətlə 2.4 milyonluq müqavilə bağlayıb .....                     Nazirliklə teatr arasındakı qalmaqalda adı hallanan Əfsun Əhmədov kimdir? .....                     Ermənistan Arutyunyanın ekstradisiyasını tələb edəcək .....                     Dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda bəzi saytlara giriş məhdudlaşıb .....                     ETSN-in strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib .....                     Əli Həsənov ailəsi haqda bu faktı niyə açmadı? .....                     "Onlar ya sənədlərini düzəldə bilmirlər, ya müxtəlif dövlət qurumlarından sənədlərini keçirə bilmirlər" .....                     Qriqoryan AB-nin xüsusi nümayəndəsi ilə görüşdü .....                     Gəncə Avtomobil Zavodu FHN-ə bir yanğınsöndürən maşını .....                     Lizinq şirkətinə 1,2 milyon manatlıq avtomobil satdı .....                     “Hüquqşünasların bir çoxu ixtisası üzrə işləmirlər” .....                     Badamdardakı restoranda insident .....                     Sabah icra başçısının şikayətinə baxılacaq .....                     Veysəloğlu Mərkəzi Sınaq Laboratoriyası ISO/IEC 17025 akkreditasiyasını əldə etdi .....                     2008-ci ildə Qarabağdakı qoşunlar bura girib? .....                     Rusiyada 6 yaşlı oğlunu öldürüb, başını kəsib gölə atan 31 yaşlı qadın həbs edilib .....                     Ermənilərlə görüşən Azərbaycan deputatları KİMLƏRDİ... .....                     "Azərbaycanın aparıcı dövlətlərin sırasına daxil olmasının vaxtı çatıb" .....                     Masallıda icra başçısı DAĞA DIRMAŞDI: Hamı HEYRAN QALDI... .....                     İrandan iki ölkəyə müharibə mesajı .....                     Sosial Xidmətlər Agentliyi aylığı 22 minə ofis icarəyə götürür .....                     Mqer Qriqoryan Maqdalena Qrono ilə kommunikasiyaların açılmasını müzakirə edib .....                     "Quli" tərəfdarlarının ABŞ-də cinayət əməlləri .....                     Hacı Qalib Ramiz Mehdiyevi “topa” tutdu .....                     Bakıda məktəblinin 15 yaşlı Hikməti öldürməsinin .....                     Ermənistan sabiq baş prokurorun ekstradisiyası üçün Rusiyaya müraciət edəcək .....                     Çətin dövrlərə baxmayaraq, Fransa ilə Azərbaycan hər zaman yüksək səviyyəli dialoqu saxlayıb .....                     Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında görüş olub .....                     TƏBİB-də illərlə yüksək vəzifə tutan departament rəhbərinin tibbi təhsili yox imiş .....                     “Həmkarlar”da növbədənkənar qurultay: Sahib Məmmədov narahatdır .....                     Hətta ərzaq üçün də kifayət qədər pulyoxdur .....                     Məktəbli oğluna maşın verən ata .....                     Narkotik yüklü Azərbaycan vətəndaşı ƏLƏ KEÇDİ .....                 

Eldar Mahmudova arxalanan məmurların daha bir qurbanı - Həbsxanadan müraciət
Tarix: 4-04-2017, 11:41 | Çap et
Eldar Mahmudova arxalanan məmurların daha bir qurbanı
“Artıq bezmişəm, haqsızlıqlara, ədalətsizliklərə dözə bilmirəm” - hazırda həbsdə olan, Dövlət İqtisad Universitetini bitirmiş Neman Bayram oğlu Eminov redaksiyamıza göndərdiyi məktubunda belə yazır

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan, 2013-cü ildə 5 il müddətinə azadlıqdan məhrum edildiyini yazan N.Eminov məktubunda iddia edir ki, ləğv olunmuş MTN-in sabiq rəhbəri Eldar Mahmudova arxalanan məmurların sifarişinin qurbanıdır.

N.Eminov özü haqda yazır ki, 1985-ci ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olub: “Qəsəbədəki 2 nömrəli tam orta məktəbi “əla” qiymətlərlə bitirib, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul oldum. Ali təhsilimi başa vurduqdan sonra MN-nin Gədəbəy rayonunda yerləşən “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətimi yerinə yetirdim. Hələ orta məktəb illərində müəllim peşəsini sevdiyim üçün Gəncə Müəllimlər İnstitutunda riyaziyyat-informatika ixtisasına yiyələndim. Cəlilabad və Qazax rayonlarının orta məktəblərində pedaqoji fəaliyyətlə məşğul oldum. Sonra yaşadığım Goranboy rayonunun Qızılhacılı qəsəbəsindəki 1 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətimi davam etdirdim. Pedaqoji fəaliyyətimlə paralel, Goranboy rayon Təhsil Şöbəsində kiçik referent dövlət qulluğu vəzifəsinə təyin olundum.
Bu vaxt şahidi oldum ki, Goranboy rayon Təhsil Şöbəsinin müdiri İlham Hüseynov oğlu Ramin Hseynovun ləğv olunmuş MTN-də işləməsindən sui-istifadə edərək RTŞ-nin kadr üzrə məsləhətçisi Əbülfət Məmmədov, metodist Etibar Abdullayev, Qızılhacılı qəsəbəsindəki 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Əliyeva, Nizami kənd tam orta məktəbinin direktoru Mahnur Tağıyeva və Ağamalıoğlu kənd tam orta məktəbinin direktoru Zöhrə Əliyeva ilə əlbir olaraq Goranboy təhsilini “bazara” çeviriblər. Saxta yolla müəllimləri Gəncə Müəllimlər İnstitutundakı ixtisasartırma kursuna göndərirdilər. Müəllimlərin adı kursda olsa da, özləri məktəbdə dərslərini keçirdilər.
Qızılhacılı qəsəbəsindəki 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Əliyeva 2012-ci ilin noyabr ayında məndən də 1000 manat aldı və sonra aldadıldığımı öyrəndim. Sonra pulumu tələb edəndə geri qaytarmadı. Bu məsələlərlə, xüsusilə, mənimlə bağlı məktəbin “Əmr” kitabı yoxlanılsa, kifayət qədər saxtakarlıqlar aşkar olar.
RTŞ-nin kadr üzrə məsləhətçisi Əbülfət Məmmədov Gəncə Müəllimlər İnstitutunun əməkdaşı Xasay Novruzovla əlbir olaraq məni aldatdılar.
Eyni zamanda, Xasay Novruzov Tovuz rayonunda fəaliyyət göstərən kollecin Yaşar adlı müəllimi, Gəncə Müəllimlər İnstitutunun Ələddin adlı müəllmi, keçmiş TQDK-nin əməkdaşı Elnur Nağızadə və Goranboy rayon Təhsil Şöbəsinin müdiri İlham Hüseynovla işbirliyi quraraq müəllimlərdən, eləcə də məndən müxtəlif adlarla pul alaraq aldatmışdılar.
Belə olan halda, mən 29 oktyabr 2013-cü il tarixində aidiyyəti dövlət qurumlarına şikayət ərizəsi göndərərək, toxunduğum faktların araşdırılmasını xahiş etdim. Şikayətim araşdırılmaq əvəzinə, Goranboy rayon Təhsil Şöbəsinin müdiri İlham Hüseynovun “sifarişi ilə” üstümə şər atılaraq, həbs edildim.
İbtidai istintaq araşdırılmasında, məhkəmədə mənə qarşı prokurorluq əməkdaşı, Goranboy Rayon Polis Şöbəsinin istintaq bölməsinin baş müstəntiqi, Goranboy Rayon Məhkəməsinin hakimi haqsızlıq, ədalətsizlik etdilər, məni aldadan, mənə “saxta sənəd, arayış” verən bir qrup vəzifəli şəxslərin verdikləri rüşvətə görə mənim 5 il müddətinə azadlıqdan mərhum edilməyimə nail oldular. Goranboy rayon Təhsil Şöbəsinin müdiri İlham Hüseynovun sifarişi ilə həbs edildim.
Onun oğlu Ramin Hüseynov ləğv edilmiş MTN-in əməkdaşı, Eldar Mahmudovun kadrı idi. İlham Hüseynov Eldar Mahmudova arxalanıb mənə hədə-qorxu gəlirdi, istəyinə nail oldu, günahsız olsam da, həbs etdirdi”.
N.Eminov məktubunda cəzaçəkmə müəssisəsində başına gətirilən müsibətlər və qanunsuzluqlardan da yazır: “Cəza çəkdiyim Penitensiar xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsinin tərbiyə işləri üzrə rəis müavini ədliyyə polkovnik-leytenantı Natiq Hacıyev mənim hüquqlarımı pozur, mənə mənəvi işgəncələr verərək, süründürməçiliyə yol verir.
Belə ki, mənim hər hansı bir təşkilata, quruma şikayət ərizəsi göndərmək, müraciət etmək hüququm var. Lakin çox təəssüflər olsun ki, Natiq Hacıyev mənim bu hüquqlarımı pozmaq istəyir.
Cəza çəkdiyim müəssisənin məhkumlarına ərizə yazmaqda bəzən köməklik göstərirəm, müəyyən məsələlərdə istiqamət verirəm. N.Hacıyev buna görə də mənə hədə-qorxu gəlir, problemlər yaradır.
Qeyd edim ki, cəzamın 3-də bir hissəsini, demək olar ki, yarıdan çoxunu çəkmişəm. Cəzaların icra məcəlləsinə, qanunvericiliyə əsasən, məhkəmənin qərarı ilə rejimimi dəyişdirərək, qalan cəzamı çəkmək üçün məntəqə tipli müəssisəyə köçürülə, komendaturaya göndərilə bilərəm. Bunun üçün isə məhkəməyə barəmdə cəza çəkdiyim müəssisənin verdiyi müsbət xasiyyətnamə olmalıdır. Ancaq bu da mənim üçün problemə çevirilib. Rəis müavini Natiq Hacıyev mənimlə qərəz apardığına görə barəmdə müsbət xasiyyətnamə vermir.
Qeyd etdiyim kimi, cəzamın yarıdan çoxunu çəkdiyim səbəbdən ötən il Qaradağ rayon Məhkəməsinə cəzamın qalan hissəsini məntəqə tipli müəssisəyə göndərilməyim haqqında qərar qəbul edilməsi xahişi ilə müraciət etdim.
Qaradağ rayon Məhkəməsi xahişini təmin etmədiyi üçün həmin qərardan Bakı Apellyasiya Məhkəməsinə apelleyasiya şikayəti verdim. Lakin Bakı Apellyasiya Məhkəməsi Qaradağ rayon Məhkəməsinin qərarını qüvvədə saxladı. Hakimlər, ittihamçı prokurorlar mənə köməklik göstərmədilər. Çünki pulum, məni onlara tapşıracaq arxam yoxdur.
Sonra həmin qərardan Ali Məhkəməyə kassasiya şikayəti verdim. Mənə bildiriş gələndə ki, məhkəmə prosesi 28 mart 2017-ci il tarixindədir və hakim Gülzar Rzayevadir, o an çox sevindim və ümidləndim. İnanmaq istədim ki, təcrübəli hakim olan Gülzar Rzayeva ədalətli qərar qəbul edəcək.
Odur ki, böyük inam hissi ilə xanım Gülzar Rzayevaya yazılı müraciət yazıb göndərdim. Həmin müraciətdə hakimdən ümummilli lider Heydər Əliyevin ruhuna hörmət və etirama xatir barəmdə qanunauyğun qərar qəbul etməsini xahiş etdim. Ancaq hakim Gülzar Rzayeva 28 mart 2017-ci il tarixində keçirilən məhkəmə prosesində cəzamın 3-də iki hissəsini çəkməyimə baxmayaraq, cəzamı yüngülləşdirməkdən, yəni məni məntəqə tipli müəssisəyə göndərməkdən imtina etdi.
Bu günə kimi mənə qarşı edilən haqsızlıqlar, ədalətsizliklər barədə dəfələrlə aidiyyəti dövlət qurumlarına müraciət etsəm də, təəssüf ki, heç bir müsbət nəticəsi olmayıb.
Artıq bezmişəm, haqsızlıqlara, ədalətsizliklərə dözə bilmirəm. Ona görə də qəzetiniz vasitəsilə Baş Prokuror cənab Zakir Qaralovdan, daxili işlər naziri cənab Ramil Usubovdan və ədliyyə naziri cənab Fikrət Məmmədovdan xahiş edirəm ki, mənə qarşı yönələn haqsızlıqlara son qoyulmasına, hüquqlarımın pozulmasının qarşısının alınmasına kömək etsinlər. Əvvəlcədən minnətdarlığımı bildirirəm”.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Eminov Neyman Bayram oğlu dünən redaksiyamızla telefon əlaqəsi saxlayaraq şikayətini təsdiqlədi, üzləşdiyi problemi ölkə içtimaiyyətinə və aidiyyəti qurumlara çatdırılmasını xahiş etdi.
\\tezadlar.az\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Niderland Azərbaycana yeni səfir müavini təyin edib
Bu gün, 17:24
Bakı metrosunda dəhşətli anlar: sərnişin qatar relsinə belə düşdü - VİDEO
Bu gün, 17:07
İnsult keçirən Əhməd Orucun EVİ QARƏT OLUNDU - hamı xəstəxanada imiş
Bu gün, 17:04
"Qanın içində maşına apardıq, yolda can verdi" - Yasamaldakı dəhşətli qətlin şok təfərrüatı
Bu gün, 17:02
Azərbaycanda buğda istehsalı niyə azalır - ƏKSİ OLMALI İDİ...
Bu gün, 16:57
Bu tədbirlərlə bağlı xərc normaları artırıldı
Bu gün, 16:49
ABŞ Azərbaycanla münasibətləri strateji xətt kimi qəbul edir - AKTUAL
Bu gün, 16:46
“Aztelekom” bir ildə eyni şirkətlə 2.4 milyonluq müqavilə bağlayıb
Bu gün, 16:41
Nazirliklə teatr arasındakı qalmaqalda adı hallanan Əfsun Əhmədov kimdir? - İLGİNC
Bu gün, 16:35
Ermənistan Arutyunyanın ekstradisiyasını tələb edəcək - KİV
Bu gün, 16:19
Dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda bəzi saytlara giriş məhdudlaşıb - Cloudflare-də qlobal nasazlıq
Bu gün, 16:18
ETSN-in strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib - QƏRAR
Bu gün, 16:16
Əli Həsənov ailəsi haqda bu faktı niyə açmadı? – İslamı qəbul edən erməni qayınana…
Bu gün, 16:14
"Onlar ya sənədlərini düzəldə bilmirlər, ya müxtəlif dövlət qurumlarından sənədlərini keçirə bilmirlər" - deputat
Bu gün, 16:08
Qriqoryan AB-nin xüsusi nümayəndəsi ilə görüşdü
Bu gün, 16:00
Gəncə Avtomobil Zavodu FHN-ə bir yanğınsöndürən maşını 468 min manata satacaq
Bu gün, 15:58
Lizinq şirkətinə 1,2 milyon manatlıq avtomobil satdı - TENDER NƏTİCƏSİ
Bu gün, 15:55
“Hüquqşünasların bir çoxu ixtisası üzrə işləmirlər” -ƏKRƏM HƏSƏNOV
Bu gün, 15:52
Badamdardakı restoranda insident – Dava salan şirkət əməkdaşı həbs edildi
Bu gün, 15:46
Sabah icra başçısının şikayətinə baxılacaq – ŞABRANDA BORC QALMAQALI
Bu gün, 15:45
Veysəloğlu Mərkəzi Sınaq Laboratoriyası ISO/IEC 17025 akkreditasiyasını əldə etdi – keyfiyyət və etibarlılıqda yeni mərhələ
Bu gün, 15:33
2008-ci ildə Qarabağdakı qoşunlar bura girib? – Virabyan
Bu gün, 15:27
Rusiyada 6 yaşlı oğlunu öldürüb, başını kəsib gölə atan 31 yaşlı qadın həbs edilib
Bu gün, 15:25
Ermənilərlə görüşən Azərbaycan deputatları KİMLƏRDİ...
Bu gün, 14:53
"Azərbaycanın aparıcı dövlətlərin sırasına daxil olmasının vaxtı çatıb" - ÇÜNKİ...
Bu gün, 14:49
Masallıda icra başçısı DAĞA DIRMAŞDI: Hamı HEYRAN QALDI... - İŞİNİ DƏ BELƏ GÖRSƏYDİ...
Bu gün, 14:46
İrandan iki ölkəyə müharibə mesajı - Danışıqlar üçün zəmin yoxdur
Bu gün, 14:40
Sosial Xidmətlər Agentliyi aylığı 22 minə ofis icarəyə götürür
Bu gün, 14:33
Mqer Qriqoryan Maqdalena Qrono ilə kommunikasiyaların açılmasını müzakirə edib
Bu gün, 14:30
"Quli" tərəfdarlarının ABŞ-də cinayət əməlləri - Həm restoranda işləyir, həm də...
Bu gün, 14:19
Hacı Qalib Ramiz Mehdiyevi “topa” tutdu – hakim, “peşka”, general və milyarder haqda sərt danışdı
Bu gün, 14:16
Bakıda məktəblinin 15 yaşlı Hikməti öldürməsinin - TƏFƏRRÜATI
Bu gün, 14:14
Ermənistan sabiq baş prokurorun ekstradisiyası üçün Rusiyaya müraciət edəcək - KİV
Bu gün, 14:13
Çətin dövrlərə baxmayaraq, Fransa ilə Azərbaycan hər zaman yüksək səviyyəli dialoqu saxlayıb - Səfir
Bu gün, 14:12
Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında görüş olub
Bu gün, 14:10
TƏBİB-də illərlə yüksək vəzifə tutan departament rəhbərinin tibbi təhsili yox imiş - İLGİNC
Bu gün, 13:12
“Həmkarlar”da növbədənkənar qurultay: Sahib Məmmədov narahatdır - NƏ BAŞ VERİR?
Bu gün, 13:08
Hətta ərzaq üçün də kifayət qədər pulyoxdur - İran iqtisadi böhran içində boğulur
Bu gün, 13:05
Məktəbli oğluna maşın verən ata - Həbs edildi
Bu gün, 13:02
Narkotik yüklü Azərbaycan vətəndaşı ƏLƏ KEÇDİ - Gürcüstanda...
Bu gün, 13:00
Cəmilə Zauru SUSDURDU - "Nolsun, yaşım 66-dır, mator 35, benzin 98-dir"
Bu gün, 12:52
Rusiya Ukraynada niyə Azərbaycan və Türkiyəni hədəfə aldı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:49
İcra Hakimiyyətlərinin “sevimli şəriki”: “DREAM CONSTRUCTİON COMPANY”... - YENƏ İŞ BAŞINDA...
Bu gün, 12:47
Səhvən əsgər aparılanlar təzminat ala bilərlər - VƏKİL
Bu gün, 12:46
LAL DEPUTAT hələ də DİL AÇMAYIB... - Bəlkə ümumiyyətlə, danışa bilmir..?
Bu gün, 12:42
TƏBİB-lə keçmiş nazirin oğlu 13 milyona anlaşdı: Daha bir tender olayı - ARAŞDIRMA
Bu gün, 12:40
Ata Andreyin səhvi və ya problem təkcə Putin deyil - Rusiyanın özüdür
Bu gün, 12:29
Bakıda məşhur əyləncə mərkəzi müsadirə olundu - DETALLAR
Bu gün, 12:27
“Status Sığorta Brokeri” MMC-yə icrası məcburi göstəriş verilib
Bu gün, 12:25
Ali Məhkəmə Bəxtiyar Hacıyevlə bağlı qərar verdi
Bu gün, 12:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru