Yaxın Şərqdə pozulan hüquq: İsrail-İran müharibəsində yaxşı və pis ssenari .....                     İranın bundan sonraya NƏ QƏDƏR GÜCÜ QALIB? .....                     Gürcüstanda Milli Təhlükəsizlik Şurası ləğv ediləcək .....                     Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə... .....                     ABŞ və İran arasında danışıqların yeni raundunun bu həftə keçirilməsi mümkündür .....                     Naxçıvanda səhiyyə islahatları: Həkimlər işsiz, xəstələr həkimsiz qalıb... .....                     Bu sahədə işləyənlərin maaşı 2 dəfə azalıb .....                     Azərbaycanın təhlükəsizliyi bu qədər MÜHÜMDÜR! .....                     Azərbaycan: qlobal xaosda stabillik simvolu .....                     21 müsəlman ölkəsi birgə bəyanat yayaraq İsrailin İrana hücumunu pisləyib .....                     İşə düzəltmək adı altında 42 min manat ələ keçirməkdə ittiham edilən şəxs tutulub .....                     İran buna görə gecə hücum edir .....                     Mobil Babayev vəfat etdi .....                     Fətullah Gülənin əmisi oğlu saxlanıldı .....                     Hüseyn Abdullayevin anası yenidən Prezidentə müraciət etdi .....                     Rüşvətdə təqsirləndirilən Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin məhkəməsində məcburi gətirilmə qərarı çıxarılıb .....                     SON ZƏNG... yoxsa gəncliyimizin aqibəti üçün ƏCƏL ZƏNGİ? .....                     Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur? .....                     Xamenei İsrailə qarşı CİHAD ELAN EDƏCƏK? .....                     "Bu günə kimi hələ də "paltar pulu"mu ala biməmişəm" .....                     Vasif Talıbovun yaratdığı Fond .....                     İranla müharibə İsrailə gündəlik 725 milyon dollara başa gəlir .....                     Vaşinqton Tehranla danışıqlara tələsir .....                     Yeniyetmələr arasında kriminal aləmə maraq artıb: SƏBƏB NƏDİR? .....                     "Məktəbdən tutmuş universitetə qədər oxşar mühitdir" .....                     “Traxtor”dan Trampa cavab: “Biz türklər...” .....                     "İpək Yolu " MMC-nin 447 min manatdan çox VERGİ BORCU VAR .....                     İsrail-İran müharibəsi Azərbaycan üçün hansı risklər yaradır? .....                     Hacılar qayıdır: Heç qorxmadıq, çox rahat səfər oldu .....                     “Ağsu Konserv-1” ASC səhmdarlarını .....                     ADY-nin İnfrastruktur Departamentində qalmaqal .....                     Səmra Hüseynovanın "qurd qalmaqalı"na görə restoran işçiləri qovuldu .....                     Türkiyə barışıq masası üçün bu dəfə ideal ünvan deyil .....                     Hansı gəlirləriniz gəlir vergisindən AZADDIR... .....                     "Təəssüf ki, bu zavod yalnız paytaxt Bakıya xidmət edir..." .....                     Vens və Vitkoff İran nümayəndələri ilə görüşə bilər .....                     Maaş və pensiyalarla bağlı vacib xəbər: Artım ola bilər .....                     Pasient Nigar Məmmədovanın səhvindən ölüb? .....                     "Orxan Mürsəlov mülkümü dağıtdırdı…" .....                     Məktəb direktorunun oğlu jurnalisti ölümlə hədələdi .....                 

Gədəbəyin icra başçısı özünə yığışacaqmı... - Əgər sahibkar yenə də əzilirsə...
Tarix: 22-10-2015, 11:17 | Çap et
Gədəbəyin icra başçısı özünə yığışacaqmı...
Bu günədək Gədəbəyin möcüzələr diyarı olması haqda nələrisə eşitmişdik, amma əsl həqiqətlər haqda o qədər də xəbərdar deyildik. Elə ki, bir çox sahibkarlar kimi, əslən Gədəbəy rayonundan olan Əliyev Oqtay Qara oğluna məxsus 38 kvm-lik mağaza da, 12 fevral 2015-ci il tarixdə rayon rəhbərliyinin vermiş olduğu qanunsuz tapşırıq əsasında yerlə-yeksan edildi, o halda bilib başa düşdük ki, belə bir olayların baş verməsini eşitdikcə, heç də hər kəs təəccüblənməməlidir. Çünki, bu günədək təkcə Oqtay Əliyev deyil, neçə-neçə sahibkarlar Ramiz Yediyarovun tətbiq etdiyi zorakı idarəçiliyin iztirabından zinhara gəlmiş və son anda olmazın müsibətlərlə də üz-üzə qalmışlar. Məsələn, Oqtay Əliyevin mağazasını icra başçısından aldığı tapşırıq əsasında yerlə-yeksan etdirən və bu gün də Gədəbəy şəhər icra nümayəndəliyinə rəhbərlik edən Şahbaz Bayramovdan soruşmaq lazımdır ki, mağazanın içərisində, hansı ki, ərzaqla dolu dəmirdən olan seyf anbarı neynəyib? Əgər bunun araşdırılmasına ehtiyac yaranarsa, o halda “Rabitə Bank”a müraciət edib, vaxtilə həyata keçirilmiş çəklişlərə bir daha istinad etmək olar.

Onu da qeyd edək ki, Oqtay Əliyev ötən ilin sentyabrında ona məxsus mağazanın söküləcəyi barədə əvvəlcədən xəbər tutur və dərhal “Rabitə Bank”ın rəhbərliyinə bu haqda məlumat da verir. Çünki, o, mağazasını vaxtilə banka girov qoymuş və sahibkarlıq fəaliyyətini daha da genişləndirmək məqsədilə, qeyd olunan bankdan 50 min manat məbləğində kredit götürübmüş. Bank rəhbərliyi çox keçmir ki, səlahiyyət verdiyi Mansur Osmanovun icra başçısı ilə görüşməsini və problemin varlığına birlikdə aydınlıq gətirilməsi qərarına gəlir. Və həmin şəxs də, məlumatı verən Oqtay Əliyevlə Ramiz Yediyarovun qəbulunda olub, onun iştirakı ilə birlikdə müzakirə aparmaq istəsə də, həmin vaxt elə şərait yaradılır ki, Mansur müəllim icra başçısı ilə təkbətək görüşməli olur. Ümumi söhbət zamanı icra başçısı bankın səlahiyyətlisinə bildirir ki, “biz mağazaya onun qiymətləndirilmiş dəyəri məbləğində kompensasiya verə bilməyəcəyik. Hətta, bu barədə fikirləşib ona məlumat verilməsi üçün, Ramiz Yediyarov şəxsi mobil nömrəsini Mansur Osmanova da verir. Elə ki, ümumi söhbətin məğzi barədə Oqtay Əliyev ətraflı məlumatlandırılır və o, həmin an bankın səlahiyyətlilərinə bildirir ki, “mən artıq heçnə istəmirəm. Yalnız istəyim sahiblik etdiyim və tam mülkiyyətimdə olan mağazamın dəyərləndirilmiş qiymətini, xarab edilmiş ərzaqla bərabər, tam yarasız hala salınmış şəxsi avadanlıqlarımın müəyyən edilmiş dəyərini, mağazada qalan otuz illik hesabat sənədlərimi tələb edirəm. Bu mənim həm haqqım, həm də qanunla müəyyən edilmiş hüququmdur” deyir.

Faciəli hal odur ki, olmazın olaylarla üz-üzə qalan Oqtay Əliyevin, bu günədək döymədiyi qapı, narahat etmədiyi vəzifə sahibləri qalmayıb. Amma, nə fayda! Çünki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan bu şəxsin, ötən səkkiz ay müddətində ayrı-ayrı qurumlara ünvanladığı müraciətlərə bir kimsə, o cümlədən rayon rəhbərliyi də cavab vermir. Belə olan halda ortaya çoxsaylı suallar çıxır ki, görəsən Ramiz Yediyarov və digər vəzifə sahibləri kimə arxalanırlar ki, bu qədər saymazyanalıq edirlər?

Onu da qeyd edək ki, Oqtay Əliyev etdiyi müraciətlə bağlı bu ilin 01 oktyabr günü PA olur və təsadüf nəticəsində Ramiz Yediyarovla həmin qurumda üz-üzə gəlir. Heç on dəqiqə vaxt keçmir ki, ona icra hakimiyyəti aparatında aparıcı vəzifə sahibi olan şəxs tərəfindən iki dəfə zəng olunur və bildirilir ki, “sən ora getmə, gəl bura, üzləşdiyin problemləri biz burada həll edəcəyik”. Həmin vəzifə sahibinin etdiyi telefon zəngi əsasında o, 02 oktyabrda Gədəbəydə olur və istəyir ki, şəxsən Ramiz Yediyarovla görüşüb üzləşdiyi problemlərin varlığına birlikdə aydınlıq gətirə bilsin. Çox təəssüflər olsun ki, nahar fasiləsindən sonra Oqtay Əliyev təkrar icra hakimiyyəti aparatına getsə də, o rəhbərliklə deyil, müavinlə görüşməli olur. Çünki, Oqtay Əliyevin istəyini icra başçısına çatdıran müavin, son anda rəhbərliyin yanından əliboş qayıdır.

Buna səbəb “mənim onu qəbul etməyə vaxtım yoxdur” deyə, icra başçısının verdiyi tapşırıq əsas gətirilir. O, 05 oktyabr günü səhər saatlarında təkrar Gədəbəydə olsa da, yenə də oxşar stiuasiya ilə üz-üzə qalır. Yəni, başçı bu dəfə də onu qəbul etmir. Baxmayaraq ki, bu ilin 14 sentyabr günü Oqtay Əliyev PA olarkən, həmin qurumun yüksək çinli vəzifə sahibləri ona bildirirlər ki, “sənin müraciətlərinə baxmışıq və problemlərinin həlli üçün Gədəbəy rayon rəhbərliyinə müvafiq tapşırıqlarımızı da vermişik. Sən get ora, rəhbərlik səni qəbul edib problemlərinin həllinə köməklik edəcək” deyirlər.

Artıq Ramiz Yediyarovun bu cür addımları onu sübut etməyə tam əsas verir ki, o, PA-nın səlahiyyətlilərini də saya salmır. Bu da birbaşa ölkə rəhbərinin yürütdüyü siyasətə xəyanət etməkdən başqa bir şey deyil. Çünki, cənab İlham Əliyev dəfələrlə televiziya çıxışlarında vurğulayıb ki, “mən kimi hansı vəzifəyə təyin edirəmsə, ilk növbədə belə bir tapşırığımı verirəm ki, gedin əhali ilə işləməyi bacarın, onların problemlərini həll edin, qayğılarına qalın” deyir. Bu belə olduğu halda, görəsən ölkə rəhbərinin verdiyi tapşırıq niyə Gədəbəydə yerinə yetirilmir? 35 ilik iş təcrübəsi olan sahibkar, bu gün səbəb nədir ki, problemlərinin həlli üçün qapıları döyməyə məcbur qalır?

Bir məqama da toxunaq ki, Oqtay Əliyev 05 oktyabr günü Gədəbəydə olarkən, ona növbəti dəfə “tor” qurulduğunu hiss edir və tez də rayonu tərk etməyə məcbur olur. Çünki, o, haqqını tələb etmək məqsədilə, bu ilin 20 iyun günü icra hakimiyyətində olarkən, rayon rəhbərliyinin hüquq-mühafizə orqanı əməkdaşlarına vermiş olduğu tapşırıq əsasında, onu 15 sutka həbs də edirlər. Guya ki, həmin gün Oqtay Əliyev xırda xuliqanlığa yol vermiş və ictimai asayişi də hansısa formada pozubmuş.

Diqqəti cəlb edən hal odur ki, “Rabitə Bank” bu gün də Oqtay Əliyevlə qərəzçiliyə getmir və öz nümayəndəsini nə vaxt icra hakimiyyətinə göndərirsə, həmin şəxsə qeyd olunan qurumdan yalnız boş-boş vədlər verilir. Belə olan halda bankın səlahiyyətliləri ona bildirirlər ki, “əgər istəyirsənsə səni efirə çıxaraq və efirdə qanuni sənəd-sübutunla danış. Qoy hər kəs, o cümlədən ölkə rəhbəri də, Gədəbəydə tətbiq olunan və əksər sahibkarları gözümçıxdıya salan Ramiz Yediyarovun zorakı idarəçiliyi haqda, ətraflı məlumat əldə edə bilsin”.

Bütün bunlara baxmayaraq, problemlərinin həll olunacağına hələ də ümid bəsləyən Oqtay Əliyev, bu gün də inanır ki, haqq-ədalət qalib gələcək və Azərbaycan qanunlarının aliliyi, ona üzləşdiyi problemlərin həllində yardımçı da olacaq.

Bu gün elə bir vəziyyət əmələ gəlib ki, təkcə Oqtay Əliyev deyil, Ramiz Yediyarov idarəçiliyindən zinhara gələn və əslən Gədəbəydən olan Mahmudov Natiq Nuru oğlu, Səfərov Vaqif Qara oğlu, Sarıyev Mübariz İsrafil oğlu, Əbilov Nizami Xəlil oğlu, Məmmədov Qasım Nəriman oğlu, Qafarov Elyar Həşim oğlu, Elman İbrahimov və digər şəxslər, artıq qərara gəliblər ki, yaxın vaxtlarda 40-50 nəfər ailə üzvlərinin iştirafı ilə birlikdə PA-nın qarşısında etiraz aksiyası keçirsinlər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yaxın Şərqdə pozulan hüquq: İsrail-İran müharibəsində yaxşı və pis ssenari - NƏ BAŞ VERİR?
Bu gün, 11:28
İranın bundan sonraya NƏ QƏDƏR GÜCÜ QALIB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:23
Gürcüstanda Milli Təhlükəsizlik Şurası ləğv ediləcək
Bu gün, 11:20
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə... -MÜRACİƏT
Bu gün, 11:12
ABŞ və İran arasında danışıqların yeni raundunun bu həftə keçirilməsi mümkündür - KİV
Bu gün, 11:09
Naxçıvanda səhiyyə islahatları: Həkimlər işsiz, xəstələr həkimsiz qalıb... - BU NƏDİ BELƏ?
Bu gün, 11:04
Bu sahədə işləyənlərin maaşı 2 dəfə azalıb – Minimum əməkhaqqından aşağı düşüb
Bu gün, 11:01
Azərbaycanın təhlükəsizliyi bu qədər MÜHÜMDÜR! - FOTOFAKT!
Bu gün, 11:00
Azərbaycan: qlobal xaosda stabillik simvolu - FAKT BUDUR!
Bu gün, 10:55
21 müsəlman ölkəsi birgə bəyanat yayaraq İsrailin İrana hücumunu pisləyib - SİYAHI
Bu gün, 10:53
İşə düzəltmək adı altında 42 min manat ələ keçirməkdə ittiham edilən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 10:52
İran buna görə gecə hücum edir - Səbəbi açıqlandı
Bu gün, 10:41
Mobil Babayev vəfat etdi
Bu gün, 10:39
Fətullah Gülənin əmisi oğlu saxlanıldı
Bu gün, 10:37
Hüseyn Abdullayevin anası yenidən Prezidentə müraciət etdi - "Ricamız ondan ibarətdir ki..."
Bu gün, 10:24
Rüşvətdə təqsirləndirilən Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin məhkəməsində məcburi gətirilmə qərarı çıxarılıb - TƏFƏRRÜAT
Bu gün, 10:21
SON ZƏNG... yoxsa gəncliyimizin aqibəti üçün ƏCƏL ZƏNGİ? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:17
Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur? - İTTİHAM VAR...
Bu gün, 10:14
Xamenei İsrailə qarşı CİHAD ELAN EDƏCƏK? - görünəni odur ki...
Bu gün, 10:05
"Bu günə kimi hələ də "paltar pulu"mu ala biməmişəm" - NARAZILIQ VAR...
Bu gün, 10:00
Vasif Talıbovun yaratdığı Fond LƏĞV EDİLDİ
Bu gün, 09:57
İranla müharibə İsrailə gündəlik 725 milyon dollara başa gəlir - CNN
Bu gün, 09:53
Vaşinqton Tehranla danışıqlara tələsir - “The New York Times”
Bu gün, 09:33
Yeniyetmələr arasında kriminal aləmə maraq artıb: SƏBƏB NƏDİR? - NƏ ETMƏLİ?
Bu gün, 09:22
"Məktəbdən tutmuş universitetə qədər oxşar mühitdir" - deputat
Bu gün, 09:21
“Traxtor”dan Trampa cavab: “Biz türklər...” - Tehranda 15 milyona yaxın insan yaşayır...
Bu gün, 09:15
"İpək Yolu " MMC-nin 447 min manatdan çox VERGİ BORCU VAR - DETALLAR
Bu gün, 09:13
İsrail-İran müharibəsi Azərbaycan üçün hansı risklər yaradır? - İNCƏLƏMƏ
Bu gün, 09:12
Hacılar qayıdır: Heç qorxmadıq, çox rahat səfər oldu - REPORTAJ
Bu gün, 09:05
“Ağsu Konserv-1” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 09:00
ADY-nin İnfrastruktur Departamentində qalmaqal - Xanım əməkdaşın səhhəti pisləşdi.
Bu gün, 08:56
Səmra Hüseynovanın "qurd qalmaqalı"na görə restoran işçiləri qovuldu - "... sizdən üzr istəyirik"
Bu gün, 08:48
Türkiyə barışıq masası üçün bu dəfə ideal ünvan deyil - ÇÜNKİ...
Bu gün, 08:43
Hansı gəlirləriniz gəlir vergisindən AZADDIR... - AKTUAL
Bu gün, 08:38
"Təəssüf ki, bu zavod yalnız paytaxt Bakıya xidmət edir..." - NHM-dən İLGİNC HESABAT
Bu gün, 08:36
Vens və Vitkoff İran nümayəndələri ilə görüşə bilər - İrandan isə...
Bu gün, 07:25
Maaş və pensiyalarla bağlı vacib xəbər: Artım ola bilər - AÇIQLAMA
Bu gün, 07:21
Pasient Nigar Məmmədovanın səhvindən ölüb? - TƏFƏRRÜAT
Bu gün, 07:14
"Orxan Mürsəlov mülkümü dağıtdırdı…" - Gədəbəydə ÖZBAŞINALIQ
Bu gün, 07:10
Məktəb direktorunun oğlu jurnalisti ölümlə hədələdi - MƏMUR İMİŞ...
Bu gün, 07:07
Şəkidə bu təhsil ocağı bazar kimi idarə olunur... - İTTİHAM VAR...
Bu gün, 07:01
Dizel və benzinin bahalaşması ilə bağlı VACİB XƏBƏR - DİQQƏT
Bu gün, 06:55
DİM-in pedaqoji heyətini sertifikasiyadan keçirək - ÇAĞIRIŞ
Bu gün, 06:53
"Bu Rusiya rəhbərliyinin mövqeyi kimi qəbul edilir" - partiya sədri
Bu gün, 06:50
Şəhid ailəsi Prezidentdən kömək istədi - "...ödəyə bilmirəm"
Bu gün, 06:47
Rəqəmsal pul və köhnə tələlər: Asan qazancın arxasında nə gizlənir? - NƏ BAŞ VERİR?
Bu gün, 06:37
Yüksələn neft qiyməti: Bəs nə vaxta qədər? - AKTUAL
Bu gün, 06:34
Sertifikasiyadan kəsilən müəllimlər repetitora çevrilir? - ARAŞDIRMA
Bu gün, 06:31
"Uşaqlarıma təhsil belə, verə bilmirəm" - MÜRACİƏT
Bu gün, 06:29
Sosial yardımı kəsmək üçün əcaib bəhanə - BU NƏDİ BELƏ?
Bu gün, 06:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru