Gəncə səhiyyə sisteminin ağlamalı halı... - Gəncəlilər sağlıqlarını kimə əmanət etsinlər...
Tarix: 24-06-2015, 11:42 | Çap et
 Məlum olduğu kimi, iqtisadiyyatımızın bütün sahələrində nəzərə çarpan ümumi inkişaf ayrı-ayrılıqda götürülmüş hər hansı sahədə neqativ halları qətiyyən istisna etmir. Məsələn, respublikamızın səhiyyə sistemində əsaslı islahatların həyata keçirildiyi və bir çox istiqamətlərdə kifayət qədər inkişafa nail olunmasına rəğmən, bu gün bəzi rayon və bölgələrimizdə səhiyyənin durumu hələ də son dərəcə acınacaqlı vəziyyətdədir. Ötən saylarımızda bu mövzuya toxunaraq biz belə bir fikir irəli sürmüşdük ki, bölgələrdə səhiyyə, təhsil və digər bu kimi strateji əhəmiyyət kəsb edən sahələrdə mövcud olan vəziyyətə görə rayonun istisnasız olaraq bütün hakimiyyət orqanları və yerli ictimaiyyət məsuliyyət daşıyırlar. Digər tərəfdən isə hər bir sahəyə təhkim olunmuş, müəyyən vəzifə imtiyazları ilə səlahiyyətləndirilmiş və bu sahənin mütəxəssisi sayılan konkret rəhbər şəxslər vardır. Təbii ki, bu şəxslərin məsuliyyəti də daha artıq olmalıdır. Məlum olduğu kimi ötən ilin noyabr ayında Səhiyyə naziri Oqtay Şirəliyevin əmri Gəncə şəhər Səhiyyə İdarəsinin müdiri vəzifəsinə Azərbaycan Tibb Universitetinin III cərrahiyyə şöbəsinin kafedra müdiri, tibb elmləri doktoru Əlikram Məmmədov təyin olunmuşdur. Həmçinin qeyd etmək lazımdır ki, Əlikram Məmmədovun fəaliyyəti ölkə rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilmiş və prezident İlham Əliyevin sərəncamı ilə Əlikram Məmmədov “Əməkdar həkim” fəxri adına layiq görülmüşdür.Bununla belə, təəssüf hissi ilə də olsa, qeyd etmək lazımdır ki, bu gün Gəncə səhiyyəsi hələ də bir çox nöqsanlarla diqqəti cəlb etməkdədir. Artıq qəzetimizin ötən saylarında dərc etdiyimiz materiallarda da biz, redaksiyamıza Gəncə şəhər 3 saylı poliklinikasında yer almış bəzi neqativ hallardan bəhs edən məlumatların daxil olduğunu bildirmişdik. Bu xüsusda məlumatı təqdim edən mənbə baş həkim Rasim Hüseynovun rəhbərlik etdiyi bu poliklinikada vəziyyətin həddindən artıq acınacaqlı olduğunu bildirir. Qeyd olunur ki, xəstələr 3 saylı poliklinikanın baş həkimindən tutmuş, tibb bacılarına qədər hamıya pul ödəməli olurlar. Belə ki, pul verməyən xəstələr nə əməlli müayinədən keçə bilmirlər, nə də onlara doğru-dürüst müalicə təyin olunmur. 3 saylı poliklinikada yaranmış vəziyyətdən şikayətlənən digər şəhər sakini isə həmin tibb müəssisəsinin rəhbərliyini həm də saxta arayışların verilməsində ittiham edir. Açıqlamada idia olunur ki, bu tibb müəssisəsində xəstəlik kağızlarının (bülleten), 88 saylı forma və digər arayışların verilməsi artıq çoxdan əsil kommersiya fəaliyyətinə çevrilib. Daxil olan digər bir məlumatda isə 3 saylı poliklinikada tətbiq olunan “ölü canlar” üsulu ilə dövlət vəsaitlərini mənimsəmə hallarından bəhs olunur. Bildirilir ki, poliklinikanın baş həkimi bu tibb müəssisəsinin kadrlar üzrə mufəttişi ilə əlbir olaraq, ştatdan əlavə şəxsləri poliklinikanın işçisi kimi rəsmiləşdirməklə adı olub, özü olmayan bu işçilərin əməkhaqlarını mənimsəyirlər.Lakin 3 saylı Gəncə şəhər poliklinikasında baş verənlərə dair açıqlamaların qəzetimizdə artıq bir neçə dəfə dərc olunmasına baxmayaraq, Gəncə şəhər Səhiyyə İdarəsinin rəhbərliyi tərəfindən hələ də bu tibb müəssisəsinin fəaliyyətinin araşdırılması istiqamətində heç bir addım atılmamışdır. Həmçinin, yeni aldığımız məlumatlarda mənbə israrla bildirir ki, dərc olunan tənqidi materiallar ümumiyyətlə nə Gəncə şəhər Səhiyyə İdarəsində, nə də 3 saylı poliklinikada heç bir reaksiyaya səbəb olmamışdır. Hətta, yerli sakinlər tərəfindən ölkə mətbuatına göndərilən “həyəcan siqnalları” da Əlikram Məmmədovun narahatlığı üçün yetərli əsas olmamışdır. Belə nəticəyə gəlmək olar ki, 3 saylı poliklinikanın baş həkimi Rasim Hüseynov, yuxarı instansiya rəhbərliyi ilə istənilən halda “dil tapa biləcəyinə” qətiyyən şübhə etmir...


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Niderland Azərbaycana yeni səfir müavini təyin edib
Bu gün, 17:24 |
|
|
|
| • Bakı metrosunda dəhşətli anlar: sərnişin qatar relsinə belə düşdü - VİDEO
Bu gün, 17:07 |
|
|
|
| • İnsult keçirən Əhməd Orucun EVİ QARƏT OLUNDU - hamı xəstəxanada imiş
Bu gün, 17:04 |
|
|
|
| • "Qanın içində maşına apardıq, yolda can verdi" - Yasamaldakı dəhşətli qətlin şok təfərrüatı
Bu gün, 17:02 |
|
|
|
| • Azərbaycanda buğda istehsalı niyə azalır - ƏKSİ OLMALI İDİ...
Bu gün, 16:57 |
|
|
|
| • Bu tədbirlərlə bağlı xərc normaları artırıldı
Bu gün, 16:49 |
|
|
|
| • ABŞ Azərbaycanla münasibətləri strateji xətt kimi qəbul edir - AKTUAL
Bu gün, 16:46 |
|
|
|
| • “Aztelekom” bir ildə eyni şirkətlə 2.4 milyonluq müqavilə bağlayıb
Bu gün, 16:41 |
|
|
|
| • Nazirliklə teatr arasındakı qalmaqalda adı hallanan Əfsun Əhmədov kimdir? - İLGİNC
Bu gün, 16:35 |
|
|
|
| • Ermənistan Arutyunyanın ekstradisiyasını tələb edəcək - KİV
Bu gün, 16:19 |
|
|
|
| • Dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda bəzi saytlara giriş məhdudlaşıb - Cloudflare-də qlobal nasazlıq
Bu gün, 16:18 |
|
|
|
| • ETSN-in strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib - QƏRAR
Bu gün, 16:16 |
|
|
|
| • Əli Həsənov ailəsi haqda bu faktı niyə açmadı? – İslamı qəbul edən erməni qayınana…
Bu gün, 16:14 |
|
|
|
| • "Onlar ya sənədlərini düzəldə bilmirlər, ya müxtəlif dövlət qurumlarından sənədlərini keçirə bilmirlər" - deputat
Bu gün, 16:08 |
|
|
|
| • Qriqoryan AB-nin xüsusi nümayəndəsi ilə görüşdü
Bu gün, 16:00 |
|
|
|
| • Gəncə Avtomobil Zavodu FHN-ə bir yanğınsöndürən maşını 468 min manata satacaq
Bu gün, 15:58 |
|
|
|
| • Lizinq şirkətinə 1,2 milyon manatlıq avtomobil satdı - TENDER NƏTİCƏSİ
Bu gün, 15:55 |
|
|
|
| • “Hüquqşünasların bir çoxu ixtisası üzrə işləmirlər” -ƏKRƏM HƏSƏNOV
Bu gün, 15:52 |
|
|
|
| • Badamdardakı restoranda insident – Dava salan şirkət əməkdaşı həbs edildi
Bu gün, 15:46 |
|
|
|
| • Sabah icra başçısının şikayətinə baxılacaq – ŞABRANDA BORC QALMAQALI
Bu gün, 15:45 |
|
|
|
| • Veysəloğlu Mərkəzi Sınaq Laboratoriyası ISO/IEC 17025 akkreditasiyasını əldə etdi – keyfiyyət və etibarlılıqda yeni mərhələ
Bu gün, 15:33 |
|
|
|
| • 2008-ci ildə Qarabağdakı qoşunlar bura girib? – Virabyan
Bu gün, 15:27 |
|
|
|
| • Rusiyada 6 yaşlı oğlunu öldürüb, başını kəsib gölə atan 31 yaşlı qadın həbs edilib
Bu gün, 15:25 |
|
|
|
| • Ermənilərlə görüşən Azərbaycan deputatları KİMLƏRDİ...
Bu gün, 14:53 |
|
|
|
| • "Azərbaycanın aparıcı dövlətlərin sırasına daxil olmasının vaxtı çatıb" - ÇÜNKİ...
Bu gün, 14:49 |
|
|
|
| • Masallıda icra başçısı DAĞA DIRMAŞDI: Hamı HEYRAN QALDI... - İŞİNİ DƏ BELƏ GÖRSƏYDİ...
Bu gün, 14:46 |
|
|
|
| • İrandan iki ölkəyə müharibə mesajı - Danışıqlar üçün zəmin yoxdur
Bu gün, 14:40 |
|
|
|
| • Sosial Xidmətlər Agentliyi aylığı 22 minə ofis icarəyə götürür
Bu gün, 14:33 |
|
|
|
| • Mqer Qriqoryan Maqdalena Qrono ilə kommunikasiyaların açılmasını müzakirə edib
Bu gün, 14:30 |
|
|
|
| • "Quli" tərəfdarlarının ABŞ-də cinayət əməlləri - Həm restoranda işləyir, həm də...
Bu gün, 14:19 |
|
|
|
| • Hacı Qalib Ramiz Mehdiyevi “topa” tutdu – hakim, “peşka”, general və milyarder haqda sərt danışdı
Bu gün, 14:16 |
|
|
|
| • Bakıda məktəblinin 15 yaşlı Hikməti öldürməsinin - TƏFƏRRÜATI
Bu gün, 14:14 |
|
|
|
| • Ermənistan sabiq baş prokurorun ekstradisiyası üçün Rusiyaya müraciət edəcək - KİV
Bu gün, 14:13 |
|
|
|
| • Çətin dövrlərə baxmayaraq, Fransa ilə Azərbaycan hər zaman yüksək səviyyəli dialoqu saxlayıb - Səfir
Bu gün, 14:12 |
|
|
|
| • Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında görüş olub
Bu gün, 14:10 |
|
|
|
| • TƏBİB-də illərlə yüksək vəzifə tutan departament rəhbərinin tibbi təhsili yox imiş - İLGİNC
Bu gün, 13:12 |
|
|
|
| • “Həmkarlar”da növbədənkənar qurultay: Sahib Məmmədov narahatdır - NƏ BAŞ VERİR?
Bu gün, 13:08 |
|
|
|
| • Hətta ərzaq üçün də kifayət qədər pulyoxdur - İran iqtisadi böhran içində boğulur
Bu gün, 13:05 |
|
|
|
| • Məktəbli oğluna maşın verən ata - Həbs edildi
Bu gün, 13:02 |
|
|
|
| • Narkotik yüklü Azərbaycan vətəndaşı ƏLƏ KEÇDİ - Gürcüstanda...
Bu gün, 13:00 |
|
|
|
| • Cəmilə Zauru SUSDURDU - "Nolsun, yaşım 66-dır, mator 35, benzin 98-dir"
Bu gün, 12:52 |
|
|
|
| • Rusiya Ukraynada niyə Azərbaycan və Türkiyəni hədəfə aldı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:49 |
|
|
|
| • İcra Hakimiyyətlərinin “sevimli şəriki”: “DREAM CONSTRUCTİON COMPANY”... - YENƏ İŞ BAŞINDA...
Bu gün, 12:47 |
|
|
|
| • Səhvən əsgər aparılanlar təzminat ala bilərlər - VƏKİL
Bu gün, 12:46 |
|
|
|
| • LAL DEPUTAT hələ də DİL AÇMAYIB... - Bəlkə ümumiyyətlə, danışa bilmir..?
Bu gün, 12:42 |
|
|
|
| • TƏBİB-lə keçmiş nazirin oğlu 13 milyona anlaşdı: Daha bir tender olayı - ARAŞDIRMA
Bu gün, 12:40 |
|
|
|
| • Ata Andreyin səhvi və ya problem təkcə Putin deyil - Rusiyanın özüdür
Bu gün, 12:29 |
|
|
|
| • Bakıda məşhur əyləncə mərkəzi müsadirə olundu - DETALLAR
Bu gün, 12:27 |
|
|
|
| • “Status Sığorta Brokeri” MMC-yə icrası məcburi göstəriş verilib
Bu gün, 12:25 |
|
|
|
| • Ali Məhkəmə Bəxtiyar Hacıyevlə bağlı qərar verdi
Bu gün, 12:17 |
|
|
|
|