ABŞ Azərbaycanla münasibətləri strateji xətt kimi qəbul edir .....                     “Aztelekom” bir ildə eyni şirkətlə 2.4 milyonluq müqavilə bağlayıb .....                     Nazirliklə teatr arasındakı qalmaqalda adı hallanan Əfsun Əhmədov kimdir? .....                     Ermənistan Arutyunyanın ekstradisiyasını tələb edəcək .....                     Dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda bəzi saytlara giriş məhdudlaşıb .....                     ETSN-in strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib .....                     Əli Həsənov ailəsi haqda bu faktı niyə açmadı? .....                     "Onlar ya sənədlərini düzəldə bilmirlər, ya müxtəlif dövlət qurumlarından sənədlərini keçirə bilmirlər" .....                     Qriqoryan AB-nin xüsusi nümayəndəsi ilə görüşdü .....                     Gəncə Avtomobil Zavodu FHN-ə bir yanğınsöndürən maşını .....                     Lizinq şirkətinə 1,2 milyon manatlıq avtomobil satdı .....                     “Hüquqşünasların bir çoxu ixtisası üzrə işləmirlər” .....                     Badamdardakı restoranda insident .....                     Sabah icra başçısının şikayətinə baxılacaq .....                     Veysəloğlu Mərkəzi Sınaq Laboratoriyası ISO/IEC 17025 akkreditasiyasını əldə etdi .....                     2008-ci ildə Qarabağdakı qoşunlar bura girib? .....                     Rusiyada 6 yaşlı oğlunu öldürüb, başını kəsib gölə atan 31 yaşlı qadın həbs edilib .....                     Ermənilərlə görüşən Azərbaycan deputatları KİMLƏRDİ... .....                     "Azərbaycanın aparıcı dövlətlərin sırasına daxil olmasının vaxtı çatıb" .....                     Masallıda icra başçısı DAĞA DIRMAŞDI: Hamı HEYRAN QALDI... .....                     İrandan iki ölkəyə müharibə mesajı .....                     Sosial Xidmətlər Agentliyi aylığı 22 minə ofis icarəyə götürür .....                     Mqer Qriqoryan Maqdalena Qrono ilə kommunikasiyaların açılmasını müzakirə edib .....                     "Quli" tərəfdarlarının ABŞ-də cinayət əməlləri .....                     Hacı Qalib Ramiz Mehdiyevi “topa” tutdu .....                     Bakıda məktəblinin 15 yaşlı Hikməti öldürməsinin .....                     Ermənistan sabiq baş prokurorun ekstradisiyası üçün Rusiyaya müraciət edəcək .....                     Çətin dövrlərə baxmayaraq, Fransa ilə Azərbaycan hər zaman yüksək səviyyəli dialoqu saxlayıb .....                     Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında görüş olub .....                     TƏBİB-də illərlə yüksək vəzifə tutan departament rəhbərinin tibbi təhsili yox imiş .....                     “Həmkarlar”da növbədənkənar qurultay: Sahib Məmmədov narahatdır .....                     Hətta ərzaq üçün də kifayət qədər pulyoxdur .....                     Məktəbli oğluna maşın verən ata .....                     Narkotik yüklü Azərbaycan vətəndaşı ƏLƏ KEÇDİ .....                     Cəmilə Zauru SUSDURDU .....                     Rusiya Ukraynada niyə Azərbaycan və Türkiyəni hədəfə aldı? .....                     İcra Hakimiyyətlərinin “sevimli şəriki”: “DREAM CONSTRUCTİON COMPANY”... .....                     Səhvən əsgər aparılanlar təzminat ala bilərlər .....                     LAL DEPUTAT hələ də DİL AÇMAYIB... .....                     TƏBİB-lə keçmiş nazirin oğlu 13 milyona anlaşdı: Daha bir tender olayı .....                 

Daha bir dövlət qurumunda struktur islahatı gözlənilir - "Azəriqaz" niyə "nişangaha gəldi"?
Tarix: 6-05-2015, 11:21 | Çap et
Daha bir dövlət qurumunda struktur islahatı gözlənilir
Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin (İB) fəaliyyəti əhali tərəfindən müsbət qiymətləndirilmir. Çünki sözügedən qurum vətəndaşları keyfiyyətli və fasiləsiz olaraq mavi yanacaqla təmin edə bilmir. Halbuki, birliyin qarşısında duran əsas vəzifə istehlakçıların fasiləsiz şəkildə qazla təmin edilməsidir. Lakin Əkbər Hacıyev birliyə baş direktor təyin olunandan bu yana ölkə əhalisinin mavi yanacaqla təminatı daha acınacaqlı hala düşüb. Bu sahədə aşkara çıxarılan korrupsiya faktları İB-in fəaliyyətindəki qaranlıq məqamların bariz göstəricisidir.

Əksəriyyət isə "Azəriqaz"ın tam potensialı ilə işləyə bilməməsini Əkbər Hacıyevin idarəçilik qabiliyyətinin istənilən səviyyədə olmaması ilə əlaqələndirir. Araşdırmalar göstərir ki, "Azəriqaz" Dövlət Neft Şirkətinin tabeliyinə keçəndən sonra uzun illər bu sahədə təcrübəsi olan işçilərin bir çoxu dəyişdirilib. Kadr islahatları bəzi səbəblərlə əlaqələndirilir: "Çünki yeni gələn rəhbərlər də, sıravi işçilər də bu qaydaları bilmirdi. Əvvəllər ən azı ayda bir dəfə mənzillərdə mövcud qaz xətlərinin, istifadə olunan qaz cihazlarının yoxlanması qaydası dəyişdirilərək ildə bir dəfəyə keçirilib. Cihazların yararlılığının yoxlanması qaydası ləğv edilib. Vətəndaşlar bu boşluqdan istifadə edərkən istədikləri cihazları istədiyi qaydada özfəaliyyətlə, yəni layihəsiz quraşdırmağa başlayıblar. Mərkəzləşdirilmiş istilik sistemi olmayan, kombi quraşdırılmayan hündürmərtəbəli evlərin də əksər mənzillərində qaz radiatorları, hündürlüyü və sahəsi uyğun gəlməyən vanna otaqlarında qazla yanan "kalonka"lar, suqızdırıcıları quraşdırılıb. Baş direktor bu sahəyə yad adam olduğu üçün nəyi necə etməli olduğunu bilmir. Uzun illər bu sahədə təcrübəsi olan işçilər-çilingərlər, ustalar, texniklər, xidmət rəisləri, mühəndislər, idarə rəisləri işdən azad edilib. Yerinə bu işləri bilməyən, təcrübəsi olmayan adamlar gətirilib. İşə qəbul zamanı baş direktorun qohum-əqrəbasına, dostlarına yaşıl işıq yandırılıb. Ştat cədvəlləri şişirdilib, İstehsalat Birliyinin aparatındakı işçilərin sayı bir neçə dəfə artırılıb. Bundan başqa, regionlarda olan qaz-istismar idarələri qaz-istismar sahələri ilə əvəzlənib. Onlar mərkəzdə yaradılan regionlar üzrə qaz-istismar idarəsinə tabe edilib. Burada yüzlərlə yeni ştatlar yaradılıb. Effekt vermədiyinə görə bir ildən sonra ləğv edilib. Uzun illər fəaliyyət göstərmiş, oturuşmuş "Bakqaz" da onun kimi ləğv olunub. Hazırda respublikada həm istismar, həm də satış işləri çox ağır vəziyyətdədir". Əldə etdiyimiz məlumatlardan belə məlum olur ki, "Azəriqaz" İstehsalat Birliyi vətəndaşları keyfiyyətli şəkildə mavi yanacaqla təmin etmək əvəzinə, onları zəhərləyir. "Qaz təchizatı" haqqında Qanunda isə göstərilir ki, təchizatla məşğul olan orqanın əsas borcu təbii qazı təhlükəsiz qaydada istehlakçıya ötürmək, istismar vaxtı təhlükəsizlik qaydalarına ciddi nəzarət etməkdir. Təəssüf ki, "Azəriqaz" rəsmiləri əhalini yalan vədlərlə aldadır. Məlumatlı mənbənin bildirdiyinə görə, qazlaşma sahəsində vəziyyət çox acınacaqlıdır: "Son illər ərzində ölkəmizin yaşayış məntəqələrində qazlaşmanın səviyyəsi nəzərəçarpacaq səviyyədə artmayıb. Amma statistik məlumatlarda bu rəqəm 95 faiz kimi göstərilib. Əvvəllər əhaliyə təbii qaz təmizlənib, ziyanlı, yanmayan qazlardan, tərkibindəki toz, qum qatışığından ayrılaraq verilirdi. O vaxt istehsal (ARDNŞ) və istismar edən (Azəriqaz QSC) ayrı-ayrı təşkilatlar idi. Birinin digərinə tabeçiliyi yox idi, biri satan, digəri alan idi. İndi isə bunlar hər ikisi bir əldədir. Qazın istehsalının miqdarının şişirdilməsi birbaşa istismarı və satışından asılıdır. Qazın tərkibinin təmizlənməsi, müxtəlif qatqılardan ayrılması baş direktoru maraqlandırmır. Əhaliyə verilən təbii qazın tərkibində xeyli miqdarda yanmayan, yaxud tam yanmayan zəhərli qazlar var. Bu qazlar da istehlak olunan təbii metan qazının miqdarını təyin etmək üçün qurulan sayğacdan keçir, lakin yanmır. Ona görə də qəbul edilmiş qazın faydalı iş əmsalı, istiliyi az, məsrəfi (1 kubmetri 0,1 man) çox olur". Mənbəmiz deyir ki, "Azəriqaz" istehlakçılarının hüquqlarını pozmaqla məşğuldur: "Əvvəllər qurulmuş 2.5 kubmetr/saat gücündə olan sayğaclar 4.0 kubmetr/saat gücündə olan sayğaclarla əvəzlənib. Bu sayğacların əvvəlkilərdən fərqi təxminən istehlak olunan qazın miqdarını 2-2.5 dəfə artıq qeyd etməkdir. Bunu da "Azəriqaz" özünün tabeliyində olan "Qazsazlama" müəssisəsi vasitəsilə həyata keçirir. Burada sayğaclar laboratoriyada nizamlanmalı, standartlara uyğunlaşdırılmalı, sonra Standartlaşdırma və Patent üzrə Komitənin ayrılmış nümayəndəsi ilə plomblanmalıdır. Təəssüf ki, bu proseslər həmişə "Azəriqaz"ın xeyrinə, əhalinin, idarə və müəssisələrin ziyanına həyata keçirilir". Yazının əvvəlində qeyd etdiyimiz kimi, Ə.Hacıyevin bu sahədə bir gün də olsa, təcrübəsi yoxdur. Yəni o qeyd olunan sektora yad birisidir. Baş direktorun tərcümeyi-halına nəzər salsaq, bir sıra şübhəli məqamlara rast gələ bilərik. Belə ki, o orta məktəbi bitirən kimi indiki Sankt-Peterburq şəhərinə yollanıb. İddialara görə, bu şəhərdə ticarətlə məşğul olub. Daha sonra hansısa yollara baş vuraraq mühəndislik diplomu alıb və 1990-cı illərin ikinci yarısında Azərbaycana qayıdıb. Etibarlı mənbənin sözlərinə görə, adıçəkilən məmur yüksək rütbəli şəxslərdən biri ilə qohumluq əlaqələrindən istifadə edərək "Maye qaz" özəl müəssisəsi yaradaraq propan qazının satışı ilə məşğul olub: "Daha sonra isə "Neftyağ" zavoduna direktor təyin olunub. 2009-cu ilin iyulunda "Azəriqaz" ARDNŞ-in tabeliyinə veriləndə bura baş direktor təyin edilib. Məhz bundan sonra İstehsalat Birliyində vəziyyət dəyişməyə başlayıb. Belə ki, Əkbər Hacıyev "Azəriqaz"a qohum-əqrəbasını və həmyerlilərini yığıb. Onun qohumu və həmyerlisi olmayan işçilər müxtəlif bəhanələrlə işdən çıxarılıb". Qeyd edək ki, cənab prezident İlham Əliyev son vaxtlar struktur islahatları həyata keçirir. Buna misal olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsini göstərmək olar. Digər mühüm struktur islahatı isə elektrik enerjisinin paylanması və satışı funksiyasının "Azərenerji"dən alınaraq "Bakelektrikşəbəkə"nin bazasında yaradılan "Azərişıq"a verilməsi oldu. Ölkə başçısı bu islahatın səbəbini açıqlayaraq deyib ki, bölgələrdə elektrik enerjisi ilə təchizatı yaxşılaşdırmaq üçün dəfələrlə verdiyi göstərişlər, görülən inzibati tədbirlər nəticə vermədiyinə görə bu struktur islahatını həyata keçirib. Özəl mənbələr isə bildirir ki, eyni aqibət "Azəriqaz" və onun baş direktorunu da gözləyə bilər: "Təbii qazın paylanması və satışı funksiyalarının "Azəriqaz"dan alınması, həmçinin ölkədə təbii qazın paylanmasını və satışını həyata keçirmək üçün müstəqil ASC-nin yaradılacağı gözlənilir. Bunu zəruri edən amillər var. Çünki ölkə rəhbərliyi "Azəriqaz"ın qarşısında ciddi tapşırıqlar qoymuşdu. Buna qədər isə sözügedən sistemdə ciddi maxinasiyalar, abonentlər tərəfindən qaz oğurluğu baş alıb gedirdi. Nəticədə "Azəriqaz"da hər il böyük həcmdə qaz itkisi qeydə alınırdı, qaz operatoru satdığı qazın pulunu yığa bilmirdi. 2009-cu ildə prezident bu sahədə vəziyyəti kökündən dəyişdirmək üçün struktur islahatlarına getdi - "Azəriqaz"ın nəhəng məbləğdə borcu silindi və bu struktur ARDNŞ-in tərkibinə verildi. Tarif Şurası isə əhaliyə satılan təbii qazın qiymətini iki dəfə artırdı, bununla da "Azəriqaz"ın gəlirlə işləməsinə imkan yaradıldı. Buna baxmayaraq, qaz operatorunun fəaliyyətində ciddi nöqsanlar qalır. Məsələn, abonentlərin smart tipli sayğaclarla təchiz olunmasına, qaz xətlərinin yenilənməsinə rəğmən, qaz itkisinin həcmində radikal azalma baş verməyib. Rəsmi statistik rəqəmlərə görə, təkcə 2013-cü ildə "Azəriqaz"da qaz itkisi 7,2 faiz (təxminən 890 milyon kubmetr) təşkil edirdi.

Əslində isə itkilərin miqdarının daha yüksək-ildə 1-1,2 milyard kubmetr olduğu təxmin edilir. Lakin itkilərin "Azəriqaz"ın rəsmən təsdiq etdiyi kimi 7-8 faiz arasında olduğu qəbul edilsə belə, bu, dəhşətli dərəcədə yüksək rəqəmdir. Digər tərəfdən, "Azəriqaz" ölkədə qazlaşdırma səviyyəsini prezidentin müəyyən etdiyi səviyyəyə - 95 faiz səviyyəsinə qaldırmağa hələ də nail olmayıb.

Bölgələrdə qazlaşdırma işləri ləng gedir. Elə buna görə də baş direktorun vəzifədən kənarlaşdırılması, ümumiyyətlə "Azəriqaz" İstehsalat Birliyinin ləğvi məsələsi gündəmə gəlib".

Yazı ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
\\ gundelik-baku.com \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ Azərbaycanla münasibətləri strateji xətt kimi qəbul edir - AKTUAL
Bu gün, 16:46
“Aztelekom” bir ildə eyni şirkətlə 2.4 milyonluq müqavilə bağlayıb
Bu gün, 16:41
Nazirliklə teatr arasındakı qalmaqalda adı hallanan Əfsun Əhmədov kimdir? - İLGİNC
Bu gün, 16:35
Ermənistan Arutyunyanın ekstradisiyasını tələb edəcək - KİV
Bu gün, 16:19
Dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda bəzi saytlara giriş məhdudlaşıb - Cloudflare-də qlobal nasazlıq
Bu gün, 16:18
ETSN-in strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib - QƏRAR
Bu gün, 16:16
Əli Həsənov ailəsi haqda bu faktı niyə açmadı? – İslamı qəbul edən erməni qayınana…
Bu gün, 16:14
"Onlar ya sənədlərini düzəldə bilmirlər, ya müxtəlif dövlət qurumlarından sənədlərini keçirə bilmirlər" - deputat
Bu gün, 16:08
Qriqoryan AB-nin xüsusi nümayəndəsi ilə görüşdü
Bu gün, 16:00
Gəncə Avtomobil Zavodu FHN-ə bir yanğınsöndürən maşını 468 min manata satacaq
Bu gün, 15:58
Lizinq şirkətinə 1,2 milyon manatlıq avtomobil satdı - TENDER NƏTİCƏSİ
Bu gün, 15:55
“Hüquqşünasların bir çoxu ixtisası üzrə işləmirlər” -ƏKRƏM HƏSƏNOV
Bu gün, 15:52
Badamdardakı restoranda insident – Dava salan şirkət əməkdaşı həbs edildi
Bu gün, 15:46
Sabah icra başçısının şikayətinə baxılacaq – ŞABRANDA BORC QALMAQALI
Bu gün, 15:45
Veysəloğlu Mərkəzi Sınaq Laboratoriyası ISO/IEC 17025 akkreditasiyasını əldə etdi – keyfiyyət və etibarlılıqda yeni mərhələ
Bu gün, 15:33
2008-ci ildə Qarabağdakı qoşunlar bura girib? – Virabyan
Bu gün, 15:27
Rusiyada 6 yaşlı oğlunu öldürüb, başını kəsib gölə atan 31 yaşlı qadın həbs edilib
Bu gün, 15:25
Ermənilərlə görüşən Azərbaycan deputatları KİMLƏRDİ...
Bu gün, 14:53
"Azərbaycanın aparıcı dövlətlərin sırasına daxil olmasının vaxtı çatıb" - ÇÜNKİ...
Bu gün, 14:49
Masallıda icra başçısı DAĞA DIRMAŞDI: Hamı HEYRAN QALDI... - İŞİNİ DƏ BELƏ GÖRSƏYDİ...
Bu gün, 14:46
İrandan iki ölkəyə müharibə mesajı - Danışıqlar üçün zəmin yoxdur
Bu gün, 14:40
Sosial Xidmətlər Agentliyi aylığı 22 minə ofis icarəyə götürür
Bu gün, 14:33
Mqer Qriqoryan Maqdalena Qrono ilə kommunikasiyaların açılmasını müzakirə edib
Bu gün, 14:30
"Quli" tərəfdarlarının ABŞ-də cinayət əməlləri - Həm restoranda işləyir, həm də...
Bu gün, 14:19
Hacı Qalib Ramiz Mehdiyevi “topa” tutdu – hakim, “peşka”, general və milyarder haqda sərt danışdı
Bu gün, 14:16
Bakıda məktəblinin 15 yaşlı Hikməti öldürməsinin - TƏFƏRRÜATI
Bu gün, 14:14
Ermənistan sabiq baş prokurorun ekstradisiyası üçün Rusiyaya müraciət edəcək - KİV
Bu gün, 14:13
Çətin dövrlərə baxmayaraq, Fransa ilə Azərbaycan hər zaman yüksək səviyyəli dialoqu saxlayıb - Səfir
Bu gün, 14:12
Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında görüş olub
Bu gün, 14:10
TƏBİB-də illərlə yüksək vəzifə tutan departament rəhbərinin tibbi təhsili yox imiş - İLGİNC
Bu gün, 13:12
“Həmkarlar”da növbədənkənar qurultay: Sahib Məmmədov narahatdır - NƏ BAŞ VERİR?
Bu gün, 13:08
Hətta ərzaq üçün də kifayət qədər pulyoxdur - İran iqtisadi böhran içində boğulur
Bu gün, 13:05
Məktəbli oğluna maşın verən ata - Həbs edildi
Bu gün, 13:02
Narkotik yüklü Azərbaycan vətəndaşı ƏLƏ KEÇDİ - Gürcüstanda...
Bu gün, 13:00
Cəmilə Zauru SUSDURDU - "Nolsun, yaşım 66-dır, mator 35, benzin 98-dir"
Bu gün, 12:52
Rusiya Ukraynada niyə Azərbaycan və Türkiyəni hədəfə aldı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:49
İcra Hakimiyyətlərinin “sevimli şəriki”: “DREAM CONSTRUCTİON COMPANY”... - YENƏ İŞ BAŞINDA...
Bu gün, 12:47
Səhvən əsgər aparılanlar təzminat ala bilərlər - VƏKİL
Bu gün, 12:46
LAL DEPUTAT hələ də DİL AÇMAYIB... - Bəlkə ümumiyyətlə, danışa bilmir..?
Bu gün, 12:42
TƏBİB-lə keçmiş nazirin oğlu 13 milyona anlaşdı: Daha bir tender olayı - ARAŞDIRMA
Bu gün, 12:40
Ata Andreyin səhvi və ya problem təkcə Putin deyil - Rusiyanın özüdür
Bu gün, 12:29
Bakıda məşhur əyləncə mərkəzi müsadirə olundu - DETALLAR
Bu gün, 12:27
“Status Sığorta Brokeri” MMC-yə icrası məcburi göstəriş verilib
Bu gün, 12:25
Ali Məhkəmə Bəxtiyar Hacıyevlə bağlı qərar verdi
Bu gün, 12:17
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:14
Fuad Nəcəflini hakimiyyətdən YIXAN FAKTLAR: Vasif Talıbovdan fərqlənmədi... - Daha betərini etdi...
Bu gün, 12:10
Azərbaycanlı "qanuni oğru" dəstəsi ilə birgə ələ keçirildi - həmyerlilərimizə "qan uddururdu"
Bu gün, 12:05
"Yaşıl Dəhliz Birliyi"nin yeni Baş direktoru təyin edilib, nizamnamə kapitalı artırılıb
Bu gün, 12:00
Adı milyonluq yeyintidə hallanırdı... SƏSİ AVROPADAN GƏLİR... - İDDİA
Bu gün, 11:59
Ulu Öndərin ideyalarını yaşadan partiya - MƏQALƏ
Bu gün, 11:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru