Politoloq Sergey Markov Rusiyada xarici agent elan edilib .....                     Prezidentin Təhlükəsizlik Xidmətinin mayoru vəfat etdi .....                     “Heç bir böhtana inanmayın’” .....                     Qusarın təzə icra başçısı da özünə tender yoldaşları müəyyən edib... .....                     İki ay əvvəl vəzifəyə təyin edilən jurnalist istefa verdi .....                     Tramp Kiyevin hərəkətindən qəzəblənib .....                     Moskva və Bakı birgə fəaliyyət üçün istiqamətləri müəyyən ediblər .....                     Putin və Zelenskinin yaxın vaxtlarda görüşü nəzərdə tutulmur .....                     Fərhad Əhmədovun Azərbaycandakı mülklərinə həbs qoyuldu .....                     Paris Bakıya “yumşalma siqnalı” GÖNDƏRDİ .....                     Müğənniyə sui-qəsd İŞİ: .....                     Terror aktı hazırlamağa cəhddə ittiham olunan erməni iş adamının həbs müddəti uzadılıb .....                     Süleyman Mikayılov Qobustanda qəbul keçirdi .....                     Kərbəlaya gedən zəvvarları aldadıb yarıyolda qoyan şəxs tutuldu .....                     Şərurlu İsfəndiyarın binalarında YOXLAMA? .....                     Azərbaycan nəyə və niyə hazır olmalıdır? .....                     Paşinyan-Ter-Petrosyan davası yenə qızışıb .....                     FTB Con Boltonun evində axtarış aparıb .....                     12 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Cavid Səfərov Alay Komandiri təyin olunur? .....                     Əraziyə zəncir vurulub: kim aradan qaldırmalıdır? .....                     Vüqar Qurbanov Vətən müharibəsi iştirakçısına vəzifə verdi .....                     Azərbaycanda internet tam kəsiləcək? .....                     Sahibkar gömrük sisteminin eybəcərliklərini İFŞA ETDİ .....                     “Azərbaycan Dəmir Yolları” törəmə şirkətinə yeni direktor təyin edilib .....                     Azərbaycanda 10-15 manatlıq «mini tenderlər» də keçirilirmiş .....                     Dövlət Mühafizə Xidmətinin hərbçiləri təltif edilib .....                     Sədərək Mərkəzi Xəstəxanasının tibbi avadanlıqları hansı məmur tərəfindən oğurlanıb? .....                     “Evlənəcəyim qızı Ramiz Rövşənlə məsləhətləşdim” .....                     Qriqoryan və ABŞ-nin İrəvandakı səfiri .....                     “Azercell” abunəçilərindən hər yolla pul qoparmağa çalışır... .....                     Makron, Merts və Tusk gələn həftə Moldovaya gedəcək .....                     "SEPAH İranın daxili problemlərini ört-basdır etmək üçün .....                     İcra Hakimiyyətinin vəzifəli şəxsi 8 sutka həbs olundu .....                     İran telekanalı Pezeşkianı ələ saldı .....                     Paşinyan Zəngəzurla bağlı əsl razılaşmanı gizlədir .....                     “Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır .....                     Moskva Paşinyanı küncə sıxdı .....                     Putinin nümayəndəsindən Azərbaycana qarşı təxribat .....                     Mülayim şərq küləyi əsəcək .....                     Qəbələnin başçısının guya BUNDAN XƏBƏRİ YOXDUR? .....                 

Oliqarxiyada özünə yer etmiş Qorxmaz Hüseynova qarşı ilginc ittihamlar - "Azərsu"da "ailə podratı"...
Tarix: 28-04-2015, 11:28 | Çap et
Oliqarxiyada özünə yer etmiş Qorxmaz Hüseynova qarşı ilginc ittihamlar
Dünyanın əksər ölkələrini içməli su problemi narahat etməkdədir. Yer kürəsinin içməli su çatışmazlığı ilə üzləşə bilmə ehtimalı problemin həlli istiqamətində daha ciddi düşünməyə sövq edir. Nəzərə almaq lazımdır ki, içməli suyun həcmi eyni qalsa da, suya olan tələbat ildən-ilə artır. Statistikaya görə, Yer kürəsindəki su ehtiyatının 97,5 faizi şor, yalnız 2,5 faizi içməli sudan ibarətdir. Yer kürəsi ərazisinin 71 faizini təşkil edən 1,46 milyard kubkilometr su ehtiyatının cəmi 31 milyon kubkilometri şirin sudur ki, bunun da 96 faizi bərk haldadır.

Maye vəziyyətində olan su ümumi şirin su həcminin təxminən 0,8-1 faizini təşkil edir. Bu problem ölkəmizdə də aktualdır. Qeyd edək ki, əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə böyük işlər görülüb. Son illər prezident İlham Əliyevin bu sahənin inkişafına göstərdiyi böyük diqqət və qayğı sayəsində Bakı şəhəri və Abşeron yarımadası, eləcə də regionlarda içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə layihələr həyata keçirilir. Bu işlərin görülməsi üçün "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə (ASC) hər il dövlət büdcəsindən və digər maliyyə qaynaqlarından vəsait ayrılır. Amma buna baxmayaraq, əhalinin içməli su ilə təminatı hələ də ürəkaçan səviyyədə deyil. Əksinə, paytaxt və regionlarda yaşayan sakinlər suyun qıtlığından əziyyət çəkir. O zaman sual yaranır: bəs dövlətin bu sahəyə ayırdığı milyardlar hara sərf edilir? Ötən saylarımızda "Azərsu"da mövcud olan qanun pozuntuları, büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi və qurumun sədri Qorxmaz Hüseynovun işinin öhdəsindən layiqincə gələ bilməməsi haqqında silsilə yazılar dərc etmişdik. Təəssüf ki, ASC sədri fəaliyyətində dönüş yaratmaq istəmir. Biz isə apardığımız araşdırmalar nəticəsində adıçəkilən məmurla bağlı yeni məlumatlar əldə etmişik.

Büdcədən ayrılan vəsaitlərin yetərli hissəsi talana məruz qalır

Başlayaq kanalizasiya sistemlərinin vəziyyətindən. Dünya Səhiyyə Təşkilatının araşdırmalarına görə, hər il dünyada 2.5 milyona yaxın 15 yaşına qədər uşaq yatalaq xəstəliyindən dünyasını dəyişir. Bunu daha çox bir sıra inkişaf etməmiş və inkişaf etməkdə olan ölkələrdə kanalizasiya şəbəkəsinin olmaması və su xətlərinin kanalizasiya tullantılarına qarışması ilə izah edirlər. İqtisadi Əməkdaşlıq Təşkilatı və Avropa Birliyi Su Təşəbbüsləri Proqramının qiymətləndirməsinə görə, Azərbaycan içməli su təchizatı və kanalizasiya sistemlərinin keyfiyyəti, əhali üçün əlçatanlıq səviyyəsinə görə MDB ölkələri arasında ən aşağı səviyyədədir. Həmin hesabata əsasən, Azərbaycan əhalisinin 77 faizinin keyfiyyətli su mənbəyinə, cəmi 54 faizinin isə kanalizasiya xidmətlərinə çıxışı var. İnkişaf etmiş ölkələrdə keyfiyyətli su və mərkəzləşmiş kanalizasiya sisteminə çıxış faizi 95, 100 faiz civarında formalaşır. Qonşu Gürcüstanda keyfiyyətli su mənbələrinə çıxış 87 faiz, kanalizasiya isə 70 faizdən yuxarıdır. Hesabatda Azərbaycanın göstəriciləri Türkmənistan və Özbəkistan kimi ölkələrlə uyğun gəlir. Dünya Səhiyyə Təşkilatının yanaşmasına görə, ölkələrdə kanalizasiya sistemi mərkəzləşmiş olmayanda, xüsusən də kənd yerlərində qazılan kanalizasiya quyularının su mənbələrinə qarışma təhlükəsi yüksəkdir. Halbuki, ölkəmizdə son illər kanalizasiya xətlərinin yenilənməsi və çəkilməsi üçün milyardlar həcmində vəsait ayrılıb. Qorxmaz müəllim, bəs nəyə görə biz İqtisadi Əməkdaşlıq Təşkilatı və Avropa Birliyi Su Təşəbbüsləri Proqramının qiymətləndirməsinə əsasən kanalizasiya sistemlərinin keyfiyyəti baxımından MDB ölkələri arasında ən aşağı səviyyədə olmalıyıq? Şəxsən bir vətəndaş kimi Azərbaycanın adının bu cür hesabatlarda mənfi mənada hallandırılması bizim üçün xoş deyil. Amma bizimlə sizin aranızda fərq var. Fərq ondadır ki, siz şəxsi mənafeyinizi dövlətin maraqlarından daha üstün tutursunuz. Buna görə də büdcədən ayrılan vəsaitlərin yetərli hissəsi talana məruz qalır.

"Azərsu"nun rəhbərliyində təmsil olunan şəxslərin villalarının suyu bir saniyə də olsa kəsilmir

Qorxmaz müəllim, deyirsiniz ki, ölkə əhalisinin böyük hissəsi fasiləsiz şəkildə içməli su ilə təmin olunur. Onda sual edirik: nəyə görə Ağcabədi rayonunun Kəbirli, Mehrablı, Qaradolaq, Yeni Qaradolaq və Aran kəndlərinin əhalisi 30 ildən artıqdır içməli su üzünə həsrətdir? Bu kəndlərin sakinləri dəfələrlə mətbuat vasitələrinə müraciət edərək susuz qalmalarından şikayətlərini dilə gətiriblər. "Azərsu" rəsmiləri isə vətəndaşların harayına çatmır, yaxud çatmaq istəmir. Narazı vətəndaşların dediyinə görə, bir neçə il əvvəl kəndlərdə 4 subartezian quyusu qazılıb, 4 ədəd 130 ton su tutumu olan su qülləsi quraşdırılııb, 27 km- ə qədər su kəməri çəkilib. Lakin borulardan içməli su əvəzinə şor su axmağa başlayıb. Qaradolaq, Yeni Qaradolaq və Aran kəndlərinin əhalisi ASC rəhbərliyinin etinasızlığını görüb dədə-baba qaydasına qayıdıblar, içməli suyu əvvəlki kimi satın alırlar: "Su satan maşınlara hər dəfə 10-20 manat pul ödəyib su çənlərini 5 günlük, 1 həftəlik doldururuq. Bu suyu da qənaətlə işlədirik. Pulu olmayan yoxsul insanlar kənddəki kanalın çirkli suyundan istifadə edir. Qışda isə qarı əridib suyunu içirik". Həqiqətən də, çox acınacaqlı mənzərədir. Dövlət əhalinin keyfiyyətli, eyni zamanda fasiləsiz şəkildə su ilə təmin edilməsi məqsədilə milyardlar ayırır, amma bölgələrdə yaşayan vətəndaşlar içməyə su tapmır. Bu hansı məntiqə sığır? Əksər rayonlarda vəziyyət bu cürdür. Əhali içməli su üzünə həsrətdir. "Azərsu"nun rəhbərliyində təmsil olunan şəxslərin milyonluq villalarının suyu isə bir saniyə də olsa kəsilmir. Axı sizin camaatdan nəyiniz artıqdır, hə?

Qorxmaz Hüseynov, buna inkişaf demək olar?

Apardığımız araşdırmalar göstərir ki, son dörd ildə Azərbaycanın su təsərrüfatı və kanalizasiya sistemlərinin bərpası və yenidən qurulması işlərinə dövlət büdcəsindən və hökumət zəmanətilə alınan kreditlər hesabına təqribən 2 milyard dollar həcmində vəsait yatırılıb. Oğuz-Qəbələ-Bakı su kəməri bura aid deyil. O cümlədən 2011-ci ilin dövlət büdcəsindən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə beynəlxalq kredit layihələri üzrə Azərbaycan tərəfinin payının maliyyələşdirilməsi üçün 20,22 mln, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası üçün 87 mln, Bakının 11 rayon mərkəzinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrası üçün 181,112 mln, 2011-ci ilin büdcəsində "Azərsu" ASC-yə əsaslı vəsait qoyuluşları üzrə isə 73,550 mln. manat vəsait ayrılıb. Dünya Bankı, Asiya İnkişaf Bankı, Almaniyanın KFV bankı və digər maliyyə qurumlarından isə yenidənqurma işlərinə 35 mln. dollara yaxın (27,65 mln. manat) kredit cəlb olunub. Dövlət Neft Fondundan Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihəsinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq ayrılan 32,6 mln. manatı da nəzərə alsaq, beləliklə, 2011-ci il üzrə "Azərsu" ASC-nin sərəncamında 422,132 mln. manat vəsait olub. Yəni yarım milyard manat. 2012-ci ilin dövlət büdcəsindən ASC-yə 582 milyon manat vəsait ayrılıb. Nəticə isə göz qabağındadır. Paytaxtın bəzi mərkəzi əraziləri istisna olmaqla əksər qəsəbələrə su fasilələrlə verilir. Bakının elə kəndləri var ki, (məsələn Zığ kimi) əhali suyu maşınla alır. Şəhərin mərkəzində belə problemlər mövcuddursa, görün bölgələrdə durum nə yerdədir. Qorxmaz Hüseynov, buna inkişaf demək olar? YOX.

Rusiyada 1996-cı ildən ləğv edilən DÜST 2874-82 standartından "Azərsu" indi də istifadə edir

Ekoloji məsələlər üzrə beynəlxalq ekspert, Azad İstehlakçılar Birliyinin su üzrə eksperti, Beynəlxalq Ekoenergetika Akademiyasının professoru Lətifə Hüseynova bir müddət əvvəl mətbuata açıqlamasında xəstəliklərin 80 faizinin keyfiyyətsiz sudan meydana gəldiyini deyib: "Dövlət bu sahəyə kifayət qədər vəsait ayırsa da, yenə keyfiyyət problem olaraq qalır. Suya hələ də xlorun qatılması orqanizmdə ciddi fəsadlar yarada bilər. Belə ki, hüceyrələrimizdəki hidrogeni çıxararaq xlor onun "yerini tutur". Bu isə insan ömrünü azaldır, onkoloji xəstəliklərin yaranmasına səbəb olur. Artıq inkişaf etmiş ölkələr xlordan çoxdan imtina ediblər, suyu ultrabənövşəyi şüalar, ozon və s. üsullarla zərərsizləşdirirlər. Bundan başqa, su kəmərlərinin aşağı keyfiyyətdə olması da içməli suyun qəbulunda təhlükəli amil sayılır. Çünki, köhnə borulardan dəmir, qurğuşun, sink, mis, flüor, hidrogen-sulfid, alüminium, selen və digər kimyəvi elementlər su vasitəsilə orqanizmə daxil olur və fəsadlar törədir. Azərbaycanda içməli suyun kimyəvi, mikrobioloji və ekotoksikoloji tədqiqatı aparılmalıdır". "Azərsu" ASC-nin saytında isə göstərilir ki, Azərbaycanda istehlakçılara verilən içməli suyun keyfiyyət göstəriciləri MDB ölkələrinin birgə qəbul etdiyi Dövlətlərarası Standarta (DÜST 2874-82) uyğun təyin edilir və hazırda mənbələrdən götürülən sular DÜST 2874-82 standartlarına cavab verən səviyyədə emal olunaraq istehlakçıların istifadəsinə verilir. Əldə etdiyimiz məlumatlara görə, 2002-ci ildə Standartlaşdırma, Metrologiya və Sertifikasiya üzrə Dövlətlərarası Şura tərəfindən "SU VƏ SUYUN HAZIRLANMASI DÖVLƏTLƏRARASI DÜST 30813-2002" qəbul edilib. DÜST 2874-82-yə gəldikdə isə həmin standart Rusiya Federasiyasında belə 1996-cı ildən ləğv edilib.

ASC rəsmiləri milyardların yalnız bir neçə milyonu üzrə məlumat verir

Ötən saylarımızda bildirdiyimiz kimi, Qorxmaz Hüseynovun ən böyük özbaşınalıqlarından biri də tenderləri öz qohumlarının nəzarətindəki şirkətlərə həvalə etməsidir. Həmin şirkətlərin sırasına isə "Alıbəyli", "AS İnşaat", "Hidro-Lotus", "Texno-Atinak", "Mühəndis Tikinti Layihə", "Sənaye Tikinti-M" daxildir. Xatırladaq ki, şirkətin keçirdiyi "sirli tender"lərlə bağlı məsələ bir neçə ay əvvəl mətbuatın gündəminə gətirilmişdi. Lakin qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı 2011-ci ildə ayrılan vəsaitlər üzrə keçirilən tenderlərlə bağlı media nümayəndələrinin sorğusunu cavablandırmaqdan imtina etmiş, bunu "kommersiya sirri" adlandırmışdı. 8 fəsil və 63 maddədən ibarət "Dövlət satınalmaları haqqında" Qanunda isə belə bir "sirr" nəzərdə tutulmayıb.

Qalib və məğlub şirkətlərin adının açıqlanması şəffaflığın əsas göstəricilərindəndir. Belə məlumatların ictimaiyyətdən gizli tutulması yüksək korrupsiya riski sayılır. Qeyd edək ki, tenderlərdə şirkətlər iştirak haqqı ödəyirlər. Bu, hər tender üzrə müxtəlif qiymətlər ola bilər. "Azərsu"dan isə satınalmalar üzrə iştirak haqları ilə bağlı heç bir məlumat açıqlanmayıb. Satınalmalar üzrə Dövlət Agentliyinin saytında keçirilmiş müsabiqələrin reyestrində 10636 tenderin içərisində "Azərsu" adına yalnız 8 tenderin nəticəsi var ki, onların da cəmi məbləği 39,8 milyon manatdır. Həm də bu rəqəmlərin hansı ilə aid olduğu göstərilməyib. Göründüyü kimi, dövlət qurumu olan "Azərsu" milyardların yalnız bir neçə milyonu üzrə məlumat verir. Halbuki, dövlət vəsaitləri ilə bağlı satınalmalar sözügedən agentlikdən gizli aparılmamalıdır. Qanunvericiliyə görə təşkilatların tenderlərin nəticələri barədə məlumatları 3 bank günü ərzində agentliyə təqdim etməsi şərtdir. Əks halda agentlik Prezident Administrasiyası və Nazirlər Kabinetinə onlar barədə məlumat verir.

Etibar Məmmədov və digərləri Həsən Əliyevin cinayət işinə niyə cəlb edilməyib?

Qorxmaz Hüseynovla bağlı ən maraqlı məqam isə Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Həsən Əliyevin törətdiyi cinayət əməlidir. Məlumat üçün bildirək ki, dələduzluq və rüşvətxorluqda təqsirləndirilən keçmiş hakimin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi bu günlərdə başa çatıb. Məhkəmə azadlıqda olan Həsən Əliyevin barəsində 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. O, məhkəmə zalında həbs edilib. İttiham aktına görə, Rusiyadan gələn iş adamı Ramazan Səlimov işə düzəlmək üçün 2011-ci ildən tanıdığı Elman Məmmədova müraciət edib. E.Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Həsən Əliyev R.Səlimovdan işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan pulu qaytarmayıb. Bundan sonra R.Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi başlanıb və E.Məmmədov həbs olunub. Daha sonra məlum olub ki, Taleh Süleymanov adlı şəxs də cinayətdə iştirak edib və o da həbs edilib. Aldadılan Ramazan Səlimov isə istintaqa verdiyi ifadəsində şok detalları açıqlayıb. Onun dediklərindən: "Həsən Əliyevin tapşırığı ilə "Birləşmiş Sukanal" MMC-nin rəisi Etibar Məmmədovun qəbuluna getdim. Əvvəlki ifadəmdə mən onun adını səhvən Ərəstun kimi göstərmişəm. Əslində, Ərəstun Etibar müəllimin köməkçisidir və qəbulla bağlı onun yanında olmuşdum. Bu səbəbdən adları qarışıq salmışam. Həsən Əliyev mənə dedi ki, Etibar müəllimlə danışılıb, səni ya Abşeron, ya da Sumqayıtın sukanal idarəsinə rəis təyin edəcəklər. Yenə də mənə işarə etdi ki, hər hansı pul söhbəti etmə, soruşsalar, de ki, o məsələləri müəllim həll edəcək. Həsənin tapşırığına əsasən Mərkəzi Univermağın ikinci mərtəbəsindəki mağazadan brillyant qaşlı "Polyot" markalı qol saatını Etibara vermək üçün hədiyyə kimi 1350 manata satın aldım və soyadını bilmədiyim, Həsənin dediyinə görə Dövlət Neft Şirkətinin vəzifəli şəxslərindən birinin yaxın qohumlarından olan Etibarın qəbuluna getdim və hədiyyəmi ona təqdim etdim. Sonuncu mənimlə söhbətində Sumqayıt şəhərinə idarə rəisi təyin olunmağımın 100-200.000 manat xərci olacağını dedi. Mən ona bu məsələlərə qarışmadığımı və bu işləri Həsən müəllimin həll edəcəyini deyəndə, o təəccüblə məndən Həsənin kim olduğunu soruşdu. Mən ona Həsənin məni onun yanına göndərən şəxs olduğunu dedim. O yenə də təəccüblə mənə dedi ki, səni mənim yanıma Nazirlər Kabinetində işləyən Mübariz adlı şəxs göndərib və mənim yanımda Mübarizə zəng etdi. Ona dedi ki, həmin yoldaş yanıma gəlib, hansısa Həsənin adını çəkir. Bu nə məsələdir? Mübarizin ona nə deməsini eşitmədim, ancaq bu danışıqdan sonra Etibar narazı tərzdə mənə dedi ki, hakimi tanımır, məni Mübariz müəllimin xahişi ilə qəbul edib və özünün Vəli Həsənov soyadlı müavinini otağına çağırtdıraraq ona mənim sənədlərimi qaydaya salmağı tapşırdı. Həmin müavin vəzifəli şəxslərdən birinin qardaşı idi və mənə anket verib doldurmağı tapşırdı. Anketi doldurduqdan sonra mənimlə əlaqə saxlayacaqlarını dedi". Maraqlıdır ki, Ramazan Səlimovun adını çəkdiyi şəxslərin heç biri Həsən Əliyevin barəsində açılan cinayət işinə cəlb edilməyib. Görəsən, niyə?..

Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun tikintisinə ayrılan 5 milyon manatın taleyi qaranlıq qalır

Araşdırmalar nəticəsində öyrəndik ki, Hesablama Palatası "Azərsu" ASC-də yoxlama aparıb və ciddi qanun pozuntularını aşkara çıxarıb: "Sözügedən şirkətə dövlət büdcəsindən 2012-ci ildə 580 milyon manat vəsait ayrılıb. Bu pulların hamısı ölkədə su və kanalizasiya sistemlərinin yaxşılaşdırılması, habelə digər məqsədlər üçün xərclənməliydi. Lakin "Azərsu"nun rəhbərliyində təmsil olunan şəxslərin tamahı həmin vəsaitin böyük bir qisminin müxtəlif adlar altında mənimsənilməsinə gətirib çıxarıb. Onlar büdcə pullarının axırına çıxmaq üçün əsasən üç adamın xidmətindən geniş istifadə edib. Onlardan biri Qorxmaz Hüseynovun qayını "Hidro-İnşaat Servis" MMC-nin rəhbəri Namiq Cəbrayılovdur. Bu şəxsin şirkəti 2011-ci ildə dövlət qeydiyyatına alınıb və qısa müddətdən sonra tenderlərə qoşulub. "Azərsu" prezidentinin qayınının cəlb olunduğu başqa bir şirkət isə "Hidro-Lotus" MMC-dir. "Hidro-Lotus" MMC, "Hidro-İnşaat Servis" MMC yaradılandan 3 ay sonra - 2011-ci il iyulun 26-da qeydiyyatdan keçib. "Hidro-Lotus" MMC-nin 70 faizi "Hidro-İnşaat Servis"ə, 30 faizi isə Türkiyənin "Lotus Müteahhitlik Planlama İnşaat Mühendislik Enerji Madencilik və Taşimacilik Anonim Şirketi"nə (qısaca "Lotus") məxsusdur. Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun layihəsi və tikintisi üçün 5 milyon manatlıq layihə məhz Qorxmaz Hüseynovun qayınına tapşırılıb. Amma onun qarışdığı tenderlər bununla bitmir. Eyni zamanda, Namiq Cəbrayılovun öz işçilərinə pul "atma" halları da mövcuddur. İkinci əsas fiqur isə "Azərsu" sədrinin qardaşıdır. "Sənaye-Tikinti-M" MMC-nin rəhbəri olan Məhəmməd Hüseynov balaca fiqur hesab edilmir. Onun əliylə təkcə sözügedən şirkətdə deyil, həmçinin onun hüdudlarından kənarda da bir sıra işlər görülür. Məsələn, paytaxt rayonlarından birində iri obyektlərin tikintisinin bir çoxu bu şəxsə həvalə olunub". Hesablama Palatasının hesabatında isə ilginc faktlar əks olunub. Sənəddə qeyd edilir ki, audit nəticəsində müəyyən edilib ki, Hesablama Palatası tərəfindən 2012-ci ildə aparılmış auditin nəticələri üzrə Palatanın müvafiq qərarında göstərilən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılması təmin edilməyib. Əksinə həmin nöqsanlara təkrar yol verilib. Nazirlər Kabinetinin müvafiq sərəncamıyla dövlət əsaslı vəsait qoyuluşundan Cəmiyyətin nizamnamə kapitalının artırılması məqsədilə ayrılan 100,0 mln. manat vəsaitin maliyyə hesabatlarının müvafiq hesabında uçota alınması təmin edilməyib. Auditin predmeti olan bütün satınalmalar yalnız bir mənbədən satınalma metodundan istifadə edilməklə həyata keçirilib. Tikinti-quraşdırma işləri ilə məşğul olmasına dair xüsusi razılığı (lisenziyası) olmayan podratçı təşkilatlarla 5 obyekt üzrə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi üçün satınalma müqavilələri bağlanılıb. 12 layihə və obyektin layihə-smeta sənədləri hazırlanmayıb, müvafiq qaydada ekspertizadan keçirilməyib. Həmçinin obyektlərin ehtimal olunan qiyməti müəyyən edilmədən müqavilə bağlanılıb və işlər yerinə yetiriləndən 1-14 ay sonra obyektlərin layihə-smeta sənədləri hazırlanıb və digər prosedurlar yerinə yetirilib. Dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsündə keçid (tikintisi əvvəlki illərdə başlayan) layihələrin siyahısına inşası yeni obyektlər daxil edilərək, təyinatı dəyişdirilib. Bəzi obyektlər üzrə yerinə yetirilən işlərin dəyərinin smetada müəyyən edilən dəyərdən artıq olması nəticəsində podratçılara artıq vəsait ödənilib.

Qohumların çoxdu sayı bu yerdə...

Çoxlarına bəllidir ki, Qorxmaz Hüseynov "Azərsu" ASC-yə sədr olunana qədər bir gün də olsa su sahəsində fəaliyyət göstərməyib. Yəni onun bu sektordan heç bir anlayışı yoxdur. Məhz buna görə də sədr rəhbəri olduğu qurumda bacarıqlı və perspektivli kadrların işləməsinə şərait yaratmır. Özünə yaxın olan adamları, əsasən də qohum-əqrəbalarını yaxşı vəzifələrdə qabağa çəkib ki, bu da bir sıra problemlərin yaranmasına gətirib çıxarıb. Özəl mənbələrin verdiyi məlumata görə, "Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutunun direktoru Yaşar Kəlbiyev Qorxmaz Hüseynovun yaxın adamıdır: "Bu adam əvvəllər vergi sistemində işləyib. Səhv etmirəmsə, iqtisad elmləri doktorudur. Yəni su ilə uzaqdan-yaxından heç bir əlaqəsi olmayıb. Qorxmaz müəllim sədr keçəndən sonra onu instituta direktor təyin etdi. O işinin nədən ibarət olduğunu bilmir. Elə bu səbəbdən institutun fəaliyyəti iflic vəziyyətdədir. Layihələndirmə, elmi-tədqiqat işləri istənilən səviyyədə aparılmır". Mənbəmizin bildirdiyinə əsasən, ASC sədrinin digər vəzifəli qohumu "Azərsu"nun Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisi Xürrəm Hüseynovdur: "Deyilənə görə, o sədrin əmisi oğludur. Nəqliyyat və Xüsusi Texnika İdarəsi qurumun balansındakı bütün maşın və texnikalara cavabdehlik daşıyır. "Azərsu"nun "yağlı tikəsi" hesab edilir. Ən böyük yeyinti və mənimsəmə faktı məhz bu idarədə qeydə alınır. Xürrəm Hüseynov aylıq maaşa ümid bəsləyən sürücülərin başına oyun açır. Hər ay heç bir əsas olmadan onların maaşından tutur. Yanacaq silinməsi hesabına isə ayda külli miqdarda gəlir əldə edir. Onun işində yol verdiyi nöqsanlardan biri də avtomobillərə ehtiyat hissələrinin alınması ilə bağlıdır. Belə ki, heç bir təmirə ehtiyacı olmayan maşınlar servisə göndərilir. Servisdə isə guya maşınlara ehtiyat hissələrinin qoyulduğu barədə sənəd hazırlanır. Sürücülər məcburiyyət qarşısında həmin sənədlərə qol çəkirlər. Beləliklə, müəyyən miqdarda vəsait şəxsi büdcələrə yönəldilir". Aldığımız məlumatlara görə, Qorxmaz Hüseynovun köməkçisi Hafiz Quliyev də ona yaxın adamdır: "Sədrin köməkçisi "Birləşmiş Sukanal" MMC-nin rəhbəri Etibar Məmmədovun qardaşı oğludur. Soyadlarının fərqli olması sizi çaşdırmasın. Qorxmaz Hüseynovun bəzi müəmma dolu işlərini məhz köməkçisi həyata keçirir".

"Alfa Ritm", "Diaqnoz" tibb mərkəzi, Şabranda imarət və daha nələr

Bəzi məmurlar kimi, ASC sədrinin də biznesinin olduğu deyilir. Mötəbər mənbənin iddiasına əsasən, Qorxmaz Hüseynov sədr vəzifəsinə keçəndən sonra biznes obyektlərinin sayını xeyli artırıb: "Deyilənə görə, Nəsimi rayonunun ərazisində yerləşən "Alfa Ritm", eyni zamanda Əhmədli qəsəbəsindəki "Diaqnoz" tibb mərkəzləri ona məxsusdur. Sədrin ən yaxın qohumlarından olan Əhsən Yusifov "Diaqnoz"da baş həkimin müavini işləyir. Hansı ki, bu şəxs əvvəllər ASC-nin Mərkəzi Laboratoriyasına rəhbərlik edib. Lakin işinin öhdəsindən gələ bilmədiyi üçün vəzifəsindən kənarlaşdırılıb. "Diaqnoz"a formal olaraq rəhbərlik edən Ələddin Cabbarov da Qorxmaz Hüseynova yaxın şəxsdir. Cəmiyyət sədrinin "krışalığı" sayəsində Səhiyyə Nazirliyinin əməkdaşları klinikanın fəaliyyətinə müdaxilə edə bilmir. Bundan başqa, adıçəkilən məmurun özünün və qohumlarının Şabran rayonunda imarətləri var. Sədrin imarətinin tikintisinə isə milyonların sərf edildiyi deyilir". Hələ bu harasıdır ki, Qorxmaz Hüseynov. Eşitdiyimizə görə, oğlunuz Araz Hüseynov dostları ilə tez-tez Maldiv adalarına, eləcə də dünyanın digər bahalı ölkələrinə səyahət edir. Görəsən, o heç yerdə işləməyə-işləməyə bu qədər pulu hardan qazanır? Növbəti sayımızda gənc Araz Hüseynovun yaşadığı həyat tərzi, xaricə hansı məqsədlə getməsi və "AA" seriyalı maşını ilə törətdiyi özbaşınalıqlar haqda tükürpədən yazı dərc edəcəyik. Bu arada, bir məqama da toxunmaq istəyirik. Əşrəf Mehdiyevi yəqin ki, çoxlarınız tanıyırsınız. O vaxtilə xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin əleyhinə kəskin fikirlər səsləndirib. Amma bu gün onun qardaşı oğlu Anar Cəbrayıllı (Mehdiyev) "Azərsu" ASC-də mətbuat xidmətinin və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsini tutur. Bildiyimiz qədərilə Əşrəf Mehdiyevin "Azərsu"da işləyən digər qohumları da var. Hələlik onların adını açıqlamaq istəmirik. Zərurət yaranarsa, gələn saylarımızda həmin şəxslərin də adını açıqlayacağıq. Bizi izləməkdə davam edin.

P.S. Deyirlər, "Azərsu"da bütün işçilərin "paket"i ləğv edilib, Qorxmaz Hüseynovun qohumlarından başqa.

(Ardı var)

"Gündəlik Bakı"nın araşdırma qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Politoloq Sergey Markov Rusiyada xarici agent elan edilib - RUSLARIN BAŞI QAÇIB
Dünən, 18:15
Prezidentin Təhlükəsizlik Xidmətinin mayoru vəfat etdi - FOTO
Dünən, 17:59
“Heç bir böhtana inanmayın’” -Məlahat İbrahimqızı yalan məlumatlara CAVAB VERDİ
Dünən, 17:49
Qusarın təzə icra başçısı da özünə tender yoldaşları müəyyən edib... - TƏFƏRRÜAT
Dünən, 17:46
İki ay əvvəl vəzifəyə təyin edilən jurnalist istefa verdi - ÖZÜ DEDİ
Dünən, 17:30
Tramp Kiyevin hərəkətindən qəzəblənib
Dünən, 17:27
Moskva və Bakı birgə fəaliyyət üçün istiqamətləri müəyyən ediblər - Overçuk
Dünən, 17:20
Putin və Zelenskinin yaxın vaxtlarda görüşü nəzərdə tutulmur
Dünən, 17:15
Fərhad Əhmədovun Azərbaycandakı mülklərinə həbs qoyuldu - detallar
Dünən, 16:52
Paris Bakıya “yumşalma siqnalı” GÖNDƏRDİ – Yeni səfir münasibətləri xilas edə BİLƏCƏK?
Dünən, 16:50
Müğənniyə sui-qəsd İŞİ: - AST Telmanın mühafizəçisi bəraət qazanır
Dünən, 16:45
Terror aktı hazırlamağa cəhddə ittiham olunan erməni iş adamının həbs müddəti uzadılıb
Dünən, 16:37
Süleyman Mikayılov Qobustanda qəbul keçirdi - FOTO
Dünən, 16:17
Kərbəlaya gedən zəvvarları aldadıb yarıyolda qoyan şəxs tutuldu - TƏFƏRRÜAT
Dünən, 16:13
Şərurlu İsfəndiyarın binalarında YOXLAMA? - AÇIQLAMA
Dünən, 16:08
Azərbaycan nəyə və niyə hazır olmalıdır? - AKTUAL
Dünən, 16:01
Paşinyan-Ter-Petrosyan davası yenə qızışıb
Dünən, 15:59
FTB Con Boltonun evində axtarış aparıb - “New York Post”
Dünən, 15:54
12 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Cavid Səfərov Alay Komandiri təyin olunur? - İDDİA
Dünən, 15:49
Əraziyə zəncir vurulub: kim aradan qaldırmalıdır? - İcra başçısı Coşqun Cəbrayılovun nəzərinə...
Dünən, 15:44
Vüqar Qurbanov Vətən müharibəsi iştirakçısına vəzifə verdi - ƏMR
Dünən, 15:20
Azərbaycanda internet tam kəsiləcək? - AÇIQLAMA
Dünən, 15:18
Sahibkar gömrük sisteminin eybəcərliklərini İFŞA ETDİ - Prezidentə MÜRACİƏT
Dünən, 15:06
“Azərbaycan Dəmir Yolları” törəmə şirkətinə yeni direktor təyin edilib - BUNDAN SONRA...
Dünən, 14:59
Azərbaycanda 10-15 manatlıq «mini tenderlər» də keçirilirmiş - QALİBLƏR, MƏBLƏĞLƏR
Dünən, 14:48
Dövlət Mühafizə Xidmətinin hərbçiləri təltif edilib - SİYAHI
Dünən, 14:39
Sədərək Mərkəzi Xəstəxanasının tibbi avadanlıqları hansı məmur tərəfindən oğurlanıb? - "Niyə digər yerlərdən işçi götürür?"
Dünən, 14:30
“Evlənəcəyim qızı Ramiz Rövşənlə məsləhətləşdim” – Xalq artisti
Dünən, 14:17
Qriqoryan və ABŞ-nin İrəvandakı səfiri Vaşinqtonda əldə olunmuş razılaşmaları müzakirə ediblər
Dünən, 14:11
“Azercell” abunəçilərindən hər yolla pul qoparmağa çalışır... - GİLEY
Dünən, 13:55
Makron, Merts və Tusk gələn həftə Moldovaya gedəcək
Dünən, 13:46
"SEPAH İranın daxili problemlərini ört-basdır etmək üçün xaricə təhdidlə diqqət yayındırır"
Dünən, 13:44
İcra Hakimiyyətinin vəzifəli şəxsi 8 sutka həbs olundu - TƏFƏRRÜAT
Dünən, 13:41
İran telekanalı Pezeşkianı ələ saldı - “Sadəlöhv adam”
Dünən, 13:11
Paşinyan Zəngəzurla bağlı əsl razılaşmanı gizlədir - Zurabyan
Dünən, 13:05
“Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır
Dünən, 13:01
Moskva Paşinyanı küncə sıxdı – “Ya Aİİ-dən çıx, ya da sanksiyalara hazır ol”
Dünən, 12:48
Putinin nümayəndəsindən Azərbaycana qarşı təxribat - NƏ BAŞ VERİR?
Dünən, 12:31
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:21
Qəbələnin başçısının guya BUNDAN XƏBƏRİ YOXDUR? - NARAZILIQ VAR...
Dünən, 12:20
Ukraynanın taleyi ABŞ-nin masasındadır - ŞƏRH
Dünən, 12:15
Gələcəkdə bu dəhlizdən Azərbaycandan Türkiyəyə qaz xətti çəkilsə... - İranın qaz ixracatı zərəri böyük olar...
Dünən, 12:10
Dövlət Xidmətinin 8,4 milyon manat vergi borcu var - DETALLAR
Dünən, 12:01
Bu gün Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək
Dünən, 11:57
Tofiq Cəfərli vəzifəsindən azad edildi - ƏMR
Dünən, 11:54
Rusiyadakı dairələr ölkəmizi süni “mərmi” böhtanı ilə “vurmaq istəyirlər” - AMMA...
Dünən, 11:37
"Olmayan məhsulları necə sata bilirsiniz, axı..." - NARAZILIQ VAR...
Dünən, 11:34
“Bu pulu vermək bizi yandırır” - Şərurlu İsfəndiyar
Dünən, 11:18
"İran İslam İnqilabı Keşikçiləri Korpusunun Azərbaycana qarşı təhdidi ilk deyil..." - SON DA OLMAYACAQ...
Dünən, 11:15
"Azərbaycan Dəmir Yolları"nın Müşahidə Şurası yenidən formalaşdırılıb
Dünən, 11:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru