“Pul verib məhkəməni uddular, qaldım küçələrdə” - Aktyoru evindən qovdular
Tarix: 4-04-2017, 11:25 | Çap et
 Akademik Milli Dram Teatrının keçmiş aktyoru Cavanşir Eyyubzadə analığının qızı tərəfindən öz evindən qovulub.
Bu barədə BakiPost.az-a aktyor özü məlumat verib. O, hazırda məhkəmə çəkişməsinin davam etdiyi evin atasının vətəndaş nikahında yaşadığı qadının qohumları tərəfindən zəbt edildiyini bildirib.
Söhbət Sumqayıt şəhəri, Azərbaycan prospekti 5/28 ünvanında yerləşən 56 nömrəli mənzildən gedir. C. Eyyubzadənin sözlərinə görə, o, 1962-ci ildə sözügedən mənzildə dünyaya gəlib. Valideynləri 1976-cı ildə boşandıqdan sonra anası öz atasının evinə qayıdıb. Cavanşir Eyyubzadə isə atası Məmmədşad Eyyubov ilə qalıb. M. Eyyubov 1978-ci ildən sonra Qusar rayonundan olan Ağayeva Həqiqət adlı qadınla vətəndaş nikahında yaşamağa başlayıb: "O gündən sonra qara günlərimiz başladı. Analığım mənimlə dolanmırdı. Mənə görə atamla tez-tez dalaşırdı, evdən getməyimi istəyirdi. 1995-ci ildə atam rəhmətə getdi və Həqiqət Ağayeva məni evdən qovdu. Mən də məhkəməyə verdim. Analığım hakimin qarşısında ağladı, sızladı ki, tənha qadınam, evdən çıxarmayın və s. Hakim də dedi ki, gedin ümumi razılığa gəlin. Biz də evdə bir yerdə yaşamağa başladıq. Lakin elə rəftar edirdi ki, mən evə gəlmirdim. Öz evimdən didərgin düşmüşdüm. Gəlib Bakıda kirayə ev tutub, orada qalırdım. Həmin vaxt da Bakıda kinostudiyada və "Azdrama”da işləyirdim”.
Cavanşir Eyyubzadə yaranmış problemlər səbəbindən kinostudiyadakı və teatrdakı işlərindən ayrılmaq məcburiyyətində qalıb. İşsizlikdən əziyyət çəkən aktyor Rusiyaya üz tutub. Onun Rusiyaya getməsindən istifadə edən analığı yaşadığı mənzilə sahib olmaq üçün özünü evin sahibi Məmmədşah Eyyubovun yeganə varisi elan edib və 2007-ci ildə bunu notariusla təsdiqlədib: "Mənim onun bu cinayətindən xəbərim olmayıb. Notarius da atamın yeganə övladı mən olduğum halda atamla heç bir hüquqi bağlılığı olmayan qadını onun yeganə varisi kimi təsdiqləyib. Görünür, məsələni rüşvətlə həll ediblər. Həmin qadın 2012-ci ilin sentyabr ayında rəhmətə gedib. Mən də bu vaxtlar Bakıda idim. Evimizə gedib içəri daxil olmaq istəyirdim ki, gördüm qapı dəyişdirilib. Qonşulardan nə məsələ olduğunu soruşanda dedilər ki, o qadının qızı gəlib, evə yiyələnib. Halbuki Həqiqət Ağayeva başqa bir kişidən dünyaya gətirdiyi həmin qızın üzünü 2-cə ay görüb. Sonradan heç vaxt nə xəbər tutub, nə də görüb. Bu qız – İradə Ağasıyeva anası öləndən sonra peyda olub, özünü varis adlandırıb və evimiz keçib analığımın başqa kişidən olan və atama heç bir aidiyyəti olmayan bir qadının əlinə. O da iz itirmək üçün evi öz qohumuna satıb”.
Doğma atasının yeganə varisi olan Cavanşir Eyyubzadə haqqı olan evi almaq üçün üz tutub məhkəməyə. Lakin hakimlər İradə Ağasıyevanın xeyrinə qərar çıxarıb: "Apellyasiya məhkəməsi də oldu. İndi Ali Məhkəməyə verməyə hazırlaşıram. Pul verib bütün qərarları öz xeyirlərinə çıxartırırlar. Onlarla üzləşəndə mənə dedilər ki, "sən kimsən ki, ləzgilərin qarşısında at oynadırsan?” Vallah mən belə həyasızlıq görməmişəm. Atama heç bir aidiyyəti olmayan bir qadın gəlib evi zəbt edib və məhkəmə də onun xeyrinə qərar çıxarır. Hamısını pulla həll ediblər. Çünki mən məhkəməyə verəndə də dedilər ki, boş yerdən özünü yorma, çünki heç bir məhkəməni udmayacaqsan”.
C.Eyyubzadə deyir ki, imkansızlıqdan məhkəmələrdə onu təmsil etməsi üçün bir vəkil belə tuta bilmir. O hazırda atasının vətəndaş nikahında yaşadığı qadının vərəsəlik hüququnun ləğvini istəyir. Lakin bu iddiası da məhkəmə tərəfindən rədd edilir. Aktyor Prezident İlham Əliyevdən, birinci vitse-prezident Mehriban Əliyevadan və aidiyyəti qurumlardan kömək istəyir.
Məlumat üçün bildirək ki, C. Eyyubzadə 1989-2003-cü il tarixlərində Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasında çalışıb. 1997-2002-ci il tarixlərində isə həm də Akademik Milli Dram teatrında müqavilə ilə aktyor kimi işləyib. Bu müddət ərzində o, bir çox tamaşalarda əsas rolların ifaçısı olub: "Eşq və intiqam” tamaşasında baş rol, "Hökmdarın qızı” tamaşasında "Əbülfət ağa” və bir çox rollar canlandırıb. Bundan əlavə, filmlərdə də rol alıb.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Talıbovların keçmiş ortağı Dövlət Agentliyinə 60 min manatlıq qum-qırmadaş satacaq - TƏFƏRRÜAT
Bu gün, 06:57 |
|
|
|
| • İran Xəzərin hüquqi statusu haqqında konvensiyanı ratifikasiya etməyib - ŞƏRH
Bu gün, 06:44 |
|
|
|
| • Trampın sanksiya zərbəsi Rusiya nəhəngini Azərbaycanı da tərk etməyə məcbur edib - Görünəni odur ki...
Bu gün, 06:40 |
|
|
|
| • Rəqsanənin borclu olduğu şəxs danışdı - "Onu biz buraxdırdıq"
Bu gün, 06:34 |
|
|
|
| • 2026-cı il üçün “vahiməli ssenari” – Əhalini nələr gözləyir?
Bu gün, 06:32 |
|
|
|
| • ABŞ-Çin yaxınlaşması Kremlə təzyiqi artırır - GƏLİŞMƏ
Bu gün, 06:28 |
|
|
|
| • "33 yaşım var, 25 yaşlı oğlana ərə getmək istəyirəm"
Dünən, 18:27 |
|
|
|
| • Elm və Təhsil Nazirliyi “Bestcomp Group” şirkəti ilə 2,1 milyonluq alqı-satqı müqaviləsi bağlayıb
Dünən, 18:15 |
|
|
|
| • Əli kəsilmiş Xaçmaz sakini ona əlilliyin təyin olunmadığını iddia edir - VİDEO
Dünən, 18:07 |
|
|
|
| • Ermənistan Rusiyanın bu qətnamə layihəsinin lehinə səs verdi
Dünən, 18:05 |
|
|
|
| • TRAMP YOLU planı olan dövlətin QURU SƏRHƏDLƏRİ bağlı olmamalıdır... - AKTUAL
Dünən, 17:58 |
|
|
|
| • ABŞ və Rusiya tezliklə Ukrayna ilə bağlı çərçivə sazişini razılaşdıra bilər - KİV
Dünən, 17:56 |
|
|
|
| • Ərdoğan Zelenski ilə görüşüb
Dünən, 17:54 |
|
|
|
| • Əməkdar artist Vilayət Eyvazova müraciət ünvanladı - "Bu materialın efirə buraxılması..."
Dünən, 17:14 |
|
|
|
| • Şirkətlər sakinləri aldadır: Köhnə ənənə yenə “dəbə” düşüb - AKTUAL
Dünən, 17:06 |
|
|
|
| • "Əsəbi adamam, fikrimi cəmləşdirə bilmirəm"
Dünən, 16:48 |
|
|
|
| • Sülh prosesinin uğuru Ermənistanın konstitusiya dəyişikliklərinə birbaşa bağlıdır - ONA GÖRƏ DƏ...
Dünən, 16:42 |
|
|
|
| • Fəzail və Elçin Ağamalının danışıqları uğursuz oldu - Qalmaqal böyüyür
Dünən, 16:34 |
|
|
|
| • Polşada dəmir yolu təxribatında bütün faktlar Rusiya izinə işarə edir - Zelenski
Dünən, 16:30 |
|
|
|
| • Kamran Əliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 16:28 |
|
|
|
| • Paşinyan resurs əldə etmək üçün Qazaxıstana gedir - Bakısız mümkün deyil
Dünən, 16:27 |
|
|
|
| • Adil Əliyevin idarə etdiyi Suraxanı: yolqıraqları satışda, yollar bərbad - NARAZILIQ VAR...
Dünən, 16:21 |
|
|
|
| • “Rusiya Türkiyə-Ermənistan sərhədinin açılmasına mane ola bilməyəcək...” - ŞƏRH
Dünən, 16:17 |
|
|
|
| • Rüşvət almaqda təqsirləndirilən hərbi komissar və işçilərinə hökm oxunub
Dünən, 16:07 |
|
|
|
| • Deputata məxsus olduğu iddia edilən mal bazarında QANUNSUZ TİKİNTİ davam edir - YENİ DETALLAR
Dünən, 16:03 |
|
|
|
| • TRIPP layihəsi regionu olduqca cəlbedici logistik mərkəzə çevirəcək - Ermənistan Prezidenti
Dünən, 15:56 |
|
|
|
| • "19 min ödədim, maşınımı xəbərsiz satdılar" - GİLEY
Dünən, 15:40 |
|
|
|
| • “Təhsildəki real problemləri gizlətmək düzgün deyil” - ETİRAZ
Dünən, 15:38 |
|
|
|
| • AZAL və “Viasat” təyyarələrin yüksəksürətli internetlə təchiz edilməsinə dair saziş imzalayıb - DİQQƏT
Dünən, 15:34 |
|
|
|
| • Yoxsullaşmanın daha da aşağı düşməsinə imkan verilməsin! – Fazil Mustafadan ÇAĞIRIŞ
Dünən, 15:32 |
|
|
|
| • ABŞ rəsmisi Azərbaycan-Ermənistan sülh prosesinə zərbə vurur - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 15:25 |
|
|
|
| • Dövlət Agentliyinin sədrinə müşavir təyin edilib - ƏMR
Dünən, 15:23 |
|
|
|
| • Fərhad Baxşəliyev “Premium Bank”ın sədri TƏYİN EDİLİB - BUNDAN SONRA...
Dünən, 15:20 |
|
|
|
| • Azərbaycanda saxta əlillik verənlər HAKİM QARŞISINDA
Dünən, 15:18 |
|
|
|
| • “Bu adam ağlını itirib...” – Rəsul Quliyevdən ŞOK sözlər
Dünən, 15:17 |
|
|
|
| • “Dedi ki, Məleykə Abbaszadənin qudasıdır” – Təranə 10 minlərlə pulu necə yığdı?
Dünən, 15:15 |
|
|
|
| • “Mənə qarşı sui-qəsd hazırlanır” - KİV
Dünən, 15:11 |
|
|
|
| • Ermənilərin gecikmiş seçimi – Paşinyan da “yandırılsa”...
Dünən, 15:10 |
|
|
|
| • Bakıda 10 nəfərin öldüyü yanğınla bağlı ittiham edilənlərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 15:07 |
|
|
|
| • İstehlakçıları aldatdığı ortaya çıxan "Baku Electronics" və "Kontakt Home" - "Hamısı məsuliyyətə cəlb edilməlidir"
Dünən, 14:25 |
|
|
|
| • 7 azərbaycanlı Vaşinqtona niyə göndərilib? – Ermənilərə icazə verildi, plan açıqlandı
Dünən, 14:21 |
|
|
|
| • "Şirkətin rəhbəri nə zənglərimizə cavab verir, nə də..." - NARAZILIQ VAR...
Dünən, 14:17 |
|
|
|
| • Azərbaycanda müəllim hərbi hissəni partlatmaq istəyirmiş... - Özü isə deyir ki...
Dünən, 14:07 |
|
|
|
| • 26 milyonluq borca düşən hospitalın vəzifəli şəxsləri həkimin pulunu oğurlayıblar - TƏFƏRRÜAT
Dünən, 14:03 |
|
|
|
| • “Revanşistlər”in təşəbbüsü, yoxsa Fondun çaşdırması? – Ermənistanda saxta sorğular
Dünən, 13:59 |
|
|
|
| • "Səba” ASC-nin yığıncağının vaxtı dəyişdirildi - DETALLAR
Dünən, 13:54 |
|
|
|
| • Ermənistana 1,5 milyard dollar SƏRMAYƏ QOYACAQ
Dünən, 13:43 |
|
|
|
| • Azərbaycanlı öz xahişi ilə həbs olundu - Görünməmiş OLAY
Dünən, 13:02 |
|
|
|
| • Avropa İttifaqı Rusiyaya qarşı plan hazırlayıb - “Politico”
Dünən, 13:01 |
|
|
|
| • Azərbaycan Zəngəzur dəhlizinin ekstorial olmasını və... oradan öz yüklərinin yoxlanılmamasını TƏLƏB EDİR
Dünən, 12:56 |
|
|
|
|