“Dövlətin siyasi qərarı olandan sonra bu məsələnin hüquqi bazasını hazırlamaq çətin deyil”
Tarix: 5-09-2018, 09:03 | Çap et
 Türkiyə Azərbaycanın Naxçıvan Muxtar Respublikasında hərbi baza qurmağa hazırlaşır. Virtualaz.org xəbər verir ki, bu haqda Türkiyənin “Sözçü” qəzetinin köşə yazarı Zeynep Gürcanlı yazısında bildirir. Gürcanlının yazısı Türkiyə-Rusiya münasibətləri, xarici işlər naziri Mövlut Çavuşoğlunun Rusiyanı “strateji tərəfdaş” adlandırması barədədir. Müəllif hesab edir ki, Türkiyə ilə Rusiya arasında bütün yaxınlaşmaya baxmayaraq bu ölkələr xüsusən regional məsələlərdə rəqib olaraq qalacaq. O cümlədən Qafqazda.
“Ankarada son günlər siyasi dairələrdə müzakirə olunan çox önəmli bir məsələ var. Türkiyə Somali və Qətərdən sonra xaricdəki üçüncü hərbi bazasını Naxçıvanda qurmaq üçün hərəkətə keçmiş durumdadır. Sizcə, Naxçıvanda Türkiyə hərbi bazası məsələsində ən yeni ”strateji ortağımız" Rusiyanın mövqeyi necə olar?"-müəllif sual edir.
İstefada olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Naxçıvanda Türkiyənin hərbi bazasının yerləşdirilməsi məsələsi indiki halda nəzəri baxımdan mümkündür. Məsələyə nəzəri baxımdan yanaşılsa, Türkiyənin Naxçıvanda hərbi bazasının yerləşməsi zaman məsələsidir. Bu, bir həftədən sonra da, bir aydan sonra da, bir ildən sonra da ola bilər: “Yəni bu məsələnin reallaşması hadisələrin gedişatından asılıdır. Sözsüz ki, Naxçıvanın təhlükəsizliyi ilə bağlı məsuliyyət Qars müqaviləsinə və hazırkı reallığa əsasən həm də Türkiyənin üzərinə düşür. Bunu Rusiya da, Ermənistan da yaxşı bilir. Sentyabrın 8-də Ermənistan-Rusiya rəsmi danışıqlarından sonra hansısa bir fikir söyləmək olar. Amma mən düşünmürəm ki, Naxçıvanda Türkiyə hərbi bazasının yerləşdirilməsi məsələsi indi reallaşacaq. Düzdür, Rusiya ilə Türkiyənin arasında münasibətlər heç kimin gözləmədiyi şəkildədir, çox yaxındır. Bəli, Türkiyənin Naxçıvanda hərbi bazası gec-tez olacaq. Ancaq bu, yaxın müddətdə reallaşması mümkün olmayan məsələdir. Ermənistanla bağlı Rusiyanın hələ konkret fikri yoxdur. Əgər Rusiya-Ermənistan münasibətləri pozulsa, Moskva Türkiyənin Naxçıvanda hərbi baza yerləşdirməsi məsələsinə loyal yanaşa bilər”.
Bəs Azərbaycan ərazisində başqa bir dövlətin hərbi bazasının yerləşdirilməsinə konstitusiya və digər qanunlarımız yol verir?
Üzeyir Cəfərov qeyd etdi ki, qanunda buna yasaq mövcuddur. Lakin Azərbaycan istəsə, qanunda müəyyən düzəliş və ya dəyişiklik etmək problem deyil: “Bu məsələnin həll olunması üçün Milli Məclisin bir neçə saatlıq iclas keçirib qanuna dəyişiklik etməsi kifayət edər. Yəni dövlətin siyasi qərarı olandan sonra bu məsələnin hüquqi bazasını hazırlamaq çətin deyil, qanunvericiliyə və Hərbi Doktrinamıza dəyişiklik edilməsi mümkündür. Lazım olsa konstitusiyada dəyişiklik etmək üçün referendum da keçirmək asan məsələdir”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Naxçıvanda təcili tibbi yardım maşınları DƏRMANSIZ QALIB... - NARAZILIQ VAR...
Bu gün, 10:42 |
|
|
|
• ABŞ şirkətləri Ermənistana axışır - Görünəni odur ki...
Bu gün, 10:35 |
|
|
|
• Çin Zəngəzurla bağlı hərəkətə keçdi: İlham Əliyevə tam dəstək – Rusiya və İran…
Bu gün, 10:34 |
|
|
|
• Müşavir-müşavir oyunbazlığı... - YENİ DƏB, YOXSA...
Bu gün, 10:32 |
|
|
|
• “Cənubi Qafqazda sülh Çinin iqtisadi maraqlarına cavab verir” - GƏLİŞMƏ
Bu gün, 10:29 |
|
|
|
• Azərbaycanın cəmi 8 rayonunda 35 baş qatır qalıb - SİYAHI
Bu gün, 10:26 |
|
|
|
• Daşkənddə Azərbaycan-Özbəkistan ikitərəfli hərbi əməkdaşlıq planı müzakirə edilib
Bu gün, 10:22 |
|
|
|
• Sabiq prokuror vəfat etdi - Foto
Bu gün, 10:13 |
|
|
|
• İrəvan Bakı əleyhinə müttəfiqləri ilə pıçıldaşır - NƏ BAŞ VERİR?
Bu gün, 10:11 |
|
|
|
• Bakı "Səmaaltı İmperiya"nın mühüm strateji tərəfdaşı oldu - İNCƏLƏMƏ
Bu gün, 09:58 |
|
|
|
• Nizami rayonunda NƏ NİZAM VAR... NƏ DƏ İNTİZAM... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:56 |
|
|
|
• Ronaldo İrəvana gəldi: Yeniyetmə qız polis səddini aşaraq onun qaldığı otelə girdi və... - VİDEO
Bu gün, 09:46 |
|
|
|
• Məmur arvadını və ustanı öldürən ömürlük məhkum qərardan narazıdır - TƏFƏRRÜAT
Bu gün, 09:43 |
|
|
|
• Rusiyadakı azərbaycanlıların nəzərinə! - 5 gün qalıb, deportasiya oluna bilərsiniz
Bu gün, 09:40 |
|
|
|
• Çin dünyaya meydan oxuyur - Hərbi ekspert
Bu gün, 09:38 |
|
|
|
• “Sərdar Cəlaloğlu bizdən intiqam almaq istəyirdi” – Mütəllim Rəhimli
Bu gün, 09:33 |
|
|
|
• "Belə bir hal qətiyyən ola bilməz"
Bu gün, 09:27 |
|
|
|
• Rusiyadan Qarabağ ermənilərinə təklif: Bunun müqabilində Ukraynaya qarşı döyüşürlər - “Hraparak”
Bu gün, 09:23 |
|
|
|
• 12 partiya “boş hesabat”a görə kənarda qalıb - TƏFƏRRÜAT
Bu gün, 09:18 |
|
|
|
• “Lahıc”da vətəndaşa məxsus yaşayış evi söküləcək
Bu gün, 09:15 |
|
|
|
• “Makronun ordusu” Azərbaycan sərhədində qalır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:07 |
|
|
|
• Bankların keşbek faizləri niyə azalır? - AKTUAL
Bu gün, 09:05 |
|
|
|
• Emin Əmrullayevin nazirliyi artıq məhkəmələri də saymır... - MALƏSƏF...
Bu gün, 09:02 |
|
|
|
• Hippokrat andına və insanlığa tüpürüb 2-ci qrup əlili ÖLÜMƏ TƏRK ETDİLƏR... - AXI NİYƏ?
Bu gün, 08:58 |
|
|
|
• `İrşad Telekom`un dələduzluğu İFŞA OLUNDU - BU DA FAKT!
Bu gün, 08:50 |
|
|
|
• SSRİ-nin son nişanəsi olan MDB... - Orda niyə varıq ki?..
Bu gün, 08:29 |
|
|
|
• Putin Zelenskini Moskvaya təslim olmaq üçün yox, danışıqlar üçün dəvət edib - Kremlin sözçüsü
Bu gün, 08:27 |
|
|
|
• Təhlükəsizlik zəmanətləri həm Ukraynaya, həm də Rusiyaya verilməlidir - Peskov
Bu gün, 07:16 |
|
|
|
• Rusiyanın növbəti həyasızlıqları - İNDİ DƏ...
Bu gün, 07:02 |
|
|
|
• Ədliyyə Nazirliyinin idarə rəisi Suriyaya səfir göndərilir? - İDDİA
Bu gün, 07:00 |
|
|
|
• Avropa İttifaqı Rusiyaya görə SOCAR-ın Türkiyədəki zavoduna sanksiya tətbiq edib - “OC Media”
Bu gün, 06:59 |
|
|
|
• Xaçmaz gömrüyündə QOÇU PEYDA OLUB - BU NƏDİ BELƏ?
Bu gün, 06:55 |
|
|
|
• Başçı Binəqədinin başını buraxıb deyəsən... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:51 |
|
|
|
• Cənab nazir, fermerlər DAD DEYİR - təcili müdaxilə olmazsa...
Bu gün, 06:47 |
|
|
|
• TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - yoxsa elə ŞƏRİKDİR...
Bu gün, 06:42 |
|
|
|
• "Jurnalistlər Binası"nda xidmət haqqını ödəməkdən yayınanların adları elan olunacaq - Deputat və jurnalistlər...
Bu gün, 06:36 |
|
|
|
• Rusiya -Azərbaycan əlaqələrinin normallaşması gözlənilmir - ÇÜNKİ...
Bu gün, 06:34 |
|
|
|
• “Qərbi Azərbaycan”: onlar qayıtmaq, yoxsa qaytarmaq istəyirlər? - AKTUAL
Bu gün, 06:31 |
|
|
|
• Azərbaycan Rusiyanın maraqlarının ifadəçisi rolunda çıxış etmək niyyətində deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:27 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması labüddür -ABŞ prosesə gecikməməlidir
Bu gün, 06:25 |
|
|
|
• Rusiya Federal Vergi Xidməti Hüseyn Həsənovla bağlı qərar verdi
Bu gün, 06:22 |
|
|
|
• Naxçıvanda istirahət mərkəzində su üzərində olan platforma aşıb, 3 nəfər ölüb - FOTO
Bu gün, 06:19 |
|
|
|
• Rusiyanın Azərbaycana ehtiyacı var: Ancaq indi şərtləri Kreml deyil, Bakı diqtə edir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:04 |
|
|
|
• Azərbaycan Rusiyanın şərtini qəbul etməyib - İNCƏLƏMƏ
Dünən, 18:02 |
|
|
|
• Tülin Ələkbərova restoranda qadını niyə döyüb? - TƏFƏRRÜAT
Dünən, 17:54 |
|
|
|
• Hövsanda zədələnmiş dövlət bayrağı niyə hələ də ASILI qalır? – Ərazi nümayəndəsindən QALMAQALLI AÇIQLAMA
Dünən, 17:47 |
|
|
|
• Rusiyada Azərbaycanla bağlı reallıqları anlamağa başlayırlar - ŞƏRH
Dünən, 17:45 |
|
|
|
• "Oleq Bakinski" məhkəmədən bəraət tələb edir
Dünən, 17:28 |
|
|
|
• Zatulini qorxudan Zəngəzur və Turan: - Rus deputat niyə bu qədər qəzəblidir?
Dünən, 17:24 |
|
|
|
• Rusiyadan Azərbaycana yeni təhdidlər GÖZLƏNİLİR? - AKTUAL
Dünən, 17:21 |
|
|
|
|