Naxçıvanda təcili tibbi yardım maşınları DƏRMANSIZ QALIB... .....                     ABŞ şirkətləri Ermənistana axışır .....                     Çin Zəngəzurla bağlı hərəkətə keçdi: İlham Əliyevə tam dəstək .....                     Müşavir-müşavir oyunbazlığı... .....                     “Cənubi Qafqazda sülh Çinin iqtisadi maraqlarına cavab verir” .....                     Azərbaycanın cəmi 8 rayonunda 35 baş qatır qalıb .....                     Daşkənddə Azərbaycan-Özbəkistan ikitərəfli hərbi əməkdaşlıq planı müzakirə edilib .....                     Sabiq prokuror vəfat etdi .....                     İrəvan Bakı əleyhinə müttəfiqləri ilə pıçıldaşır .....                     Bakı "Səmaaltı İmperiya"nın mühüm strateji tərəfdaşı oldu .....                     Nizami rayonunda NƏ NİZAM VAR... NƏ DƏ İNTİZAM... .....                     Ronaldo İrəvana gəldi: Yeniyetmə qız polis səddini aşaraq onun qaldığı otelə girdi və... .....                     Məmur arvadını və ustanı öldürən ömürlük məhkum qərardan narazıdır .....                     Rusiyadakı azərbaycanlıların nəzərinə! .....                     Çin dünyaya meydan oxuyur .....                     “Sərdar Cəlaloğlu bizdən intiqam almaq istəyirdi” .....                     "Belə bir hal qətiyyən ola bilməz" .....                     Rusiyadan Qarabağ ermənilərinə təklif: Bunun müqabilində Ukraynaya qarşı döyüşürlər .....                     12 partiya “boş hesabat”a görə kənarda qalıb .....                     “Lahıc”da vətəndaşa məxsus yaşayış evi söküləcək .....                     “Makronun ordusu” Azərbaycan sərhədində qalır .....                     Bankların keşbek faizləri niyə azalır? .....                     Emin Əmrullayevin nazirliyi artıq məhkəmələri də saymır... .....                     Hippokrat andına və insanlığa tüpürüb 2-ci qrup əlili ÖLÜMƏ TƏRK ETDİLƏR... .....                     `İrşad Telekom`un dələduzluğu İFŞA OLUNDU .....                     SSRİ-nin son nişanəsi olan MDB... .....                     Putin Zelenskini Moskvaya təslim olmaq üçün yox, danışıqlar üçün dəvət edib .....                     Təhlükəsizlik zəmanətləri həm Ukraynaya, həm də Rusiyaya verilməlidir .....                     Rusiyanın növbəti həyasızlıqları .....                     Ədliyyə Nazirliyinin idarə rəisi Suriyaya səfir göndərilir? .....                     Avropa İttifaqı Rusiyaya görə SOCAR-ın Türkiyədəki zavoduna sanksiya tətbiq edib .....                     Xaçmaz gömrüyündə QOÇU PEYDA OLUB .....                     Başçı Binəqədinin başını buraxıb deyəsən... .....                     Cənab nazir, fermerlər DAD DEYİR .....                     TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? .....                     "Jurnalistlər Binası"nda xidmət haqqını ödəməkdən yayınanların adları elan olunacaq .....                     Rusiya -Azərbaycan əlaqələrinin normallaşması gözlənilmir .....                     “Qərbi Azərbaycan”: onlar qayıtmaq, yoxsa qaytarmaq istəyirlər? .....                     Azərbaycan Rusiyanın maraqlarının ifadəçisi rolunda çıxış etmək niyyətində deyil .....                     Zəngəzur dəhlizinin açılması labüddür .....                 

Yeni tanınmış məhbus siyahısı aranı qatdı - hüquq müdafiəçindən sərt etiraz
Tarix: 4-09-2018, 09:01 | Çap et
Yeni tanınmış məhbus siyahısı aranı qatdı
Vahid siyasi məhbus siyahısının hazırlanması üzrə İşçi Qrupu sentyabrın 1-də ölkədə yeni siyasi məhbus siyahısını açıqlayıb. Siyahıda 130 məhbusun adı yer alıb. İşçi qrupu bildirir ki, əldə edilmiş sənədlər, məhkəmə müşahidələri və müsahibələr əsasında 128 işdə siyasi motivli həbsin baş verdiyi təsbit olunub, həmin məhbuslar siyasi məhbus kimi tanınıb.

Həmin şəxslərin 9-u jurnalist, blogger, 1-i şair, 1-i hüquq müdafiəçisi, 68-i inanclı şəxs, 3-ü ömürlük həbs olunma cəzasına məhkum olunan, 14-ü sosial etirazlarla bağlı tutulan, 2-si keçmiş dövlət məmuru, 20-si siyasi, ictimai fəal, 10-u Səid Dadaşbəyli və onunla birgə tutulanlardır. Qrupun məlumatında 2 nəfərin işinin monitorinq altında olduğu vurğulanır.

Məlumatda bildirilir ki, İşçi Qrupu bundan öncəki siyahını martın 22-də açıqlayıb. Həmin vaxtdan bu yana siyasi məhbus sayılan 22 nəfər azadlığa buraxılıb. Onlardan 9 nəfər ölkə başçısının imzaladığı əfv sərəncamı, 11 nəfəri isə cəzasının müddəti bitdiyindən azadlığa çıxıb. 2 nəfərin isə şərti azadlığa buraxıldığı vurğulanır.

Əbülfəz Bünyadov, Orxan Baxışlı, Mirfeyzulla Seyidov, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Babək Həsənov, Ruslan Nəsirli kimi məhbusları İşçi Qrupu siyasi məhbus kimi tanıyaraq siyahıya əlavə edib.

Bu şəxslərdən biri inanclı, qalanları isə əsasən siyasi fəallar sayılırlar.

İşçi Qrup onu da qeyd edir ki, siyahı reallığı tam ifadə etmir. Onlar siyahıya daha çox şəxsin düşməli olduğunu düşünürlər.

Qeyd edək ki, bu tipli siyahılar zaman-zaman açıqlanır və hər zaman da çoxsaylı müzakirələr açılır. Bu işçi qrupunun siyahısından əlavə Fransada mühacir həyatı yaşayan hüquq müdafiəçisi Leyla Yunusun rəhbərlik etdiyi Siyasi Məhbusların Müdafiə Mərkəzinin də siyahısı var ki, orada 160 məhbusun adı yer alır. Bundan başqa, İnsan Haqları üzrə Birgə İşçi Qrupunun da siyahısı var ki, orada 30-a yaxın siyasinin adı var. Siyahıların müxtəlifliyi daim narazılıq doğurub. Siyahı müəllifləri digərlərinin ünvanına müxtəlif ittihamlar səsləndirirlər.

Son siyahının müəlliflərindən olan hüquq müdafiəçisi Rəsul Cəfərov “Yeni Müsavat”a açıqlamasında bunları dedi: “Mən və digər qruplarda olan həmkarlarımın yanaşması ondan ibarətdir ki, ölkədə bir nəfər siyasi məhbusun olması belə ciddi problemdir. Bu baxımdan siyahılar arasındakı fərqlər bizim üçün ciddi əhəmiyyət daşımır. Fakt ondan ibarətdir ki, hər iki siyahıda 100-dən artıq siyasi məhbus var. Siyahılar arasında əsas fərq ona görə yaranır ki, həmkarlarımızın siyahısında 90-cı illərdə həbs olunan, sonradan ilkin olaraq güllələnmə cəzasına məhkum edilən və sonradan da cəzaları ömürlük cəzalarla əvəz edilən şəxslərin adları o siyahılara daxil edilib. Bizdə isə cəmi 3 nəfər ömürlük məhbusun adı var. Bunlar Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımovdur ki, onlar siyasi məhbus olmaq üçün bütün kriteriyalara cavab verirlər. Bizdən əvvəl bu şəxsləri hələ 90-cı illərin sonları, 2000-ci illərindən əvvəllərində Avropa Şurası siyasi məhbus kimi tanıyıb. Hələ o vaxt biz heç Avropa Şurasına üzv belə olmamışdıq. Sayda texniki fərq əsas buna görə yaranıb. Siyahımızdakı keçmiş iki dövlət məmuru Əli İnsanov və Rüfət Səfərovdur”.

Hüquq müdafiəçisi siyahılar arasındakı fərqlərin onların həqiqiliyinə kölgə salmadığını düşünür: “İstənilən məsələ ətrafında müzakirələr olanda bu məsələnin mahiyyətinə varmaq üçün daha optimal variantdır, nəinki bu məsələlər müzakirə edilməyəndə. Bildiyiniz kimi, bizlər və həmkarlarımız bu məsələyə əsas mahiyyət kimi deyil, texniki fərq kimi baxırlar. Bizim düşüncəmizə görə, bəzi ömürlük məhbuslar var ki, qanunsuzluqla həbs edilsələr də, qanunsuz cəza alsalar da, siyasi məhbus deyillər. Bizim həmkarların birləşdikləri qurumun nəzərə aldığı kriteriyalarla bizimkilər də eynidir. Bu, Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi beş kriteriyadır. Bizim qrupun siyahısında monitorinq altında olan şəxslər də var. Belə məhbuslar da diqqətimizdə olan, işlərini araşdırdıqlarımızdır. Sadəcə, o şəxsləri tam siyasi məhbus kimi tanımaq imkanlarımız olmadığı üçün tanımırıq. Beş kriteriyanın heç olmasa bir neçəsi olanda şəxsləri siyasi məhbus kimi tanıya bilirik. Onu da deyim ki, bizim və həmkarlarımızın siyahısında olanların tam əksəriyyəti eyni şəxslərdir. Hesabatımızda xüsusi olaraq onu da vurğulayırıq ki, biz bunun son rəqəm olduğunu iddia etmirik. Ola bilər ki, siyahı çox olsun, amma əlimiz nələrə çatırsa, kimin barəsindəki informasiyaları biliriksə, onları siyahılara salırıq. Siyasi məhbus məsələsinin həlli bizim üçün daha vacibdir, nəinki siyahılarda olan fərqlər”.

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Səidə Qocamanlı siyahı hazırlayanlara yönəlik sərt danışdı: “Son aylarda siyasi məhbusların bir qismi müxtəlif yollarla azadlığa çıxıblar. Amma hələ ki bu problem özü-özlüyündə qalmaqdadır. 128 nəfərlik siyahını görməmişəm. İstənilən halda, siyasi məhbus problemi həll olunmalıdır. Yaxşı bilirsiniz ki, bizim siyahı onlarınkından azdır. Hazırda bizim üçün əsas olan odur ki, siyahımız qapansın. Nə qədər düşünülməmiş geniş siyahılar ortaya çıxsa, bu problem başımız üzərində Domokl qılıncı kimi qalacaq. Hazırda məhkəmələri gedən şəxslərin işlərini çox ciddi şəkildə nəzarət altında saxlayırıq. Siyahımızda Seymur Həzi, İlkin Rüstəmzadə kimi məhbuslar var ki, uzun zamandır həbsdədirlər. Bu şəxslərin azadlığa çıxmaları labüd məsələdir. Biz belə məsələləri ortaya qoyuruq. Çalışırıq ki, dövlət qurumları ilə danışıqlar aparıb belə şəxslərin işini ölkə daxilində həll edək. Kim nə deyirsə desin, bu problem ölkəmiz daxilində həll olunmalıdır. Leyla Yunus xaricdə oturub, ən geniş siyahını haradan tərtib edir, bunu heç özü də bilmir. Lap 500 nəfərlik siyahı hazırlasınlar, nə olsun? Azadlığa çıxmaq imkanları olanların işlərini məngənəyə salırlar. Bizim siyahı ilə onlarınkılar arasında həm böyük bir fərq, həm də arzu var. Biz istəyirik ki, siyasi məhbuslar azad olunsun. Amma etiraf edək ki, elə insanlar var ki, öz maraqlarına uyğun siyahılar tərtib edirlər, beynəlxalq təşkilatlara işləyirlər. Biz bunu da yaxşı bilirik. Onunla da əzab-əziyyət çəkən, həbsxanalarda ömürlərini çürüdən insanların həyatlarının məngənə arasında qalmalarına bais olurlar”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvanda təcili tibbi yardım maşınları DƏRMANSIZ QALIB... - NARAZILIQ VAR...
Bu gün, 10:42
ABŞ şirkətləri Ermənistana axışır - Görünəni odur ki...
Bu gün, 10:35
Çin Zəngəzurla bağlı hərəkətə keçdi: İlham Əliyevə tam dəstək – Rusiya və İran…
Bu gün, 10:34
Müşavir-müşavir oyunbazlığı... - YENİ DƏB, YOXSA...
Bu gün, 10:32
“Cənubi Qafqazda sülh Çinin iqtisadi maraqlarına cavab verir” - GƏLİŞMƏ
Bu gün, 10:29
Azərbaycanın cəmi 8 rayonunda 35 baş qatır qalıb - SİYAHI
Bu gün, 10:26
Daşkənddə Azərbaycan-Özbəkistan ikitərəfli hərbi əməkdaşlıq planı müzakirə edilib
Bu gün, 10:22
Sabiq prokuror vəfat etdi - Foto
Bu gün, 10:13
İrəvan Bakı əleyhinə müttəfiqləri ilə pıçıldaşır - NƏ BAŞ VERİR?
Bu gün, 10:11
Bakı "Səmaaltı İmperiya"nın mühüm strateji tərəfdaşı oldu - İNCƏLƏMƏ
Bu gün, 09:58
Nizami rayonunda NƏ NİZAM VAR... NƏ DƏ İNTİZAM... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:56
Ronaldo İrəvana gəldi: Yeniyetmə qız polis səddini aşaraq onun qaldığı otelə girdi və... - VİDEO
Bu gün, 09:46
Məmur arvadını və ustanı öldürən ömürlük məhkum qərardan narazıdır - TƏFƏRRÜAT
Bu gün, 09:43
Rusiyadakı azərbaycanlıların nəzərinə! - 5 gün qalıb, deportasiya oluna bilərsiniz
Bu gün, 09:40
Çin dünyaya meydan oxuyur - Hərbi ekspert
Bu gün, 09:38
“Sərdar Cəlaloğlu bizdən intiqam almaq istəyirdi” – Mütəllim Rəhimli
Bu gün, 09:33
"Belə bir hal qətiyyən ola bilməz"
Bu gün, 09:27
Rusiyadan Qarabağ ermənilərinə təklif: Bunun müqabilində Ukraynaya qarşı döyüşürlər - “Hraparak”
Bu gün, 09:23
12 partiya “boş hesabat”a görə kənarda qalıb - TƏFƏRRÜAT
Bu gün, 09:18
“Lahıc”da vətəndaşa məxsus yaşayış evi söküləcək
Bu gün, 09:15
“Makronun ordusu” Azərbaycan sərhədində qalır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:07
Bankların keşbek faizləri niyə azalır? - AKTUAL
Bu gün, 09:05
Emin Əmrullayevin nazirliyi artıq məhkəmələri də saymır... - MALƏSƏF...
Bu gün, 09:02
Hippokrat andına və insanlığa tüpürüb 2-ci qrup əlili ÖLÜMƏ TƏRK ETDİLƏR... - AXI NİYƏ?
Bu gün, 08:58
`İrşad Telekom`un dələduzluğu İFŞA OLUNDU - BU DA FAKT!
Bu gün, 08:50
SSRİ-nin son nişanəsi olan MDB... - Orda niyə varıq ki?..
Bu gün, 08:29
Putin Zelenskini Moskvaya təslim olmaq üçün yox, danışıqlar üçün dəvət edib - Kremlin sözçüsü
Bu gün, 08:27
Təhlükəsizlik zəmanətləri həm Ukraynaya, həm də Rusiyaya verilməlidir - Peskov
Bu gün, 07:16
Rusiyanın növbəti həyasızlıqları - İNDİ DƏ...
Bu gün, 07:02
Ədliyyə Nazirliyinin idarə rəisi Suriyaya səfir göndərilir? - İDDİA
Bu gün, 07:00
Avropa İttifaqı Rusiyaya görə SOCAR-ın Türkiyədəki zavoduna sanksiya tətbiq edib - “OC Media”
Bu gün, 06:59
Xaçmaz gömrüyündə QOÇU PEYDA OLUB - BU NƏDİ BELƏ?
Bu gün, 06:55
Başçı Binəqədinin başını buraxıb deyəsən... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:51
Cənab nazir, fermerlər DAD DEYİR - təcili müdaxilə olmazsa...
Bu gün, 06:47
TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - yoxsa elə ŞƏRİKDİR...
Bu gün, 06:42
"Jurnalistlər Binası"nda xidmət haqqını ödəməkdən yayınanların adları elan olunacaq - Deputat və jurnalistlər...
Bu gün, 06:36
Rusiya -Azərbaycan əlaqələrinin normallaşması gözlənilmir - ÇÜNKİ...
Bu gün, 06:34
“Qərbi Azərbaycan”: onlar qayıtmaq, yoxsa qaytarmaq istəyirlər? - AKTUAL
Bu gün, 06:31
Azərbaycan Rusiyanın maraqlarının ifadəçisi rolunda çıxış etmək niyyətində deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:27
Zəngəzur dəhlizinin açılması labüddür -ABŞ prosesə gecikməməlidir
Bu gün, 06:25
Rusiya Federal Vergi Xidməti Hüseyn Həsənovla bağlı qərar verdi
Bu gün, 06:22
Naxçıvanda istirahət mərkəzində su üzərində olan platforma aşıb, 3 nəfər ölüb - FOTO
Bu gün, 06:19
Rusiyanın Azərbaycana ehtiyacı var: Ancaq indi şərtləri Kreml deyil, Bakı diqtə edir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:04
Azərbaycan Rusiyanın şərtini qəbul etməyib - İNCƏLƏMƏ
Dünən, 18:02
Tülin Ələkbərova restoranda qadını niyə döyüb? - TƏFƏRRÜAT
Dünən, 17:54
Hövsanda zədələnmiş dövlət bayrağı niyə hələ də ASILI qalır? – Ərazi nümayəndəsindən QALMAQALLI AÇIQLAMA
Dünən, 17:47
Rusiyada Azərbaycanla bağlı reallıqları anlamağa başlayırlar - ŞƏRH
Dünən, 17:45
"Oleq Bakinski" məhkəmədən bəraət tələb edir
Dünən, 17:28
Zatulini qorxudan Zəngəzur və Turan: - Rus deputat niyə bu qədər qəzəblidir?
Dünən, 17:24
Rusiyadan Azərbaycana yeni təhdidlər GÖZLƏNİLİR? - AKTUAL
Dünən, 17:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru