Uğursuz “sülh planı”: Ukraynanı Rusiya ilə danışıqlara kim sövq edir? - İNCƏLƏMƏ...
Tarix: 18-11-2022, 08:17 | Çap et
 Son vaxtlara qədər çoxları hesab edirdi ki, guya rus qoşunlarının Xersondan geri çəkilməsi Vaşinqtonla Moskva arasında gizli razılaşmaların nəticəsidir. Qərb mediası yazıb ki, guya ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın Kiyevə səfəri məhz bu “razılaşmalarla” bağlı olub. Onlar deyirlər ki, belə “gizli şərtlər” MKİ rəhbəri Bernsin Türkiyədə Rusiya Federasiyasının xarici kəşfiyyatının rəhbəri Narışkinlə görüşündə də müzakirə olunub.
Düzdür, G20 sammitinə bir ay qalmış Kreml daim danışıqlara hazır olduğunu bildirirdi. Rusiya Federasiyası birbaşa ABŞ-ı Zelenskiyə təzyiq göstərməyə çağırıb. Və Putin müraciətlərinin birində hətta Ukrayna Prezidentini “tərəfdaş” adlandırıb. Onun bu sözlərini fevralın 24-dən sonrakı müraciətlə müqayisə etsəniz, ritorikada kəskin dəyişiklik kimi görünürdü. Putin başa düşür ki, Ukrayna Silahlı Qüvvələrinin uğurlu əks-hücum əməliyyatı kontekstində müharibənin uzadılması onun vəziyyətini ciddi şəkildə gərginləşdirir.
Ona görə də demək olar ki, bütün təsir agentləri aktivləşib: siyasətçilər, katiblər, ekspert icması. Bu, son bir ayda tez-tez səslənən fikirləri formalaşdırdı: yəni ki, Zelenskini Putinlə danışıqlar masasına gətirməyin zəruriliyi haqqında fikirləri.
Başqa bir məsələ Amerika mediasında yazılanlardır. “Washington Post” və “The New York Times” qəzetlərində oxşar məqalələr var idi, hər ikisi Demokrat Partiyasına rəğbət bəsləyir və əlbəttə ki, Bayden administrasiyasında mənbələrə malikdirlər.
Amma əslində yeni heç nə baş verməyib. Məlum faktdır ki, istər ABŞ Prezident Administrasiyasında, istərsə də Konqresdə münaqişəyə tez son qoyulması və Baydenlə Putin arasında Ukrayna ilə bağlı birbaşa danışıqlara başlamağın tərəfdarları var. Bunlar münaqişələrin Kremlin maraqları nəzərə alınmaqla həllini müdafiə edən mühüm oyunçulardır. Bunu təkcə konqresmenlərin – ABŞ-ın keçmiş Prezidenti Donald Trampın tərəfdarlarının bəyanatları deyil, 30 demokratın Putinlə birbaşa danışıqlara başlamaq xahişi ilə Baydenə göndərdiyi məktub da təsdiqləyir.
Amerika mediasında aparılan danışıqlarla bağlı bu cür nəşrlər qismən ABŞ Konqresinə seçkilərlə bağlı idi. Digər tərəfdən, bəlkə də bu, adi bir araşdırma idi. Axı bildiyimiz məsələdəki kimi “od olmayan yerdən tüstü çıxmaz”. Bu kontekstdə Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Millinin “danışıqlar üçün fürsətdən istifadə etməyin zəruriliyi” ilə bağlı bəyanatını çox bəlağətli adlandırmaq olar.
Lakin nəticədə Rusiya ilə danışıqlara təkan vermək üçün edilən bütün bu cəhdlər uğursuzluğa düçar oldu. Bunda ABŞ Prezidenti Baydenin sözü əsas rol oynadı. G20 sammitində o, danışıqların vaxtının hələ gəlmədiyini təsdiqlədi. Eyni zamanda, Bayden bildirdi ki, Ukraynasız Ukrayna ilə bağlı heç bir danışıqlar aparılmayacaq və danışıqlar üçün yalnız Kiyev şərt irəli sürə bilər. Bu bəyanat Amerika mətbuatında daha əvvəl yazılanların üstündən xətt çəkdi.
Prezident Volodimir Zelenski də öz növbəsində, Ukraynanın mövqeyini açıq şəkildə ifadə etdi: “Rusiyaya ərazi güzəşti yoxdur, yalnız Ukrayna torpaqlarının tamamilə işğaldan azad edilməsindən sonra bu, mümkündür”. Yəni ki, Kiyevin mövqeyi dəyişməz olaraq qalır və Ukraynaya hərbi və maliyyə yardımının əsas donoru olan ABŞ tərəfindən dəstəklənir.
Ona görə də ukraynalılar sakitləşməlidirlər. Ukrayna Silahlı Qüvvələrinin uğurları, Xersonun işğaldan azad edilməsi, rus qoşunlarının Dnepr çayının sağ sahilindən çəkilməsi fonunda heç bir ərazi güzəştinin perspektivi yox idi. Və yaxın gələcəkdə hər hansı bir "Minsk-3"ün imzalanması üçün heç bir ilkin şərt olmayacaq. Xüsusilə əvvəlki "Minsk-2"nin necə bitdiyini nəzərə alsaq.
Müəllif: Maksim Yali - Siyasi elmlər namizədi, Ukrayna Siyasi Elmlər Akademiyasının müxbir üzvü Mənbə: UNİAN Qeyd: tərcümə AYNA-ya məxsusdur


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanlı bu ölkədə polis rəisi təyin olundu
Bu gün, 11:46 |
|
|
|
• Azərbaycanlı diplomatın meyiti tapıldı - TƏFƏRRÜAT
Bu gün, 11:44 |
|
|
|
• Azərbaycanla Gürcüstan arasında dəmiryolu ilə sərnişindaşıma niyə bərpa olunmadı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:41 |
|
|
|
• Goranboyda əlil vətəndaşa ədalət yoxdur... - Nazirlik və icra hakimiyyəti sosial məsuliyyətdən yayınır
Bu gün, 11:37 |
|
|
|
• Meriya Xəzər rayonunda müşavirə keçirdi - FOTO
Bu gün, 11:29 |
|
|
|
• Məşhur hotelin baş xəzinədarının həbs səbəbi - Vergül əməliyyatı, xanıma bahalı hədiyyələr, 1000 qızılgül...
Bu gün, 11:19 |
|
|
|
• Ermənilərin Hacılı və Nurullayevlə Vyana görüşünə etiraz - QALMAQAL
Bu gün, 11:18 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondunda yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:15 |
|
|
|
• Hərbçimiz intihar etdi - FOTO
Bu gün, 11:08 |
|
|
|
• Əməkdar artist İLK DƏFƏ AÇIQLADI - “Azərbaycanda bunu üç adam etdirmişdi, biri mən idim”
Bu gün, 11:06 |
|
|
|
• Sevindik Hətəmov abadlıq işləri həyata keçirmək istədi, AMMA... - Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “stop” qoydu
Bu gün, 11:01 |
|
|
|
• Paşinyan Katolikosa qarşı: qarşıdurma savaşa çevrilir - İNCƏLƏMƏ
Bu gün, 10:59 |
|
|
|
• “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib” - Sərdar Cəlaloğlu
Bu gün, 10:57 |
|
|
|
• Ermənistan daha 180 kv. km ərazini Azərbaycana verir? - NƏ BAŞ VERİR?
Bu gün, 10:53 |
|
|
|
• Moskvanın DAHA BİR qəsdi: Erməni təxribatı - FOTO
Bu gün, 10:49 |
|
|
|
• Simonyan II Qarageni bu sözlərlə hədələdi - KİV
Bu gün, 10:46 |
|
|
|
• AzTU-nun Yüksək Təhsil İnstitutuna yeni direktor təyin olunub - ƏMR
Bu gün, 10:43 |
|
|
|
• Təzə müdir gələndən iş şərtləri ağırlaşıb, mükafatlar kəsilib... - NARAZILIQ VAR...
Bu gün, 10:39 |
|
|
|
• Paşinyan erməni toplumunu yeni müharibə qorxusu ilə öz tərəfinə çəkəcək - RƏY
Bu gün, 10:33 |
|
|
|
• İrəvandan separatçılara xəbərdarlıq: - Qərbi Zəngəzurda nəsə olsa, günah sizdə olacaq
Bu gün, 10:31 |
|
|
|
• Moskvanın absurd istəyi və: - Medinskinin dili ilə Bakıya göndərilən mesajın şifrələri
Bu gün, 10:30 |
|
|
|
• “Bakı Metropoliteni”də təyinat olub - ƏMR
Bu gün, 10:28 |
|
|
|
• Atasını güllələyib, meyitini doğrayaraq kollektora atan yeniyetməyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 10:24 |
|
|
|
• Zaur müəllimin Tərtərdən XƏBƏRİ OLSAYDI... - ŞOK FAKTLAR...
Bu gün, 10:22 |
|
|
|
• Ölkəmizdəki arıları oliqarxların tamahı öldürür - TƏFƏRRÜAT
Bu gün, 10:10 |
|
|
|
• Zaqatala fermerləri ÇIXILMAZ DURUMDA - Otlaqlarına nə qədər ziyan dəyib?
Bu gün, 10:02 |
|
|
|
• Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı yenidən şikayətini geri götürdü
Bu gün, 09:55 |
|
|
|
• «Paşa Bank» pulu okeanın o tayına qoyur - ABŞ istiqrazlarına 140 milyon dollar yatırıb
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın həyat yoldaşı bu ölkəyə gedir: - Magistratura təhsili almaq üçün
Bu gün, 09:50 |
|
|
|
• Azərbaycanın silahlı deputatları: Tapança gəzdirənlər KİMLƏRDİ... - SİYAHI
Bu gün, 09:44 |
|
|
|
• "Şirvan Araz Zavodu"nun 14 milyon manata yaxın vergi borcu var
Bu gün, 09:37 |
|
|
|
• Putinin köməkçisi Putinin yeni Jirinovskisidir... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 09:12 |
|
|
|
• Rusların içlərində qalan QARABAĞ YANĞISI... - Onlardan olsaydı...
Bu gün, 09:04 |
|
|
|
• Əmrullayev dövründə hər cür hoqqabazlığa ŞAHİD OLDUQ... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:56 |
|
|
|
• “Elə müəlliflər var ki, elə bilirlər yazdıqları quran ayəsidir, deyirlər ki, pulum var...”
Bu gün, 08:51 |
|
|
|
• "İşçilərin əmək məzuniyyətinin bu növündən də istifadə etmək hüquqları var" - AKTUAL
Bu gün, 08:46 |
|
|
|
• Yüksək Texnologiyalar Parkının kotirovka sorğusu ləğv olundu
Bu gün, 08:42 |
|
|
|
• Paşinyanın söydüyü II Qaregin nəhayət danışdı - “O bizi buna məcbur edir”
Bu gün, 08:38 |
|
|
|
• “Azərbaycanda təhsil elə bir hala salınıb ki...” – 14 min tələbə niyə KƏNARLAŞDIRILDI?
Bu gün, 08:37 |
|
|
|
• Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir - GƏLİŞMƏ
Bu gün, 08:33 |
|
|
|
• Müharibənin ilk günləri: Putin ayın 28-i nə təklif edib? – 3 ərazi itirilir…
Bu gün, 08:31 |
|
|
|
• Hələ bilmək olmaz, nəticədə Zəngəzur dəhlizi açılacaq, ya yox - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:27 |
|
|
|
• Naxçıvan Muxtar Respublikasının Konstitusiyası dəyişiklik üçün Bakıya göndərilir - nələr dəyişir və niyə referendum çağırılmadı?
Bu gün, 08:18 |
|
|
|
• Viləşçay su anbarı ilə bağlı daha bir layihə - 1,7 milyon manat ayrıldı
Bu gün, 08:13 |
|
|
|
• Qədim Xankəndi restoranında qiymət şoku - 1 stəkan dovğa 3, bir şiş kartof 8 manat!
Bu gün, 08:07 |
|
|
|
• ÇAĞIRIŞ: Burda müştəriləri aldadırlar - BOYKOTA DƏVƏT...
Bu gün, 08:01 |
|
|
|
• Qarabağ qazisini SAYA SALAN YOXDUR - GİLEY
Bu gün, 06:53 |
|
|
|
• “Müəllim də insandır da, başqasına hədiyyə vermək olar, müəllimə yox?” - keçmiş nazirdən REAKSİYA
Bu gün, 06:47 |
|
|
|
• Prezidentin "mübahisəli" köməkçisi - Bahəddin Həzi yazır...
Bu gün, 06:41 |
|
|
|
• "Rədd olsun Qaregin!": Paşinyan yeni bir hərəkata başlayıb - GƏLİŞMƏ
Bu gün, 06:33 |
|
|
|
|