Yəhudi dindarların Bakıya toplaşmaq səbəbi .....                     İcra başçısı qanunsuz qəssabxanalara `KRIŞALIQ` EDİR... .....                     "Bağımda istirahətdəyəm, mənə toxunanları Allaha tapşırıram" .....                     Qazaxda taxıl biçini başa çatıb .....                     Daşdan-qayadan səs çıxır: sürpriz deputat Qaya Məmmədovdan yox... .....                     Bir milyondan çox mülki iddia üzrə bəraət almış sahibkarla bağlı .....                     Trampla Putin ANLAŞMA YOLUNDA... .....                     Yeni nazir təyinatı gözləntisi: kim daha şanslıdır? .....                     "Bunların gördüyü iş xidmət bundan artıq olmayacaq ki..." .....                     “Çınqıl Servis” ASC səhmdarlarının .....                     ABŞ Trampın rəhbərliyi ilə Türk blokunu gücləndirir .....                     400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini həbs elətdirmək istəyir .....                     Qida Təhlükəsizliyi Agentliyi REAL TV-yə 48 min ödəyəcək .....                     Qafqaza sülh Amerika saatı ilə gəlir .....                     Regionlarda otellərin qiyməti niyə bahadır? .....                     Gəncədə 10 manatla audit şirkəti quruldu .....                     Sülh sazişinə dair niyyət protokolunun imzalanmasını istisna etmirəm .....                     Putin və Trampın telefon danışıqları dost mühitində baş tutub .....                     "O, təkcə Azərbaycan üçün deyil, Türkiyə üçün də önəmli bir şəxsiyyət idi" .....                     Biz də deyirik ki, vurduğu təyyarəyə görə üzr istəyər... .....                     Əmrullayevin təhsilə olan EŞQİ .....                     Araz Paşayev kimi aldadır? .....                     “Rusiya Azərbaycana qarşı təxribatları dayandırmayacaq” .....                     'Rusiya heç vaxt Cənubi Qafqazda sülh və sabitliyin yaradılmasının tərəfdarı olmayıb" .....                     İran Azərbaycana qarşı “bulud müharibəsi”nə başladı .....                     "JEK"lər vətəndaşın cibinə girir: Qanunsuz ödənişlər hara gedir? .....                     "Boşanan qadının həyat tərzi monitorinq edilməlidir" .....                     Deputatın işçisi vətəndaşı boğmaq istədi .....                     Vaşinqtonda həlledici diplomatiya: sülh sazişi razılaşdırılıb .....                     Rusiya iflas etdi: Qafqazda yeni geosiyasi reallıq .....                     Azərbaycan Prezidentini və Ermənistanın Baş nazirini sabah Ağ Evdə tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm .....                     Tanınmış həkimə Laçında vəzifə verildi .....                     "Təmir gedən yollarda təhlükəsizlik sıfırdır" .....                     Tovuzda daha bir dəhşət: azyaşlı qıza zorakılıq .....                     Görüşün 8 avqusta təyin olunması təsadüf deyil! .....                     ABŞ-Azərbaycan əməkdaşlığı strateji tərəfdaşlığa doğru irəliləyir .....                     Vaşinqtondan Azərbaycan və Ermənistan arasında sülh və Zəngəzur dəhlizi barədə açıqlama .....                     ABŞ-la münasibətlərin inkişafı Azərbaycanın diplomatik manevr imkanlarının artıracaq .....                     Rusiyada atışmada ittiham olunan azərbaycanlılar bəraət aldılar .....                     Altı medalı olan qazinin əlilliyi niyə kəsilib? .....                 

“Elə müəlliflər var ki, elə bilirlər yazdıqları quran ayəsidir, deyirlər ki, pulum var...”
Tarix: 11-06-2025, 08:51 | Çap et

Bakı Uşaq və Gənclər Teatrının direktoru, əməkdar artist İntiqam Soltan Moderator.az-ın suallarını cavablandırıb.
-İntiqam müəllim, Bakı Uşaq və Gənclər Teatrının yaradıcısı, direktoru və rəhbərisiz. Niyə hələ də teatr binasızlıqdan əziyyət çəkir?
-Öncə sizə təşəkkür edirəm ki, bizim teatra diqqət ayırmısınız. Amma bu sual bizə yox, vəzifəcə bizdən də yuxarıda olan qurumlara ünvanlanmalıdır. Onlara ünvanlansa daha yaxşı olar. Bakı Şəhər Mədəniyyət Baş idarəsinə, Mədəniyyət Nazirliyinə və s. və ilaxır. Bu suala cavab vermək mənim gücüm daxilində deyil. Çünki bina məsələsi bizim səlahiyyətimizdə deyil. Harada yer versələr biz orada işləməyə çalışmalıyıq. Amma teatrın binası olsa bu birə beş qat işimizin keyfiyyətini artırar, bizim tamaşalarımızın həm keyfiyyəti, həm real gündəmə uyğun olması daha məqsədəuyğun olar.
-Teatrınızdakı aktyorların məvacibi digər teatrlarda olduğu kimidir ya fərqlidir?
-Bizi nazirlik maliyyələşdirir. Sadəcə olaraq biz əvvəldən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində yarandığımıza görə birbaşa idarəyə, idarə də nazirliyə tabedir. Bütün teatrlarda olduğu kimi aktyorlar eyni maaş alır. Mənim ştatımdakı əmr də Mədəniyyət Nazirliyi tərəfindən verilir. Məvacib Bakı Şəhər Mədəniyyət Baş idarəsinə ödənilir və biz də maaşları oradan alırıq. Yeri gəlmişkən deyim ki, bölgələrdə olan teatrların hər birini regional mədəniyyət idarələrinin nəzdinə keçirməyi düşünürlər. Hərçənd mən bu plandan tam narazıyam. Doğru yanaşma deyil. Bu teatrların daha da zəifləməsinə aparıb çıxaran bir siyasətdir.
-Digər teatrlara nəzər salanda sizin sənət ocağı intriqalardan və qalmaqallardan uzaqdır. Tamam başqa bir abu-hava hökm sürür..
-Əvvəla onu deyim ki, teatrda qalmaqal olması ideyası, fikri hardan qaynaqlanırsa bunu mən də bilmirəm. Düşünürəm ki, buna heç kim cavab verə bilməz. Teatrın əməkdaşları yaradıcı adamlardır. Yaradıcı adamlar isə yaratmaqla məşğuldurlar. İntriqa aparanlar isə məhv etməklə məşğuldurlar. Əslində teatr daxilində intriqaların yaranması SSRİ dövrünün Stalin və Stalin ətrafı dövlət məmurlarının yaratdığı abu-hava, süni şəkildə formalaşdırdığı ənənə idi ki, teatrları inkişafdan geri saxlasınlar. Məsələn, deyək ki, direktor və baş rejissor strukturunun mövcud olmağı da buna bir misal idi. Yaxud da teatra aid olmayan adamların bədii şurada təmsil olunmağının bir anlamı da buradan qaynaqlanırdı ki, teatrı daxildə məhv etsinlər, direktor və baş rejissor arasında intriqa yaratsınlar. Niyə? Çünki direktor dövlətin möhürünün keşiyini çəkən, teatrdan başı çıxmayan adam ola bilərdi. Rejissor isə heç bir qanuna, ipə-sapa yatmayan yaradıcı adam ola bilərdi. Bunların arasında yaranan intriqa yaradıcı heyətə keçir və yaradıcı heyət arasında qalmaqallar yaranırdı. İntriqanın ikinci tərəfi də nədən qaynaqlanır? Biz aktyorlar, teatr adamları sözün bazıyıq. Sözlə işləyən adamlarıq. Biz boş qalanda vərdiş, adət etdiyimiz peşəmizi sözün bazı olan adamlar çevirib olurlar “sözbaz”. Ona görə də daimi işləmək lazımdır. Onu da deyim ki, bizim teatrda intriqanın olması heç mümkün də deyil. Sovet dövründən gələn ən-ənəni teatrın yaradılışından pozmuşuq. Burada bədii-rəhbər, direktor ikisi bir vəzifədir, baş rejissor yoxdur. İkinci tərəfdən bir ailə prinsipi var. İntriqanı yaradan adətən başda oturanlar olurlar. Əgər başdan o intriqa gəlmirsə kollektiv mehriban, şad-xürrəm öz işini görəcək. Eyni zamanda bizdə yaradıcı mühit var. Bizdə hər kəs bir-birinin qayğısını, təəssübünü çəkən insanlardır. Belə olan halda burada intriqanın olması qeyri-mümkündür.
-Həm rəhbər, həm rejissor, həm də aktyorsunuz. Bu qədər məsuliyyətləri daşımaq sizi yormur?
-Xeyr, yormur. Niyə yormalıdır ki? Bunların hamısı ayrı-ayrı işlərdir. Əksinə, birini edəndə o birisi dincə qoyulur, rahatlayır. Eyni zamanda hamısının kökündə sevgi deyilən bir şey var. Sevgi də gözəgörünməz, yeganə enerjidir ki, paylaşdıqca çoxalır, işlədikcə təravətlənir. Heç vaxt köhnəlmir, öz şəkilini dəyişmir.
-Bir müddət əvvəl sizin teatrın aktyoru olan Cavanşir Məhərrəmovla müsahibə edərkən bildirmişdi ki, seriala çəkildiyinə görə teatrdan işdən çıxarılıb. Bu nə dərəcədə həqiqətə uyğundur?
-Hərənin öz həqiqəti var. Cavanşir seriala çəkilə bilər. Əgər Cavanşir seriala çəkiləndə heç bir məşqə gəlmirdisə, hətta tamaşaya belə gəlmirdisə, yubanırdısa, praqon məşqlərdən imtina edirdisə, daxili baxışlara gəlmirdisə siz onu işdə saxlaya bilərdinizmi? Cavanşir yenə də mənim evimin, ailəmin ən əziz adamlarından biridir. Amma Cavanşir iş yoldaşı olaraq Bakı Uşaq Teatrında çox pis bir ənənənin əsasını qoymağa çalışmışdı, mən də onu kənarlaşdırmışdım. O işçi olaraq bizim teatrda çalışmasa da, bütün günü teatrdadır.
-Bir çox teatrlarda eyni dramaturqların əsərləri səhnələşdirilir. Buna necə baxırsınız?
-Teatr dövlətin ərköyün, cığal övladıdır. Amma evdə cığallıq edib, heç nəyi vurub, sındırmayan bir övladdır. Sındırıb dağıtmağa meylli olmayan bir övladdır. O uşağı mütləq diqqətdə saxlamaq lazımdır. O uşağı özbaşına buraxsan acından öləcək, üst-başını cıracaq. Teatr budur əslində. Teatrın qayğıları çoxdur. Bu gün teatrlar təsərrüfat hesabına keçib. Yəni kommunal xərclərdən tutmuş hazırladığı tamaşaların hamısının pulunu öz qazancından, yaxud sponsorlardan verir. Bilirsiniz ki, elə yazarlar var ki, pulu var, amma yazdığının içində heç nə yoxdur. Teatr direktorları isə bəzi hallarda məcbur olurlar ki, yararsız sayıla biləcək əsərləri səhnəyə qoysunlar. Amma rejissor da gərək bir az diqqətli olsun. Həmin “əsər”-lərin motivləri əsasında nəsə hazırlasın. Yaxud da müəlliflə oturub təkrar işləsinlər. Doğrudur, bəzən elə müəlliflər var ki, elə bilirlər ki, əsərləri quran ayəsidir. Ona görə də etiraz edir, “pulum var, bir kəlmə də buradan çıxara bilməzsən” deyə dirəşirlər. Allaha şükür ki, bizdə hələ belə hallar baş verməyib. Məsələn, bizim indiyə qədər səhnələşdirilmiş tamaşaların əsərlərinin bir çoxunun müəllifi Arzu Soltandır. Bunun da səbəbi var. Mən Arzu Soltanın yazdıqlarını səhnələşdirmirəm. Mən sosial tələbatdan irəli gələn mövzuları, uşaqların ehtiyacı olan maarifləndirmə nöqtələrini, yaxud da gənclərin sağlam həyat tərzinə aid olan mövzuları araşdırıb tapıram və sifariş edirəm Arzu xanıma. Arzu xanım onu yazır. Mən onları tamaşaya hazırlayıram. Arzu xanım teatrın senaristidir. Mənim üçün önəmli deyil ki, repertuarımda Şekspir, Cəlil Məmmədquluzadə, Nizami, Füzulinin əsərləri olsun. Hansı ki, bunlar sandıq ədəbiyyatından başqa bir şey olmayacaq. Əstağfurullah, mən demirəm ki, onlar pis yazırlar. Söhbət bugünki tələbatdan gedir. Ona görə də məni maraqlandıran mövzuları sifariş etmişəm. Nəticədə mənim teatrımda da müəllif təkrar olunmaqdadır. Niyə? Çünki Bakı Uşaq və Gənclər Teatrı bir komandadır. Arzu xanım da bu komandanın senarist üzvüdür.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yəhudi dindarların Bakıya toplaşmaq səbəbi - MƏQSƏD NƏDİR?
Bu gün, 10:25
İcra başçısı qanunsuz qəssabxanalara `KRIŞALIQ` EDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:21
"Bağımda istirahətdəyəm, mənə toxunanları Allaha tapşırıram" - Cahangir Əsgərovdan SƏRT AÇIQLAMA
Bu gün, 10:13
Qazaxda taxıl biçini başa çatıb
Bu gün, 10:00
Daşdan-qayadan səs çıxır: sürpriz deputat Qaya Məmmədovdan yox... - SANKİ QAYA PARÇASIDIR...
Bu gün, 09:59
Bir milyondan çox mülki iddia üzrə bəraət almış sahibkarla bağlı QƏRAR
Bu gün, 09:42
Trampla Putin ANLAŞMA YOLUNDA... - TƏFƏRRÜAT
Bu gün, 09:33
Yeni nazir təyinatı gözləntisi: kim daha şanslıdır? - AKTUAL
Bu gün, 09:20
"Bunların gördüyü iş xidmət bundan artıq olmayacaq ki..." - NARAZILIQ VAR...
Bu gün, 09:10
“Çınqıl Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 09:04
ABŞ Trampın rəhbərliyi ilə Türk blokunu gücləndirir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 08:58
400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini həbs elətdirmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 08:55
Qida Təhlükəsizliyi Agentliyi REAL TV-yə 48 min ödəyəcək
Bu gün, 08:50
Qafqaza sülh Amerika saatı ilə gəlir - GƏLİŞMƏ
Bu gün, 08:41
Regionlarda otellərin qiyməti niyə bahadır? - AXI NİYƏ?
Bu gün, 08:39
Gəncədə 10 manatla audit şirkəti quruldu
Bu gün, 08:35
Sülh sazişinə dair niyyət protokolunun imzalanmasını istisna etmirəm - deputat
Bu gün, 08:24
Putin və Trampın telefon danışıqları dost mühitində baş tutub - KİV
Bu gün, 07:02
"O, təkcə Azərbaycan üçün deyil, Türkiyə üçün də önəmli bir şəxsiyyət idi" - ANIM
Bu gün, 06:52
Biz də deyirik ki, vurduğu təyyarəyə görə üzr istəyər... - AYI ADI ÜSTÜNDƏDİR...
Bu gün, 06:50
Əmrullayevin təhsilə olan EŞQİ BUDURMU?
Bu gün, 06:47
Araz Paşayev kimi aldadır? - Direktorların Avropa səfəri ilə bağlı qalmaqal böyüyür
Bu gün, 06:43
“Rusiya Azərbaycana qarşı təxribatları dayandırmayacaq” - ÇÜNKİ...
Bu gün, 06:37
'Rusiya heç vaxt Cənubi Qafqazda sülh və sabitliyin yaradılmasının tərəfdarı olmayıb" - deputat
Bu gün, 06:05
İran Azərbaycana qarşı “bulud müharibəsi”nə başladı - NƏ BAŞ VERİR?
Bu gün, 06:03
"JEK"lər vətəndaşın cibinə girir: Qanunsuz ödənişlər hara gedir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:01
"Boşanan qadının həyat tərzi monitorinq edilməlidir" - Sosioloqdan TƏKLİF
Bu gün, 05:58
Deputatın işçisi vətəndaşı boğmaq istədi - İŞƏ POLİS QARIŞDI
Bu gün, 05:54
Vaşinqtonda həlledici diplomatiya: sülh sazişi razılaşdırılıb - GƏLİŞMƏ
Bu gün, 05:44
Rusiya iflas etdi: Qafqazda yeni geosiyasi reallıq – Ermənistan nə edəcək?
Bu gün, 05:40
Azərbaycan Prezidentini və Ermənistanın Baş nazirini sabah Ağ Evdə tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm - Tramp
Bu gün, 05:36
Tanınmış həkimə Laçında vəzifə verildi - FOTO
Bu gün, 00:06
"Təmir gedən yollarda təhlükəsizlik sıfırdır" - ETİRAZ
Bu gün, 00:00
Tovuzda daha bir dəhşət: azyaşlı qıza zorakılıq – Araşdırma başlandı
Dünən, 23:59
Görüşün 8 avqusta təyin olunması təsadüf deyil! - AÇIQLAMA
Dünən, 23:57
ABŞ-Azərbaycan əməkdaşlığı strateji tərəfdaşlığa doğru irəliləyir - AKTUAL
Dünən, 23:55
Vaşinqtondan Azərbaycan və Ermənistan arasında sülh və Zəngəzur dəhlizi barədə açıqlama - DETALLAR
Dünən, 23:52
ABŞ-la münasibətlərin inkişafı Azərbaycanın diplomatik manevr imkanlarının artıracaq - ŞƏRH
Dünən, 18:04
Rusiyada atışmada ittiham olunan azərbaycanlılar bəraət aldılar - TƏFƏRRÜAT
Dünən, 18:00
Altı medalı olan qazinin əlilliyi niyə kəsilib? - NARAZILIQ VAR...
Dünən, 17:56
Neftçalanın sabiq icra başçısının cinayət işi üzrə bankın qaldırdığı iddia təmin edilib - TƏFƏRRÜAT
Dünən, 17:51
Azərbaycanda bu zavodun ərazisi özəlləşdirildi - 1 milyon manata
Dünən, 17:48
Ermənistanın dövlət borcu 13 milyardı ötüb
Dünən, 17:42
“Yeni Klinika”nın 15-ci mərtəbəsində əlavə təmir işlərinə 265 314 AZN xərclənəcək
Dünən, 17:40
Keşlədə evi sökülən sakinlərə nə ev, nə də pul veriləcək? - AKTUAL
Dünən, 17:32
Saakaşvili Bakıdan gələn xəbərə sevindi – Tamam başqa proses gedir!
Dünən, 17:26
Ermənistan şübhəli əraziyə çevriləcək - Danielyan
Dünən, 17:24
Sülhün altına mina qoyulub: - Ermənistanı xəritələrin taleyini düşünməyinə məcbur etməliyik
Dünən, 17:22
İcra Hakimiyyətinin 150 minlik tenderi ləğv edildi - SƏBƏB AÇIQLANMADI
Dünən, 17:18
Jurnalistin mikrafonunu sındıran restoran kassiri belə CƏZALANDIRILDI
Dünən, 17:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru