Azərbaycanın Özbəkistandakı səfirliyində konsul vəzifəsində çalışmış İlqar İbrahimov evində ölü tapılıb.
Bakupost.az xəbər verir ki, o, qış aylarında Bakıya qayıdıbmış.
İlqar İbrahimovun ölümünün səbəbi bəlli deyil.
Qeyd edək ki, o, uzun müddət diplomatik xidmət sahəsində çalışıb, Azərbaycanın Özbəkistandakı səfirliyində birinci katib və konsul vəzifələrini tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İlqar İbrahimovla bağlı sorğunu cavablandırmaqdan imtina edib:
"Səfirliklərin və XİN-in heyəti barədə mətbuata məlumat vermirik".