Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vahid elektron informasiya sistemi proqram təminatına aid informasiya-kommunikasiya avadanlığı, kəsilmez enerji ehtiyatı sistemi və şəbəkə infrastrukturuna texniki xidmətin göstərilməsi, proqram təminatının təkmilləşdirilməsi ilə əlaqədar 600 000 AZN sərf edəcək.
Pravda.az-ın xəbərinə görə, Xidməti “BestComp Group” QSC həyata keçirəcək.
Xidmət və QSC arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Qeyd: QSC-nin fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu bildirilir.