Bakıda kişi yanıq xəsarətləri alıb.
Lent.az xəbər verir ki, hadisə Xətai rayonu 8 Noyabr prospektində yerləşən “Nargilə” dairəsinin yaxınlığında qeydə alınıb.
Naməlum kişi avtomobil yolunun hərəkət hissəsinə alışqan maddə (benzin) tökərək yandırıb. Nəticədə o, özü də yanıq xəsarətləri alıb.
Araşdırma aparılır.