Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tikilməkdə olan müəssisələrinin müdiriyyəti İba Group MMC ilə 2 müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilələrdə Laçın Rayon Mərkəzi Xəstəxanasının layihə-smeta sənədlərinin hazırlanması və Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulur.
Laçın Rayon Mərkəzi Xəstəxanasının layihə-smeta sənədlərinin hazırlanması 594 300 manata, Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının layihə-smeta sənədlərinin hazırlanması isə 597 200 manata başa gələcək.