Hər dəfə İran ətrafında və onun daxilində nəsə baş verən kimi bu, təlxək yuyulmamış qaşıq kimi ortaya çıxıb "mən də varam" deyir. Bunlar o qədər abırsız sülalədir ki, hələ də anlamaq istəmirlər ki, iranlılar molla rejimi qədər də bunlara nifrət edirlər.
Çünki məhz bunların "idarəçiliyi" sonda İslam inqilabına yol açdı. Amma bu, bədbəxti də qınamıram, atası kimi özü də Fərəh Pəhləvinin hikkəsinin əlində girinc qalıb. Fərəh Pəhləvi isə sanki and içib ki, mütləq qayıdacağıq.
Ona görə də bu zavallını hər kəsin kuklasına çevrilməyə vadar edir. Təki hakimiyyətə qayıdıb özünü təsdiq etsin. Istefada olan "Şahbanu" artıq 87-ci yaşına qədəm qoyub. Irandan qovulmalarından 46 il keçsə də deyəsən, ümidini itirməyib hələ.
Ərəstun Oruclu - siyasi ekspert
"DİA-AZ"