Yerli KİV-də həm də professor ünvanı ilə nişan verilən və belədə Putinin dostu kimi tanıdığımız İlham Rəhimov son günlərin olayları ilə bağlı hüquq mühafizə orqanları tərəfindən dindirilə bilər. Bu barədə "DİA-AZ"a göndərilən məlumatda deyilir.
Xəbəri verən qaynaq iddia edir ki, İlham Rəhimov əslində xeyli müddətdir, hədəfdədir və onun fəaliyyətinə xüsusi diqqət yetirilir: "Ramiz Mehdiyev işi ilə bağlı isə İlham Rəhimova veriləcək suallar var. Ola bilsin ki, bu zaman alınan cavablar İlham Rəhimovu "uzaqlara" belə aparsın ".
Məsələ diqqətimizdədir. Əlavə məlumat veriləcək. Bizi izləməyə davam edin...



















