Məşhur xanəndə duet ortağı iləSEVGİLİDİR? .....                     Gürcüstan Avronest PA-da iştirakını dayandırıb .....                     Donald Trampın oğlu Ermənistana səfər edəcək .....                     “İcra başçıları “bir köynək, bir şalvarla” gəlir, gedəndə isə xəzinələri olur” .....                     "TikTok"da saxta elanlar vasitəsilə dələduzluq edən şəxs saxlanılıb .....                     “Oğlumun bədəni 70 faiz çürüyüb, dərman pullarımızı məktublara veririk” .....                     “Varfarin”lə bağlı YENİ XƏBƏR .....                     Elmira Rəhimova səhhətindən danışdı .....                     “Ramiz Mehdiyevin pulu büdcəmizdən çoxdur, Rusiyanın adamıdır...” .....                     Elton Məmmədov büdcə vəsaitini banka qoymaqla faiz götürüb? .....                     “İcra başçıları özlərini toxunulmaz sayırlar” .....                     Moskvada qətl törədən azərbaycanlılara bu tarixdə .....                     Mahir Əmrəlinin dayısı oğlunun meyiti tapılıb .....                     Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatıb .....                     Zəngəzur dəhlizi: Asiya və Avropanın uzlaşma layihəsi .....                     10 oldular: daha hansı başçıya həbs yolu görünür? .....                     “PAŞA Həyat”ın sədrinə müavin təyin edildi .....                     Xırdalanda kişi özündən 17 yaş kiçik sevgilisini .....                     Mənzurə Musayevanın vəziyyəti pisləşdi: Sirkə içib .....                     Avropa Parlamentinin QARIN AĞRISI... .....                     Bakı Dövlət Peşə Tədris Mərkəzində KORRUPSİYA BUMU... .....                     Bakı və İrəvana şok xəbərdarlıq .....                     Daha bir sahədə araşdırma başlayır? .....                     Minib-düşürmə yeri, yoxsa cərimə məntəqəsi? .....                     Biləsuvarda təhsil sisteminin çürüklüyü .....                     Sahib Məmmədova badalaq vuran kimdir? .....                     Əş-Şəraa tərəfdarlarına: 'Nə tez yoldan çıxdınız?' .....                     Taksi sürücüləri üçün formal imtahanlar və təlimlər nəyə xidmət edir? .....                     Şəmkirdə dərman növbəsində İZDİHAM .....                     “Tramp yolu” ilə sülhə doğru: Amerikalı senator danışıqları açıqlayır .....                     ABŞ Venesuelaya hər an zərbə endirə bilər .....                     Bərdə sakinlərindən NARAZILIQ… .....                     Brüssel bir az da yubansa, Bakı qərarını dəyişə bilər... .....                     Putinin Bakıdakı dostunun BAŞI CƏNCƏLDƏ .....                     Mehdiyev radikal qruplarla koordinasiyalı təzyiq yaratmağa çalışıb .....                     İki ölkədə bir mərkəzdən idarə olunan “5-ci kolon: “Bazarlıq” cəhdi iflas edir .....                     “Ramiz Mehdiyev bizim ailəyə bir neçə deputat mandatı borcludur...” .....                     Quru sərhədlərin AÇILMASI... .....                     Dövlət maraqları naminə lap Çinə də getmək lazımdır... .....                     "İslam Rzayevə hüquq və vəzifələri dəfələrlə elan olunub" .....                 

10 oldular: daha hansı başçıya həbs yolu görünür? - GƏLİŞMƏ
Tarix: Bu gün, 09:28 | Çap et

Məlum olduğu kimi, Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayev və bir neçə digər rəsmi şəxslər saxlanılıb.

Bu ilin yayında isə Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb. Korrupsiya əməllərində ittiham olunan başçı barəsində həbs qətimkan tədbiri seçilib. 2019-cu ildən indiyədək Azərbaycanda həbs edilən icra başçılarının əksəriyyəti eyni ittihamla saxlanılıb və həbs olunublar.

2019-cu ildə Yevlax rayonunun sabiq icra başçısı Qoca Səmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə saxlanılıb.

Elə həmin il Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən rüşvət alarkən cinayət başında yaxalanan Ağstafa rayonunun keçmiş icra başçısı Nizaməddin Quliyev də həbsdə olarkən vəfat edən icra başçılarındandır. 9 il müddətində azadlıqdan məhrum edilən eks-icra başçısı 2021-ci ildə koronavirusdan ölüb.

İcra başçılarının həbsi 2020-ci ildə də davam edib. Həmin ilin fevralında Neftçalanın, mayda isə Biləsuvarın və İmişlinin, ardından Kürdəmir, Cəlilabad rayonlarının da başçıları həbs olunub. Həbs edilən icra başçıları arasında cəzasını bütövlükdə çəkərək azadlığa çıxan icra başçıları da var. Bu 2020-ci ildə saxlanılan Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərovdur.

Həbs dalğası həmçinin 2021-ci ildə də davam edib. Həmin il Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədov həbs edilib. Ona 11 il 6 ay həbs cəzası verilib, daha sonra onu cəzası 10 ilə endirilib.

İcra başçılarının həbsi yerli idarəetmə sistemində hansı dəyişikliklərə səbəb olur? Bu həbslər bir daha İH-lərin ləğvinin zəruri olduğunu deməyə əsas vermirmi?

Mövzu ilə bağlı millət vəkili Elşad Musayev “Yeni Müsavat”a danışıb:

“Doğrudan da xeyli müddətdir ki, icra hakimiyyəti sistemində ayrı-ayrı dövrlərdə aparılan yoxlamaların şahidi oluruq və əksər hallarda ciddi korrupsiya halları ilə üzləşirik. Haqlı sualdır: bəs niyə digərləri bundan bir nəticə çıxarmır? Axı bir çox icra başçısı həbs olunub, lakin vəziyyət dəyişməyib”.

Millət vəkili qeyd edib ki, korrupsiya ilə bağlı əməliyyatlar Bakıdakı icra hakimiyyətlərində də keçirilməlidir:

“Digər suallardan biri də budur ki, niyə daha çox bölgələrdəki icra başçıları yoxlanılır, amma Bakı şəhərində yoxlamalar aparılmır? Hesab edirəm ki, Bakı şəhərində də bu cür yoxlamalar olmalıdır və görünür ki, nəhayət, bu yoxlamalar Bakıya da çatacaq. Çünki eyni əməlləri törədən icra başçıları paytaxtda da mövcuddur. Amma, təbii ki, öz işinə məsuliyyətlə yanaşan, vicdanla çalışan icra başçıları da var”.

Millət vəkili hesab edir ki, bu halların yaranma səbəblərindən biri yerli icraetmə ilə bağlı olan idarəetmə sistemindədir:

“Çünki bizdə icra hakimiyyətləri haqqında əsasnamə hələ 1992-ci ildə, Mütəllibovun dövründə qəbul edilmiş sənəddir. O vaxtdan bəri dövr, zaman, idarəetmə tələbləri dəyişib, amma həmin əsasnamə və struktur demək olar ki, eyni qalıb. Bu insanlar 15-20 il vəzifədə qalır, amma onların fəaliyyətinə düzgün nəzarət mexanizmi yoxdur. Nəzarət edən orqanlar da ya şikayətləri araşdırmır, ya da yetərincə reaksiya vermir. Ona görə düşünürəm ki, yerlərdə icraçılıq forması dəyişməli, hesabatlılıq prinsipi tətbiq olunmalıdır. Daha çox səlahiyyət bələdiyyələrə verilməli, eyni zamanda, bələdiyyələrin fəaliyyətinə nəzarət edən orqanlar da işini düzgün qurmalıdır. O şəxslər də öz növbəsində fəaliyyətlərinə görə hesabat verməlidirlər.

Yəni ölkədə müxtəlif sahələrdə islahatlar aparılmalıdır, xüsusilə də idarəetmə sistemində, yerli idarəetmə səviyyəsində ciddi islahatlara böyük ehtiyac var. Bir tərəfdən onlar üzərlərinə düşən nəzarəti hiss etmirlər, digər tərəfdən isə yaranmış fürsətdən istifadə edərək şəxsi maraqlarını təmin edirlər.

Başqa bir məsələ də odur ki, bəzi icra başçıları özlərinə müəyyən “arxa-dayaq” tapırlar və həmin dayaqların sayəsində manipulyasiyalar edərək çirkin əməllərlə məşğul olurlar. Gəlin baxaq, onlar icra başçısı təyin olunmazdan əvvəl hansı vəziyyətdə olublar? Rayonlarda vəziyyət bərbad, problemlər çoxdur, amma həmin icra başçılarının şəxsi durumu sürətlə yaxşılaşır, çünki əllərinə külli miqdarda vəsait keçir.

Eləcə də ölkədə bələdiyyələr məsələsi var. Bələdiyyələrin əksəriyyəti borc içərisindədir, fəaliyyət imkanları məhduddur, amma paradoks ondadır ki, bələdiyyənin başında duran şəxslərin heç bir borcu yoxdur, əksinə, onların maddi vəziyyəti getdikcə yaxşılaşır.

Ona görə də hesab edirəm ki, bu sahədə ciddi tədbirlər görməyin vaxtıdır - həm icra hakimiyyətlərində, həm də bələdiyyə sistemində şəffaflıq, hesabatlılıq və real nəzarət mexanizmləri formalaşdırılmalıdır".

Elşad Musayevin fikrincə, külli miqdarda dövlətin malını, əmlakını mənimsəyən adamlar həmin vəsaiti büdcəyə qaytarmalıdırlar:

“Büdcə vəsaitini dağıdanlar, ölkənin iqtisadiyyatına zərbə vuranlar var. Bunlara qarşı sərt tədbirlər görülməlidir ki, iqtisadiyyatımızı inkişaf etdirə bilək, əmək məhsuldarlığımızı artıraq. Büdcənin 41%-ni sosial məsələlərə yönəltmişik. İndi bunun miqdarını artırmaq lazımdır. Bunu edə bilməməyimizin bir çox səbəbi var. O səbəblərdən biri də yerlərdə belə dağıdıcılıq, gəmiricilik işləri ilə məşğul olan adamlardır. Faktiki olaraq, bunlar ölkənin inkişafını inkişafdan dayandırırlar”.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məşhur xanəndə duet ortağı iləSEVGİLİDİR? - özləri aydınlıq gətirdi
Bu gün, 10:58
Gürcüstan Avronest PA-da iştirakını dayandırıb
Bu gün, 10:54
Donald Trampın oğlu Ermənistana səfər edəcək - KİV
Bu gün, 10:51
“İcra başçıları “bir köynək, bir şalvarla” gəlir, gedəndə isə xəzinələri olur” - Partiya sədri
Bu gün, 10:46
"TikTok"da saxta elanlar vasitəsilə dələduzluq edən şəxs saxlanılıb
Bu gün, 10:41
“Oğlumun bədəni 70 faiz çürüyüb, dərman pullarımızı məktublara veririk” -Əməkdar artistdən ürək ağrıdan ETİRAFLAR
Bu gün, 10:38
“Varfarin”lə bağlı YENİ XƏBƏR – Qıtlıq aradan QALXIB?
Bu gün, 10:36
Elmira Rəhimova səhhətindən danışdı - “Həkimlərin nəzarəti altındayam”
Bu gün, 10:16
“Ramiz Mehdiyevin pulu büdcəmizdən çoxdur, Rusiyanın adamıdır...” - Rəşid Mahmudov
Bu gün, 10:14
Elton Məmmədov büdcə vəsaitini banka qoymaqla faiz götürüb? - İDDİA
Bu gün, 10:01
“İcra başçıları özlərini toxunulmaz sayırlar” - Novella Cəfəroğlu
Bu gün, 09:54
Moskvada qətl törədən azərbaycanlılara bu tarixdə HÖKM OXUNACAQ
Bu gün, 09:51
Mahir Əmrəlinin dayısı oğlunun meyiti tapılıb - ARAŞDIRMA BAŞLADI
Bu gün, 09:38
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatıb - FOTO
Bu gün, 09:34
Zəngəzur dəhlizi: Asiya və Avropanın uzlaşma layihəsi - İNCƏLƏMƏ
Bu gün, 09:32
10 oldular: daha hansı başçıya həbs yolu görünür? - GƏLİŞMƏ
Bu gün, 09:28
“PAŞA Həyat”ın sədrinə müavin təyin edildi - FOTO
Bu gün, 09:27
Xırdalanda kişi özündən 17 yaş kiçik sevgilisini "TikTok"a görə DÖYDÜ
Bu gün, 09:21
Mənzurə Musayevanın vəziyyəti pisləşdi: Sirkə içib - TƏFƏRRÜAT
Bu gün, 09:20
Avropa Parlamentinin QARIN AĞRISI... - NƏ BAŞ VERİR?
Bu gün, 09:18
Bakı Dövlət Peşə Tədris Mərkəzində KORRUPSİYA BUMU... - İLGİNC İDDİALAR
Bu gün, 09:06
Bakı və İrəvana şok xəbərdarlıq - “Kreml Paşinyanı devirib sonra...”
Bu gün, 08:57
Daha bir sahədə araşdırma başlayır? – Xalqa xəyanət edənlərin izi…
Bu gün, 07:52
Minib-düşürmə yeri, yoxsa cərimə məntəqəsi? - ETİRAZ
Bu gün, 07:42
Biləsuvarda təhsil sisteminin çürüklüyü - GİLEY
Bu gün, 07:36
Sahib Məmmədova badalaq vuran kimdir? - Görünəni odur ki...
Bu gün, 07:30
Əş-Şəraa tərəfdarlarına: 'Nə tez yoldan çıxdınız?' - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:23
Taksi sürücüləri üçün formal imtahanlar və təlimlər nəyə xidmət edir? - "Xidmətin keyfiyyəti daha da pisləşir"
Bu gün, 07:20
Şəmkirdə dərman növbəsində İZDİHAM - BU NƏDİ BELƏ?
Bu gün, 07:17
“Tramp yolu” ilə sülhə doğru: Amerikalı senator danışıqları açıqlayır - AKTUAL
Bu gün, 07:15
ABŞ Venesuelaya hər an zərbə endirə bilər - NYP
Bu gün, 07:05
Bərdə sakinlərindən NARAZILIQ… - FOTO
Bu gün, 07:03
Brüssel bir az da yubansa, Bakı qərarını dəyişə bilər... - GƏLİŞMƏ
Bu gün, 07:01
Putinin Bakıdakı dostunun BAŞI CƏNCƏLDƏ - İDDİA
Bu gün, 06:59
Mehdiyev radikal qruplarla koordinasiyalı təzyiq yaratmağa çalışıb - SƏN DEMƏ...
Bu gün, 06:48
İki ölkədə bir mərkəzdən idarə olunan “5-ci kolon: “Bazarlıq” cəhdi iflas edir - İNCƏLƏMƏ
Bu gün, 06:47
“Ramiz Mehdiyev bizim ailəyə bir neçə deputat mandatı borcludur...” - İLGİNC
Bu gün, 06:43
Quru sərhədlərin AÇILMASI... MƏSƏLƏSİ...
Bu gün, 06:38
Dövlət maraqları naminə lap Çinə də getmək lazımdır... - AKTUAL
Bu gün, 06:35
"İslam Rzayevə hüquq və vəzifələri dəfələrlə elan olunub" - AÇIQLAMA
Bu gün, 01:17
"Paşinyan komandasının ictimai nüfuzu həm kilsədən, həm də müxalif dairələrdən daha yüksəkdir" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:13
Roman Nasirov 6 il azadlıqdan məhrum edildi - TƏFƏRRÜAT
Bu gün, 01:09
Ermənistan vətəndaşlarının məhkəmə istintaqı başa çatdı - TƏFƏRRÜAT
Dünən, 20:59
Agentlik "Qala Sığorta"ya 8,6 min manatadək vəsait ödədi
Dünən, 17:56
Rüşvətdə ittiham olunan sabiq komissarın işi - "27 min manatı komissara çatdırdım"
Dünən, 17:51
"Bakcell"in meqa lotereyasında daha bir avtomobil qalibi məlum oldu! - DİQQƏT...
Dünən, 17:47
Daxildəki “TROYA ATLARI” KİMLƏRDİR?
Dünən, 17:41
Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdirilib
Dünən, 17:38
Tarixin izlərini daşıyan Ramanı qalası nəzarətsizlikdən turist itkisi yaşayır - VİDEO
Dünən, 17:36
İLGİNC: Gömrük generalı 636 nəfəri vəzifəyə təyin edib - BU NƏDİ BELƏ?
Dünən, 17:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru