Ramiz Mehdiyevin arvadı da işdən çıxarıldı .....                     Məşhur xanəndə duet ortağı iləSEVGİLİDİR? .....                     Gürcüstan Avronest PA-da iştirakını dayandırıb .....                     Donald Trampın oğlu Ermənistana səfər edəcək .....                     “İcra başçıları “bir köynək, bir şalvarla” gəlir, gedəndə isə xəzinələri olur” .....                     "TikTok"da saxta elanlar vasitəsilə dələduzluq edən şəxs saxlanılıb .....                     “Oğlumun bədəni 70 faiz çürüyüb, dərman pullarımızı məktublara veririk” .....                     “Varfarin”lə bağlı YENİ XƏBƏR .....                     Elmira Rəhimova səhhətindən danışdı .....                     “Ramiz Mehdiyevin pulu büdcəmizdən çoxdur, Rusiyanın adamıdır...” .....                     Elton Məmmədov büdcə vəsaitini banka qoymaqla faiz götürüb? .....                     “İcra başçıları özlərini toxunulmaz sayırlar” .....                     Moskvada qətl törədən azərbaycanlılara bu tarixdə .....                     Mahir Əmrəlinin dayısı oğlunun meyiti tapılıb .....                     Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatıb .....                     Zəngəzur dəhlizi: Asiya və Avropanın uzlaşma layihəsi .....                     10 oldular: daha hansı başçıya həbs yolu görünür? .....                     “PAŞA Həyat”ın sədrinə müavin təyin edildi .....                     Xırdalanda kişi özündən 17 yaş kiçik sevgilisini .....                     Mənzurə Musayevanın vəziyyəti pisləşdi: Sirkə içib .....                     Avropa Parlamentinin QARIN AĞRISI... .....                     Bakı Dövlət Peşə Tədris Mərkəzində KORRUPSİYA BUMU... .....                     Bakı və İrəvana şok xəbərdarlıq .....                     Daha bir sahədə araşdırma başlayır? .....                     Minib-düşürmə yeri, yoxsa cərimə məntəqəsi? .....                     Biləsuvarda təhsil sisteminin çürüklüyü .....                     Sahib Məmmədova badalaq vuran kimdir? .....                     Əş-Şəraa tərəfdarlarına: 'Nə tez yoldan çıxdınız?' .....                     Taksi sürücüləri üçün formal imtahanlar və təlimlər nəyə xidmət edir? .....                     Şəmkirdə dərman növbəsində İZDİHAM .....                     “Tramp yolu” ilə sülhə doğru: Amerikalı senator danışıqları açıqlayır .....                     ABŞ Venesuelaya hər an zərbə endirə bilər .....                     Bərdə sakinlərindən NARAZILIQ… .....                     Brüssel bir az da yubansa, Bakı qərarını dəyişə bilər... .....                     Putinin Bakıdakı dostunun BAŞI CƏNCƏLDƏ .....                     Mehdiyev radikal qruplarla koordinasiyalı təzyiq yaratmağa çalışıb .....                     İki ölkədə bir mərkəzdən idarə olunan “5-ci kolon: “Bazarlıq” cəhdi iflas edir .....                     “Ramiz Mehdiyev bizim ailəyə bir neçə deputat mandatı borcludur...” .....                     Quru sərhədlərin AÇILMASI... .....                     Dövlət maraqları naminə lap Çinə də getmək lazımdır... .....                 

Brüssel bir az da yubansa, Bakı qərarını dəyişə bilər... - GƏLİŞMƏ
Tarix: Bu gün, 07:01 | Çap et

Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin mühüm istiqamətlərindən biri uzun illər bağlı qalan nəqliyyat və kommunikasiya xətlərinin bərpasıdır. Avqustun 8-də Vaşinqtonda imzalanan birgə bəyanatda bu məsələ rəsmi şəkildə təsbit olunub və son dövrdə tərəflərin açıqlamaları bu istiqamətdə ciddi irəliləyişin mümkünlüyünü göstərir.

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanda çıxışı zamanı bildirib ki, Azərbaycan artıq Ermənistana tranzitə qoyduğu məhdudiyyəti ləğv edib və regionda yolların açılmasına hazırdır. Dövlət başçısı vurğulayıb ki, bu addım təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyət daşıyır, Naxçıvana və Türkiyəyə birbaşa çıxışın təmin olunması Cənubi Qafqazda sülh və sabitliyin ön şərtidir.

Ermənistanın Baş naziri Nikol Paşinyan da açıqlamasında bildirib ki, Ermənistan Türkiyə mallarının Azərbaycana və geri daşınmasına şərait yaratmağa hazırdır və qonşularla sərhədlərin açılmasında maraqlıdır. Paşinyan bu addımı regionda iqtisadi inteqrasiyanın və uzunmüddətli sabitliyin təminatı baxımından vacib hesab edir.

Bütün bunlar beynəlxalq vasitəçilərin də marağını artırıb. Xüsusilə Avropa İttifaqı (Aİ) bu istiqamətdə aktiv mövqe nümayiş etdirir, regionu özünün “Global Gateway” təşəbbüsünün tərkib hissəsi kimi görür. Aİ üçün Cənubi Qafqazda yeni nəqliyyat dəhlizlərinin formalaşması həm Avropa–Asiya ticarət marşrutlarının şaxələndirilməsi, həm də Rusiyadan asılılığın azaldılması baxımından strateji əhəmiyyət daşıyır.

Beləliklə, kommunikasiya xətlərinin açılması artıq təkcə Azərbaycan və Ermənistanın daxili razılaşması deyil, həm də qlobal geosiyasi və iqtisadi maraqların kəsişdiyi bir mövzuya çevrilib.

Moskva hələ də nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası prosesini öz nəzarətində saxlamağa çalışır, Brüssel isə Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpasını regionun Avropa iqtisadi məkanına inteqrasiyası üçün fürsət hesab edir. Aİ bu istiqamətdə maliyyə və texniki dəstək təklif etməklə prosesdə daha fəal rol oynamağa cəhd göstərir. Bununla belə, Aİ-nin real addımları və maliyyə öhdəlikləri hələlik qeyri-müəyyən olaraq qalır.

Gedişatı təhlil edən politoloq Fərhad Məmmədov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanan birgə bəyannamənin nəticələrindən biri kommunikasiya xətlərinin açılması ilə bağlı razılıq olub.

F.Məmmədovun sözlərinə görə, proses əsasən Naxçıvana gedən marşrutun - TRIPP layihəsinin reallaşması ilə bağlıdır və bu səbəbdən də söhbət hazırda yalnız həmin istiqamətdən gedir.

Politoloq bildirib ki, Ermənistan hökuməti Naxçıvana aparan yolun maneəsiz fəaliyyətini təmin etmək barədə suveren qərar qəbul edib və bu marşrutun təhlükəsizliyinin təminatı ABŞ şirkətinə həvalə olunacaq. Onun sözlərinə görə, hazırda Ermənistan tərəfi ABŞ ilə TRIPP layihəsində Amerika şirkətlərinin iştirakı, fəaliyyət rejimi və təminat parametrləri barədə danışıqlar aparır. Lakin ABŞ-da baş verən “şatdaun” səbəbindən bu proses müvəqqəti ləngiyib.

Fərhad Məmmədov qeyd edib ki, Azərbaycan dəmir yolunun azad olunmuş ərazilərə düşən hissəsini öz vəsaiti hesabına sürətlə tikir və onu Ermənistan sərhədinə qədər çatdırıb. Lakin Ermənistan tərəfində vəziyyət fərqlidir - Ordubad–Ermənistan sərhədi arasındakı hissə və Naxçıvandakı dəmir yolunun modernləşdirilməsi hələ qarşıda duran məsələlərdəndir.

Politoloq vurğulayıb ki, bu layihə iki istiqamətdə davam edəcək:
birincisi, Türkiyə ilə əlaqəni təmin edəcək yeni Qars–Naxçıvan dəmir yolu xətti üzərində işlər artıq başlayıb və 4–5 il ərzində istifadəyə verilməsi planlaşdırılır;
ikincisi, Ermənistana gedən Sədərək istiqaməti üzrə kiçik bir hissənin tikintisidir.

Politoloq həmçinin Qazax–İcevandan istiqamətinə də diqqət çəkib və qeyd edib ki, bu sahədə TRIPP layihəsindən daha çox vəsait tələb olunur.

Fərhad Məmmədovun sözlərinə görə, TRIPP layihəsinin ümumi dəyəri təxminən 300 milyon dollar qiymətləndirilir. Bunun 140 milyon dolları ABŞ tərəfindən ayrılıb, lakin qalan 160 milyon dolların mənbəyi hələ müəyyən edilməyib. Ermənistan hökumətinin nəzərləri isə hazırda Aİ və beynəlxalq maliyyə institutlarına yönəlib.

O əlavə edib ki, Naxçıvan dəmir yolunun yenilənməsi ayrıca böyük mövzudur və bu sahədə də Azərbaycanın diqqəti Avropa İttifaqına yönəlib. Məmmədov xatırladıb ki, Aİ-nin xüsusi nümayəndəsi Qrono yaxınlarda Naxçıvana səfər edib.

Politoloq diqqətə çatdırıb ki, digər hissələr üzrə işlər daha mürəkkəbdir, çünki bu, Rusiya Dövlət Dəmir Yolları şirkətinin törəməsi olan “Cənubi Qafqaz Dəmir Yolları” ilə əməkdaşlığı zəruri edir. Bu baxımdan, layihələrin əksəriyyətində böyük ümidlər Aİ-yə yönəlib.

Lakin F.Məmmədov təəssüflə bildirib ki, Brüsseldən hələlik dəqiq mövqe və konkret qərar yoxdur - Aİ hansı hissəyə, nə qədər vəsait ayırmağa hazır olduğunu açıqlamayıb. Halbuki, onun sözlərinə görə, Aİ-nin maliyyə imkanları mövcuddur.

Fərhad Məmmədov sual edib ki, Aİ üçün bu layihələr niyə vacibdir və Avropaya bu yollarla nə qədər mal daşınacaq ki, qurum bu qədər maliyyə xərci çəksin? Сavabında qeyd edib ki, Aİ regionda aktiv rol oynamağa, “Global Gateway” təşəbbüsünü həyata keçirməyə, Mərkəzi Asiya ilə əlaqələri gücləndirməyə çalışır və bu məqsədlə proaktiv siyasət və investisiya aparmaq istəyir.

Politoloq vurğulayıb ki, hələlik Bakı Aİ-nin real marağını hiss etmir. Baxmayaraq ki, Azərbaycan Prezidenti iki dəfə Aİ-nin ali rəhbərliyi ilə görüşüb, Brüssel hələ də postmünaqişə bərpası, azad olunmuş ərazilərdə infrastruktur layihələri və minatəmizləmə işlərində iştirakla bağlı qərar qəbul etməyib.

Fərhad Məmmədov sonda diqqətə çatdırıb ki, Aİ-nin qeyri-müəyyən mövqeyi və uzun sürən susqunluğu Azərbaycanı alternativ mənbələrə yönəldə bilər. Onun fikrincə, Bakı öz mövqeyinə daha ciddi yanaşan tərəfdaşların fikirlərinə üstünlük verəcək və bu, tamamilə təbii yanaşmadır.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ramiz Mehdiyevin arvadı da işdən çıxarıldı - ƏMR
Bu gün, 11:03
Məşhur xanəndə duet ortağı iləSEVGİLİDİR? - özləri aydınlıq gətirdi
Bu gün, 10:58
Gürcüstan Avronest PA-da iştirakını dayandırıb
Bu gün, 10:54
Donald Trampın oğlu Ermənistana səfər edəcək - KİV
Bu gün, 10:51
“İcra başçıları “bir köynək, bir şalvarla” gəlir, gedəndə isə xəzinələri olur” - Partiya sədri
Bu gün, 10:46
"TikTok"da saxta elanlar vasitəsilə dələduzluq edən şəxs saxlanılıb
Bu gün, 10:41
“Oğlumun bədəni 70 faiz çürüyüb, dərman pullarımızı məktublara veririk” -Əməkdar artistdən ürək ağrıdan ETİRAFLAR
Bu gün, 10:38
“Varfarin”lə bağlı YENİ XƏBƏR – Qıtlıq aradan QALXIB?
Bu gün, 10:36
Elmira Rəhimova səhhətindən danışdı - “Həkimlərin nəzarəti altındayam”
Bu gün, 10:16
“Ramiz Mehdiyevin pulu büdcəmizdən çoxdur, Rusiyanın adamıdır...” - Rəşid Mahmudov
Bu gün, 10:14
Elton Məmmədov büdcə vəsaitini banka qoymaqla faiz götürüb? - İDDİA
Bu gün, 10:01
“İcra başçıları özlərini toxunulmaz sayırlar” - Novella Cəfəroğlu
Bu gün, 09:54
Moskvada qətl törədən azərbaycanlılara bu tarixdə HÖKM OXUNACAQ
Bu gün, 09:51
Mahir Əmrəlinin dayısı oğlunun meyiti tapılıb - ARAŞDIRMA BAŞLADI
Bu gün, 09:38
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatıb - FOTO
Bu gün, 09:34
Zəngəzur dəhlizi: Asiya və Avropanın uzlaşma layihəsi - İNCƏLƏMƏ
Bu gün, 09:32
10 oldular: daha hansı başçıya həbs yolu görünür? - GƏLİŞMƏ
Bu gün, 09:28
“PAŞA Həyat”ın sədrinə müavin təyin edildi - FOTO
Bu gün, 09:27
Xırdalanda kişi özündən 17 yaş kiçik sevgilisini "TikTok"a görə DÖYDÜ
Bu gün, 09:21
Mənzurə Musayevanın vəziyyəti pisləşdi: Sirkə içib - TƏFƏRRÜAT
Bu gün, 09:20
Avropa Parlamentinin QARIN AĞRISI... - NƏ BAŞ VERİR?
Bu gün, 09:18
Bakı Dövlət Peşə Tədris Mərkəzində KORRUPSİYA BUMU... - İLGİNC İDDİALAR
Bu gün, 09:06
Bakı və İrəvana şok xəbərdarlıq - “Kreml Paşinyanı devirib sonra...”
Bu gün, 08:57
Daha bir sahədə araşdırma başlayır? – Xalqa xəyanət edənlərin izi…
Bu gün, 07:52
Minib-düşürmə yeri, yoxsa cərimə məntəqəsi? - ETİRAZ
Bu gün, 07:42
Biləsuvarda təhsil sisteminin çürüklüyü - GİLEY
Bu gün, 07:36
Sahib Məmmədova badalaq vuran kimdir? - Görünəni odur ki...
Bu gün, 07:30
Əş-Şəraa tərəfdarlarına: 'Nə tez yoldan çıxdınız?' - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:23
Taksi sürücüləri üçün formal imtahanlar və təlimlər nəyə xidmət edir? - "Xidmətin keyfiyyəti daha da pisləşir"
Bu gün, 07:20
Şəmkirdə dərman növbəsində İZDİHAM - BU NƏDİ BELƏ?
Bu gün, 07:17
“Tramp yolu” ilə sülhə doğru: Amerikalı senator danışıqları açıqlayır - AKTUAL
Bu gün, 07:15
ABŞ Venesuelaya hər an zərbə endirə bilər - NYP
Bu gün, 07:05
Bərdə sakinlərindən NARAZILIQ… - FOTO
Bu gün, 07:03
Brüssel bir az da yubansa, Bakı qərarını dəyişə bilər... - GƏLİŞMƏ
Bu gün, 07:01
Putinin Bakıdakı dostunun BAŞI CƏNCƏLDƏ - İDDİA
Bu gün, 06:59
Mehdiyev radikal qruplarla koordinasiyalı təzyiq yaratmağa çalışıb - SƏN DEMƏ...
Bu gün, 06:48
İki ölkədə bir mərkəzdən idarə olunan “5-ci kolon: “Bazarlıq” cəhdi iflas edir - İNCƏLƏMƏ
Bu gün, 06:47
“Ramiz Mehdiyev bizim ailəyə bir neçə deputat mandatı borcludur...” - İLGİNC
Bu gün, 06:43
Quru sərhədlərin AÇILMASI... MƏSƏLƏSİ...
Bu gün, 06:38
Dövlət maraqları naminə lap Çinə də getmək lazımdır... - AKTUAL
Bu gün, 06:35
"İslam Rzayevə hüquq və vəzifələri dəfələrlə elan olunub" - AÇIQLAMA
Bu gün, 01:17
"Paşinyan komandasının ictimai nüfuzu həm kilsədən, həm də müxalif dairələrdən daha yüksəkdir" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:13
Roman Nasirov 6 il azadlıqdan məhrum edildi - TƏFƏRRÜAT
Bu gün, 01:09
Ermənistan vətəndaşlarının məhkəmə istintaqı başa çatdı - TƏFƏRRÜAT
Dünən, 20:59
Agentlik "Qala Sığorta"ya 8,6 min manatadək vəsait ödədi
Dünən, 17:56
Rüşvətdə ittiham olunan sabiq komissarın işi - "27 min manatı komissara çatdırdım"
Dünən, 17:51
"Bakcell"in meqa lotereyasında daha bir avtomobil qalibi məlum oldu! - DİQQƏT...
Dünən, 17:47
Daxildəki “TROYA ATLARI” KİMLƏRDİR?
Dünən, 17:41
Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdirilib
Dünən, 17:38
Tarixin izlərini daşıyan Ramanı qalası nəzarətsizlikdən turist itkisi yaşayır - VİDEO
Dünən, 17:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru