Əslən Dmanisi bələdiyyəsinin Məmişli kəndindən olan kriminal avtoritet Polad Ömərov və Azərbaycandan olan kriminal avtoritet Rafət Əmirov ABŞ məhkəməsi tərəfindən 25 il müddətinə azadlıqdan məhrum ediliblər.
"DİA-AZ" 24News.ge saytına istinadla xəbər verir ki, onlar ABŞ-da yaşayan tanınmış iranlı dissident və jurnalist Məsih Əlinəcada qarşı planlaşdırılan sui-qəsddə iştirakda təqsirli biliniblər.
Məhkəmə sənədlərinə əsasən, 46 yaşlı Rəfat Əmirov və 41 yaşlı Polad Ömərov İranın maraqları naminə Əlinəcadı qətlə yetirməyi planlaşdırıblar.
Xatırladaq ki, 45 yaşlı Məsih Əlinejad 2009-cu ildə İrandan qaçıb. O, 2014-cü ildən etibarən sosial mediada İranlı qadınları hicab taxmaq məcburiyyətinə qarşı çıxmağa təşviq edən kampaniyaları ilə tanınıb. Onun X-də 500 mindən, İnstaqramda isə 8 milyondan çox izləyicisi var.



















