Mingəçevir Dövlət Dram Teatrında bir aydan artıqdır vakant qalan direktor vəzifəsinə müvəqqəti təyinat olub.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, teatrın baş mühasibi Vəfadar Rəhimov sənət ocağının direktoru vəzifəsini icra edəcək.
Qeyd edək ki, bu ilin may ayında vəzifədən azad edilən Əməkdar artist İntiqam Soltan 2021-ci ildən teatrda direktor kimi çalışırdı.