Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib... .....                     İçində azərbaycanlıların olduğu təyyarə İrəvana eniş etdi .....                     “Qarabağı işğal edən əslində ermənilər deyil, onların “xaç atası” idi...” .....                     “Olympus” MTK kütləvi narazılıq yaradır... .....                     Almaz Ələsgərovadan ETİRAZ: .....                     Fəlsəfə doktorundan sosioloqa sərt reaksiya: kişilər divanda əlinə… .....                     “Nur” çörək zavodu milləti KOR QOYMAQ İSTƏYİR? .....                     Yeddi uşağın ölüm işi: bu ilk yanğın deyildi, əvvəllərdə iki dəfə yanğın olub .....                     Bakıda kişi yola benzin tökdü, özü də yandı .....                     Əmrullayevin yarıtmaz KADR SİYASƏTİ... .....                     “Əhməd kimi bütün ailəni öldürəcəm...” .....                     Azər Qasımlının istintaqı başa çatdı .....                     MN-dəki milyonluq mənimsəmə ilə bağlı məhkəmədə əmlaklara qoyulan .....                     Azərbaycanlı hacılar Ciddə aeroportunda qaldılar .....                     DGK-nin Mərkəzi Hospitalı “Azəri Med” şirkətinə 1,4 mln manatlıq sifariş verib .....                     Avropa onu Azərbaycana təhvil verdi .....                     Paytaxt meriyasının layihəsinə Xəzər rayonu da qoşuldu .....                     Bakı Krımı Rusiya ərazisi kimi TANIYA BİLƏRMİ? .....                     Paşinyanın “Real Ermənistan”ı tarixi reallıqdan uzaqdır .....                     "Olmayan sözü ünvanıma deyəndə əsəb keçiriəm" .....                     "Qala Sığorta” 8 aya yaxındır ki, İmişli sakinini get-gələ salıb... .....                     İkinci xəritə yayıldı: bu ərazilər də Azərbaycana qaytarılır .....                     Gömrük Komitəsinin inspektoruna hökm oxundu .....                     “Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı .....                     Kilsə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasını istəmir .....                     Ermənistan mediası Şeyxi niyə hədəfə alıb? .....                     Bersenin söylədikləri cəfəngiyyatdır: Azərbaycana dostcasına təzyiq etməsinlər .....                     Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşına cəza verildi .....                     Turizm şirkəti Gədəbəydə bayram təşkil edəcək .....                     Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı .....                     `KONTAKT HOME` yenə də narazılıq yaradır .....                     Neftçilərin bu əmək hüququ POZULARSA... .....                     AZAL İsrail-İran toqquşması səbəbindən bu reysləri TƏXİRƏ SALDI .....                     İsrail sərt şəkildə cəzalandırılacaq .....                     TƏSDİQLƏNDİ: İranın Baş Qərargah rəisi Məhəmməd Bageri öldürülüb .....                     İsrailin İrana hücumundan sonra neftin qiyməti kəskin artıb .....                     Daha bir vəzifəli şəxs yeyintidə ittiham olunur .....                     Hava zərbələri nəticəsində SEPAH generalı Qulaməli Rəşid də öldürülüb .....                     “Mossad” İranda bir sıra əməliyyatlar həyata keçirib .....                     "Məktəblərdə psixoloqlar çox zaman formal və funksiyasız fəaliyyət göstərir" .....                 

Qardaşlığın rəmzi olan Şuşa Bəyannaməsi - İsrafil Kərimovun yazısı
Tarix: Dünən, 12:31 | Çap et

Bu gün Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri bütün dünya ölkələri arasında mövcud olan tərəfdaşlıq əlaqələrinə nümunə təşkil edir. Hazırda dünyada bu cür münasibətlərə malik olan iki dövlət tapmaq mümkün deyildir. Hətta, eyni təşkilat, yaxud ideologiya ətrafında birləşmiş dövlətlər arasında belə qardaşlıq münasibətləri yoxdur. Bu mənada, Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri xüsusi önəm və əhəmiyyət daşıyır. Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. 2021-ci il 15 iyun tarixində keçirilən Şuşa görüşü isə bu münasibətlərin mühüm tarixi mərhələsidir.
Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksəksəviyyəli strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrinin daim möhkəmlənməkdədir. Azərbaycan–Türkiyə əlaqələri Ulu Öndər Heydər Əliyevin dediyi kimi, «Bir millət, iki dövlət» tezisinə əsaslanır. Eyni soy-kökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin daim inkişaf etməsinə şərait yaradır. Hazırda Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji layihələr fəaliyyət göstərir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolunun reallığa çevrilməsi hazırda bu iki qardaş xalq arasındakı əlaqələrin möhkəmliyini daha da artırmaqdadır.
Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Bu mənada, Əliyev-Ərdoğan birliyi və həmrəyliyi, dövlət başçılarının bir-birinə qardaşım deyərək müraciət etmələri xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir. Bütün dünya bu qardaşlığı 44 günlük Vətən müharibəsi zamanı da müşahidə etmişdi. Məhz, həmin dövrdə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sahələrdə böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Məhz, əldə olunmuş zəfərin siyasi zirvəsi olan Şuşa görüşü də dünyaya 44 günlük müharibə dönəmində olduğu kimi mühüm mesajdır.
Qardaş ölkənin Prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Şuşada olması, Prezident İlham Əliyevlə görüşü, Şuşa Bəyannaməsinin imzalanması və mətbuata bəyanatların verilməsi, eyni zamanda, “Xan qızı” bulağını ziyarət, Cıdır düzündə tədbirlərin təşkili bir daha iki qardaş ölkənin uğurunun sevincinin paylaşdığını göstərir.
2021-ci il iyunun 15-də Şuşada imzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının zəfərinin zirvəsi oldu. Heç şübhəsiz, Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyəti var. Bu sənədin imzalanması ilə Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyur. Bu tarixi Bəyannamə hərbi, siyasi, mədəni, iqtisadi baxımdan iki qardaş ölkənin bir-birinin yanında olması deməkdir. Eyni zamanda sənədin ən mühüm müddəalarından biri də tam şəkildə təhlükəsizliklə bağlı olan bənddir. Belə ki, tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə iki dövlətin birgə fəaliyyəti nəzərdə tutulur.
Şuşa bəyannaməsi ilə Azərbaycan dünyanın 17-ci ən böyük iqtisadiyyatına sahib olan Türkiyə ilə əməkdaşlıqdan daha çox faydalanacaq. Türk iqtisadiyyatının artım sürəti getdikcə onunla daha çox inteqrasiya olunan Azərbaycanda da iqtisadi artıma stimul olmuşdur.
Şuşa Bəyannaməsi Azərbaycanda biznesin uzunmüddətli gözləntiləri üçün zəmin yaratdı. Bəyannamənin Şuşada imzalanması Qarabağda investisiya mühitinə əlavə bir qarant kimi qiymətləndirilməlidir. Şuşa bəyannaməsi Qarabağda investor inamı indeksini yüksəldir. İqtisadi əlaqələrin genişləndirilməsi ölkələr arasında investisiya qoyuluşlarını da artıracaq.
Şuşa Bəyannaməsinin daha bir əhəmiyyəti onun ölkəmizin siyasi partiyaları və ictimai birlikləri tərəfindən dəstəklənməsidir. Təsadüfi deyildir ki, Bəyannamə imzalandıqdan sonra ölkədə fəaliyyət göstərən 48 siyasi partiya siyasi həmrəylik nümunəsi göstərərək birgə bəyanatla çıxış etmiş və bu sənədin dəstəklədiklərini bəyan etmişlər.
Həmçinin 2022-ci il iyunun 15-də Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda dövlət rəsmiləri ilə yanaşı Azərbaycanda fəaliyyət göstərən 40-a yaxın siyasi partiyanın rəhbərləri də iştirak ediblər. Tədbir çərçivəsində Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunub. Bu konfrans da iki qardaş ölkə arasında bütün sahələr üzrə əlaqələrin daha da genişlənməsinə bir töhfə olmuşdur.


İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü

"DİA-AZ"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib... - Azad Məlikov bizi təhqir etdi, dedi ki...
Bu gün, 11:20
İçində azərbaycanlıların olduğu təyyarə İrəvana eniş etdi - Erməni nəşri
Bu gün, 11:17
“Qarabağı işğal edən əslində ermənilər deyil, onların “xaç atası” idi...” - ŞƏRH
Bu gün, 11:15
“Olympus” MTK kütləvi narazılıq yaradır... - Biz nə vaxta qədər küçələrdə qalacağıq?
Bu gün, 11:12
Almaz Ələsgərovadan ETİRAZ: - “Mənasız mahnılar gic edib bizi”
Bu gün, 11:07
Fəlsəfə doktorundan sosioloqa sərt reaksiya: kişilər divanda əlinə… - QALMAQAL
Bu gün, 11:06
“Nur” çörək zavodu milləti KOR QOYMAQ İSTƏYİR? - vətəndaş canı ilə risqə gedir...
Bu gün, 11:02
Yeddi uşağın ölüm işi: bu ilk yanğın deyildi, əvvəllərdə iki dəfə yanğın olub - MƏHKƏMƏ
Bu gün, 11:01
Bakıda kişi yola benzin tökdü, özü də yandı - TƏFƏRRÜAT
Bu gün, 10:54
Əmrullayevin yarıtmaz KADR SİYASƏTİ... - NƏ ETMƏLİ?
Bu gün, 10:50
“Əhməd kimi bütün ailəni öldürəcəm...” - 18 yaşında ana olan Mədinə amansızlıqla qətl edildi
Bu gün, 10:46
Azər Qasımlının istintaqı başa çatdı
Bu gün, 10:37
MN-dəki milyonluq mənimsəmə ilə bağlı məhkəmədə əmlaklara qoyulan həbsin götürülməsi istənilib
Bu gün, 10:26
Azərbaycanlı hacılar Ciddə aeroportunda qaldılar - FOTO
Bu gün, 10:21
DGK-nin Mərkəzi Hospitalı “Azəri Med” şirkətinə 1,4 mln manatlıq sifariş verib
Bu gün, 10:19
Avropa onu Azərbaycana təhvil verdi - TƏFƏRRÜAT
Bu gün, 10:13
Paytaxt meriyasının layihəsinə Xəzər rayonu da qoşuldu - FOTO
Bu gün, 10:05
Bakı Krımı Rusiya ərazisi kimi TANIYA BİLƏRMİ? - Görünəni odur ki...
Bu gün, 10:00
Paşinyanın “Real Ermənistan”ı tarixi reallıqdan uzaqdır -ŞƏRH
Bu gün, 09:59
"Olmayan sözü ünvanıma deyəndə əsəb keçiriəm"
Bu gün, 09:53
"Qala Sığorta” 8 aya yaxındır ki, İmişli sakinini get-gələ salıb... - NARAZILIQ VAR...
Bu gün, 09:49
İkinci xəritə yayıldı: bu ərazilər də Azərbaycana qaytarılır - Məxfi razılaşma
Bu gün, 09:36
Gömrük Komitəsinin inspektoruna hökm oxundu
Bu gün, 09:33
“Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı - BU NƏDİ BELƏ?
Bu gün, 09:24
Kilsə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasını istəmir - ONA GÖRƏ DƏ...
Bu gün, 09:18
Ermənistan mediası Şeyxi niyə hədəfə alıb? - İLGİNC
Bu gün, 09:16
Bersenin söylədikləri cəfəngiyyatdır: Azərbaycana dostcasına təzyiq etməsinlər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:12
Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşına cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 09:02
Turizm şirkəti Gədəbəydə bayram təşkil edəcək - TENDER
Bu gün, 08:56
Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı - Etirazlar sosial şəbəkəyə sıçradı
Bu gün, 08:45
`KONTAKT HOME` yenə də narazılıq yaradır - GİLEY
Bu gün, 08:36
Neftçilərin bu əmək hüququ POZULARSA... - Ekspert danışır
Bu gün, 08:27
AZAL İsrail-İran toqquşması səbəbindən bu reysləri TƏXİRƏ SALDI - DİQQƏT!
Bu gün, 08:19
İsrail sərt şəkildə cəzalandırılacaq - Xameneidən REAKSİYA
Bu gün, 08:11
TƏSDİQLƏNDİ: İranın Baş Qərargah rəisi Məhəmməd Bageri öldürülüb - "Fars" xəbər agentliyi
Bu gün, 07:34
İsrailin İrana hücumundan sonra neftin qiyməti kəskin artıb
Bu gün, 07:05
Daha bir vəzifəli şəxs yeyintidə ittiham olunur - ARAŞDIRMA BAŞLADI
Bu gün, 07:03
Hava zərbələri nəticəsində SEPAH generalı Qulaməli Rəşid də öldürülüb - "Mehr"
Bu gün, 06:57
“Mossad” İranda bir sıra əməliyyatlar həyata keçirib - TƏFƏRRÜAT
Bu gün, 06:44
"Məktəblərdə psixoloqlar çox zaman formal və funksiyasız fəaliyyət göstərir" - FAKT BUDUR!
Bu gün, 06:41
Pensiyalarla bağlı YENİLİK: ikiqat gəlir olacaq – Gələn ildən…
Bu gün, 06:35
SEPAH komandanı Hüseyin Salami və İranın nüvə alimləri öldürülüb - "Tasnim"
Bu gün, 06:30
İranın Natanz şəhərində nüvə obyektində partlayış baş verib - "IRNA"
Bu gün, 06:27
"Şimal qonşumuzun şovinist dairələri 21-ci əsrdə 19-cu əsrin təfəkkürü ilə düşünürlər" - Sovet "arzu"su...
Bu gün, 06:24
KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! - BÜTÜN DETALLARI İLƏ...
Bu gün, 06:18
"Nəticələr açıqlandıqdan sonra DİM-in iddialarının cəfəngiyyat olduğunu gördük" - Ramin Nurəliyev
Bu gün, 06:02
Netanyahu iranlıları zülmdən qurtulacağını vəd etdi - MÜRACİƏT
Bu gün, 06:00
Hücumda İranın Baş Qərargah rəisi həlak olub? - İDDİA
Bu gün, 05:56
İran tərəfi ölkə ərazisinə zərbələr endirildiyini təsdiqləyib - KİV
Bu gün, 05:53
Kreml Bakıya ağlasığmaz şərt qoyur – Moskva başını tamamilə itirib?
Bu gün, 05:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru