“Özsüt Azerbaijan” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, “Özsüt Azerbaijan” MMC-nin vergi borcu 3 169 036 manatdır. Bu vergi borcu 11.06.2025-ci il tarixinə olan məlumatdır.
Xatırladaq ki, MMC Azərbaycanda 2018-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Rəhman Vəliyevdir.