Rusiyanın ən yaxın dostu Serbiya da ona xəyanət edirmiş? .....                     Bu gün şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılacaq .....                     "Sahil Supply" MMC-nin vergi borcu 116 min manatı keçdi .....                     Bu teatrı dövlət ÖZBAŞINA BURAXIB .....                     Sadiq Əliyev 133 min manatlıq müsabiqədə bu xanımı qalıb etdi .....                     Bu qadınlar 1460 manat ala bilər: Şərtlər isə… .....                     Rəhbərlik tələbə hüquqlarını pozur .....                     "O müəllim niyə cinayət məsuliyyətinə cəlb olunmadı?" .....                     "180 manat əmək haqqı olar?" .....                     " Belə yüzlərlə xəstə uşaqları sağlamların yerinə göndərirlər..." .....                     Trampın tarifləri ABŞ iqtisadiyyatına azı 50 milyard dollar qazandırıb .....                     Valideynlərin KÜLLİ MİQDARDA PUL ÖDƏYİRLƏR, üstəlik uşaqları da döyürlər .....                     Paşinyanın hakimiyyəti müddətində Rusiyanın konsulluq niyyəti reallaşmayacaq .....                     Rusiya Ermənistanda revanşistləri hakimiyyətə hazırlayır .....                     Kreditinizi ödəyirsiz amma bitmir? .....                     Vanetsyana ən azı 36 səs lazımdır: Cəmiyyət Paşinyanın əleyhinə barikada qurmaq niyyətində deyil .....                     Neft büdcə qiymətindən aşağı düşdü: Manatın məzənnəsinə təhlükə varmı? .....                     Türkiyə-Azərbaycan-Pakistan triosu: Böyük hərbi müqavilə bağlanır? .....                     Putin üzr istəmir, amma jest edir .....                     "Putin tamamilə dəli olub!” .....                     Təhlükəsizlik Şurasına yeni nəfəs lazımdır .....                     “Əl çək məndən, uğursuz bədbəxt” .....                     "Bizim bazarlarımızda Azərbaycan malı, onların bazarında isə erməni malı peyda olacaq .....                     Azərbaycan bundan qəti şəkildə imtina etdi .....                     General Mehdiyev vəzifəsindən azad edildi .....                     BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur .....                     Ağsaqqallar Şurası bəyanat yaydı: "Eldar Quliyev barədə iddialar böhtandır" .....                     Sığorta şirkətinin rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     “Payonix” BOKT ikinci ilində də zərərlə başa vurub .....                     Mirzоyan ABŞ dövlət katibinin köməkçisinin müavini ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib .....                     Dollar bu tarixdən başlayaraq bahalaşacaq: Görün neçəyə olacaq .....                     Fransanın Gorusda fəxri konsulluğu iyunun əvvəlində açılacaq .....                     “Dövlətdə can qoymuşam ki, kimsə körpə uşaqları zorlasın?” .....                     Ev sahibi gecə klubuna getdi: Xadimə 10 min dollardan çox pul oğurladı .....                     Araz Musayev danışdı, adlar çəkdi .....                     31 ildir icra başçısı olan Adil Məmmədov….. .....                     Tanınmış rəssamın adından DƏLƏDUZLUQ: Milli İncəsənət Muzeyi saxta əsərə SERTİFİKAT verib? .....                     Xalq artistindən ETİRAF: .....                     Abxaziyada Azərbaycan və Türkiyə vətəndaşları saxlanılıb .....                     Yavər Camalovun ailəsi onun mirasına sahib çıxa bilmir .....                 

Qorxulu Tehran kimin yuxusunu ərşə çəkir... - NƏ BAŞ VERİR?
Tarix: 24-09-2022, 08:15 | Çap et
Qorxulu Tehran kimin yuxusunu ərşə çəkir...
İdeoloji dilemmalar, iğtişaşlar, etirazlar ölkəsi olan İranda cərəyan edən təhlükəli hadisələr İslam Respublikası qurulduqdan sonra davam edən çaxnaşmalar dastanının ardıdır.
İslam İnqilabının bəhrəsi olan müasir İranın beynəlxalq gündəlikdəki yeri də mübahisələr doğurur və məsələyə yanaşmada Qərbin özündə belə, ikitirəlik mövcuddur.
Üstəgəl, İran İsrail kimi kiçik, lakin qüdrətli dövlətin basqıları və kəşfiyyat həmlələri qarşısında əzilir.
İranın yaxınlığındakı Cənubi Qafqaz coğrafiyası üzərində cəmləşən nəzərlərin iti baxışlara keçməsi də dünyada sərhədlərin, xəritələrin dəyişdirilməsi cəhdləri fonunda Tehranın əleyhinə işləyir.
Buna görə də İrandakı kütləvi iğtişaşlar və ali rəhbərlik əleyhinə düzülən sapandlardan atılan daşları xarici “gizli əllər”lə paralel formada diqqətdə saxlamaq lazımdır.
Etirazlar silsiləsində növbəti səhifələri yazanlar hakimiyyətdaxili çəkişmələrin tərəfləridir və təəccüblü gəlsə də, onlar “xarici qələmlər”in gücündən məharətlə istifadə edirlər.
Ona görə də hakimiyyətin ən ali zirvəsi sayılan ali liderlik uğrundakı mühafizəkarlarla liberallar arasındakı çarpışmada birincilər “xarici qüvvə” amilinin İrana uzanan əllərindən danışırlar, ikincilər isə Qərbin liberal ideyalarını əllərində bayraq tuturlar.
İşin əsli çoxşaxəli predmetlərlə əlaqəlidir və bir-birinə bağlı olan səbəblər zəncirinin nəticələridir.
Həmin nəticələr yeni nəticələrə hazırlıq məşqləridir, yəni İranda tüğyan edən mitinqlərin məğzi ölkədəki hazırkı idarəetmə sistemi ilə post-Xamenei dövrü arasındakı keçid mərhələsidir.
Hazırda ali lider Seyid Əli Xameneinin yerinə yiyələnmək uğrunda iki fiqur oyun oynayır – biri ali liderin oğlu Müctəba Xamenei, digəri isə Prezident İbrahim Rəisidir.
İran siyasi elitasının psixoloji mühiti ilə real dünya arasındakı balansın kəskin pozulması isə həmin mübarizənin şiddətini artırır və bunun bəzi işartıları küçələrdə, meydanlarda təzahür edir.
“Küçələr”, “meydanlar” deyərkən qavrayışımızda xalq anlayışı avtomatik canlanır, məsələ istər-istəməz təbii şəkildə də olsa sinxronluq təşkil edir.
İranda xalqın kasıb təbəqəsi inqilabın və ya mitinqlərin hərəkətverici qüvvəsi deyil, İslam Respublikasının hissləri alovlanan qismi orta təbəqədir.
İslam İnqilabının övladı olan şəriət əsaslı Konstitusiya müxtəlif siniflərin koalisiyasının nəticəsi olsa da, vurğulamaq lazımdır ki, bunun ərsəyə gəlməsində əsas rolu orta sinif oynayıb.
Orta sinifdən təkamül edən başqa bir qrup isə liberal dəyərlər şüuru ilə böyüyüb və indi onlar ölkədə ayrı ideoloji idealları yayırlar. Onların istəkləri təkcə iqtisadi-sosial tələblərə yox, həm də mədəni, sosial, siyasi motivlərə də söykənir.
Teokratik rejimin qaymaqları, yəni yuxarı təbəqə mühafizəkar ictimai-siyasi nizamı saxlamaqda maraqlıdır, çünki bu, onların sərvət toplaması, varlanması və hakimiyyəti konservativ əsaslarla bərkitməsi üçün əlverişli şərtlərin məcmusudur.
Orta təbəqə hakimiyyətə müxalif dairələrin əlinin güclənməsinə rəvac verir, lakin onun ali lider seçilməsi prosedurlarında rolu yoxdur, yəqin, buna görədir ki, hakimiyyət iyerarxiyasının postulatlarında dəyişikliyə nail olmaq hədəflənir.
Lakin orta təbəqə İslam İnqilabından sonrakı periodda hakimiyyətin dayaqlarını laxladan seysmik dəyişikliklərin müəllifinə çevrilə bilməyib, ideologiya cəhətdən liberal cəhətləri özündə birləşdirsə də, o, sosial-siyasi imtiyazlarını gücləndirmək niyyətlərini güdür.
İranda orta təbəqənin hakimiyyətdəki “nümayəndələri” də var, yəni gərgin situasiya onlara hakimiyyət nərdivanında daha üstün pillələrə çıxmaq üçün vasitələr toplusuna çevrilir.
İstər mühafizəkar, istərsə də liberal xətt tərəfdarlarının arasında isə SEPAH kimi güc “incə balans”la dayanır və o, proseslərə yön verir, tənzimləyir, İranın “qırmızı xət”lərinin aşılmasına imkan verməmək şərtilə gah o tərəfə, gah da bu tərəfə əyilir.
Seyid Əli Xamenei əcəl yaşı çatmaq həddinə qədər yaşlanıb, ara-sıra onun ölüm xəbərinin yayılması da iqtidardakı ali mənsəb hərislərinin nəbz yoxlamaq məqsədli əl işi ola bilər.
İrandakı ucalan etiraz səslərinin xarici qüvvələrlə harmoniyasını ölkənin xarici siyasət kursundakı elementlər formalaşdırır, proses isə təbii şəkildə baş tutur.
İranın beynəlxalq nizama baxışı qlobal gücün iki oxuna əsaslanır. Tehran elə düşünür ki, dünyadakı liberal nizam dağılır və ABŞ-ın hegemonluğu azalır. Buna görə də Rusiya və Çin mərkəzli nizam İran dövlətinin gözündə yüksələn ox kimi görünür. Bununla da İran “nə Şərq, nə də Qərb” konsepsiyasından əl çəkərək Moskva və Pekinlə əməkdaşlıq formatının dərinləşməsinə can atır.
İslam Respublikasının belə duruşu, təbii ki, onun Qərbdəki rəqiblərinin, əsasən də, ABŞ və Britaniyanın gözündən yayınmır, bura İsrail amilini də əlavə etsək, vəziyyət ən qəliz labirintə doğru itələnir. Nəticə etibarı ilə İran hədəf taxtasında oturdulur və ona qarşı atıla biləcək bıçaqlar itilənir.
NƏTİCƏLƏR:
1. İranın böyük planlardakı yeri ölkədəki hakimiyyət kürsülərini ələ keçirmək üçün fürsətlər təqdim edir;
2. İrandakı hakim siyasi elitanı SEPAH qoruyur, lakin situasiya dəyişərsə, SEPAH öz qaranlıq tərəflərinin üzə çıxmaması şərtilə mövqeyini dəyişə bilər.
Aqşin Kərimov
DİA.AZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyanın ən yaxın dostu Serbiya da ona xəyanət edirmiş? - "...onlar ac qala bilməzlər"
Bu gün, 08:02
Bu gün şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılacaq - DİQQƏT
Bu gün, 07:59
"Sahil Supply" MMC-nin vergi borcu 116 min manatı keçdi - FOTOFAKT
Bu gün, 06:38
Bu teatrı dövlət ÖZBAŞINA BURAXIB - İşçiləri isə Allahın ümidinə...
Bu gün, 06:32
Sadiq Əliyev 133 min manatlıq müsabiqədə bu xanımı qalıb etdi - Görün kimdir
Bu gün, 06:14
Bu qadınlar 1460 manat ala bilər: Şərtlər isə… – Azərbaycanda İLK
Bu gün, 06:11
Rəhbərlik tələbə hüquqlarını pozur - BU DA FAKT...
Bu gün, 06:07
"O müəllim niyə cinayət məsuliyyətinə cəlb olunmadı?" - ETİRAZ
Bu gün, 05:52
"180 manat əmək haqqı olar?" - NAXÇIVAN SAKİNİ İŞSİZLİKDƏN ŞİKAYƏTÇİDİR
Bu gün, 05:48
" Belə yüzlərlə xəstə uşaqları sağlamların yerinə göndərirlər..." - NARAZILIQ VAR...
Bu gün, 05:43
Trampın tarifləri ABŞ iqtisadiyyatına azı 50 milyard dollar qazandırıb - Ağ Ev
Bu gün, 05:38
Valideynlərin KÜLLİ MİQDARDA PUL ÖDƏYİRLƏR, üstəlik uşaqları da döyürlər - Özəl bağçaların aqibəti necə olacaq?
Bu gün, 01:36
Paşinyanın hakimiyyəti müddətində Rusiyanın konsulluq niyyəti reallaşmayacaq - PROQNOZ
Bu gün, 01:33
Rusiya Ermənistanda revanşistləri hakimiyyətə hazırlayır - Paşinyanı növbəti bir ildə nə gözləyir?
Bu gün, 01:31
Kreditinizi ödəyirsiz amma bitmir? - Onda MÜTLƏQ OXUYUN!
Bu gün, 01:28
Vanetsyana ən azı 36 səs lazımdır: Cəmiyyət Paşinyanın əleyhinə barikada qurmaq niyyətində deyil - Görünəni odur ki...
Bu gün, 01:21
Neft büdcə qiymətindən aşağı düşdü: Manatın məzənnəsinə təhlükə varmı? - GƏLİŞMƏ
Bu gün, 01:18
Türkiyə-Azərbaycan-Pakistan triosu: Böyük hərbi müqavilə bağlanır? - AKTUAL
Bu gün, 01:15
Putin üzr istəmir, amma jest edir - Bakı necə cavab verəcək?
Bu gün, 00:14
"Putin tamamilə dəli olub!” – Tramp “ayıldı”?
Bu gün, 00:08
Təhlükəsizlik Şurasına yeni nəfəs lazımdır - ÇAĞIRIŞ
Bu gün, 00:01
“Əl çək məndən, uğursuz bədbəxt” - Arvadı Makrona daha nələr deyib?
Dünən, 23:58
"Bizim bazarlarımızda Azərbaycan malı, onların bazarında isə erməni malı peyda olacaq - bununla barışın..."
Dünən, 23:51
Azərbaycan bundan qəti şəkildə imtina etdi - Papikyan
Dünən, 23:47
General Mehdiyev vəzifəsindən azad edildi - ƏMR
Dünən, 21:34
BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
Dünən, 18:09
Ağsaqqallar Şurası bəyanat yaydı: "Eldar Quliyev barədə iddialar böhtandır" - TAM MƏTN
Dünən, 18:07
Sığorta şirkətinin rəhbərlərindən biri vəzifəsindən ayrılıb
Dünən, 18:02
“Payonix” BOKT ikinci ilində də zərərlə başa vurub - HESABAT
Dünən, 18:01
Mirzоyan ABŞ dövlət katibinin köməkçisinin müavini ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
Dünən, 17:59
Dollar bu tarixdən başlayaraq bahalaşacaq: Görün neçəyə olacaq - Lenta.ru
Dünən, 17:57
Fransanın Gorusda fəxri konsulluğu iyunun əvvəlində açılacaq
Dünən, 17:54
“Dövlətdə can qoymuşam ki, kimsə körpə uşaqları zorlasın?” - Yevlaxdakı dəhşətli qətldə hökm dəyişdi
Dünən, 17:52
Ev sahibi gecə klubuna getdi: Xadimə 10 min dollardan çox pul oğurladı - TƏFƏRRÜAT
Dünən, 17:47
Araz Musayev danışdı, adlar çəkdi - “Killer göndərib...”
Dünən, 17:44
31 ildir icra başçısı olan Adil Məmmədov….. - DOSYE
Dünən, 17:42
Tanınmış rəssamın adından DƏLƏDUZLUQ: Milli İncəsənət Muzeyi saxta əsərə SERTİFİKAT verib? – FOTOFAKT
Dünən, 17:37
Xalq artistindən ETİRAF: - “Məscidlərdə mərsiyə deyirdim”
Dünən, 17:32
Abxaziyada Azərbaycan və Türkiyə vətəndaşları saxlanılıb
Dünən, 17:26
Yavər Camalovun ailəsi onun mirasına sahib çıxa bilmir - TƏFƏRRÜAT
Dünən, 17:24
Azərbaycan malları erməni bazarlarında satılacaq – Simonyan
Dünən, 17:21
Kommunal borclar silinəcək? – “Qaz işlətmisən, su işlətmisən, pulunu ver də!”
Dünən, 17:17
“Azərbaycan təhsili çıxılmaz bir labirintə salınıb” – Gimnaziyalara qəbulla bağlı qərar NİYƏ DƏYİŞDİRİLDİ?
Dünən, 17:14
Bakıda böyük söküntü işləri başladı, park salınacaq - TƏFƏRRÜAT
Dünən, 17:11
Füzuli Hüseynovdan Əli Nura cavab: Elə bir adam tanımıram - "HAZIRDA İSTİNTAQ GEDİR..."
Dünən, 17:09
Yeni dünya müharibəsi qaçılmazdır - SORĞU
Dünən, 17:08
NAXÇIVANIN YENİ BƏLASI: Hamı deyinir... - Ayaq uydurmuruq... YOXSA NƏ?
Dünən, 17:02
Okeanın o tayından gələn ELÇİ... - ƏGƏR GƏLİBSƏ...
Dünən, 16:59
Bığları yoxdur... amma nırxını qoyur... - Belousovun abartdığı MƏNZƏRƏ...
Dünən, 16:57
GDU: Rektor bura şəxsi bostanı kimi baxır - Müəllimlər DEYİR Kİ...
Dünən, 16:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru