Naxçıvanda məhkəmə SİFARİŞLƏ İŞLƏYİR .....                     Rusiyanın ən yaxın dostu Serbiya da ona xəyanət edirmiş? .....                     Bu gün şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılacaq .....                     "Sahil Supply" MMC-nin vergi borcu 116 min manatı keçdi .....                     Bu teatrı dövlət ÖZBAŞINA BURAXIB .....                     Sadiq Əliyev 133 min manatlıq müsabiqədə bu xanımı qalıb etdi .....                     Bu qadınlar 1460 manat ala bilər: Şərtlər isə… .....                     Rəhbərlik tələbə hüquqlarını pozur .....                     "O müəllim niyə cinayət məsuliyyətinə cəlb olunmadı?" .....                     "180 manat əmək haqqı olar?" .....                     " Belə yüzlərlə xəstə uşaqları sağlamların yerinə göndərirlər..." .....                     Trampın tarifləri ABŞ iqtisadiyyatına azı 50 milyard dollar qazandırıb .....                     Valideynlərin KÜLLİ MİQDARDA PUL ÖDƏYİRLƏR, üstəlik uşaqları da döyürlər .....                     Paşinyanın hakimiyyəti müddətində Rusiyanın konsulluq niyyəti reallaşmayacaq .....                     Rusiya Ermənistanda revanşistləri hakimiyyətə hazırlayır .....                     Kreditinizi ödəyirsiz amma bitmir? .....                     Vanetsyana ən azı 36 səs lazımdır: Cəmiyyət Paşinyanın əleyhinə barikada qurmaq niyyətində deyil .....                     Neft büdcə qiymətindən aşağı düşdü: Manatın məzənnəsinə təhlükə varmı? .....                     Türkiyə-Azərbaycan-Pakistan triosu: Böyük hərbi müqavilə bağlanır? .....                     Putin üzr istəmir, amma jest edir .....                     "Putin tamamilə dəli olub!” .....                     Təhlükəsizlik Şurasına yeni nəfəs lazımdır .....                     “Əl çək məndən, uğursuz bədbəxt” .....                     "Bizim bazarlarımızda Azərbaycan malı, onların bazarında isə erməni malı peyda olacaq .....                     Azərbaycan bundan qəti şəkildə imtina etdi .....                     General Mehdiyev vəzifəsindən azad edildi .....                     BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur .....                     Ağsaqqallar Şurası bəyanat yaydı: "Eldar Quliyev barədə iddialar böhtandır" .....                     Sığorta şirkətinin rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     “Payonix” BOKT ikinci ilində də zərərlə başa vurub .....                     Mirzоyan ABŞ dövlət katibinin köməkçisinin müavini ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib .....                     Dollar bu tarixdən başlayaraq bahalaşacaq: Görün neçəyə olacaq .....                     Fransanın Gorusda fəxri konsulluğu iyunun əvvəlində açılacaq .....                     “Dövlətdə can qoymuşam ki, kimsə körpə uşaqları zorlasın?” .....                     Ev sahibi gecə klubuna getdi: Xadimə 10 min dollardan çox pul oğurladı .....                     Araz Musayev danışdı, adlar çəkdi .....                     31 ildir icra başçısı olan Adil Məmmədov….. .....                     Tanınmış rəssamın adından DƏLƏDUZLUQ: Milli İncəsənət Muzeyi saxta əsərə SERTİFİKAT verib? .....                     Xalq artistindən ETİRAF: .....                     Abxaziyada Azərbaycan və Türkiyə vətəndaşları saxlanılıb .....                 

Ölüm yox, azadlıq: Ukrayna 215 məhbusu necə qaytardı? - TƏFƏRRÜAT
Tarix: 23-09-2022, 09:01 | Çap et
Ölüm yox, azadlıq: Ukrayna 215 məhbusu necə qaytardı?
Ukrayna 2015 döyüşçüsünü, o cümlədən "Azov"un tanınmış komandirləri, dəniz piyadaları və Milli Qvardiyanın zabitlərini, hamilə hərbi qulluqçuları və əcnəbiləri əsirlikdən geri qaytara bildi. Kreml tərəfindən ölümə məhkum olunmuşların geri alınması prosesinin necə baş verdiyini UNIAN araşdırıb. AYNA araşdırmanı istinadla təqdim edir.

Sentyabrın 21-də ukraynalı məhbusların guya rus əsirliyindən azad edilməsi ilə bağlı məlumatlar yayılmağa başlayanda bir çox ukraynalı yumruqlarını sıxaraq donub qaldı. Axı bunun Rusiyada səfərbərlik elanı fonunda baş verdiyini nəzərə alsaq, bu əməliyyat uğursuzluqla nəticələnə bilərdi. Amma xoşbəxtlikdən hər şey plana uyğun getdi.

Kimlər azad edildi?

215 döyüşçü və üç nəfər mülki rus əsirliyindən xilas edilib. Məsələ burasındadır ki, onların arasında üç hamilə qadın hərbçilər də var - Maryana Mamonova, Yana Şumovetska və Anastasiya Çernenkaya. Azad olunanlardan 108-i əfsanəvi “Azov”un döyüşçüləridir.

Sərbəst buraxılanların 10-u əcnəbilərdir ki, onların da əksəriyyəti Kremlin marionetləri tərəfindən ölüm cəzasına “layiq” görülmüşdülər.

"Rus əsirliyində olan on əcnəbi vətəndaşı azad edə bildik. Bir vaxtlar biz bunu Boris Consonla müzakirə etdik, kömək istədik. Və Conson amerikalı dostları ilə danışdı. İndi onlar vətənə qayıdacaqlar: beş Böyük Britaniya vətəndaşı, iki ABŞ vətəndaşı, bir Mərakeş vətəndaşı və bir İsveç, bir Xorvatiya vətəndaşı”, - Ukrayna Prezidenti Volodimir Zelenski müraciətində deyib.

Adları çəkilən əcnəbi döyüşçülər Səudiyyə Ərəbistanına, Ər-Riyad şəhərinə göndəriliblər. Axı onların azadlığa buraxılması Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanın köməyi ilə baş tutub. ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan isə sentyabrın 21-də ABŞ vətəndaşlarının əsir mübadiləsinə cəlb edilməsinə görə Ukraynaya təşəkkür edib.

"Vətəndaşlarımızın ailələrinə qovuşmasını səbirsizliklə gözləyirik", - deyə bildirib.

Ukraynalıların ailələri də eyni səbirsizliklə qovuşmağı gözləyirdilər. İndiyədək cəmi 200 müdafiəçi vətənə qayıdıb. Daha beş nəfər - "Azov”lular Denis Prokopenko, Svyatoslav Palamar, Oleq Xomenko, 35-ci Dəniz Briqadasının komandiri Sergey Volınski və 12-ci Milli Qvardiya briqadasının komandiri Denis Şleqa Ukraynada yox, Türkiyədədirlər.

"Çox güman ki, onlarla başqa prosedurdan istifadə olunub. Hansı ki, onların azadlığına Türkiyə vasitəçilik edib", - politoloq Aleksey Yakubin hesab edir.

Xatırladırıq ki, Mariupolun müdafiəçiləri bu proseduru hələ aprel ayında Azovstalda olarkən tətbiq etməyi xahiş etmişdilər. Axı onlar o zaman öz qüvvələri ilə geri çəkilə bilməzdilər. Eynilə, Ukrayna ordusunun digər bölmələri də onlara kömək edə bilməyib. Bununla belə, çıxarılması üçün Rusiya və Ukrayna əsgərlərinin təhlükəsizliyini təmin edəcək üçüncü tərəflərin razılığı tələb olunurdu. Təəssüf ki, Kremldən belə bir razılaşma olmadı. Beləliklə, əsirlik kədərli və qəddar bir alternativ oldu.

Bu, döyüşçülərin əksəriyyətinin sağ qalmasına imkan verdi. Lakin gələcəkdə Rusiya beynəlxalq müharibə qaydalarını və normalarını, Cenevrə konvensiyalarını növbəti dəfə pozaraq, əsirlikdə olan ukraynalılara əsl cəhənnəm yaşatdı. Ukrayna bunu heç vaxt unutmayacaq və bağışlamayacaq...

İki yüz döyüşçü qarşılığında Medvedçuk

Zelenski bildirib ki, Ukraynada artıq fəaliyyəti qadağan olunmuş partiyanın liderlərindən biri Viktor Medvedçukun Rusiyaya təhvil verilməsi müqabilində iki yüz ukraynalı döyüşçü azad edilib. (Medvedçuk Rusiyanın Ukraynadakı “5-ci kolon”unun rəhbərlərindən sayılır).

"Rusiyanın bir fanatikini iki yüz əsgərə dəyişdik", - deyə Zelenski vurğulayıb: "Əvvəlcə bizə bizdə saxlanılanlardan birinin müqabilində 50 nəfərimizi qaytarmağı təklif etdilər. Tədricən onların sayı artdı və iki yüz oldu".

Prezidentin sözlərinə görə, Medvedçuku döyüşçülərin müqabilində vermək ağılsızlıq deyil: “Birincisi, azad olunanlar qəhrəmanlarımızdır. Bir də ki, axı Ukrayna artıq ondan (Medvedçukdan) cinayət işi çərçivəsində həqiqəti üzə çıxarmaq üçün lazım olan hər şeyi alıb”.

Komandirə gəlincə, Zelenski qeyd edib ki, onlar üçün döyüşmək, azadlıqlarına qovuşmalarını təmin etmək lazım idi: “Bunlar bizim beş superqəhrəmanımızdır. Onların müqabilində nə rəhm etməyə, nə rəğbətə, nə də heç bir sözə layiq olmayan 55 nəfəri verdik. Ukraynaya qarşı vuruşanları verdik. Ukraynaya xəyanət edənləri də. Bizə qətiyyən lazım olmayanları verdik, qəhrəmanlarımız üçün”.

Ukraynanın beynəlxalq məhkəmələrdə iddiaları üçün lazım olan rusiyalı hərbi əsirlərin ifadələrinə gəlincə, “Biz Ukraynadanıq” layihəsinin hüquqşünas-koordinatoru Oleksandra Steşenko qeyd edir ki, Ukrayna ərazisində hərbi cinayətlər törədənlərin hamısı məsuliyyətə cəlb edilməlidir.

"Əgər bu insanlar azadlığa buraxılıblarsa, yəqin ki, onlar artıq dindiriliblər. Artıq bütün prosessual sənədlər tərtib olunub. Onların ifadələrindən Haaqada istifadə olunacaq", - ekspert deyib.

"Azov”un döyüşçülərinin buraxılması səfərbərlik fonunda Rusiya ictimaiyyətində əsl isteriyaya səbəb olub. Və rus təbliğatçıları sözün əsl mənasında dəli dərəcəsindədirlər.

Ancaq indi ruslar Medvedçukun niyə onlara təslim edildiyi, “nasistlər”in Ukraynaya necə qaytarıldığı sualları verilməyə başlayanda rus təbliğatçısının ritorikası dəyişib.

"Hansı daha vacibdir? Öz tərəfdarımızı xilas etmək sevinci, yoxsa düşməndən intiqam almaqdan məmnunluq? Mənim üçün birinci vacibdir", - Marqarita Simonyan “Telegram”da yazır.

İndi rusların öz “qəhrəmanlarını” necə qarşıladıqlarına diqqətlə baxmaq lazımdır - boş aerodrom, bayraqlar, çiçəklər – yoxdur, qarşılayanlar yoxdur. Üstəlik, ilk növbədə mübadilə haqqında necə öyrəndiklərini xatırlamaq lazımdır. Demək Rusiya üçün də, Kreml təbliğatçıları üçün də döyüşçüləri qəhrəman deyil, sözdə “qəhrəmandırlar”.

Hələ bir məsələ də var: azad edilmiş rusların ailələri qohumlarının əsirlikdən birbaşa FSB-nin işgəncə kameralarına göndəriləcəyindən narahat ola bilərlər.

"İnformasiya baxımından Kreml səfərbərliklə bağlı narazılığı mübadilə mövzusu ilə dəyişməyə çalışdı. Bu, ənənəvi sadə taktikadır. Yəni əvvəlcə 20 sentyabrda səfərbərlik elan etmək istəsələr də, bunun texnoloji baxımdan daha məqsədəuyğun olduğunu anladılar və gündəmi dəyişmək üçün əsirlərin mübadiləsi günü elan etdilər”, - Ukrayna müdafiə nazirinin müavini Anna Malyar hesab edir.

Daxili işlər nazirinin müşaviri Vadim Denisenko isə fərqli fikirdədir: "Əsirlərin dəyişdirilməsi və səfərbərlik fonunda bu addımın məntiqsizliyinə gəlincə, fakt odur ki, razılaşmalar səfərbərlik qərarından əvvəl əldə edilib. Və onları pozmaq, Rusiya Federasiyasında paralel idxal deyilən məhsulların təxminən 80 faizinin alınmasının qarantı olan Ərdoğanla münaqişəyə girməkdir”.

“Hər halda, Ukraynanın xeyrinə olan “birdən dördə” mübadiləsi dövlətimizin üstünlüyünü nümayiş etdirir və Rusiyada səfərbərliyə zərbədir”. Politoloq Mikola Davydyuk belə deyir. Onun sözlərinə görə, Peskovun oğlunun döyüşə getmək istəməməsi ilə bağlı dedikləri, lehimizə "birdən dördə" mübadiləsi, etirazların başlaması - bunlar həftənin sonuna qədər səfərbərliyin pozula biləcəyi tendensiyalarıdır.

Məqsəd hamını azad etməkdir

Baxmayaraq ki, 200-dən çox müdafiəçinin azadlığa buraxılması həqiqətən sevindirici xəbərdir və həqiqətən də böyük hadisədir, amma unutmaq olmaz ki, rus əsirliyində minlərlə ukraynalı var.

"Onların hamısı Putinin əlində böyük bir “kozır”dır. Və təbii ki, o, onların hamısını bizə birdən-birə verməyəcək", - politoloq Maksim Yali qeyd edir.

"Hamının azad olunması üçün nə olmalıdır? Məncə, yalnız müharibənin sonu. Yaxud, ən azı, atəşkəs. Putin bunu yalnız bir şərtlə etməyə hazır olacaq. Düşmənçilik dayanır. Və bu gün o, həqiqətən də bunu istəyir”, - politoloq vurğulayıb.

Nəzərə alsaq ki, nə Ukrayna cəmiyyətinin, nə Ukrayna ordusunun, nə də Ukrayna hakimiyyətinin Rusiya ilə danışıqlara dair tələbi yoxdur, onlar Kremldəki şıltaqlıqlarını özlərində saxlaya bilirlər. Lakin bu, əsirlərin mübadiləsinin planlaşdırılmadığı anlamına gəlmir. Bu məqsədə çatmağa çalışmaq üçün Ukraynada Rusiya üçün “kifayət qədər dəyərli” ruslar var. Amma Səudiyyə Ərəbistanı və Türkiyə kimi müttəfiqlərin və tərəfdaşların köməyi olmadan bunu etmək çətin olacaq.
//AYNA//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvanda məhkəmə SİFARİŞLƏ İŞLƏYİR - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:07
Rusiyanın ən yaxın dostu Serbiya da ona xəyanət edirmiş? - "...onlar ac qala bilməzlər"
Bu gün, 08:02
Bu gün şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılacaq - DİQQƏT
Bu gün, 07:59
"Sahil Supply" MMC-nin vergi borcu 116 min manatı keçdi - FOTOFAKT
Bu gün, 06:38
Bu teatrı dövlət ÖZBAŞINA BURAXIB - İşçiləri isə Allahın ümidinə...
Bu gün, 06:32
Sadiq Əliyev 133 min manatlıq müsabiqədə bu xanımı qalıb etdi - Görün kimdir
Bu gün, 06:14
Bu qadınlar 1460 manat ala bilər: Şərtlər isə… – Azərbaycanda İLK
Bu gün, 06:11
Rəhbərlik tələbə hüquqlarını pozur - BU DA FAKT...
Bu gün, 06:07
"O müəllim niyə cinayət məsuliyyətinə cəlb olunmadı?" - ETİRAZ
Bu gün, 05:52
"180 manat əmək haqqı olar?" - NAXÇIVAN SAKİNİ İŞSİZLİKDƏN ŞİKAYƏTÇİDİR
Bu gün, 05:48
" Belə yüzlərlə xəstə uşaqları sağlamların yerinə göndərirlər..." - NARAZILIQ VAR...
Bu gün, 05:43
Trampın tarifləri ABŞ iqtisadiyyatına azı 50 milyard dollar qazandırıb - Ağ Ev
Bu gün, 05:38
Valideynlərin KÜLLİ MİQDARDA PUL ÖDƏYİRLƏR, üstəlik uşaqları da döyürlər - Özəl bağçaların aqibəti necə olacaq?
Bu gün, 01:36
Paşinyanın hakimiyyəti müddətində Rusiyanın konsulluq niyyəti reallaşmayacaq - PROQNOZ
Bu gün, 01:33
Rusiya Ermənistanda revanşistləri hakimiyyətə hazırlayır - Paşinyanı növbəti bir ildə nə gözləyir?
Bu gün, 01:31
Kreditinizi ödəyirsiz amma bitmir? - Onda MÜTLƏQ OXUYUN!
Bu gün, 01:28
Vanetsyana ən azı 36 səs lazımdır: Cəmiyyət Paşinyanın əleyhinə barikada qurmaq niyyətində deyil - Görünəni odur ki...
Bu gün, 01:21
Neft büdcə qiymətindən aşağı düşdü: Manatın məzənnəsinə təhlükə varmı? - GƏLİŞMƏ
Bu gün, 01:18
Türkiyə-Azərbaycan-Pakistan triosu: Böyük hərbi müqavilə bağlanır? - AKTUAL
Bu gün, 01:15
Putin üzr istəmir, amma jest edir - Bakı necə cavab verəcək?
Bu gün, 00:14
"Putin tamamilə dəli olub!” – Tramp “ayıldı”?
Bu gün, 00:08
Təhlükəsizlik Şurasına yeni nəfəs lazımdır - ÇAĞIRIŞ
Bu gün, 00:01
“Əl çək məndən, uğursuz bədbəxt” - Arvadı Makrona daha nələr deyib?
Dünən, 23:58
"Bizim bazarlarımızda Azərbaycan malı, onların bazarında isə erməni malı peyda olacaq - bununla barışın..."
Dünən, 23:51
Azərbaycan bundan qəti şəkildə imtina etdi - Papikyan
Dünən, 23:47
General Mehdiyev vəzifəsindən azad edildi - ƏMR
Dünən, 21:34
BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
Dünən, 18:09
Ağsaqqallar Şurası bəyanat yaydı: "Eldar Quliyev barədə iddialar böhtandır" - TAM MƏTN
Dünən, 18:07
Sığorta şirkətinin rəhbərlərindən biri vəzifəsindən ayrılıb
Dünən, 18:02
“Payonix” BOKT ikinci ilində də zərərlə başa vurub - HESABAT
Dünən, 18:01
Mirzоyan ABŞ dövlət katibinin köməkçisinin müavini ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
Dünən, 17:59
Dollar bu tarixdən başlayaraq bahalaşacaq: Görün neçəyə olacaq - Lenta.ru
Dünən, 17:57
Fransanın Gorusda fəxri konsulluğu iyunun əvvəlində açılacaq
Dünən, 17:54
“Dövlətdə can qoymuşam ki, kimsə körpə uşaqları zorlasın?” - Yevlaxdakı dəhşətli qətldə hökm dəyişdi
Dünən, 17:52
Ev sahibi gecə klubuna getdi: Xadimə 10 min dollardan çox pul oğurladı - TƏFƏRRÜAT
Dünən, 17:47
Araz Musayev danışdı, adlar çəkdi - “Killer göndərib...”
Dünən, 17:44
31 ildir icra başçısı olan Adil Məmmədov….. - DOSYE
Dünən, 17:42
Tanınmış rəssamın adından DƏLƏDUZLUQ: Milli İncəsənət Muzeyi saxta əsərə SERTİFİKAT verib? – FOTOFAKT
Dünən, 17:37
Xalq artistindən ETİRAF: - “Məscidlərdə mərsiyə deyirdim”
Dünən, 17:32
Abxaziyada Azərbaycan və Türkiyə vətəndaşları saxlanılıb
Dünən, 17:26
Yavər Camalovun ailəsi onun mirasına sahib çıxa bilmir - TƏFƏRRÜAT
Dünən, 17:24
Azərbaycan malları erməni bazarlarında satılacaq – Simonyan
Dünən, 17:21
Kommunal borclar silinəcək? – “Qaz işlətmisən, su işlətmisən, pulunu ver də!”
Dünən, 17:17
“Azərbaycan təhsili çıxılmaz bir labirintə salınıb” – Gimnaziyalara qəbulla bağlı qərar NİYƏ DƏYİŞDİRİLDİ?
Dünən, 17:14
Bakıda böyük söküntü işləri başladı, park salınacaq - TƏFƏRRÜAT
Dünən, 17:11
Füzuli Hüseynovdan Əli Nura cavab: Elə bir adam tanımıram - "HAZIRDA İSTİNTAQ GEDİR..."
Dünən, 17:09
Yeni dünya müharibəsi qaçılmazdır - SORĞU
Dünən, 17:08
NAXÇIVANIN YENİ BƏLASI: Hamı deyinir... - Ayaq uydurmuruq... YOXSA NƏ?
Dünən, 17:02
Okeanın o tayından gələn ELÇİ... - ƏGƏR GƏLİBSƏ...
Dünən, 16:59
Bığları yoxdur... amma nırxını qoyur... - Belousovun abartdığı MƏNZƏRƏ...
Dünən, 16:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru