“Rep oxuyursa, deməli, buna ehtiyac var!” .....                     Lotu Qulinin ən yaxın dostu olan "qanuni oğru"nun abidəsi qoyuldu .....                     “Dedim, tüpürüm sənin menecerinə də, müğənniliyinə də” .....                     Zəngəzurda keçid dili ingiliscə olacaq? .....                     Adil Kərimli Antikorrupsiya İdarəsinin məsuliyyətə cəlb etdiyi şəxsləri niyə qoruyur? .....                     Zəngəzur dəhlizi ilə bağlı yeni plan .....                     Şamaxının tarixi abidələri, ziyarətgahları ölkəmizə gələn turistlərə çox yaxşı təqdim edilir .....                     Qızılın qiyməti KƏLLƏ-ÇARXDA: .....                     “Rossotrudniçestvo” rəhbərinin qorxusu: .....                     Paşinyan gizli danışıqlara .....                     Parisin "sülh göyərçini" təqdimatı: .....                     Deputatlara verilən bu pullar narazılıq yaratdı .....                     Sahədə 20 qəpiyədir, Bakıda ən ucuz yerdə 1 manat 60 qəpiyə .....                     Britaniya Ermənistana yeni səfir təyin edib .....                     AMB daha iki sığorta şirkətinə icrası məcburi sərəncamlar verib .....                     “Bu işlər niyə Saray körpüsünün inşası ilə eyni dövrdə aparılmayıb?” .....                     Xanım səhmdar “Rabitəbank”da daha bir mühüm pay alıb .....                     Zəngəzurla bağlı ŞOK ABŞ planı .....                     Cənab Salahovun BƏRKGEDƏN EŞŞƏKLƏRİ... .....                     DİN vətəndaşların məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxsi ifşa etdi .....                     İran XİN başçısı ŞƏT çərçivəsində kollektiv təhlükəsizlik orqanının yaradılmasını təklif edib .....                     Erməni əsgərləri NATO təlimində: hansı statusla? .....                     Ukraynada ümumi səfərbərliyin müddəti uzadılıb .....                     Ucarda bu məmurlar... ÖZBAŞINA QALIB! .....                     İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu .....                     Evlərdən 100 min manatdan çox OĞURLUQ .....                     Paşinyan üçün saat işləmir .....                     Azərbaycanın rəqəmsal məkanı yeni qarşıdurma meydanına çevrilmək riski daşıyır .....                     Rusiya ordusuna qoşulan azərbaycanlılar .....                     "Xalq artisti" adını sənə sponsorun da verdirə bilir" .....                     Pərvin Quliyev prokuror təyin olundu .....                     Bahalaşma xəbərdarlığı: ABŞ-ın tarif siyasəti .....                     Naxçıvan Dövlət Universiteti üz tanıma cihazı ala bilmədi .....                     Vilayəti HANSI HAQQLA HESABAT TƏLƏB EDİR? .....                     Azərbaycan ordusu Ermənistanı izləmək üçün kəşfiyyat qülləsi ucaldıb? .....                     Rusiyadan sonra İran başladı: Azərbaycanlılar deportasiya olunur .....                     Paşinyan Vardanyanla bağlı xahişi .....                     Yazıçılar yasda verilən ehsana etiraz edir .....                     “Naxçıvanda nə qədər anormal qanunlar var, bunun qələmindən çıxıb” .....                     Makronun Bakı ilə bağlı sözləri erməniləri təşvişə saldı: .....                 

Rusiya qaz müharibələrinin ilk qənimətlərini almağa başladı – Moldova və Polşadan təslimiyyət mesajları
Tarix: 29-10-2021, 11:48 | Çap et
Rusiya qaz müharibələrinin ilk qənimətlərini almağa başladı
Daha qış soyuqları başlamamış Rusiya Şərqi Avropa ölkələrinə qarşı apardığı qaz müharibəsində ilkin qələbəsini qazanmış görünür. İlk təslimiyyətçi mesajlar isə Moldova və Polşadan gəlib.

Ovqat.com-un məlumata görə, Moldovanın Qərbyönümlü prezidenti Mayya Sandu dünən ölkənin Ali Təhlükəsizlik Şurasında etdiyi çıxışında rusiyalı həmkarı Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib.

Onun fikrincə, bu görüşün baş tutması üçün ilk növbədə müzakirə olunacaq məsələlər təsdiq edilməli, ölkədəki enerji böhranı və “Qazprom”la yeni müqavilə üzrə danışıqlar da gündəm mövzuları arasına salınmalıdır.

Çıxışında Kişinyovla Moskva arasında münasibətlərin “fəal inkişaf etdirilməsinin” vacibliyinə toxunan Sandu xanım vurğulayıb ki, son vaxtlar Moldovada qaz böhranı ilə bağlı Rusiyanın Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak ilə çoxsaylı telefon danışıqları olub. Amma Moldova Prezidenti danışıqlarda konkret hansı razılıqların əldə olunduğuna dair heç bir fikir bildirməyib.

“Gələcəkdə biz ikitərəfli münasibətlərin həlli üçün əlimizdən gələni edəcəyik”, - deyə Sandu Rusiya ilə yaxınlaşmaq mesajı verib.

Xatırladaq ki, Mayya Sandu ötən il 16 oktyabrında Moldovada keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlmişdi. O dövrdən bu günədək 1 ildən çox zaman keçir. Moldova Prezidenti isə bu müddət ərzində dünyanın bir sıra ölkələrində rəsmi səfərlərdə olsa da, hələ ki Moskvaya getməyib. Bu da, təbii ki, onun siyasi oriyentasiyasından qaynaqlanır.

Mayya Sandunun Moskva ilə münasibətləri normallaşdırmağa və bunun üçün Putinlə görüşməyə hazır olduğunu bildirməsinin zamanlaması da diqqətçəkicidir. Məlum olduğu kimi, “Qazprom”un Moldova ilə bağladığı qaz müqaviləsi sentyabr ayında bitib. Rusiya şirkəti yenidən müqavilə bağlamaq üçün 2 şərt irəli sürüb: əvvəla, yeni müqavilə hazırkı bazar qiymətlərinə uyğun bağlanacaq, ikincisi Kişinyov bu zamanadək “Qazprom”a borcunu qaytaracaq. Borc isə az deyil. Rus şirkətinin hesablamasına görə, Moldova ona 709 milyon dollar ödəməlidir. Qazın yeni qiymətlərinə gəlincə, hazırda Avropa bazarınındakı qiymətlərdən 15% güzəştlə Moldovaya qaz satacağını bildirən “Qazprom”un yeni tarifinə görə, Kişinyov min kubmetr qaz üçün 790 dollar ödəməlidir. Moldovanın illik qaz istehlakı isə təxminən 3 milyard kubmetrdir. Bu da hardasa bir illik qaz istehlakı üçün Kişinyovun 2 milyard 370 milyon dolları gözdən çıxarması deməkdir. Halbuki, bu zamanadək Moldova Rusiyadan qazın min kubmetrini 180 dollara alırdı - hardasa 4 dəfə ucuz qiymətə. Di gəl ki, bu məbləği belə, ödəyə bilmirdi.

İndiyədək ABŞ-ın LNG qazına və Norveçin “Baltic Pipe” boru kəmərinə ümid bağlayıb Rusiya ilə münasibətlərini gərginləşdirən, ən əsası isə Moskva ilə yollarını ayırmağa çalışan Şərqi Avropa və Balkan ölkələrinə “ağsaqqallıq” edən Polşa da xəyal qırıqlığına uğramış durumdadır. Məlumata görə, dünən Polşanın dövlət enerji şirkəti PGNiG “Qazprom”a müraciət edərək qazın qiymətini aşağı salmağı xahiş edib. “Bu yaxınlarda biz Avropanın topdansatış bazarında təbii qazın qiymətində görünməmiş artımın şahidi olduq. Bu fövqəladə vəziyyət Yamal müqaviləsi çərçivəsində qaz aldığımız qiymət şərtlərinə yenidən baxılmasına şərtləndirir. Fikrimizcə, PGNiG-yə verilən qazın qiymətini azaltmaq imkanları var”, - deyə PGNiG-nin prezidenti Pavel Mayevski rus şirkətinə yazdığı məktubda bildirib.

Analitiklər isə Pavel Mayevski qədər nikbin deyillər. Onların fikrincə, ötən il Stokholm arbitraj məhkəməsinə “Qazprom”u şikayət edən PGNiG indi öz “çoxbilmişliyi”nin bədəlini ödəyəcək. Zira həmin məhkəmənin qərarına əsasən, PGNiG 2014-cü ildə “Qazprom”la bağladığı müqavilədə göstərilən şərtlərlə deyil, bazardakı mövcud qiymətlərə görə qaz almalıdır. 2014-cü ildən ötən ilə qədər bazar qiymətləri ilə iki şirkət arasındakı müqavilənin şərtləri arasındakı fərq 1.5 milyard dollar idi və “Qazprom” həmin fərqi geri qaytarmışdı. MəntiqləŞ PGNiG-nin indi “Qazprom”dan imtiyazlı yanaşma gözləməyə haqqı yoxdur. Ona ediləcək ən böyük güzəşt Moldova kimi qazı uzağı 15% ucuz qiymətə almaq ola bilər.

Polşanın “Qazprom”dan aldığı qaz isə Moldova ilə müqayisədə daha çoxdur. Statistik məlumatlara görə, Polşa “Qazprom”dan 2020-ci ilin oktyabrından 2021-ci ilin aprelinə qədər 5 milyard kubmetr qaz idxal edib. Bu il də qışı sağ-salamat çıxarmaq üçün, yəqin ki, eyni miqdarda qaz alacaq. Yeni tariflə hesablasaq, bu, 7 ay ərzində Polşanın qaz ehtiyacı üçün “Qazprom”a 3 milyard 950 milyon dollar ödəməsi mənasına gəlir: 5 milyard / 1000 X 790 = 3.950 milyard.

Əvvəlki müqavilə ilə Polşa “Qazprom”dan min kubmetr qazı 280 dollara alırdı. Ölkənin qış dövrü üçün qaz ehtiyacını köhnə tariflə hesablasaq, bu, 1 milyard 400 milyon dollar edər. İki tarif arasındakı fərq: 3.950 milyard – 1.400 = 2.55 milyard dollar. Belə çıxır ki, Varşava 7 illik “çoxbilmişliyi”nin bədəlini qarşıdakı 7 ayda artıqlaması ilə geri ödəməli olacaq.

Ukrayna və Baltik ölkələri də Rusiyanın qaz müharibələrinin növbəti qurbanları olmaq taleyi ilə üz-üzədirlər. Kiyev bu böhrandan çıxmaq üçün Rusiya ilə müharibəyə girməyi belə, gözə alıb. Təbii ki, bu niyyətin baş tutması üçün enerji böhranından təsirlənəcək digər ölkələr, eyni zamanda ABŞ və İngiltərə də həmin daşın altına əl qoymalıdırlar. Ukraynanın yaxın qonşuları ümidsiz şəkildə Rusiya ilə münasibətləri yoluna qoymaq barədə düşünürlər. ABŞ və İngiltərənin isə Kiyevə real dəstək verəcəkləri hələlik xeyli müəmmalı görünür.

Şərqi Avropa ölkələrinin bu qədər ağır vəziyyətə düşməsinin əsas səbəbi Qərb ölkələrinin onlara umduqları dəstəyi verməmələridir. Avropa İttifaqının genişlənmə proqramı çərçivəsində Qərbə üz tutan bu ölkələr daha sonra böyük dövlətlərin maraqlarının haçalanması, xüsusilə Rusiyaya münasibətlərinin dəyişilməsi nəticəsində indiki xaotik durumla üz-üzə qalıblar. Fransa və Almaniya Şimali Atlantika ittifaqı çərçivəsində ABŞ hegemonluğuna qarşı çıxır və Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışır. ABŞ isə Avropa ölkələrinin bu xəyanətini bağışlamaq istəmir və onlara rus təhlükəsinin nədən ibarət olduğunu xatırlatmaq üçün müxtəlif addımlarla enerji qiymətləri ilə oynayır.

Rusiya rəsmilərinin iddialarına inansaq, Avropada qaz qiymətlərinin bahalaşması da Moskvadan qaynaqlanmır. Belə ki, “Qazprom” indiyədək hər zamankı kvotası çərçivəsində, hətta ondan daha artıq Avropaya qaz ixrac edib. Bazardakı qıtlıqdan yaranan bahalaşmanın əsl günahkarları digər tədarükçülərdir. Belə anlaşılır ki, ABŞ və ona bağlı digər tədarükçülər Avropaya qaz nəqlini azaltdığından enerji bazarında bu cür acınacaqlı vəziyyət yaranıb.

Həqiqətən də ABŞ-ın yeni prezidenti Co Baydenin son zamanlar öz sələfi Trampdan tamamilə fərqli siyasət yürütdüyü hiss olunur. Bəzən elə təəssürat yaranır ki, Bayden bu zamanadək formalaşmış qlobal düzənini pozaraq, dünyanı xoasa sürükləyir. İstər Əfqanıstanda, istər Yaxın Şərqdə, istərsə də Avropada baş verən son proseslər bunun bariz nümunələridir. Mümkündür ki, Vaşinqton öz iradəsinə tabe olmamağın necə ağır nəticələnəcəyini keçmiş müttəfiqlərinə göstərir və onları özünə daha sıx bağlamağa ümid edir.

Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Rep oxuyursa, deməli, buna ehtiyac var!” – Alim Qasımov ətrafında qalmaqal
Bu gün, 17:02
Lotu Qulinin ən yaxın dostu olan "qanuni oğru"nun abidəsi qoyuldu - FOTO
Bu gün, 17:00
“Dedim, tüpürüm sənin menecerinə də, müğənniliyinə də” – Sabir Rüstəmxanlıya qiymət oxuyan müğənni kim olub?
Bu gün, 16:49
Zəngəzurda keçid dili ingiliscə olacaq? - AKTUAL
Bu gün, 16:43
Adil Kərimli Antikorrupsiya İdarəsinin məsuliyyətə cəlb etdiyi şəxsləri niyə qoruyur? - İLGİNC İDDİALAR
Bu gün, 16:34
Zəngəzur dəhlizi ilə bağlı yeni plan – Kartlar yenidən paylanır
Bu gün, 16:28
Şamaxının tarixi abidələri, ziyarətgahları ölkəmizə gələn turistlərə çox yaxşı təqdim edilir - İcra başçısı
Bu gün, 16:26
Qızılın qiyməti KƏLLƏ-ÇARXDA: - Bahalaşma nə vaxta qədər DAVAM EDƏCƏK?
Bu gün, 16:25
“Rossotrudniçestvo” rəhbərinin qorxusu: - “Təsirimizi itirmək fəlakətli olacaq"
Bu gün, 16:22
Paşinyan gizli danışıqlara BAŞLADI
Bu gün, 16:20
Parisin "sülh göyərçini" təqdimatı: - Makron erməni tərəfkeşliyindən əl çəkmir
Bu gün, 16:18
Deputatlara verilən bu pullar narazılıq yaratdı – MƏBLƏĞ
Bu gün, 16:14
Sahədə 20 qəpiyədir, Bakıda ən ucuz yerdə 1 manat 60 qəpiyə - SƏBƏB NƏDİR?
Bu gün, 16:12
Britaniya Ermənistana yeni səfir təyin edib - KİV
Bu gün, 16:09
AMB daha iki sığorta şirkətinə icrası məcburi sərəncamlar verib - DETALLAR
Bu gün, 16:05
“Bu işlər niyə Saray körpüsünün inşası ilə eyni dövrdə aparılmayıb?” - ETİRAZ VAR...
Bu gün, 15:55
Xanım səhmdar “Rabitəbank”da daha bir mühüm pay alıb
Bu gün, 15:53
Zəngəzurla bağlı ŞOK ABŞ planı - Bölgənin taleyi dəyişir?
Bu gün, 15:49
Cənab Salahovun BƏRKGEDƏN EŞŞƏKLƏRİ... - BU NƏDİ BELƏ?
Bu gün, 15:39
DİN vətəndaşların məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxsi ifşa etdi - TƏFƏRRÜAT
Bu gün, 15:35
İran XİN başçısı ŞƏT çərçivəsində kollektiv təhlükəsizlik orqanının yaradılmasını təklif edib
Bu gün, 15:31
Erməni əsgərləri NATO təlimində: hansı statusla? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:02
Ukraynada ümumi səfərbərliyin müddəti uzadılıb - KİV
Bu gün, 15:00
Ucarda bu məmurlar... ÖZBAŞINA QALIB! - VİDEOMÜRACİƏT
Bu gün, 14:56
İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO
Bu gün, 14:52
Evlərdən 100 min manatdan çox OĞURLUQ - 22 yaşlı qız TUTULDU
Bu gün, 13:02
Paşinyan üçün saat işləmir - ŞƏRH
Bu gün, 13:00
Azərbaycanın rəqəmsal məkanı yeni qarşıdurma meydanına çevrilmək riski daşıyır - NƏ ETMƏLİ?
Bu gün, 12:58
Rusiya ordusuna qoşulan azərbaycanlılar - 2 dəfə düşünməlidir!
Bu gün, 12:57
"Xalq artisti" adını sənə sponsorun da verdirə bilir"
Bu gün, 12:53
Pərvin Quliyev prokuror təyin olundu - ƏMR
Bu gün, 12:47
Bahalaşma xəbərdarlığı: ABŞ-ın tarif siyasəti Azərbaycanda hansı məhsulların qiymətinə təsir edəcək?
Bu gün, 12:44
Naxçıvan Dövlət Universiteti üz tanıma cihazı ala bilmədi
Bu gün, 12:42
Vilayəti HANSI HAQQLA HESABAT TƏLƏB EDİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Azərbaycan ordusu Ermənistanı izləmək üçün kəşfiyyat qülləsi ucaldıb? - Ermənilər təşvişdə
Bu gün, 12:32
Rusiyadan sonra İran başladı: Azərbaycanlılar deportasiya olunur - NƏ BAŞ VERİR?
Bu gün, 12:29
Paşinyan Vardanyanla bağlı xahişi RƏDD EDİB
Bu gün, 12:26
Yazıçılar yasda verilən ehsana etiraz edir - AÇIQLAMA
Bu gün, 12:12
“Naxçıvanda nə qədər anormal qanunlar var, bunun qələmindən çıxıb” - ETİRAZ VAR...
Bu gün, 12:04
Makronun Bakı ilə bağlı sözləri erməniləri təşvişə saldı: - Paşinyana Qarabağ tapşırığı
Bu gün, 11:58
“Bakı ayaqqabı fabriki” 3,5 milyon manata satılıb
Bu gün, 11:56
Bağçalar yenilənir, 9,6 milyon manatlıq tender yekunlaşdı - QALİB ŞİRKƏT
Bu gün, 11:53
İki ölkə arasında gərginlik azalıb - ARAŞDIRMA
Bu gün, 11:41
Azərbaycanda 450 min nəfərin şəxsi məlumatları ələ keçirilib - Aralarında nüfuzlu şəxslər də var
Bu gün, 11:37
Məleykə Abbaszadənin "iki inəyi": ölmüş və hər gün sağılan - Ekspertdən reaksiya
Bu gün, 11:33
Yol var, amma getmək olmur - NARAZILIQ VAR...
Bu gün, 11:27
Yeni Kaledoniyanı ilk tanıyan ölkə Azərbaycan ola bilər - NİYƏ DƏ YOX?
Bu gün, 11:14
Tehrandan pakistanlı nazirə Bakıya qarşı şok çağırış - Molla rejimi BAŞINI İTİRİB...
Bu gün, 11:08
Sumqayıt Bulvarında təmir planları təxirə salındı – 2 TENDER LƏĞV EDİLDİ
Bu gün, 10:59
Bakıdan Paşinyana çağırış - “Tör-töküntülərin ipini yığ!”
Bu gün, 10:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru