Camaatımız nə istəyir? .....                     İcra başçıları nə qədər maaş alır? .....                     "Belə mənəvi durum Qalib xalqa yaraşmır...” .....                     Şəmkir İcra Hakimiyyəti milyonluq tender keçirir .....                     “Nar”ın dəstəyi ilə hazırlanan Jest dili tətbiqi tezliklə istifadəyə veriləcək .....                     Bakının mərkəzində söküntü başlayır .....                     Ermənistanın prezident iqamətgahının arxasında yük maşını partlayıb .....                     SSRİ bayrağı qaldıran Saleh Səmədovun oğlu da işdən çıxarıldı .....                     Ukrayna Rusiya ilə sərhəddəki əhalini kütləvi şəkildə köçürür .....                     Makronun yalanı ifşa edildi, Avropa səfərbər oldu .....                     Şərtlər Avropadan Azərbaycanla sağlam münasibətlər qurmağı tələb edir .....                     Rəşadı buna görə ürəyindən vurdular... .....                     Bank kartlarından kütləvi oğurluq: .....                     Paşinyan BUNU ANLADIĞINDAN... .....                     Zakir Həsənov Tel-Əvivdə İsrail müdafiə naziri ilə görüşüb .....                     Moskva regionda yenidən aktivləşib .....                     “SOCAR Midstream Operations” şirkətində yeni təyinat .....                     “Sülh yollarının kəsişməsi” kimi alternativ təkliflər süni bəhanələrdir .....                     Məşhuri-CAHAN: Dövlətdən YEDİYİ BƏLLİ... .....                     Hansı rayonda kredit götürmək daha sərfəlidir? .....                     "Evə daxil oldum, bıçağı göstərdim, pul tələb etdim" .....                     "Bakı Metropoliteni"nin 2 əməkdaşı İSTEFA VERDİ .....                     Saatlıda ƏMƏLİYYAT: Polis Əbəlfəzi həbs etdi .....                     “Hadisənin intihar, yoxsa sui-qəsd olduğunu öyrənmək çətin deyil” .....                     "Bu yolla pul qazanmaq əxlaqsızlıqdır" .....                     Rüfəti əsgər yoldaşı qətlə yetiribmiş... .....                     Maaşımız elə parklanmaya gedir .....                     Hansı rayonda kredit götürmək daha sərfəlidir? .....                     Kiyevdə FSB-nin 17 yaşlı agenti ifşa olundu: .....                     Ermənilər Qarabağa GERİ DÖNÜR? .....                     Sergey Lavrov Ermənistana səfər edəcək .....                     Banan marketlərdə niyə bahalanır? .....                     Cahangir Əsgərov "Premium Bank"dan nə qədər qazanır? .....                     Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi .....                     Ermənistan Rusiya hərbi bazasının ölkədən çıxarılması məsələsini müzakirə etmir .....                     Keçmiş başçının direktor qızı işdən çıxarıldı .....                     Sumqayıtda şəkər xəstələri dərman ala bilmir .....                     “Adam gərək özü deməsin ki, xalq yazıçısı olmaq istəyirəm...” .....                     Karlen İskəndərovun cinayət işi .....                     Şimşək çaxacağı ehtimalı var .....                 

İraqda yarışiə-yarışünni ittifaqı qurulur – Bağdad Tehrana “əlvida” deyəcəkmi?
Tarix: 12-10-2021, 15:01 | Çap et
İraqda yarışiə-yarışünni ittifaqı qurulur
İraqda keçirilən parlament seçkilərinin ilk nəticələri açıqlanıb.

Ovqat.com-un xəbər verir ki, İraq MSK-nın açıqlamasına görə, seçkiyə qatılan partiyalardan heç biri təkbaşına hökumət quracaq sayda millət vəkili çıxara bilməyiblər.

329 mandatlı parlamentdə ən çox deputat yeri qazanan Müqtəda əs-Sədrin partiyası Sədr Qrupu olub. Qrup sandıqdan 73 millər vəkili çıxarıb. Onu sünnilərin siyasi təşkilatı İraq Təqəddüd Partiyası təqib edir. Partiyanın 38 namizədi deputat mandatı qazana bilib. Seçkilərin 3-cüsü Hüquqi Dövlət Koalisiyası isə 37 millət vəkili ilə parlamentdə təmsil olunacaq. Dəqiq olmayan məlumatlara görə, Kürdüstan Demokratik Partiyasından 32 millət vəkili seçilib.

Görünən budur ki, İraqda hökumət qurmağa ən yaxın partiya Sədr Qrupudur. Onun quracağı hökumət ən azı 4 partiyanın koalisiyasından ibarət olacaq.

Sədr Qrupu indidən 2 ortağının kim olacağını bəyan edib. Qrupun sözçüsü İssam Hüseyn, “böyük ittifaq qurmaq üçün sünni lider Məhəmməd Helbusinin rəhbərlik etdiyi İraq Təkəddüm Partiyası və Kürdüstan Demokratik Partiyası (KDP) ilə əməkdaşlığa meylli olduğunu bildirib. KDR-in Bərzani əşirətinə bağlı, Bərzanilərin isə sünni olduğunu nəzərə alsaq, İraqın yeni hökumətinin İran şiəçiliyindən xeyli uzaqlaşacağı nəticəsi ortaya çıxır.

Üstəlik, İraqın yazılmamış qanununa görə, ölkənin prezidenti mütləq kürd, parlamentinin sədri sünni, Baş naziri isə şiə olmalıdır. Yeni hökumətdə Baş nazir şiə olsa da, onun formalaşdırdığı kabinetdə şünnilərin mühüm postlar tutacağı indidən aydındır. Yeri gəlmişkən, Baş nazirliyə ən yaxın namizəd Müqtəda əs-Sədrin də bacardığı qədər İranla məsafə saxladığı bilinir. Müqtəda əs-Sədrin 2017-ci ildə Səudiyyə Ərəbistanına səfəri və orada vəliəhd Məhəmməd bin Salmanla görüşməsi təkcə İraqda deyil, İranda da böyük şok yaratmışdı. Ekspertlər bu görüşdən çəkilən foto-şəkillərin paylaşılmasını İrana göndərilən açıq mesaj olduğuna və bu mesajla rəsmi Riyadın Sədri dəstəkləyəcəyini dosta-düşmənə çatdırıldığına inanırlar. Həqiqətən də bu görüşdən bir il sonra – 2018-ci ildə keçirilən seçkilərdə Müqtəda əs-Sədrin rəhbərlik etdiyi koalisiya ilk dəfə ən çox səs toplayan partiya olmuşdu. Di gəl ki, o, öz ətrafına yetərli səviyyədə deputat toplaya bilmədiyindən hökumət də qura bilməmişdi.

Üzərindən 3 il keçəndən sonra Sədr Qrupu qatıldığı seçkilərdə yenə də ən çox səs toplayan təşkilat kimi hökumət qurmaq haqqı əldə etdi. Onunla seçkinin ikincisi arasında hardasa iki qat fərq var və bu da Sədrin şansını artır. Sədr isə öz komandasını yalnız şiələrdən yox, həm də sünnilər arasından seçir. Bundan əlavə, parlament sədrinin və prezidentin də sünni olacağını hesaba qatsaq, İranın İraqa təsir imkanlarının məhdudlaşdırılmasının tamamlanacağı güman etmək olar.

Ən əsası isə, İraqın əsas söz sahibi olan Ayətullah Sistani də İran cizgisində deyil və zaman-zaman Həşdi Şabiyə qarşı yumşaq mövqeyini ortaya qoyur. Onun bu mövqeyi də anti-İran koalisiyasının əlini gücləndirir.

İraqdakı bu əhval-ruhiyyənin formalaşmasının əsas günahkarı İrandır. ABŞ işğalından sonra hakimiyyətə gətirilən şiə hökumətlərinin yumşaq damarından və İŞİD təhlükəsindən sui-istifadə edən İran İraqı amansızcasına sömürərək və Həşdi Şabi kimi xalqın nifrətini qazanan qüvvələri dəstəkləyərək ölkədəki nüfuzunu tamamən itirdi. İş o yerə çatdı ki, İraq şiələri belə, 2019-cu ildə İranpərəst hökumətlərə və Həşdi Şabiyə qarşı ölüm-dirim mübarizəsinə qalxdılar. Son günlərə qədər davam edən bu mübarizədə yüzlərlə dinc sakin öldü, İraq iqtisadiyyatı iflic vəziyyətə düşdü. Hətta İran bu təhlükənin öz ölkəsinə də sıçrama ehtimalını nəzərə alıb uzun müddət İraqla sərhədləri bağladı. İran zülmünə qarşı aktiv mübarizəyə qalxan İraqlıların son parlament seçkilərinə bəslədiyi ümid nəticəsində etiraz dalğaları səngisə də, gözləntilər özünü doğrultmayacağı təqdirdə ölkənin yenidən xaosa sürüklənməsi qaçınılmaz olacaq.

Xatırladaq ki, İraq hökuməti xalqın Həşdi Şabiyə və İrana təsirlərinə qarşı ayaqlanması nəticəsində Körfəz Əməkdaşlıq Şurasının nəzarəti altında seçki keçirmək şərtilə razılaşmışdı. Bu isə faktiki olaraq İraqın İrandan təmizlənməsi mərhələsinin başlanğıcı demək idi.

Sözsüz ki, İran özü üçün həyati əhəmiyyət daşıyan coğrafiya olaraq gördüyü İraqdan asanlıqla çəkilməməyə çalışacaq. Onun Həşdi Şabi qüvvələrindən istifadə edib öz mövqeyini qorumağa çalışacağı şübhə doğurmur. Bu isə İraqı vətəndaş müharibəsinə sürükləyə və ərəb ölkələrinin prosesə müdaxiləsini şərtləndirə bilər. İranın xoşluqla İraqdan çəkilməkdən və ya bu ölkədə vətəndaş müharibəsinə qatılmaqdan başqa çarəsi qalmayıb. Hər iki hal İraq qapılarının İranın üzünə ədəbi bağlanması anlamına gəlir.

Qəribədir ki, İran Azərbaycan-Ermənistan konfliktində də strateji xətaya yol verərək, faktiki Cənubi Qafqaz qapılarını da öz üzünə bağlayıb. Fars körfəzi – Qara dəniz marşrutunu əldə saxlamaq üçün Azərbaycana qarşı Ermənistanı müdafiə etməsi heç bir nəticə vermədi. Tehranın bu dəhlizlə Avropaya çıxmaq gözləntilərinə Gürcüstan sərhədləri bağlayaraq son nöqtəni qoydu. Tehranın indiyədək yürütdüyü ermənipərəst mövqeyindən sonra Azərbaycan da ona alternativ marşrut verə bilməz, verməməlidir. Versə, özünün ciddi dövlət imicini şübhə altında qoymuş olar.

İran eyni şəkildə öz yanlış xarici siyasətləri ilə Əfqanistan, Pakistan, körfəz ölkələri, Türkiyə qapılarını da öz üzünə bağlamış vəziyyətdədir. Hazırda İranın yalnız Oman körfəzi vasitəsilə dünyaya çıxış qapısı qalıb ki, bu su hövzəsində də onu İsrail və ABŞ kimi nəhəng “timsahlar” gözləyir. Ən əsası isə bu çıxış qapısı İranın arzuladığı “Bir Kəmər, Bir yol” layihəsinə qoşulmasını təmin etmir.

Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Camaatımız nə istəyir? - AKTUAL
Bu gün, 19:02
İcra başçıları nə qədər maaş alır? - MƏBLƏĞ
Bu gün, 19:01
"Belə mənəvi durum Qalib xalqa yaraşmır...” - Ekspert son günlərin amansız qətlləri haqda həyəcan təbili çaldı..
Bu gün, 18:52
Şəmkir İcra Hakimiyyəti milyonluq tender keçirir
Bu gün, 18:47
“Nar”ın dəstəyi ilə hazırlanan Jest dili tətbiqi tezliklə istifadəyə veriləcək
Bu gün, 18:37
Bakının mərkəzində söküntü başlayır - nə qədər kompensasiya veriləcək...
Bu gün, 18:30
Ermənistanın prezident iqamətgahının arxasında yük maşını partlayıb - KİV
Bu gün, 17:19
SSRİ bayrağı qaldıran Saleh Səmədovun oğlu da işdən çıxarıldı - QƏRAR
Bu gün, 17:16
Ukrayna Rusiya ilə sərhəddəki əhalini kütləvi şəkildə köçürür
Bu gün, 17:13
Makronun yalanı ifşa edildi, Avropa səfərbər oldu – Yeni təhlükə
Bu gün, 17:09
Şərtlər Avropadan Azərbaycanla sağlam münasibətlər qurmağı tələb edir - Zülfüqarov
Bu gün, 17:06
Rəşadı buna görə ürəyindən vurdular... - Şok fakt açıqlandı
Bu gün, 17:03
Bank kartlarından kütləvi oğurluq: - Problemi necə həll etmək olar?
Bu gün, 17:00
Paşinyan BUNU ANLADIĞINDAN... - AKTUAL
Bu gün, 16:55
Zakir Həsənov Tel-Əvivdə İsrail müdafiə naziri ilə görüşüb
Bu gün, 16:52
Moskva regionda yenidən aktivləşib - Rusiya sülh danışıqlarına müdaxilə etməkdə maraqlıdır
Bu gün, 16:50
“SOCAR Midstream Operations” şirkətində yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 16:48
“Sülh yollarının kəsişməsi” kimi alternativ təkliflər süni bəhanələrdir -RƏY
Bu gün, 16:43
Məşhuri-CAHAN: Dövlətdən YEDİYİ BƏLLİ... - Amma QUSDUĞU BƏLLİ DEYİL...
Bu gün, 16:35
Hansı rayonda kredit götürmək daha sərfəlidir? – Tam siyahı
Bu gün, 16:32
"Evə daxil oldum, bıçağı göstərdim, pul tələb etdim" - MƏHKƏMƏ
Bu gün, 16:30
"Bakı Metropoliteni"nin 2 əməkdaşı İSTEFA VERDİ - TƏFƏRRÜAT
Bu gün, 16:25
Saatlıda ƏMƏLİYYAT: Polis Əbəlfəzi həbs etdi
Bu gün, 16:22
“Hadisənin intihar, yoxsa sui-qəsd olduğunu öyrənmək çətin deyil” – Hüquqşünas danışdı
Bu gün, 16:19
"Bu yolla pul qazanmaq əxlaqsızlıqdır" - Tahir Kərimli OD PÜSKÜRDÜ
Bu gün, 16:16
Rüfəti əsgər yoldaşı qətlə yetiribmiş... - TƏFƏRRÜAT
Bu gün, 16:13
Maaşımız elə parklanmaya gedir - AYNA-dan narazılıq
Bu gün, 16:10
Hansı rayonda kredit götürmək daha sərfəlidir? – Tam siyahı
Bu gün, 15:17
Kiyevdə FSB-nin 17 yaşlı agenti ifşa olundu: - Hərbi komissarlığı partlatmaq istəyirdi
Bu gün, 15:12
Ermənilər Qarabağa GERİ DÖNÜR? - Yoxsa, başqa planları var?
Bu gün, 14:26
Sergey Lavrov Ermənistana səfər edəcək
Bu gün, 13:07
Banan marketlərdə niyə bahalanır? – Səbəbi bilindi
Bu gün, 13:06
Cahangir Əsgərov "Premium Bank"dan nə qədər qazanır? - Rəqəmlər
Bu gün, 13:01
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi - YENİ TƏYİNAT
Bu gün, 13:00
Ermənistan Rusiya hərbi bazasının ölkədən çıxarılması məsələsini müzakirə etmir - Simonyan
Bu gün, 12:58
Keçmiş başçının direktor qızı işdən çıxarıldı - SƏBƏBİ
Bu gün, 12:51
Sumqayıtda şəkər xəstələri dərman ala bilmir - NARAZILIQ VAR...
Bu gün, 12:47
“Adam gərək özü deməsin ki, xalq yazıçısı olmaq istəyirəm...” - Xalq yazıçısından İRAD
Bu gün, 12:45
Karlen İskəndərovun cinayət işi - MƏHKƏMƏ OLDU
Bu gün, 12:41
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:39
Erməni ordusu hələ də özünü bərpa edə bilməyib - Köçəryan
Bu gün, 12:31
Dilbər Sadayeva Kaşpirovski rolunda - Bakıda peyda olan "Pudokina" kimdir?
Bu gün, 12:26
Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olmaq istəyən bir qrup vətəndaşla görüş keçirilib - VİDEO
Bu gün, 12:22
Veysəloğlu Şirkətlər Qrupu Asiya İnkişaf Bankının 58-ci illik toplantısında iştirak edib - FOTO
Bu gün, 12:17
Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmədə şahidlər ifadə verib
Bu gün, 12:08
Məzahir Pənahovla bağlı DAHA BİR İDDİA... - 400 min manata yaxın vəsaitin taleyi bilinmir
Bu gün, 12:06
Sanksiya şoku: Polşa Azərbaycan üçün nəzərdə tutulan yükü müsadirə etdi - TƏFƏRRÜAT
Bu gün, 11:58
Şəki təsərrüfatlarında TƏHLÜKƏ – Meyvələri məhv edən XƏSTƏLİK yayıldı
Bu gün, 11:53
“Məni uşaq evinə qoydu, erməniyə əsir düşdüm” - Münəvvər Kələntərlinin oğlu bomj vəziyyətində yaşayır
Bu gün, 11:44
Ağrı dağında gözümüz yoxdur - Köçəryan
Bu gün, 11:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru