"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq .....                     İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib .....                     Zəngəzur dəhlizi üzrə ABŞ ilə əməkdaşlıq 99 il davam edəcək .....                     ABŞ ilə Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb .....                     ABŞ-nin vasitəçiliyi ilə həyata keçirilən proseslərin geopolitik əhəmiyyəti diqqətəlayiqdir .....                     Naxçıvanın mobil operator şirkətinə yeni direktor təyin olunub .....                     Dövlət qurumu auditor seçdi .....                     "Meyxana ciddi sənətdir, istedad tələb edir" .....                     “İkinci balta zərbəsindən sonra da dayanmadı” .....                     İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır? .....                     Kamil Hacıyevin dövründə protokol yazıldı, İmran Qurbanovun vaxtında 12 min cərimə edildi .....                     Zaqatalanın müasir məhəlləsində BAXIMSIZLIQ .....                     “Sülh sazişinin ABŞ-da paraflanması Rusiyanın Cənubi Qafqazdakı nüfuzunu zəiflədəcək” .....                     Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq .....                     Zəngəzurla bağlı gözlənilməz qərar: .....                     Qaradağın yollarının təmiri təxirə düşdü .....                     “Azadlıqdan məhrumetmə əvəzinə, ev dustaqlığı və cərimə daha effektivdir" .....                     “KFC”nin işçisi yıxılaraq xəsarət almışdı .....                     Şəxsin öz telefon nömrəsi barədə anten məlumatları niyə verilmir? .....                     ABŞ Dövlət katibi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsindən danışıb .....                     Rusiya və İranı “bypass” edən LAYİHƏ: .....                     Elman Nəsirov Vaşinqton görüşündən danışdı: .....                     907-ci düzəliş birmənalı qaydada .....                     Tramp axtardığı sülhü Qafqazda tapdı: .....                     İşğal dövründə azərbaycanlılar Ermənistana necə gedib? .....                     Tramp İrəvanla Bakını barışdırıb Nobel almaq istəyir .....                     “ABB-nin bankomatları kart udmaqla məşğuldur, ehtiyatlı olun” .....                     Ermənistanın buna razılaşacağı doğru deyil .....                     Cahangir Əsgərovun qızının Londondakı şirkəti bağlandı .....                     “Aqrar Tədarük və Təchizat”ın İdarə Heyətinə yeni üzv təyin edilib .....                     Dövlət qurumu 269 minlik təmizlik xidmətini .....                     Adil Vəliyev onları İŞDƏN AZAD ETDİ .....                     Ukraynanın iştirakı olmadan “atəşkəs oyunu” .....                     Tramp və Putin avqustun 11-də Romada görüşə bilərlər .....                     Rusiya və Çin liderlərinin telefon danışığı olub .....                     AZAL rəhbərliyi və kollektivi Hökumə Əliyevanın məzarını ziyarət edib .....                     Dövlət qurumu 269 minlik təmizlik xidmətini .....                     Bəs Ankara BUNA NƏ DEYİR? .....                     "Xatun başa düşdü ki, mənə qarşı düz etməyib" .....                     Azərbaycan Cənubi Qafqazın super gücünə çevrilir .....                 

“Türk axını” kritik mərhələni keçdi: Naxçıvan dəhlizi əvəzinə “Türk axını” - TƏHLİL
Tarix: 2-01-2021, 11:06 | Çap et
“Türk axını” kritik mərhələni keçdi: Naxçıvan dəhlizi əvəzinə “Türk axını”
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 9-da imzaladıqları üçtərəfli bəyanatın ən önəmli maddələrindən biri də Naxçıvan dəhlizinin açılması idi. Faktiki olaraq, Azərbaycan hakimiyyətinin gündəliyində olmayan bu məsələnin birdən-birə üçtərəfli bəyanata salınması təsadüfi ola bilməzdi. Belə aydın olurdu ki, zahirən nə qədər üçtərəfli bəyanat kimi görünsə belə, bu sənədin ərsəyə gətirilməsində rəsmi Ankaranın da mühüm rolu vardı. Zira Naxçıvan dəhlizi ilk növbədə Türkiyənin Orta Asiyaya açılan ən qısa və regional əməkdaşlıq baxımından strateji önəm daşıyan qapısıdır.

Daha çox Türkiyənin perspektiv strateji maraqlarını nəzərə alan bu maddənin bəyanata salınması, təbii ki, qarşılıqsız ola bilməzdi. Ən azı ona görə ki, bəyanat Moskvanın diktəsi altında qəbul edilmişdi və dəhlizin rus təhlükəsizlik orqanlarının nəzarəti altında fəaliyyət göstərməsi perspektivinin qanuniləşdirilməsi də bundan xəbər verirdi.

Bəs Türkiyə bunun qarşılığında Rusiyaya nə verirdi?

Zənnimizcə, bu sualın cavabı dünən aydınlığa qovuşdu. Ovqat.com-un məlumatına görə, “Türk axını” çərçivəsində dünən Rusiyanın Şərqi Avropadakı əsas müttəfiqi Serbiyaya qaz nəqlinə başlanılıb. Rus qazı Qara dənizi keçərək Türkiyəyə, ordan isə Bolqarıstan üzərindən Serbiyaya daşınacaq.

Məsələ burasındadır ki, planlaşdırıldığı gündən bəri “Türk axını” çərçivəsində Cənub-Şərqi Avropa ölkələrinin, o cümlədən Serbiyanın qazla təmini nəzərdə tutulsa da, Dağlıq Qarabağdakı son döyüşlər başlamamışdan əvvəl layihənin perspektivi şübhə altında düşmüşdü. ABŞ Dövlət Departamenti dəfələrlə açıq şəkildə layihə iştirakçılarını “Türk axını”ndan imtina etməyə çağırmış, əks halda “sözəbaxmayan” müttəfiqlərə ağır sanksiyalarla hədə-qorxu gəlmişdi.

Ən əsası isə “Türk axını”nın ən böyük müştərisi Türkiyə ötən ilin ilk günlərindən aldığı rus qazını ciddi şəkildə azaltmış və bu ildən isə alışları tamamilə dayandıracağını bildirmişdi. Ankaranın rus qazı yerinə Azərbaycan qazını tərcih etməsi Moskvanı qəzəbləndirməyə bilməzdi. Məhz bu səbəbdən bir çox ekspertlər iyul ayında ermənilərin TANAP qaz kəmərinin keçdiyi Tovuza hücumunun arxasında Moskvanın dayandığını, məqsədin isə “Türk axını”na alternativin sıradan çıxarılması olduğunu düşünürlər.

İstər Tovuz hücumları, istərsə də son Qarabağ müharibəsi zamanı Türkiyənin açıq şəkildə Azərbaycanı dəstəkləməsi də onu göstərir ki, rəsmi Ankara bütün bu hərbi həmlələri özünə qarşı edilmiş təcavüz aktı kimi qiymətləndirmiş və proseslərə laqeyd qalmamışdır. Qardaş dövlətin mənəvi dəstəyi və silahları ilə Ermənistanı ağır məğlubiyyətə uğradan Azərbaycan həm də Rusiyaya “sənin silahların döyüş meydanı üçün deyil, tarix muzeyi üçün məna kəsb edir” mesajı vermişdi. Məhz bu mesajdan sonra Rusiya öz “sülhməramlı”larını Dağlıq Qarabağa göndərmiş və dövlətlərarası çəkişməni hərb meydanından diplomatik masaya daşımışdı. Naxçıvan dəhlizi də bu danışıqlar nəticəsində ortaya çıxmışdı.

Türkiyənin öz hərbi qüvvələrini müşahidə üçün Dağlıq Qarabağa göndərdiyi ərəfədə “Türk axını” xəttilə Serbiyaya qaz verilməsi də Dağlıq Qarabağ ətrafında aprılan diplomatik danışıqlarda iki əsas prinsipdə qarşılıqlı razılığa gəlindiyini göstərir: Naxçıvan dəhlizi əvəzinə “Türk axını”.

Zənnimizcə, sözügedən qarşılıqlı razılaşmada Türkiyə rus qazını almaq öhdəliyini yenidən öz üzərinə götürmədən sadəcə onun Balkanlara ötürülməsinə yaşıl işıq yandırıb. Qardaş ölkənin rus qazından imtinasının isə çox haqlı səbəbi var. 1997-ci ildə Rusiya - Türkiyə arasında bağlanan “Mavi axın” müqaviləsinə görə, qardaş ölkə şimal qonşumuzdan 25 il ərzində alacağı təbii qazın hər min kub metrinə 250-280 dollar ödəməlidir. Artıq neçə ildir qlobal enerji bazarında təbii qazın qiymətləri durmadan ucuzlaşır. 2019-cu ildə 110-120 dollara enən təbii qaz üçün Türkiyə ikiqat, 2020-ci ildə isə (85 dollar) 3 qat artıq pul ödəyirdi. Müqaviləyə görə, Ankara bu ədalətsiz alış-verişdən imtina da edə bilməzdi. Əks halda, almadığı qazın pulunu verməli idi.

Sözsüz ki, bu ədalətsiz alış-veriş sonsuzadək davam edə bilməzdi. Türkiyə müqavilənin bitməsi dövrünü gözləyirdi və son müddət bu il yanvarın 1-dən sona çatdı. Ankara da bundan sonra Rusiya kimi dünya bazarındakı qiymətləri nəzərə almayan etibarsız tərəfdaşla bir daha hər hansı uzunmüddətli müqavilə bağlamaz. Üstəlik, qardaş ölkənin Qara dənizdə kəşf etdiyi qaz sahəsi sayəsində bir neçə ildən sonra ixracatçı ölkəyə çevrilmə ehtimalı böyükdür. Hələlik isə Azərbaycan qazı ilə kritik dövrü keçirə bilər.

Bununla belə, Türkiyənin “Türk axını” layihəsindən tranzit ölkə kimi imtina etməsini gözləməyə dəyməz. Ankara həmin layihəyə regional münasibətlərin formalaşmasına təsir edən şans amili kimi baxır. Bu şans təkcə Türkiyəyə ciddi tranzit pulu qazandırmır. Həm də regionun ən güclü dövlətlərdən birinin – Rusiyanın boğazını və tez-tez təzyiqlərinə məruz qaldığı Avropa İttifaqının enerji təhlükəsizliyini öz ovcunda tutmasına şərait yaradır. Rusiya da görünür, daha etibarlı tərəfdaşlıq üçün Türkiyənin Orta Asiyaya açılacağı nəzərdə tutulan Naxçıvan boğazına hakimi olmaq istəyir, bununla da Türk kozırına qarşı rus kozırını irəli sürür.

Onu da vurğulamaq yerinə düşər ki, bu strateji poker oyununda Türkiyənin əli daha güclüdür. Qardaş ölkənin kozırları arasında rus hərbi donanmasını məhv edəcək gücə sahib olan Bosfor boğazı da var. Qara dənizi Aralıq dənizinə bağlayan bu boğazın bağlanması Rusiyanı isti dənizlərə açılan yeganə qapıdan məhrum etməklə yanaşı, həm də onun ən güclü hərbi donanmasını işləksiz hala gətirə bilər.

Bəs “Türk axını” layihəsində Serbiyaya çıxış Rusiyanın enerji strategiyasında niyə bu qədər böyük əhəmiyyətə malikdir?

Fikrimizcə, Serbiyanın əhəmiyyəti Qara dəniz sahilində yerləşən və rus qazının Avropaya əsas keçid məntəqələrindən sayılan Bolqarıstanın Moskvanın maraqlarına cavab verməyən mövqeyi ilə bağlıdır. 2014-cü ildə Avropaya inteqarsiya xətti tutan Ukraynanı cəzalandırmaq istəyən Rusiya bu ölkədən yan keçən qaz kəməri çəkmək qərarına gəldi. Yeni marşrutunun başlanğıc nöqtəsi isə Bolqarıstan olacaqdı. Bu layihə baş tutsaydı, hər il 65 milyard kub metr qaz ixrac etdiyi Ukrayna asılılığından qurtulan Moskva tranzit pulunu digər slavyan ölkəsi Bolqarıstana qazandıra bilərdi.

Di gəl ki, Bolqarıstanın daha böyük hədəfləri vardı: Qərbə inteqrasiya və öz təhlükəsizliyini qorumaq üçün ABŞ-la tərəfdaşlıq. Sofiya heç bir zaman bu iki hədəfi Rusiyanın enerji strategiyasından qazanacağı kapitala qurban verə bilməzdi. Üstəlik, Qərbə inteqrasiya xətti tutduğu üçün Kremlin qəzəbinə gələn Ukraynanın cəzalandırılması müqabilində. Odur ki, Vaşinqtonun və Brusselin təzyiqləri ilə müxtəlif bəhanələr taparaq bu layihəni xeyli gecikdirdi. Baxmayaraq ki, Avropa İttifaqının Almaniya və Fransa kimi nəhəng dövlətləri 2016-cı ildə hakimiyyətə gələn Tramp administrasiyasının müttəfiqlərinə xor baxan xarici siyasətinə qarşı çıxmaq üçün açıq və ya gizli şəkildə Rusiyanın enerji layihələrinə qoşulmağa qərar verəcəkdilər. Amma hələ 2014-cü ildi və böyük fədakarlıqlar edərək Rusiya ilə yollarını ayıran Ukraynaya arxa çevirmək Qərb alyansına xəyanət kimi qiymətləndirilirdi.

Moskva isə Bolqarıstanın nazı ilə oynayacaq halda deyildi və Sofiyanın bəhanələrinin xeyli uzanacağını görüb “Türk axımı” layihəsinə yönəldi. Amma bu layihədə də ən kritik ölkə olaraq Bolqarıstan yer alırdı. Layihəyə əsasən, təbii qaz Qara dəniz üzərindən Türkiyəyə nəql olunacaq, Türkiyədən Bolqarıstana, ordan Serbiyaya, Macarıstana, Avstriyaya göndəriləcəkdi. Bolqarıstan yenə layihəyə qarşı çıxardısa, kəmər onun yanından keçərək Yunanıstan üzərindən marşrutuna davam edə bilərdi ki, bu da yolu uzadır və təbii qazın maya dəyərini artırırdı.

Bu gün Serbiyaya rus qazının çatdırılması xəbəri “Türk axını” projesində kritik mərhələnin – Bolqarıstan üzərindən nəqlinə davam edilməsi probleminin aşıldığını göstərir.

Qeyd edək ki, Serbiya rus qazını daha əvvəl Ukrayna və Macarıstan üzərindən alırdı. İndisə onun “Türk axını” layihəsindən faydalanmağa başlaması Ukraynanın dövriyyədən çıxarılmasının ilk mərhələsi anlamına gəlir. Daha sonra bu qazın Macarıstana, Slovakiyaya və Avstriyaya göndərilməsi mərhələsi başlaya bilər ki, bu da Ukraynanın beynəlxalq bir layihədəki payını tamamilə itirməsi deməkdir. “Qazprom”-un 2019-cu ildə yaydığı məlumatına görə, Ukrayna 5 il ərzində rus qazının nəqlindən 15 milyard dollar qazanacaqdı. İllərə böləndə Ukraynanın hardasa hər il 3 milyard dollar tranzit haqqını əldə etmək imkanından məhrum olduğunu anlaya bilərik.

Türkiyənin faktiki olaraq rus təbii qazının Avropaya nəqli yolunda ən böyük əngəlin ortadan qaldırılmasında oynadığı bu ciddi rol, əlbəttə, qarşılıqsız ola bilməzdi. Üstəlik, nəzərə alsaq ki, Rusiyaya yandırılmış yaşı işıq onun üçün həm də köhnə müttəfiqləri ilə arasının açılması, xüsusilə ABŞ-dan gələn sanksiyalara sinə gərməsi ilə nəticələnir. Bütün bu cəsarətli addımlar Türkiyənin 500 ildən bəri daim müharibələr apardığı ən güclü düşməni uğrunda göstərdiyi qarşılıqsız fədakarlıq örnəyi deyil və ola da bilməz. Son vaxtlar dünya siyasətinin müəyyənləşdirilməsində layiq olduğu yeri almaq istəyən Ankaranın regional əməkdaşlıqda öz geopolitik maraqları var və Orta Asiyaya qədər uzanan bu strateji xətt Naxçıvan dəhlizindən keçir. Rusiya da Türk iradəsi qarşısında öz imperialist siyasətindən tədricən geri çəkilməli və regional tələblərlə ayaqlaşmalıdır. Unutmamalıdır ki, yeri gələndə Türkiyənin Orta Asiyaya və Çinə uzanan “Bir Kəmər, Bir Yol” layihəsində başqa alternativləri də var. Rusiyanın Qərbə açılan bir çox yollarda boğazı isə Türkiyənin əlindədir. Məhz bu səbəbdən dalana sıxışdırılmış Kremlin regionun önəmli güc mərkəzlərindən sayılan Türkiyə ilə müttəfiqliyə daha çox ehtiyacı var. Ən azı indiki mərhələdə.

Heydər Oğuz,
Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq - Prezident İlham Əliyev
Bu gün, 00:24
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
Bu gün, 00:22
Zəngəzur dəhlizi üzrə ABŞ ilə əməkdaşlıq 99 il davam edəcək - Tramp
Bu gün, 00:20
ABŞ ilə Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb
Dünən, 23:58
ABŞ-nin vasitəçiliyi ilə həyata keçirilən proseslərin geopolitik əhəmiyyəti diqqətəlayiqdir - Pənah Hüseyn
Dünən, 18:05
Naxçıvanın mobil operator şirkətinə yeni direktor təyin olunub - BUNDAN SONRA...
Dünən, 18:01
Dövlət qurumu auditor seçdi - DETALLAR
Dünən, 17:59
"Meyxana ciddi sənətdir, istedad tələb edir" - ETİRAZ
Dünən, 17:54
“İkinci balta zərbəsindən sonra da dayanmadı” - Ölümündən 4 gün əvvəl dedikləri...
Dünən, 17:48
İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır? - 10 əsas SƏBƏB
Dünən, 17:44
Kamil Hacıyevin dövründə protokol yazıldı, İmran Qurbanovun vaxtında 12 min cərimə edildi - TƏFƏRRÜAT
Dünən, 17:42
Zaqatalanın müasir məhəlləsində BAXIMSIZLIQ - Qaladüzünün sakinləri nədən gileylidir?
Dünən, 17:38
“Sülh sazişinin ABŞ-da paraflanması Rusiyanın Cənubi Qafqazdakı nüfuzunu zəiflədəcək” - BUNDAN SONRA...
Dünən, 17:32
Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq - Ağ Ev BƏYAN ETDİ
Dünən, 17:24
Zəngəzurla bağlı gözlənilməz qərar: - Pezeşkian təcili İrəvana gedir
Dünən, 17:21
Qaradağın yollarının təmiri təxirə düşdü - ELAN EDİLƏN TENDER LƏĞVƏ GETDİ
Dünən, 17:14
“Azadlıqdan məhrumetmə əvəzinə, ev dustaqlığı və cərimə daha effektivdir" -NOVELLA CƏFƏROĞLU
Dünən, 17:10
“KFC”nin işçisi yıxılaraq xəsarət almışdı - Direktorun cəriməsi ləğv edildi
Dünən, 16:59
Şəxsin öz telefon nömrəsi barədə anten məlumatları niyə verilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:56
ABŞ Dövlət katibi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsindən danışıb
Dünən, 16:54
Rusiya və İranı “bypass” edən LAYİHƏ: - İrəvanı masaya oturdan səbəblər NƏ OLDU?
Dünən, 16:15
Elman Nəsirov Vaşinqton görüşündən danışdı: - “İlham Əliyevin sözünün dəyəri...”
Dünən, 16:10
907-ci düzəliş birmənalı qaydada LƏĞV EDİLMƏLİDİR
Dünən, 16:06
Tramp axtardığı sülhü Qafqazda tapdı: Azərbaycan - Ermənistan razılaşması nə deməkdir?
Dünən, 16:04
İşğal dövründə azərbaycanlılar Ermənistana necə gedib? – “İki xalqı yalnız bu barışdıra bilər”
Dünən, 16:01
Tramp İrəvanla Bakını barışdırıb Nobel almaq istəyir - “CBS News”
Dünən, 15:59
“ABB-nin bankomatları kart udmaqla məşğuldur, ehtiyatlı olun” - NARAZILIQ VAR...
Dünən, 15:54
Ermənistanın buna razılaşacağı doğru deyil - Baqdasaryan
Dünən, 15:51
Cahangir Əsgərovun qızının Londondakı şirkəti bağlandı - foto
Dünən, 15:48
“Aqrar Tədarük və Təchizat”ın İdarə Heyətinə yeni üzv təyin edilib - BUNDAN SONRA...
Dünən, 15:44
Dövlət qurumu 269 minlik təmizlik xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 15:42
Adil Vəliyev onları İŞDƏN AZAD ETDİ - SİYAHI
Dünən, 15:39
Ukraynanın iştirakı olmadan “atəşkəs oyunu” – Bu, sülh deyil, ultimatumdur
Dünən, 15:35
Tramp və Putin avqustun 11-də Romada görüşə bilərlər - "Fox News"
Dünən, 15:33
Rusiya və Çin liderlərinin telefon danışığı olub
Dünən, 15:31
AZAL rəhbərliyi və kollektivi Hökumə Əliyevanın məzarını ziyarət edib
Dünən, 15:27
Dövlət qurumu 269 minlik təmizlik xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 14:08
Bəs Ankara BUNA NƏ DEYİR? - AKTUAL
Dünən, 14:04
"Xatun başa düşdü ki, mənə qarşı düz etməyib"
Dünən, 13:50
Azərbaycan Cənubi Qafqazın super gücünə çevrilir – Trampın qərarı həlledici oldu
Dünən, 13:40
"Bu halda Rusiya maksimum 20-30 min azərbaycanlı miqrantı qova bilər...” - TƏDARÜKLÜ OLMALIYIQ...
Dünən, 13:05
Əliyev və Paşinyan ABŞ-da nələr edir? – Qazaryan elə FOTO yaydı ki…
Dünən, 13:01
Naxçıvana yol dəhliz statusunda olacaq - Poqosyan
Dünən, 13:00
Müəllimdən sensassion müsahibə: - “Kurslara, özəl müəssisələrə sual ötürürlər”
Dünən, 12:56
Vaşinqtonda sülh üçün tarixi görüş: - Cənubi Qafqazda yeni dönəmin başlanğıcı
Dünən, 12:52
Zəngəzur dəhlizi “Tramp Yolu” oldu: - Azərbaycan üçün nə dəyişir?!
Dünən, 12:48
Sabah havanın temperaturu 5 dərəcəyədək düşəcək - belə deyirlər...
Dünən, 12:39
Etibar Əliyevin növbəti hədəfi YAZIÇILAR oldu – “Vəzifə dalınca qaçırlar…”
Dünən, 12:36
Neftçalada ŞÜBHƏLİ TENDER oyunları... - İLGİNC FAKTLAR...
Dünən, 12:18
İran Bakıya görə taktikanı dəyişdi: - Pezeşkianı narahat edən təhlükə
Dünən, 12:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru