В«Bakı Beynəlxalq Dəniz Ticarət LimanıВ»nda nə baş verir? - Prezidentə şikayət olundu
Tarix: 12-01-2016, 10:01 | Çap et
 Bu gün В«Bakı Beynəlxalq Dəniz Ticarət LimanıВ» Qapalı Səhmdar Cəmiyyətinin bir qrup işçisi В«TəzadlarВ» qəzeti redaksiyasında oldular… Uzun illərdir adı çəkilən liman mütəxəssisləri təzə baş direktor Taleh Ziyadovun barəsində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, Baş Prokuror Zakir Qaralova, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadəyə ünvanlı şikayətlərini bizə təqdim etdilər: В«Bakı Beynəlxalq Dəniz Ticarət LimanıВ» QSC-nin Əsas yük Terminalının işçiləri (doker-mexanizatorlar) tərəfindən Şikayət Möhtərəm cənab Prezident! Yazaraq bildirmək istəyirik ki, biz uzun illərdir adı çəkilən limanda işləyirik. İşgüzar kollektivimiz həmişə Sizin daxili və xarici siyasətinizi bəyənmiş və müdafiə etmişdir. Biz dövlətçiliyimizin əbədi və sarsılmaz olması üçün bir vətəndaş olaraq üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirmişik. Lakin son bir ildə normal əmək şəraitində çalışmamıza maneçilik törədilir. 2014-cü ilin noyabr ayında Taleh Ziyadovun limana rəhbər təyin olunması ilə qara günümüz başladı. Təzə baş direktorun komandası fəaliyyətə başladıqları gündən liman kollektivi ilə qeyri – normal rəftar etməyə başladılar. 80-dən çox işçi heyəti olan Əsas Yük Terminalında indi 61 nəfər qalıb. Onlar uzun illərin təcrübəli mütəxəssislərdən ibarət kollektivi müdafiəsiz qoymaq məqsədi ilə ilk növbədə Liman Həmkarlar İttifaqı Komitəsini ləğv etdilər. Sonra bəzi şöbələri tamamilə ləğv etdilər və qalan şöbələrin əksəriyyətində ixtisarlar edərək işçilərin sayını azaltdılar. Maliyyə çatışmazlığını bəhanə gətirərək kollektiv müqavilədə nəzərdə tutulmuş, müntəzəm olaraq hər il aldığımız uzunmüddətli əməyə görə mükafatı, ilin yekunlarına görə mükafatı (13-cü əmək haqqını), əmək şəraitinin zərərli və ağır olması ilə bağlı verilən əlavə məzuniyyət günlərini ləğv etdilər. Bizim (Dekor-mexanizatorların) əmək haqqımızı günbəgün azaltdırlar. Növbə ərzində 11 saat işləməyimizə baxmayaraq yalnız 6 saat üçün pul ödəyirlər. Baş direktor indi də Limanın aparıcı qüvvəsi olan, yükaşırma işlərini yerinə yetirən dekor-mexanizatorları (ixtisarlardan sonra qalan 61 nəfəri) tamamilə işdən azad etmək qərarına gəlibdir. Deyirlər ki, yükaşırma işlərini hansısa şirkətin işçiləri yerinə yetirəcəklər. Bu, 61 ailəni ölkə Konstitusiyasında Dövlət tərəfindən vəd olunan layiqli həyat səviyyəsindən məhrum etmək deməkdir. Onlar (rəhbərlikdə çalışanlar) maliyyə çatışmazlığı və qənaətdən danışdıqları halda, çoxlu təzə ştatlar açıb özlərinin xeyli sayda dost-tanışlarını, qohumlarını yüksək maaşla işə götürmüşlər və hər biri üçün dəbdəbəli kabinetlər (iş otaqları) düzəltməklə məşğuldurlar. Dəfələrlə müraciət etməyimizə baxmayaraq onlar bizimlə görüşməkdən, bu məsələlərə aydınlıq gətirməkdən boyun qaçırır, bizi görmək belə istəmirlər. Möhtərəm cənab Prezident! Biz Sizin humanist daxili siyasətinizə, xalqın rifahının daim yüksəldilməsi, yeni iş yerlərinin yaradılması, əmək qabiliyyətli insanların işlə təmin olunması haqda çıxışlarınıza, tövsiyə və göstərişlərinizə arxalanaraq, Azərbaycan Respublikasının Konstitusiyasının bizə verdiyi hüquqlara əsaslanaraq böyük ümidlərlə Sizə müraciət edir, Sizdən kömək gözləyirik. Baş direktor Taleh Ziyadov ilk gündən bəyan etdi ki, məni bura Prezident göndərib, hər şey yaxşı olacaq. Amma sonradan gördük ki, onun hərəkəti heç bir ölçüyə sığmır. Etikadan kənar məsələlər olduğundan bir sıra məsələləri dilə gətirmək istəmirik. Əgər belə davam edərsə, biz hər şeyi açıb danışmağa məcbur olacağıq. Amma inanırıq ki, bu özbaşınalığa son qoyulacaq. Hörmətli redaksiya! Xahiş edirik, əməkdaşınızı Limana göndərin və başımıza gətirilən müsibətləri öz gözlərinizlə görün. Dərin hörmətlə: B.Quliyev, F.Kərimov, S.Abbasov, S.Nəcəfov, K.Sadıqov, M.Rəhimov, M.Nəsənov, Ə.Ağayev və başqaları( cəmi 55 imza).



|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq - Prezident İlham Əliyev
Bu gün, 00:24 |
|
|
|
• İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
Bu gün, 00:22 |
|
|
|
• Zəngəzur dəhlizi üzrə ABŞ ilə əməkdaşlıq 99 il davam edəcək - Tramp
Bu gün, 00:20 |
|
|
|
• ABŞ ilə Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb
Dünən, 23:58 |
|
|
|
• ABŞ-nin vasitəçiliyi ilə həyata keçirilən proseslərin geopolitik əhəmiyyəti diqqətəlayiqdir - Pənah Hüseyn
Dünən, 18:05 |
|
|
|
• Naxçıvanın mobil operator şirkətinə yeni direktor təyin olunub - BUNDAN SONRA...
Dünən, 18:01 |
|
|
|
• Dövlət qurumu auditor seçdi - DETALLAR
Dünən, 17:59 |
|
|
|
• "Meyxana ciddi sənətdir, istedad tələb edir" - ETİRAZ
Dünən, 17:54 |
|
|
|
• “İkinci balta zərbəsindən sonra da dayanmadı” - Ölümündən 4 gün əvvəl dedikləri...
Dünən, 17:48 |
|
|
|
• İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır? - 10 əsas SƏBƏB
Dünən, 17:44 |
|
|
|
• Kamil Hacıyevin dövründə protokol yazıldı, İmran Qurbanovun vaxtında 12 min cərimə edildi - TƏFƏRRÜAT
Dünən, 17:42 |
|
|
|
• Zaqatalanın müasir məhəlləsində BAXIMSIZLIQ - Qaladüzünün sakinləri nədən gileylidir?
Dünən, 17:38 |
|
|
|
• “Sülh sazişinin ABŞ-da paraflanması Rusiyanın Cənubi Qafqazdakı nüfuzunu zəiflədəcək” - BUNDAN SONRA...
Dünən, 17:32 |
|
|
|
• Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq - Ağ Ev BƏYAN ETDİ
Dünən, 17:24 |
|
|
|
• Zəngəzurla bağlı gözlənilməz qərar: - Pezeşkian təcili İrəvana gedir
Dünən, 17:21 |
|
|
|
• Qaradağın yollarının təmiri təxirə düşdü - ELAN EDİLƏN TENDER LƏĞVƏ GETDİ
Dünən, 17:14 |
|
|
|
• “Azadlıqdan məhrumetmə əvəzinə, ev dustaqlığı və cərimə daha effektivdir" -NOVELLA CƏFƏROĞLU
Dünən, 17:10 |
|
|
|
• “KFC”nin işçisi yıxılaraq xəsarət almışdı - Direktorun cəriməsi ləğv edildi
Dünən, 16:59 |
|
|
|
• Şəxsin öz telefon nömrəsi barədə anten məlumatları niyə verilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:56 |
|
|
|
• ABŞ Dövlət katibi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsindən danışıb
Dünən, 16:54 |
|
|
|
• Rusiya və İranı “bypass” edən LAYİHƏ: - İrəvanı masaya oturdan səbəblər NƏ OLDU?
Dünən, 16:15 |
|
|
|
• Elman Nəsirov Vaşinqton görüşündən danışdı: - “İlham Əliyevin sözünün dəyəri...”
Dünən, 16:10 |
|
|
|
• 907-ci düzəliş birmənalı qaydada LƏĞV EDİLMƏLİDİR
Dünən, 16:06 |
|
|
|
• Tramp axtardığı sülhü Qafqazda tapdı: Azərbaycan - Ermənistan razılaşması nə deməkdir?
Dünən, 16:04 |
|
|
|
• İşğal dövründə azərbaycanlılar Ermənistana necə gedib? – “İki xalqı yalnız bu barışdıra bilər”
Dünən, 16:01 |
|
|
|
• Tramp İrəvanla Bakını barışdırıb Nobel almaq istəyir - “CBS News”
Dünən, 15:59 |
|
|
|
• “ABB-nin bankomatları kart udmaqla məşğuldur, ehtiyatlı olun” - NARAZILIQ VAR...
Dünən, 15:54 |
|
|
|
• Ermənistanın buna razılaşacağı doğru deyil - Baqdasaryan
Dünən, 15:51 |
|
|
|
• Cahangir Əsgərovun qızının Londondakı şirkəti bağlandı - foto
Dünən, 15:48 |
|
|
|
• “Aqrar Tədarük və Təchizat”ın İdarə Heyətinə yeni üzv təyin edilib - BUNDAN SONRA...
Dünən, 15:44 |
|
|
|
• Dövlət qurumu 269 minlik təmizlik xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 15:42 |
|
|
|
• Adil Vəliyev onları İŞDƏN AZAD ETDİ - SİYAHI
Dünən, 15:39 |
|
|
|
• Ukraynanın iştirakı olmadan “atəşkəs oyunu” – Bu, sülh deyil, ultimatumdur
Dünən, 15:35 |
|
|
|
• Tramp və Putin avqustun 11-də Romada görüşə bilərlər - "Fox News"
Dünən, 15:33 |
|
|
|
• Rusiya və Çin liderlərinin telefon danışığı olub
Dünən, 15:31 |
|
|
|
• AZAL rəhbərliyi və kollektivi Hökumə Əliyevanın məzarını ziyarət edib
Dünən, 15:27 |
|
|
|
• Dövlət qurumu 269 minlik təmizlik xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 14:08 |
|
|
|
• Bəs Ankara BUNA NƏ DEYİR? - AKTUAL
Dünən, 14:04 |
|
|
|
• "Xatun başa düşdü ki, mənə qarşı düz etməyib"
Dünən, 13:50 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın super gücünə çevrilir – Trampın qərarı həlledici oldu
Dünən, 13:40 |
|
|
|
• "Bu halda Rusiya maksimum 20-30 min azərbaycanlı miqrantı qova bilər...” - TƏDARÜKLÜ OLMALIYIQ...
Dünən, 13:05 |
|
|
|
• Əliyev və Paşinyan ABŞ-da nələr edir? – Qazaryan elə FOTO yaydı ki…
Dünən, 13:01 |
|
|
|
• Naxçıvana yol dəhliz statusunda olacaq - Poqosyan
Dünən, 13:00 |
|
|
|
• Müəllimdən sensassion müsahibə: - “Kurslara, özəl müəssisələrə sual ötürürlər”
Dünən, 12:56 |
|
|
|
• Vaşinqtonda sülh üçün tarixi görüş: - Cənubi Qafqazda yeni dönəmin başlanğıcı
Dünən, 12:52 |
|
|
|
• Zəngəzur dəhlizi “Tramp Yolu” oldu: - Azərbaycan üçün nə dəyişir?!
Dünən, 12:48 |
|
|
|
• Sabah havanın temperaturu 5 dərəcəyədək düşəcək - belə deyirlər...
Dünən, 12:39 |
|
|
|
• Etibar Əliyevin növbəti hədəfi YAZIÇILAR oldu – “Vəzifə dalınca qaçırlar…”
Dünən, 12:36 |
|
|
|
• Neftçalada ŞÜBHƏLİ TENDER oyunları... - İLGİNC FAKTLAR...
Dünən, 12:18 |
|
|
|
• İran Bakıya görə taktikanı dəyişdi: - Pezeşkianı narahat edən təhlükə
Dünən, 12:11 |
|
|
|
|