Dünən Səfər Əbiyevə, bu gün isə Şahin Məmmədova arxalanan polkovnik… - ŞİKAYƏT VAR
Tarix: 12-05-2016, 08:56 | Çap et
 1919-cu ilin avqustunda əsası qoyulan Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin yaranmasının hüquqi bazasının müəyən olunması ölkəmizin müstəqillik əldə etdiyi dövrlərə təsadüf edir. Belə ki, parlamentin 9 oktyabr 1991-ci ildə qəbul etdiyi В«Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqındaВ» Qanuna əsasən Hərbi Dəniz Qüvvələri Silahlı Qüvvələrin tərkib hissəsi kimi müəyyən edilib. Bununla da keçmiş sovet imperiyası tərkibində olan müstəqilliyini əldə etmiş Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycan Xəzəryanı dövlətləri arasında əldə olunan razılığa görə ölkəmiz öz ərazisində yerləşən sabiq Xəzər hərbi donanmasının bütün bazalarına və 25 faiz hərbi gəmilərinə sahib oldu. Beləliklə, 26 iyul 1992-ci il tarixdə В«BakılıВ» gözətçi gəmisində ilk dəfə olaraq müstəqil Azərbaycanın üçrəngli dövlət bayrağının qaldırıldığını və ölkəmizin öz Hərbi Dəniz Qüvvələrini yaratmağa başladığını qeyd edən məlumatlı şəxsin Gundelik-Baku.com-a verdiyi bilgilərdə deyilir ki, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin Gəmi Təmiri Zavodunun rəisi, polkovnik Sübhan Bəkirovun fəaliyyətində ciddi nöqsanlar, hətta kobud neqativ hallar müşahidə olunmaqdadır: В«Deyilənlərə görə, vəzifəsini icra edərkən qanundankənar işlərə imza atan, büdcə vəsaitlərini təyinatdankənar istiqamətlərə sərf edən Sübhan Bəkirov sabiq müdafiə naziri Səfər Əbiyevin ən yaxın adamlarından biri, onun kadrı kimi xarakterizə olunur. Məhz elə bu səbəbdən də o, Səfər Əbiyevin zamanında ordu sıralarında sürətlə irəliləməyə, karyerasında qısa zaman ərzində yüksəlməyə nail olub. Bildirilir ki, sabiq müdafiə naziri onu daim üzləşdiyi çətin durumlardan xilas edib, yol verdiyi nöqsanlara göz yumub, yeni-yeni problemlərin yaranmasına səbəb olan yarıtmaz fəaliyyətini görməzdən gəlib. Təbii ki, Hərbi Dəniz Qüvvələrinin Gəmi Təmiri Zavodunun rəisi Sübhan Bəkirov da öz növbəsində, bunun qarşılığını artıqlaması ilə ödəyibВ». Mənbə iddia edir ki, Sübhan Bəkirov bu gün də Səfər Əbiyevə sadiqdir və hələ də onunla əlaqələrini davam etdirir. Yeri gəlmişkən onu da nəzərinizə çatdıraq ki, Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı admiral Şahin Sultanov həbsdə olarkən Gəmi Təmiri Zavodunun rəisi barəsində olduqca ilginc məlumatlar səsləndirib. Belə ki, ötən illərdə nöqsanlara görə Hərbi Dəniz Qüvvələrindən başqa hərbi hissələrə keçirilmiş zabitlərin Hərbi Prokurorluq tərəfindən mütəxəssis kimi yoxlama komissiyasının tərkibinə daxil edildiyini vurğulayan Şahin Sultanovun bildirdiyinə görə, polkovnik Sübhan Bəkirov da yol verdiyi kobud nöqsanlar səbəbindən bir neçə il öncə Hərbi Dəniz Qüvvələrindən kənarlaşdarılıb: В«Şübhəsiz ki, onların yoxlamanı qərəzli aparılmasında marağı var və fürsətdən istifadə edərək qisas almağa çalışdılar. Beləliklə, 5 milyon saxta aktı hazırlayan və 2 milyon uydurma mühərriklərin Dövlət Sərhəd Xidmətinə satışını bəyan edən zabit Bəkirov Sübhan 1999-cu ildə nöqsanlara görə Hərbi Dəniz Qüvvələrindən kənarlaşdırılmışdı. Bir müddət sonra isə Bəkirov başqa hərbi hissəyə keçirilmişdi. O, professor Elçin Xəlilov rəhbərlik etdiyi hərbi hissədə maddi-texniki təminat işlərini aparırdı. Hərbi Prokurorluq həmin hərbi hissəni yoxlayandan sonra maddi-texniki təminatda nöqsanlara görə professoru həbs edirlər, lakin Bəkirov Sübhan Hərbi Dəniz Qüvvələri üzrə yoxlama komissiyasının tərkibinə salınır. Bəkirov bütün nöqsanlara görə birbaşa cavabdeh maddi-məsul şəxs olduğuna baxmayaraq nədənsə В«sudan quru çıxırВ». Bu arada, Hərbi Dəniz Qüvvələrinin Gəmi Təmiri Zavodunun rəisinin müxtəlif yollarla əldə etdiyi vəsaitlər hesabına paytaxtın müxtəlif ərazilərində özünə bir neçə ticarət obyekti tikdirdiyini, mənzillər aldığını idda edən məlumatlı şəxsin sözlərinə görə, dünənə qədər sabiq müdafiə naziri Səfər Əbiyevin himayəsinə arxalanan Sübhan Bəkirov bu gün Hərbi Dəniz Qüvvələrinin komandanı Şahin Məmmədovun adından istifadə edir, az qala hər yerdə onunla yaxınlığından danışır: В«Deyilənlərə görə, Sübhan Bəkirov məhz Şahin Məmmədovun adından sitifadə etməklə özünü sığortalamağı, mümkün təhlükələri dəf etməyi bacarır…»


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı - Nişan efirdə olacaq
Bu gün, 15:37 |
|
|
|
• Xocavənddə 197 ədəd fərdi yaşayış evinin təmirinə 11.5 milyon xərclənəcək
Bu gün, 15:33 |
|
|
|
• Salyan İcra Hakimiyyəti 8 ayda 3.5 milyonu nəyə xərcləyib? - İLGİNC
Bu gün, 15:30 |
|
|
|
• Azərbaycanda ət niyə bahalaşır? – Xəbərdarlıq edildi
Bu gün, 15:07 |
|
|
|
• “Dəmirçi ailəsi” niyə susur? - BANKLA QALMAQALA SƏBƏB MƏZƏNNƏ SÖHBƏTİDİR
Bu gün, 15:04 |
|
|
|
• Ermənistan müdafiə nazirinin müavini: - Azərbaycan bizdən çox öndədir
Bu gün, 15:02 |
|
|
|
• Mollayevin köhnə halı: YENƏ DƏ MAAŞLAR YUBANIR, İŞÇİ DARDA... - ETİRAZ VAR!
Bu gün, 14:27 |
|
|
|
• Nabranda qiymətlər FONTAN VURUR... - "Bunun adı soyğunçuluqdur!"
Bu gün, 14:20 |
|
|
|
• Rusiya Qarabağı Azərbaycandan alıb bizə verəcək - Atanesyan
Bu gün, 14:15 |
|
|
|
• Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünün bloklanmasında Rusiya da yaxından iştirak edib - DİPLOMATİK MƏNBƏ
Bu gün, 14:08 |
|
|
|
• Qarabağı könüllü tərk etmiş 16 mindən çox erməni Ermənistan vətəndaşlığı alıb
Bu gün, 13:35 |
|
|
|
• Minaaxtaran itlərə BELƏ QULLUQ EDİRİK: daraq... əlcək... corab... - DETALLAR
Bu gün, 13:28 |
|
|
|
• Bir şərəfsiz sürü ilə üz-üzəyik... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:16 |
|
|
|
• “Tərtər işi” ilə bağlı ittiham olunan daha bir qrup şəxs barəsində qərar verilib
Bu gün, 13:00 |
|
|
|
• `BOLMART` MÖCÜZƏSİ: Geriyə... gələcəyə... - BU NƏDİ BELƏ?
Bu gün, 12:45 |
|
|
|
• “Naxtel” abunəçiləri öz nömrələrini saxlamaqla “Bakcell”ə keçid edəcəklər - DETALLAR
Bu gün, 12:35 |
|
|
|
• Rektor özünə köməkçi və müşavirlər təyin etdi - ADLARI
Bu gün, 12:33 |
|
|
|
• Tanınmış idmançının direktor bacısı işdən çıxarılıbmış - FOTO
Bu gün, 12:32 |
|
|
|
• `Azercell` bizi heyrətləndirir... - GİLEY
Bu gün, 12:27 |
|
|
|
• Rusiya Türk dünyasından asılı vəziyyətə düşür - GƏLİŞMƏ
Bu gün, 12:20 |
|
|
|
• 10 manatlıq şirkətlər milyonluq tenderləri əldə edirlər... - Nizamnamə kapitalını artırmamaqda məqsəd nədir?
Bu gün, 12:16 |
|
|
|
• Pekində ortadan bölünən DÜNYA... - NƏ BAŞ VERİR?
Bu gün, 12:13 |
|
|
|
• Bağlı qapılar arxasında Zəngəzur danışıqları - "Fars News"
Bu gün, 12:08 |
|
|
|
• Müəllimlər “gözləmə zalı"nda: Maaş niyə artmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:07 |
|
|
|
• Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclas keçiriləcək
Bu gün, 12:04 |
|
|
|
• İrəvan Rusiya almazlarını sanksiyalardan yayındırır - KİV
Bu gün, 11:54 |
|
|
|
• Rusiya sərt ritorikadan, qanunsuz həbslərdən əl çəkmir - ŞƏRH
Bu gün, 11:50 |
|
|
|
• Alen Simonyan Qırğızıstan Baş naziri ilə görüşdü
Bu gün, 11:48 |
|
|
|
• Azərbaycan hansı ərzaq məhsulları ilə özünü təmin edə bilmir? - SİYAHI
Bu gün, 11:44 |
|
|
|
• Zaxarova Azərbaycana SƏSLƏNDİ: "Həbsdə olan rus vətəndaşları..." - Bakı BU TƏLƏBİ QƏBUL ETMƏDİ...
Bu gün, 11:42 |
|
|
|
• Adəm Məmmədov həbsdən çıxdı
Bu gün, 11:40 |
|
|
|
• Azərbaycanda gəlinini döyən qayınana CƏRİMƏLƏNDİ
Bu gün, 11:32 |
|
|
|
• Azərbaycan Tibb Universitetinə yeni prorektor təyin olunub - ƏMR
Bu gün, 11:26 |
|
|
|
• Lavrovun Özbəkistandakı çıxışı Moskvanın “dil rasizmi”ni bir daha üzə çıxardı - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:24 |
|
|
|
• VURULAN TƏYYARƏMİZƏ GÖRƏ SIĞORTA, YOXSA KOMPENSASİYA? – Kremldən növbəti çirkin təbliğat “tryuku”
Bu gün, 11:18 |
|
|
|
• Ofisində köməkçisinin sevgilisini döyən vəzifəli şəxsin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 11:08 |
|
|
|
• Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib - Hökumənin atası
Bu gün, 11:00 |
|
|
|
• “Rusiya Cənubi Qafqazda ilişib qalıb, çıxış yolu Azərbaycanla dialoqdadır” - ŞƏRH
Bu gün, 10:57 |
|
|
|
• Naxçıvanda təcili tibbi yardım maşınları DƏRMANSIZ QALIB... - NARAZILIQ VAR...
Bu gün, 10:42 |
|
|
|
• ABŞ şirkətləri Ermənistana axışır - Görünəni odur ki...
Bu gün, 10:35 |
|
|
|
• Çin Zəngəzurla bağlı hərəkətə keçdi: İlham Əliyevə tam dəstək – Rusiya və İran…
Bu gün, 10:34 |
|
|
|
• Müşavir-müşavir oyunbazlığı... - YENİ DƏB, YOXSA...
Bu gün, 10:32 |
|
|
|
• “Cənubi Qafqazda sülh Çinin iqtisadi maraqlarına cavab verir” - GƏLİŞMƏ
Bu gün, 10:29 |
|
|
|
• Azərbaycanın cəmi 8 rayonunda 35 baş qatır qalıb - SİYAHI
Bu gün, 10:26 |
|
|
|
• Daşkənddə Azərbaycan-Özbəkistan ikitərəfli hərbi əməkdaşlıq planı müzakirə edilib
Bu gün, 10:22 |
|
|
|
• Sabiq prokuror vəfat etdi - Foto
Bu gün, 10:13 |
|
|
|
• İrəvan Bakı əleyhinə müttəfiqləri ilə pıçıldaşır - NƏ BAŞ VERİR?
Bu gün, 10:11 |
|
|
|
• Bakı "Səmaaltı İmperiya"nın mühüm strateji tərəfdaşı oldu - İNCƏLƏMƏ
Bu gün, 09:58 |
|
|
|
• Nizami rayonunda NƏ NİZAM VAR... NƏ DƏ İNTİZAM... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:56 |
|
|
|
• Ronaldo İrəvana gəldi: Yeniyetmə qız polis səddini aşaraq onun qaldığı otelə girdi və... - VİDEO
Bu gün, 09:46 |
|
|
|
|