"İnsan niyə ən ülvi əlçatmaz olan hər şeyi adiləşdirir?"
Tarix: 23-06-2020, 09:29 |
Çap et
DİA.AZ: - Müğənni Damla bəzilərinə insanlıq dərsi keçməyə çalışıb.
DİA.AZ-ın məlumatına görə, ifaçı bir çox həmkarlarına mesaj göndərib: “İnsanlıq nədir? İnsanlıq başqalarının üzünə dost görünüb, arxasından quyusunu qazmaqmı? Yoxsa insanların əldə etdiyi zəfəri qısqanıb, onun daha çox müvəffəqiyyətə nail olmasını müxtəlif yollarla əngəlləməkmi? İnsanlıq hüzurun olduğu yerdə hüzursuzluq yaratmaqmı? Əlində heç bir sübut və səbəb olmadan başqasının üzərinə böhtan atmaqmı? İnsanlıq "düşənə bir də mən vurum" deməkmi?
Hər kəsin gur səslə dediyi o “İnsanlıq” niyə getdikcə antik tapılması mümkünsüz olan əşyalar kimi sanki qeybə çəkilir. İnsan niyə ən ülvi əlçatmaz olan hər şeyi adiləşdirir?
Axı biz uşaq ikən “Şaxta Babaya” inanan körpələr olmuşuq. Görəsən nə dəyişdi? Bu qədər kin, nifrət, aqressiya, güvənsizlik həyatımıza necə hökmranlıq edir? İçimizdəki insanlığı kim öldürdü?”