"Əvvəlcə icra hakimiyyətində əyləşənlərdən soruşmaq lazımdır ki..." - GİLEY
Tarix: 12-12-2019, 09:27 | Çap et
 “İlin 9 ayı kəndimizdə sel, daşqın olur. Örüşümüz, əkin torpaqlarımız - hamısı çayın əks tərəfindədir. Çayın səviyyəsi qalxanda, daşqınlar olanda torpaqlarımıza tərəf keçə bilmirik, heyvanları örüşə apara bilmirik. Bu vəziyyət 5 ildən çoxdur ki, belə davam edir”. DİA.AZ-ın məlumatına görə, Lənkəranın Yuxarı Təngivan kənd sakinləri danışırlar ki, kəndi iki hissəyə bölən çayın üzərində körpünün olmaması işlərini çətinləşdirir. Çayda suyun səviyyəsi qalxanda kəndlilər çayın əks tərəfinə keçə bilmirlər. Halbuki, əsas təsərrüfatları elə çayın əks tərəfində yerləşir.
Sakinlərin deməsinə görə, əvvəllər çayın üzərində körpü varmış: “10 il əvvələdək dədə-babalarımızın düzəltdiyi bir körpü vardı, istifadə edirdik. O körpünü illərlə ən güclü sel-daşqınlar da dağıda bilmədi. Ancaq gətirib iki daş karxanası qurdular, çayın dibini o qədər qazdılar ki, körpü çökdü. Bizim şikayətlərimizdən sonra həmin karxana sahibləri bir dəmir körpü düzəltdilər, ancaq əvvəlki körpü kimi möhkəm olmadı, bir dəfə sel gəlməklə, körpünü yuyub apardı, yerində qalıqları qaldı. 5 ildən çoxdur ki, körpü yoxdur, hara müraciət ediriksə, heç kim vecinə almır. Bu boyda kəndin təsərrüfatı batıb gedir. İnsanlar çayın o tərəfinə keçib əkinlə, heyvandarlıqla məşğul ola bilmirlər”.
Təngivan sakinləri Lənkəran Rayon İcra Hakimiyyətinə müraciət ediblər. Onlar qurumun nəzərinə kənddə azı 300 nəfərin yaşadığını, adamların təsərrüfatla məşğul olmaq üçün çayın o tərəfinə keçə bilməmələrini çatdırıblar.
“Sonuncu dəfə 1 ay əvvəl müraciət etdik, bizə cavab məktubu gəldi, oxuyub karıxdıq. Məktubda yazılıb ki, köhnə körpü kənd sakinləri tərəfindən normalara uyğun inşa edilmədiyi üçün sel suları dağıdıb. Köhnə körpünün yerində əhalinin və nəqliyyat vasitələrinin hərəkəti üçün istifadəyə tam yararlı, müasir standartlara uyğun dəmir-beton körpü tikilib. Dediyimiz kimi, dədə-babadan qalan körpünü sel yox, işbazlar dağıdıblar. Təzə və möhkəm körpü deyəndə isə icra hakimiyyəti daş karxanası sahiblərinin quraşdırdığı dəmir körpünü nəzərdə tutur. Xəbərləri yoxdur ki, 5 ildir o korpü də yoxdur. Deyirik, 300-ə yaxın əhalisi olan kəndin ortasından keçən Lənkərançayın üstündən körpü salmaq lazımdır, deyirlər, körpünüz var. Hanı? Gəlsinlər, o körpünü əhaliyə göstərsinlər. Adamlar əziyyət çəkir, örüş çayın sağ sahilində, mal-qara sol sahilində, əkin sahələrimiz sağ sahilində, özümüz sol sahilində... Kənddə iş yeri yoxdur, insanlar əkinlə, heyvandarlıqla dolanır. Bir körpüyə görə hər şeydən məhrum olmuşuq, kənddə həyat dayanıb”, - sakinlər deyir.
“Bizə cavab yazıblar ki, kənd sakinlərinin vaxtilə tikdiyi körpü normalara cavab vermədiyi üçün dağılıb. Əvvəlcə icra hakimiyyətində əyləşənlərdən soruşmaq lazımdır ki, körpünü acından ölməmək üçün vurnuxan əhali tikməli idi, yoxsa dövlət? Vaxtilə əhali gözləyib, görüb dövlətdən hərəkət yoxdur, necə ki, məcbur qalıb, özü qollarını çırmalayıb, körpü tikib ki, çayın o tərəfinə keçib təsərrüfat işlərini görsün. Məmurlar imkan, şərait yaradıb, işbazlar çayın dibini qazıb, körpünü dağıdıblarsa, buna görə günahı dağılan körpüdə yox, özlərində görsünlər. İşbazlar çayın dibini 20 metr dərinliyində, 50 metr enində qazanda icra hakimiyyəti hara baxırdı? Bilmirdilər ki, bu dərinlikdə qazıntıya körpü davam gətirməz? İşbazlardan rüşvət alıb, çayın qazılmasına göz yummaqları bir kəndin 5 ildən çoxdur körpüsüz qalmasına səbəb olub, indi zəhmət çəksinlər, ya gəlib bizə dedikləri o təzə, müasir körpünün yerini göstərsinlər, ya da körpü tiksinlər”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Regionu zəiflətmək istəyən NATO deyil, Rusiyadır - ŞƏRH
Bu gün, 12:00 |
|
|
|
• AZPUL-a yeni rəhbər təyin edilib
Bu gün, 11:52 |
|
|
|
• Universitet tələbələrinin təhlükəsiz səfərini "Meqa Sığorta" təmin edəcək - TENDER NƏTİCƏSİ
Bu gün, 11:49 |
|
|
|
• “Cənubunsəsi” xəbər portalının baş redaktoru cəzadan azad edildi - QƏRAR
Bu gün, 11:33 |
|
|
|
• Bakı ilə İrəvan arasında sülh ABŞ-yə də fayda gətirəcək - Senatordan ÇAĞIRIŞ
Bu gün, 11:27 |
|
|
|
• Böhran kritik həddə: Bakıdan Moskvaya açıq mesaj – “Cavab olacaq!”
Bu gün, 11:24 |
|
|
|
• II Qaregin həbs oluna bilər - Arakelyan
Bu gün, 11:21 |
|
|
|
• Canlı yayımda gərgin anlar – Mətanət “Bu şəhərdə”ni İFŞA ETDİ
Bu gün, 11:19 |
|
|
|
• Qarabağda 30 milyon manatlıq tendelərə yekun vuruldu - QALİBLƏR, MƏBLƏĞLƏR
Bu gün, 11:17 |
|
|
|
• Paşinyan müstəqil olmadığına görə qərar verə bilmir - ONA GÖRƏ DƏ...
Bu gün, 11:14 |
|
|
|
• Problem həll olunsa da, sakinlər güvənmir... - ÇÜNKİ...
Bu gün, 11:11 |
|
|
|
• Nazirlik tender keçirmədən Mehdiyevlərin şirkətiylə 288 min manatlıq müqavilə imzaladı - BU NƏDİ BELƏ?
Bu gün, 11:08 |
|
|
|
• AZAL-la sərfəli uçuşlar: 25%-dək endirimlə səyahət edin! - DİQQƏT!
Bu gün, 10:57 |
|
|
|
• İran və Hindistandan olan turistlər Azərbaycandan "üz döndərib" – Kəskin azalma var
Bu gün, 10:41 |
|
|
|
• “Dəniz yalnız insanlar üçün yaradılmayıb, at da yazıqdır, sərinləsə, dünya dağılmaz” - Müsavat başqanının müavini
Bu gün, 10:38 |
|
|
|
• Ermənistan Zəngəzura nəzarəti Türkiyəyə verməyi planlaşdırır - Matevosyan
Bu gün, 10:33 |
|
|
|
• Qayıbovun BATIRDIĞI SAHƏ... - Təcili müdaxilə olmazsa...
Bu gün, 10:25 |
|
|
|
• Naxçıvan bələdiyyəsinin nəzdində yaradılmış şirkət ləğv olunur
Bu gün, 10:21 |
|
|
|
• "Ona deyin, sözlərinə diqqət etsin! Çox təhlükəli ərazilərə girir" - Tramp Medvedevə xəbərdarlıq edib
Bu gün, 10:18 |
|
|
|
• Azərbaycanda şirkət torpağını satışa çıxarır - YIĞINCAQ
Bu gün, 10:16 |
|
|
|
• "4 övladımı itirdim"
Bu gün, 10:14 |
|
|
|
• "İki abituriyentdən biri universitetə düşməyəcək, ona görə ki... " - Təhsil ekspertindən ŞOK AÇIQLAMA
Bu gün, 10:05 |
|
|
|
• Ölkəyə milyardlar qazandıran neftçilər BİT-BİRƏ İÇİNDƏ... - AXI NİYƏ?..
Bu gün, 10:02 |
|
|
|
• "Bu gün mənə dəyən zərbə, sabah sizə dəyə bilər!" - NARAZILIQ VAR...
Bu gün, 09:56 |
|
|
|
• "Yaradıcı insan üçün diqqət önəmlidir"
Bu gün, 09:45 |
|
|
|
• “Azərterminalkompleks” Birliyinin tenderi ləğv edildi
Bu gün, 09:41 |
|
|
|
• Rusiya Azərbaycan diaspor rəhbərini niyə axtarışa verib? - TƏFƏRRÜAT
Bu gün, 09:36 |
|
|
|
• Bu şirkətin İdarə Heyətinin sədri işdən çıxdı
Bu gün, 09:31 |
|
|
|
• Zəngəzurun statusu dəyişdi: İrəvanın dostu razılaşdı – “Dəhlizə o ölkə nəzarət edəcək”
Bu gün, 09:28 |
|
|
|
• Azərbaycan banklarının adından saxta profillər açaraq kartlardan pul oğurlayan Türkiyə vətəndaşı həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• "Bu şirkətin sahibi kimdir, axı?" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:17 |
|
|
|
• Maliyyə Nazirliyinin jurnalı bağlanır
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanın mebel şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 09:03 |
|
|
|
• Bakıda həkim iş başında qəfildən vəfat etdi - FOTO
Bu gün, 09:02 |
|
|
|
• “Tərtər Kəndkimya” ATSC-nin rəhbərliyi seçiləcək - TOPLANTI
Bu gün, 08:59 |
|
|
|
• Aİ Paşinyanın “qələmini qırdı” - yerinə onu gətirirlər
Bu gün, 08:49 |
|
|
|
• Mingəçevir səhiyyəsinin AĞLAMALI HALI... - BU NƏDİ BELƏ?
Bu gün, 08:40 |
|
|
|
• Rəsmi İrəvanın “Artsaxbank” üzərindən yeni HOQQABAZLIĞI... - Görünəni odur ki...
Bu gün, 08:29 |
|
|
|
• Şərurun baş həkimi rəsmən özbaşına qalıb... - MÜRACİƏT
Bu gün, 08:26 |
|
|
|
• 8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - VİDEO
Bu gün, 08:16 |
|
|
|
• Rusiya ilə birgə sərhəd komissiyası ləğv olunur - NƏLƏR GÖZLƏNİLİR?
Bu gün, 08:14 |
|
|
|
• Trampın Rusiya ilə əlaqələrinə dair gizli sənədlər tapıldı - İLGİNC
Bu gün, 07:04 |
|
|
|
• Azərbaycanda uniforma biznesi – dövlət tenderlərini kimlər udur
Bu gün, 07:03 |
|
|
|
• Bakıda ƏMLAK ÇEKİ DAVASI - ETİRAZ
Bu gün, 06:41 |
|
|
|
• ABŞ İrana qarşı ən böyük sanksiyalar paketini tətbiq edib - KİV
Bu gün, 06:30 |
|
|
|
• "Adıma VÖEN açdırmışdılar..." - “Həyat” MMC ittiham olunur...
Bu gün, 06:22 |
|
|
|
• "Ölkənin resursları yetərli olsa, dövlət büdcəsi kəsirlə tərtib edilməz" - Neft çıxır deyə "varlı" sanırlar...
Bu gün, 06:19 |
|
|
|
• Bakı sakini tikintidə çalışsa da, 1 ildən çoxdur pulunu ala bilmir - GİLEY
Bu gün, 06:11 |
|
|
|
• İranda Bakıya görə “müharibə” başladı – İrəvan və Ankara “birləşir”
Bu gün, 06:08 |
|
|
|
• Rusiya hələ də Azərbaycana özünün bir parçası kimi baxır - FAKT BUDUR!
Bu gün, 06:05 |
|
|
|
|