11 oktyabr 2025-ci il tarixində, vətəndaş səhər saat 09:00 radələrində səhhətində yaranan problemlə əlaqədar Bərdə Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Onun bildirdiyinə görə, qeydiyyatda olan Elnurə adlı həkimin yaxın dəqiqələrdə gələcəyi deyilsə də, həkim saat 13:00-a qədər iş yerində olmayıb.
Vətəndaş məsələ ilə bağlı TƏBİB-in qaynar xəttinə zəng edərək şikayətini bildirib. Oradan isə bildirilib ki, Elnurə xanım işdədir. Reallıq isə bunun əksini göstərib.
Xəstəxana direktoru Vüsal Məmmədovla rastlaşan vətəndaş ondan məsələni soruşduqda, direktorun verdiyi cavablar şok doğurub. Vətəndaşın iddiasına görə, Vüsal müəllim belə deyib:
➡️ “Siz kimsiniz ki, TƏBİB-ə şikayət edirsiniz? Mən Elnurə xanıma icazə vermişəm. Hara Bərdə Rayon Mərkəzi Xəstəxanası yazılıbsa, oranın rəhbəri mənəm. Vüqar Qurbanov da, TƏBİB-in idarə heyəti də bizim daxili işimizə qarışa bilməz. İstəyirsən prokurorluğa da müraciət et, heç nə edə bilməzlər. Məhkəmə sədri də dostumdur.”
Vətəndaş isə cavabında bildirib ki, bu hərəkət Azərbaycan Respublikası Konstitusiyasına və mövcud tibbi qanunvericiliyə ziddir.
Xatırladaq ki, Konstitusiyanın 41-ci maddəsinə əsasən, hər bir vətəndaşın sağlamlığının qorunması və tibbi yardım almaq hüququ var. Həkim isə göstərilən tibbi xidmətin keyfiyyətinə və düzgünlüyünə görə məsuliyyət daşıyır.
Bildirək ki, bu tip davranış və açıqlamalar təkcə xəstə hüquqlarının pozulması deyil, həm də vəzifə səlahiyyətlərinin aşılması kimi hüquqi qiymət almalıdır.
Vətəndaş məsələ ilə bağlı müvafiq qurumlara, o cümlədən məhkəməyə müraciət etməyi planlaşdırdığın YAZIR.
Güman edirik Vüqar Qurbanovun Bərdə Mərkəzi Xəstəxananın direktoru Vüsal Məmmədovun dediyi kimi onların işinə qarışıb qarışa bilmədiyi barədə yəqin ki açıqlama verəcəkdir.
Bakunews.az