Həbsdə olan jurnalist Şəmşad Ağaya ağır itki üz verib.
Bakupost.az xəbər verir ki, jurnalistin qardaşı qızı vəfat edib. O, onkoloji xəstəlikdən əziyyət çəkirdi. Şəmşad Ağanın dostları azyaşlı qızın müalicəsi üçün yardım kampaniyası aparırdı.
Jurnalistin vəkili Aqil Layic isə bildirib ki, ona dəfndə iştirak üçün aidiyyəti qurumlara müraciət ediləcək.