Şərurlu İsfandiyar işi dayandırdı: Min nəfər işsiz qaldı .....                     "Onları Şəhidlər xiyabanında dirəyə bağlamaq lazımdır" .....                     Mən Prezident olduğum müddətdə ABŞ qoşunları Ukraynaya göndərilməyəcək .....                     Krımın Ukrayna qaytarılması və Ukraynanın NATO-ya üzv olması mümkün deyil .....                     Ukrayna çoxlu ərazi qazanacaq .....                     İranı həyəcanlandıran siyahı: düşmənin dövlət sirri ələ keçdi .....                     Müğənni Rəqsanə İsmayılovanın apellyasiya şikayətinə baxılacaq .....                     Şair Məmməd İsmayıl vəfat edib .....                     Daha bir əməliyyat rəzaləti: Xəstənin çılpaq görüntüləri yayıldı .....                     Sülh göyərçinləri uçurdan bir dövlət kimi görünməkdənsə, güclü olmağın tərəfdarıyam .....                     “Tramp marşrutu”nun təhlükəsizliyini kim TƏMİN EDƏCƏK... .....                     Bakıda cütlük nişan günü ayrıldı .....                     İmamoğlu həbsxanadan MÜSAHİBƏ VERDİ: .....                     Ukrayna qüvvələri Rusiyanın yanacaq qatarını məhv edib .....                     Neft işçiləri ETİRAZ edir: Yeni sədrin QANUNSUZ əməlləri .....                     Netanyahu Avstraliyanın Baş nazirini zəif siyasətçi adlandırıb .....                     Üçüncü qüvvələrin sərhədlər yaxınlığında olması ilə bağlı narahatlığımız aradan qaldırılmalıdır .....                     Gəncədə dayısı və arvadını bıçaqlamaqda təqsirləndirilən şəxs 19 il azadlıqdan məhrum edilib .....                     Ağ Evdə Ukrayna müzakirələri: .....                     Azərbaycan Fransaya neft satışını bərpa edib .....                     Tramp həmin görüşdə Azərbaycandan danışdı .....                     “İçinizdə hürün, insanların inancına…” .....                     İnstaqramda özünü kanal rəhbəri kimi təqdim edən şəxs həbs edilib .....                     Rusiya-Ukrayna SAVAŞI DAVAM EDƏCƏK... .....                     "Onlara “dur” deyən yoxdur..." .....                     Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı .....                     Nazirlik mindən çox mənzilin qiymətini bu şirkətlə müəyyən edəcək .....                     Ermənistanın Yekaterinburqdakı konsulluğu bağlanıb .....                     İrəvan və Bakı arasında imzalanan sənədlər sülh sazişinin əsasını təşkil edə bilər .....                     Qaz keçir... sərfiyyat qeydə alınmır və belədə qaz itkisi yaranır .....                     Əsas "nüvə"si AFFA-da təmsil olunan "Azərlotereya" yenə Premyer Liqaya "çökdü" .....                     ABŞ-nin yeni səfirinin Bakıya gəlişi tezləşir .....                     Ermənistan ordusunda kütləvi ixtisarlar başlayıb .....                     Yetərsay çatmadı, bir qurumun 2 tenderi .....                     Bağlanmış müqaviləni icra edə bilməyən “GROVV AUDİT AND CONSULTİNG” QSC satınalmalarda necə qalib çıxır .....                     “Elə kişilər var ki, atası onun əvəzinə bir lək soğan əksəydi, daha yaxşı olardı” .....                     Zaman ermənilərin əleyhinə işləyir .....                     Astarada başçıya söykənən ÖZBAŞINALIQ... .....                     Laricani “batan İran gəmisini” xilas edə biləcəkmi? .....                     “Azərbaycan Dəmir Yolları” ilə tenderdə qalib olan şirkət arasında PUL QALMAQALI .....                 

Şəkidə bu təhsil ocağı bazar kimi idarə olunur... - İTTİHAM VAR...
Tarix: 17-06-2025, 07:01 | Çap et

Prezidnt İlham Əliyev jurnalistlərlə görüşündə deyib: “...cəmiyyətdə elə ab-hava yaratmalıyıq ki, ictimai nəzarət güclənsin. Siz yaxşı bilirsiniz ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişəm, daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət eləyin... İctimai nəzarət bir çox məmurları cinayət xarakterli işlərdən çəkindirəcək...

Media nümayəndələrinin bu sahədə çox rolu var. Və deyə bilərəm ki, mən bəzi hallarda xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir. Deyə bilərəm ki, bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir... Məlumaların mütləq əksəriyyəti təsdiqllənir və dərhal ölçü götürülür. Ona görə, dövlət məmurları da bilməlidirlər ki, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir...”.

Ölkə başçısının məlum çıxışı fonunda sizə Şəki Dövlət Regional Kollecinin direktoru Sərdar Şərifova etdiyim sorğular zamanı səsləndirdiyi cavabları - təhsilə, qanunlara və müəllimə qarşı olan münasibətləri təqdim edirəm. Direktorun bu cür hərəkətləri hansı qanunda yazılıb? Kim ona bu qədər səlahiyyət verib? Nəyin müqabilində bu cür sərbəst hərəkət edə bilir?

Bütün bu məlumatlarla onun Prezidentin göstərişlərinə məhəl qoymamasının, müəllimin - vətəndaşın hüquqlarını tapdalamasının, qanunların ona heç də vacib, gərəkli olmadığının, təhsili necə, hansı üsullarla idarə etməsinin şahidi olacaqsınınz.

Bu şəxs unudub ki, direktor öz fəaliyyətini aşkarlıq (qanunları gizlətməklə deyil...), demokratiklik, ədalətlilik, qərəzsizlik, vicdanlılıq, peşəkarlıq və sadiqlik prinsipləri əsasında qurur və qəbul etdiyi qərarların müvafiq normativ hüquqi aktlara uyğun olmasına məsuliyyət daşıyır...

Xatırladım ki, dəfələrlə şəxsən qanunlara əməl etməsinə çağırış etsəm də, qanunları pozmasını nəzərinə çatdırsam da, müraciətimə məhəl qoymamış, əməllərini davam etdirmişdir...

Mənə olan münasibətin əsl səbəbi kollecin tədris işləri üzrə direktor müavini Sevinc Abdurrahmanovanın səsini dinlədikdən və direktor Sərdar Şərifovun cavablarından sonra məlum olacaq.

Tədris İşləri üzrə direktor müavini Sevinc Abdurrahmanovanın müəllimdən (məndən) istədiyi məbləği ala bilmədiyi üçün narazı qalması da diqqət çəkməyə bilməz... (SƏS. 1.Yoxlama... kömək elə) Gileyini, narazılığını arxayın, sərbəst ifadə etməsi səlahiyyətlərini necə aşmasından xəbər verir. Məgər onlara məlum deyil ki, təhsil müəssisəsində bu cür özbaşınalıqlara yol verilə bilməz?! Ona bu göstərişi verən, icra etdirən və icra edən - hər iki şəxs hansı məssuliyyət daşıdıqlarını bilmir?! Biabırçı haldır ki, müəllim adını daşıyan, işlədiyi təhsil müəssisəsində vəzifə tutan şəxs səlahiyyətinə aid işlərlə məşğul olmaq əvəzinə, görün hansı əməllərə əl atırlar, təhsilə necə zərbə vururlar. Sanki qanunların bunlara heç bir aidiyyatı yoxdur.

Şəki Dövlət Regional Kollecinin direktoru Sərdar Şərifov necə cəsarətlə, qorxmadan, arxayıncasına (HÜNƏRİNİ) günahını dili ilə təsdiqləyir... Fərasətini, cəsarətini nümayiş etdirir... Vəzifə kürsüsünə güvənərək kimlərə şərait yaratdığından qürurla danışır. (2-ci səs) Bu cinayət deyil?..

... Söz yox, bu əməllərə qarşı qanunların öz cavabı var...

Bu vəziyyətin daha dəqiq araşdırılması üçün tələbələr arasında anonim sorğular keçirməklə, müəyyən məlumatlar əldə etmək olar...

Burada da iddia deyil, canlı fakt danışır. Direktorun bu vəzifəyə təyin olunduğu vaxtdan indiki dövrə qədər olan fəaliyyəti araşdırılmalıdır... Təhsil müəssisəsində olan bu cür özbaşınalıqların məlum səbəbkarlarının digər əməlləri, təhsilin idarə olunmasında etdikləri nöqsanlar üzə çıxarılmalı, fəsadlar müəyyən olunmalıdır.

Direktordan mənə yazılan əlavənin digərlərindən niyə az yazıldığını soruşanda səsləndirdiyi cavablar: (“Kim ayrı-seçkilik salır?”, “Bərabər yazılanda nə olur” sualına verdiyi cavab: “pul az idi” (SƏS. 3. Gələn dəfə o biriləri az alacaq). Daha sonra “məktəbdə olan xərclərdən xəbərin var” sualını verir. Sualına, sualla cavab verirəm: “nə barədə xərc”? Cavab: “işıq pulu, cibimdən verirəm”... “Dövlət heç nə ayırmır” sualına verdiyi cavab: “çoxdan işlədib...”

Bu nə cavabdı? Bu cür “rəngarəng” cavablarla direktorun özünü təmizə çıxarmaq cəhdi... Çıxış yolunu mənim pulumu az yazmaqda tapmısan? Bu cür özbaşınalığı etməyə kim səlahiyyət verib?

Dövlət tərəfindən maliyyələşən təhsil müəssisəsində oturub, işlətdiyi ifadə: “İşıq pulunu cibimdən verirəm...”. Görəsən, Sərdar Şərifovun cibi haradan MALİYYƏLƏŞİR? Bu sehrli cibə necə sahib olub? Sərdar Şərifov belə deyir, bəs qanunlar?

Goründüyü kimi, dövlət qanunlarının Sərdar Şərifova heç bir aidiyyəti yoxdur, onun öz iş üsulu var...

Digər bir sual və cavab. Pulun nə qədər yazıldığını soruşur, “53 manat” cavabını alır… Və “naşükür olmamağa” çağırır.

Vəzifəsindən faydalanan, özünə hər cür şərait yaradan, direktor müəllimin maaşına göz dikməkdən utanmaq, xəcalət çəkmək əvəzinə, “naşükürlük etməməyə” çağırır... Yəni “mən nə istəsəm edə bilərəm, sən sus, naşükür olma”... “Mən vəzifədə ola bilərəm, özümə güzaran qura biləram, mən rahat firavan yaşaya bilərəm, sən ehtiyac içində sürünsən də olar”,- demək istəyir yəqin... Vəzifənin gücünə arxalanıb, göstəriş verir.

Bu, özbaşınalığın bariz nümunəsi deyilmi?. Müəllimin zəhmət haqqına sahib çıxıb, verdiyi hökmə baxın!..

Məlumat üçün deyim ki, qanuna əsasən, kolleclərdə çalışan pedaqoji işçilərin dərs saatları 1,5 stavka əsas, 0,5 saat isə saathesabı nəzərdə tutulub. Lakin Sərdar Şərifov qüvvədə olan qanunlara məhəl qoymadan, 0,5 saatımı heç bir əsas göstərə bilmədiyi halda kəsdi. Nəticədə o zamandan artırılan maaşların mənə heç bir faydası olmadı. Yəni 0,5 stavka dərs saatım kəsildiyi üçün, cənab Prezidentin sərəncamına əsasən həyata keçirilən maaş artımlarının təsiri olmadı. Çünki bir yandan maaş artdı, digər tərəfdən dərs saatlarım kəsildi. Rəhbərlik tərəfindən mənə vurulan zərbə nəticəsində həmin saatlardan təqaüd fonduna köçürüləcək məbləğlər itirildi.

Sevinc Abdurrahmanovanın “yoxlama” adına məndən almaq istədiyi məbləği verməkdən imtina etməyim nəticəsində əllərinə düşən fürsət onlara təkan verdi, pillə-pillə mənə qarşı təsir göstərməyə başladılar, əvvəl əlavə pulu az yazdılar, sonra dərs saatlarımı kəsdilər. Nəhayət, yaş bəhanəsi ilə işdən azad etdilər. Yenə də mənə dövlətin verdiyi hüquqlarımdan istifadə etməyə imkan vermədilər... Bu məqamdan da “faydalana” bildilər... Təqaüd yaşının çatmasının səhəri günü işimə xitam verməsi fərasəti nədən xəbər verir? Qanunların verdiyi bütün imkanlardan maksimum yararlanmaq lazımdır. Ən azı bu gün mediada müzakirə mövzusu olan “yaş məsələsi” ilə əlaqədar səsləndirilən fikirlərə diqqət yetirmək, bəhrələnmək daha qiymətli olardı...

Təəssüflər olsun ki, neçə illərdir qüvvədə olan qanunlara məhəl qoymayan, dərs saatlarımı kəsən, hüquqlarımı pozmaqla dövlətin qanunlarına göz yuman direktorun bu yerdə “gözü açıldı”, qanunu əlində bayraq etdi, iş fəaliyyətimə (17.01.2025) xitam verdi... Hətta 22.01.2025-ci il tarixində mənim tələbələrimin imtahanında iştirakıma maneə yaratmağa çalışdılar. Diqqət edin, hətta semestri başa vurmağa belə imkan vermədilər...

Bu addımları o şəxsə qarşı atdılar ki, (direktor Sərdar Şərifovdan fərqli olaraq...) tədris etdiyi ixtisasın proqramını tərtib edib, bu ixtisas üzrə neçə-neçə gənc kadrların yetişdirilməsində xidmətləri olub, uzun illərin təcrübəsi əsasında iki cildlik dərs vəsaitini hazırlayıb çapa təqdim edib...

Xatırladım ki, hazırladığım dərs vəsaiti çap üçün yığılma mərhələsindədir. Digər iki dərs vəsaitim də tədris üçün vacib və əhəmiyyətlidir. Hər iki vasait tədris olunan fənnin daha mükəmməl tədrisi üçün əhəmiyyətli olacaq, vasait çatışmazlığından olan boşluğu aradan qaldıracaq, ehtiyacı ödəyəcək, tədrisimizə layiqli töhfə olacaq.

Bütün bu dediklərimin davamı olaraq bildirirəm ki, direktorun “səyi” nəticəsində mənə dəyən ziyan, vurulmuş maddi və mənəvi zərərin, diqqətdən yayınmaması üçün lazımi məlumatları bir daha xatırladıram. Ümid edirəm ki, təqdim etdiyim faktlar lazımi qurumlara catacaq, əməli işlər görüləcək. Nəticədə dəymiş ziyanın, vurulmuş zərərin əvəzi olaraq qanuni yolla təzminatı mümkün olacaq.

Digər tərəfdən, uzunmüddətli səmərəli pedaqoji fəaliyyətim nəzərə alınaraq, ölkəmizdə qüvvədə olan qanunvericiliyə əsasən təcrübəli və yüksək iş qabiliyyəti olan kadr kimi, uzunmüddətli səmərəli pedaqoji fəaliyyətim nəzərə alınaraq, (diferensial yanaşma) əmək fəaliyyətimin daha 5 il davam etdirilməsi mümkün olacaq...

Nəhayət, aidiyyatı qurumlar vəziyyətin ciddi olduğunu nəzərə alaraq araşdırmalara başlayacaq, eyni zamanda mənim pozulmuş hüquqlarımın bərpası təmin olunacaq...

Ən başlıcası isə təhsildə olan bu cür neqativ halların qarşısı alınacaq, kollecdə şəffav mühit yaradılacaq. Kollec təhsilə, təhsil millətin gələcəyinə xidmət edəcək.

İlham SALMANOV: Pedaqoq

Yenixeber.org











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şərurlu İsfandiyar işi dayandırdı: Min nəfər işsiz qaldı - TƏFƏRRÜAT
Bu gün, 17:13
"Onları Şəhidlər xiyabanında dirəyə bağlamaq lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 17:05
Mən Prezident olduğum müddətdə ABŞ qoşunları Ukraynaya göndərilməyəcək - Tramp
Bu gün, 17:01
Krımın Ukrayna qaytarılması və Ukraynanın NATO-ya üzv olması mümkün deyil - ABŞ lideri
Bu gün, 16:54
Ukrayna çoxlu ərazi qazanacaq - Tramp
Bu gün, 16:49
İranı həyəcanlandıran siyahı: düşmənin dövlət sirri ələ keçdi – Tək şərt var
Bu gün, 16:41
Müğənni Rəqsanə İsmayılovanın apellyasiya şikayətinə baxılacaq
Bu gün, 16:37
Şair Məmməd İsmayıl vəfat edib
Bu gün, 16:36
Daha bir əməliyyat rəzaləti: Xəstənin çılpaq görüntüləri yayıldı - VİDEO
Bu gün, 15:35
Sülh göyərçinləri uçurdan bir dövlət kimi görünməkdənsə, güclü olmağın tərəfdarıyam - Tural Abbaslı
Bu gün, 15:29
“Tramp marşrutu”nun təhlükəsizliyini kim TƏMİN EDƏCƏK... - Paşinyan AÇIQLADI
Bu gün, 15:27
Bakıda cütlük nişan günü ayrıldı - Film kimi məhkəmə
Bu gün, 15:19
İmamoğlu həbsxanadan MÜSAHİBƏ VERDİ: - Onun prezidentliyə namizədliyini DƏSTƏKLƏDİ
Bu gün, 15:13
Ukrayna qüvvələri Rusiyanın yanacaq qatarını məhv edib
Bu gün, 15:04
Neft işçiləri ETİRAZ edir: Yeni sədrin QANUNSUZ əməlləri - SKANDAL MƏLUMATLAR
Bu gün, 14:56
Netanyahu Avstraliyanın Baş nazirini zəif siyasətçi adlandırıb
Bu gün, 14:50
Üçüncü qüvvələrin sərhədlər yaxınlığında olması ilə bağlı narahatlığımız aradan qaldırılmalıdır - İran Prezidenti
Bu gün, 14:45
Gəncədə dayısı və arvadını bıçaqlamaqda təqsirləndirilən şəxs 19 il azadlıqdan məhrum edilib - TƏFƏRRÜAT
Bu gün, 13:38
Ağ Evdə Ukrayna müzakirələri: - "Mən hamını sevirəm, rusları da"
Bu gün, 13:00
Azərbaycan Fransaya neft satışını bərpa edib – Ölkələrin siyahısı
Bu gün, 12:58
Tramp həmin görüşdə Azərbaycandan danışdı - “Armİnfo”
Bu gün, 12:55
“İçinizdə hürün, insanların inancına…” – Kamrandan Vüqara sərt sözlər
Bu gün, 12:51
İnstaqramda özünü kanal rəhbəri kimi təqdim edən şəxs həbs edilib
Bu gün, 12:47
Rusiya-Ukrayna SAVAŞI DAVAM EDƏCƏK... - Görünəni odur ki...
Bu gün, 12:42
"Onlara “dur” deyən yoxdur..." - NARAZILIQ VAR...
Bu gün, 12:38
Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı - NƏ BAŞ VERİR?
Bu gün, 12:30
Nazirlik mindən çox mənzilin qiymətini bu şirkətlə müəyyən edəcək - TENDER NƏTİCƏSİ
Bu gün, 12:27
Ermənistanın Yekaterinburqdakı konsulluğu bağlanıb - “Ura.ru”
Bu gün, 12:24
İrəvan və Bakı arasında imzalanan sənədlər sülh sazişinin əsasını təşkil edə bilər - MDB-nin Baş katibi
Bu gün, 12:22
Qaz keçir... sərfiyyat qeydə alınmır və belədə qaz itkisi yaranır - DÖVLƏTİN SƏRVƏTİ BELƏ TALANIR...
Bu gün, 12:14
Əsas "nüvə"si AFFA-da təmsil olunan "Azərlotereya" yenə Premyer Liqaya "çökdü" - “Misli” futbolumuza nə verib, nə alır?
Bu gün, 12:07
ABŞ-nin yeni səfirinin Bakıya gəlişi tezləşir - Gözlənti
Bu gün, 11:58
Ermənistan ordusunda kütləvi ixtisarlar başlayıb – “Hraparak”
Bu gün, 11:55
Yetərsay çatmadı, bir qurumun 2 tenderi - LƏĞV OLUNDU
Bu gün, 11:25
Bağlanmış müqaviləni icra edə bilməyən “GROVV AUDİT AND CONSULTİNG” QSC satınalmalarda necə qalib çıxır - İLGİNC FAKTLAR...
Bu gün, 11:21
“Elə kişilər var ki, atası onun əvəzinə bir lək soğan əksəydi, daha yaxşı olardı” - ETİRAZ
Bu gün, 11:17
Zaman ermənilərin əleyhinə işləyir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:02
Astarada başçıya söykənən ÖZBAŞINALIQ... - İTTİHAM VAR...
Bu gün, 11:00
Laricani “batan İran gəmisini” xilas edə biləcəkmi? - NƏ BAŞ VERİR?
Bu gün, 10:58
“Azərbaycan Dəmir Yolları” ilə tenderdə qalib olan şirkət arasında PUL QALMAQALI - “Vaqonlar üçün keyfiyyətsiz materiallar verilirdi, ona görə...”
Bu gün, 10:55
"İbrahim sazişləri" ilə nə etməli?.. - İNCƏLƏMƏ
Bu gün, 10:50
Yaxşı ki ÇOX AZSINIZ: YOX QƏDƏRİNDƏ... - AKTUAL
Bu gün, 10:41
Soydaşlarımıza və SOCAR-a qarşı sistemli HÜCUMLAR – Rusiyanın hitlerizm siyasəti daha da RADİKALLAŞIR
Bu gün, 10:25
Mirzoyan Ermənistanın xarici ölkələrdəki səfirləri ilə Zəngəzur dəhlizi layihəsini müzakirə edəcək
Bu gün, 10:22
"Rasim Balayev 700 manat verdi, təkəm, heç kim kömək etmir" - Xalq artistinin məzar daşı niyə qoyulmayıb?
Bu gün, 10:20
“Nar” nüfuzlu “Stevie” mükafatına layiq görüldü - FOTO
Bu gün, 10:18
“İranda Pezeşkianı “İranın Paşinyanı” adlandırırlar” - “Hraparak”
Bu gün, 10:15
Vaşinqtonda Ukraynaya verilən təhlükəsizlik təminatları - İNCƏLƏMƏ
Bu gün, 09:57
Rəsmən dilənçilik edirlər... - ETİRAZ VAR...
Bu gün, 09:51
Davudoğlu “Ərdoğan yolu”nda qəzaya düşdü – Bakıya tarixi xəyanət…
Bu gün, 09:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru