İranın hava sahəsi qismən bağlandı .....                     Rusiyanın Zaxarovanın dili ilə burcutmaqlığı... .....                     Texnoloji yeniliklərin verdiyi imkanlar medianı silaha çevirib .....                     Yekaterinburqda saxlanılan azərbaycanlıların nədə “ittiham” olunduqları açıqlandı .....                     Bəylər Eyyubovu əvəz edən Fərid Əsgərovla bağlı maraqlı faktlar .....                     Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... .....                     Moskva-Bakı xəttində gərginlik və: ağıllarını itrimişlərin hücum çağırışları .....                     “Rabitəbank”da yeni təyinat .....                     Hacı İbrahimin şirkətlərindən biri borca düşdü, .....                     Rus dili bölməsinin ləğvi bu müddətə qədər tamamilə başa çata bilər .....                     Rusiyanın UKRAYNA BƏHANƏSİ... .....                     Yekaterinburqda saxlanılan azərbaycanlılara qarşıittiham irəli sürüldü .....                     AZAL-ın təyyarəsi ilə bağlı vəziyyətin təhrif edilməsi cəhdləri qəbuledilməzdir .....                     Faciəvi şəkildə ölən Könül qazi xanımı imiş .....                     Rusiyanın Azərbaycan səfiri Xarici İşlər Nazirliyinə çağırılıb .....                     Ofislərində 2 milyon manat aşkarlanan kibercinayətkarlıqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb .....                     Səhiyyəyə ayrılmış 2,5 milyonluq satınalma dayandırıldı .....                     Gəncə şəhər stadionu yenidən qurulur .....                     Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin cinayət işi .....                     “106 min ödəmişəm, yaşamağa evim yoxdur” .....                     "Zaura pul verib efirə çıxım, it kimi mahnı oxutdursunlar?" .....                     Keçmiş direktorun "prava" dələduzluğu .....                     Binəqədidə 10 nəfərin ölümü ilə nəticələnən partlayışda ölənlərin yaxınlarına 30 min manat təklif edilib .....                     "Rusiyada çox qorxur və imperiya ambisiyalarını cilovlaya bilmirlər" .....                     "Onları məndən qabaq qəbiristanlığa göndərməyin" .....                     Müəllim yox, dərslik çatışmır: Rus məktəbləri pullu olmalıdır .....                     Makrondan vaxtuzatma oyunları: .....                     Rusiya türk ölkəsinə qarşı da eyni addımı atdı .....                     Ermənistan Rusiyaya xəbərdarlıq etdi .....                     ABŞ-ın Azərbaycan və Ermənistana bağlı planı... .....                     “Expressbank”dan “AccessBank”a transfer .....                     Peterburqda azərbaycanlı iş adamını evinə basqın edib saxladılar .....                     Məhkəmə zalında dəhşətli SPİD etirafı .....                     Rusdilli məktəblərin bağlanması gündəmdə .....                     Serj Sarkisyana qarşı yeni ittiham irəli sürülüb .....                     Rusiyadan daha bir RƏZALƏT .....                     "İş tapa bilmirəm, ər çörəyi yeyirəm" .....                     Azər Qasımlının məhkəməsindən .....                     Doğrudanmı, Azərbaycan Rusiyadan uzaqlaşır? .....                     Paşinyandan GÖZLƏNİLMƏZ ADDIM .....                 

Gömrükdəki köhnə iddialar və kölgələr... - Yeni sistem də bir işə yaramırsa...
Tarix: 12-05-2025, 01:59 | Çap et
Gömrükdəki köhnə iddialar və kölgələr...
Ondan başlayaq ki, Gömrük Komitəsinin bütün sədrlərinin dövründə bu sahədə müxtəlif problemlərin varlığının, sahibkarlarla qurum arasında müxtəlif narazılığın şahidi olmuşuq. İnsafən demək lazımdır ki, yeni Komitə sədri Şahin Bağırovun dövründə əvvəlki illərdə yaranan daha ciddi, biabrıçı, daha dərin problemlər, sistemsizlik aradan qaldırılıb, sistem demək olar ki, avtomatlaşdırılıb, tam olmasa da müəyyən müsbət sistemli hala salınıb.

Amma bu o demək deyil ki, Gömrük sistemində hər şey idealdır. Təbii ki, uzun illərin qalaqlanmış problemlərini qısa bir zamanda düzəltmək, tamamilə şəffaflaşdırmaq çətindir. Hələ o yerdə külli miqdarda pul varsa və ya milyonları qazanmaq mümkündürsə.

Bu ölkədə hər kəs yaxşı bilir ki, Gömrük işində böyük pul, qazanc var və bu sahə sıradan bir sahə deyil. Amma əvvəlki Gömrük sədrlərinin dövründə olan daha böyük qanunsuzluqların indi şahidi olmasaq da, müəyyən nöqsanları, işlərin tamamilə şəffaf şəkildə getmədiyini də demək lazımdır. Yəni, Azərbaycanın Gömrük sistemində hər şey tamamilə ideal deyil. Təkcə uzun illərdir davam edən "qanunsuz şirkətlər" problemi nəinki kökündən aradan qaldırılıb, əksinə başqa bir müstəvidə, başqa bir formada məntiqi ardıcıllıqla fəaliyyətdədir.

Bu günlərdə gömrük sistemində sükutu pozan, ciddi ittihamlı bir hadisə baş verdi. Ölkənin demək olar ki, əksər mətbu orqanlarında “Lion Centre” MMC-nin direktoru, iş adamı Ramil Aslanovun ciddi ittihamları səsləndi. İş adamı Ramil Aslanov iddia edirdi ki, Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov ondan saxta hesablamalar və sənədlərlə 97 min manat pul tələb edib və işi Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsinə göndərib. Sübut əhəmiyyəti kəsb etməyən sənədlərə əsaslanaraq cinayət işi qaldırıb.

İş adamı Ramil Aslanov Bakı Baş Gömrük İdarəsinin qarşısında qanunsuzluğa etiraz edib - Pul tələbinə görə - VİDEO
Bütün bunlardan sonra Gömrük Komitəsi də “Lion Centre” MMC-nin rəhbərinin şikayətinə münasibət bildirib. 5 bəyannamə üzrə malların invoys qiymətləri şübhə doğurduğundan araşdırma aparılıb. Sənədlərə əsasən qeyd edilən mallara dair invoys qiymətlərinin dəfələrlə azaldılması və nəticədə xeyli miqdarda, cəmi 98 min manata yaxın məbləğdə gömrük ödənişlərinin ödənilməsindən qəsdən yayınılması müəyyən olunub.

Həmçinin qurumun rəsmi məlumatlarında qeyd olunub ki, “Lion Centre” MMC-nin rəhbəri yanlış məlumatlar yayır: “2024-cü il və 2025-ci ilin ilk 4 ayı ərzində “Lion Centre” MMC adlı sahibkarlıq subyekti gömrük rəsmiləşdirilməsinə 100 ədəd gömrük bəyannaməsi təqdim edib. 100 ədəd gömrük bəyannaməsi üzrə dəyər dürüstləşdirilməsi nəticəsində fərq məbləği 1 532 398 manatdır ki, bu fərqlərin 87%-i bəyannamənin ilkin tərtibatı zamanı sahibkar tərəfindən könüllü surətdə reallaşdırılıb. “Lion Centre” MMC adına rəsmiləşdirilən hər bir gömrük bəyannaməsi üzrə uyğunsuzluqların aşkar edilməsi və düzgün bəyan etməmə faktları mütəmadi hal alıb. “Lion Centre” MMC tərəfindən əvvəllər də dəfələrlə gömrük qaydalarının pozulması hallarına yol verilib.

Elə əsas məsələ də budur. Sahibkar bir söz deyir, rəsmi qurum başqa söz... Yəni, hər iki tərəf bir birini ittiham edir. Elə problem də budur... Bütün bu faktlardan sonra bir daha söyləmək olar ki, Gömrükdə hələ də tam şəffaf sistem fəaliyyət göstərmir və sahibkarlarla rəsmi qurum arasında bir etibarsızlıq, inamsızlıq və müəyyən intriqa mövcuddur.

Ümumiyyətlə, belə qalmaqallı mövzuların zaman-zaman şahidi oluruq. Bəzən sahibkarlara dəstək verən məmurlar və ya "köhnə gömrükçülər" gömrüklə sahibkarlar arasında böyük bir uçurum yaratmaqda maraqlı olurlar. Onların müəyyən mənada dəstəkçisinə çevirilib sahibkarla rəsmi qurum arasında narazılıq yaratmağa çalışırlar. Əvvəlki illərdə də belə məlumatların dəfələrlə şahidi olmuşuq. Filan gömrük məmuru filan şirkətə böyük dəstək verir, onun əli ilə qazanır və sairə... Təbii ki, bu əvvəl də olub, indi də var. Yayılan məlumatları, ortaya çıxan faktları izlədikcə maraqlı detallar ortaya çıxır. Bəzən bu detallara göz gəzdirdikcə ortaya yuxarıda ehtimal edilən halların oxşarlığı yaranır.

Ümumiyyətlə, Azərbaycanın Gömrük sistemi tam şəffaf deyil və burda müəyyən problemlər mövcuddur. Bunu danmaq mümkün deyil. Bəzən isə bu problemlərin səbəbi elə sahibkarların özlərinin qanunları pozmaları, bilməmələri və ya müəyyən hallarda işi ciddiyə almadıqları üçün yaranır.

Məqalələrdə maraqlı bir nüans keçir və bu eynilə əvvəlki illərdə olduğu kimi eyni dalğa, eyni koordinatı xatırladır.

İş adamı şikayətində deyib ki, Baş Gömrük idarəsinin rəisi Elmir Ramazanov ona və şirkətinə qarşı təzyiqlər göstərilməsi üçün Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsinə sifariş verib. Hazırda Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsinin rəis müavini vəzifəsində çalışan İlkin Bağırov cinayət işi qaldırıb.

Diqqət edin, həmişə olduğu kimi, yenə də Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsi və müavinin adı hallanır... Deməli nə varsa, elə burda var. Deməli bu İdarənin işində ya hələ də əmmalar var, ya da sahibkarlar bu İdarənin işinə kölgə salmağa çalışırlar. Sahibkarlara inansaq əmma var, quruma inansaq sahibkarlar səhv addımlar atır.

Xatırlayırsızsa, DGK-nın sabiq sədri Səfər Mehdiyevin zamanında bu postu, Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsinin rəis müavini vəzifəsini Fikrət Ələsgərli tuturdu. F. Ələsgərli DGK Əməliyyat-İstintaq Baş İdarəsinin həbs edilən rəisi Məsum Rəsulovun müavini idi. Bu şəxslərin hər ikisi DGK-nın sabiq sədr Səfər Mehdiyevin kadrlarından hesab olunurdu. Səfər Mehdiyevin sədr olduğu dönəmdə sahibkarlar əsasən Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsindən şikayət edər, rəis müavini Fikrət Ələsgərlinin adını çəkədrilər. Sonradan Fikrət Ələsgərli vəzifədən uzaqlaşdı və iş adamı kimi fəaliyyət göstərəcəyini açıqladı.

Ümumiyyətlə, Gömrük komitəsində zaman-zaman köhnə komanda ilə yeni komanda arasında ciddi konfliktlərin şahidi olmuşuq. Yuxarıda da qeyd etdiyimiz kimi, sahibkarları öz kurasiyalarına alan Gömrük məmurları işdən çıxarıldıqdan sonra yenə də qurumda qalan köhnə komanda yoldaşlarının əli ilə öz fəaliyyətlərini davam etdirirlər. İstəkləri baş tutmadıqda sahibkarları qurumdan narazı olmağa sövq edirlər. Bəzən köhnə komanda üzvləri yaranmış vəziyyətdən istifadə edərək yeni komanda üzvlərini günahlandırmağa, onları qaralamağa çalışır, yeni komanda isə əlindəki imkanlardan istifadə edərək özünü müdafiə etməyə cəhd edir. Uzun illərdir belə halların şahidi oluruq. Bəlkə də elə gömrükdə köhnədən qalanlar vəziyyətin bu həddə çatmasını bilərəkdən istəyir. Yəni bu onu göstərir ki, gömrükdə vəziyyət hələ də ürəkaçan deyil və hələ də köklü islahatlara ehtiyac var.

Bütün bu hallar bütünlüklə ölkənin və gömrüyün fəaliyyətinə, quruma qarşı inama ciddi təsir göstərir, davamlı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən, ölkəsinə gəlir gətirmək istəyən sahibkarların fəaliyyətinə kölgə salır, onları qorxudur. Məmur davaları, köhnə komanda üzvlərinin davamlı təzyiqləri, yeni komandanın fəaliyyətini zəiflətmək və gözdən salmalar birbaşa dövlətə ziyan vurur ki, bunun təsirini xalq görür.

Bu gün Azərbaycan Gömrük sistemində hər şey əla olmasa da, əvvəlki illərdən çox fərqlənir. Bunu etiraf etmək lazımdır. Amma onu da demək lazımdır ki, bəzi məqamlarda çatışmazlıqlar mövcuddur ki, bu da yenə köhnə komanda üzvlərinin, milyonlar qazanan və ya qazanmaq istəyən məmurların, köhnə gömrükçülərin və ya lap elə təzə gömrükçülərin qanunsuz, naşı əməllərinin nəticəsidir.

Bu gün hansısa bir sahibkar qanunsuz olaraq incidilirsə, yolverilməzdir. Yaxud əksinə, hansısa sahibkar Gömrüyə haqsız olaraq qara yaxmağa çalışırsa bu da yol verilməzdir. Tam şəffaf şəkildə fəaliyyət həyata keçirilməlidir – istər dövlət qurumu, istərsə də sahibkar öz məsuliyyətini hiss etməli və qanunların tələblərindən irəli gələrək addım atmalıdır. Qara atmaqla, ləkələməklə, sahibkarı incitməklə, qanunsuz əməllərinə göz yummaqla Azərbaycanın inkişafına, büdcənin güclənməsinə nail olmaq mümkün deyil.

/Bizimxeber LIVE BLOG









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İranın hava sahəsi qismən bağlandı
Bu gün, 18:07
Rusiyanın Zaxarovanın dili ilə burcutmaqlığı... - AKTUAL
Bu gün, 18:03
Texnoloji yeniliklərin verdiyi imkanlar medianı silaha çevirib - Rəşad Məcid
Bu gün, 18:01
Yekaterinburqda saxlanılan azərbaycanlıların nədə “ittiham” olunduqları açıqlandı - DETALLAR
Bu gün, 17:58
Bəylər Eyyubovu əvəz edən Fərid Əsgərovla bağlı maraqlı faktlar - TƏFƏRRÜAT
Bu gün, 17:56
Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
Bu gün, 17:53
Moskva-Bakı xəttində gərginlik və: ağıllarını itrimişlərin hücum çağırışları - GƏLİŞMƏ
Bu gün, 17:47
“Rabitəbank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 17:43
Hacı İbrahimin şirkətlərindən biri borca düşdü, digəri riskli vergi ödəyiciləri siyahısına daxil edildi
Bu gün, 17:41
Rus dili bölməsinin ləğvi bu müddətə qədər tamamilə başa çata bilər - AÇIQLAMA
Bu gün, 17:36
Rusiyanın UKRAYNA BƏHANƏSİ... - ŞƏRH
Bu gün, 17:33
Yekaterinburqda saxlanılan azərbaycanlılara qarşıittiham irəli sürüldü - TƏFƏRRÜAT
Bu gün, 17:30
AZAL-ın təyyarəsi ilə bağlı vəziyyətin təhrif edilməsi cəhdləri qəbuledilməzdir - Rəsmi Bakı
Bu gün, 17:26
Faciəvi şəkildə ölən Könül qazi xanımı imiş - FOTO
Bu gün, 17:22
Rusiyanın Azərbaycan səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
Bu gün, 17:17
Ofislərində 2 milyon manat aşkarlanan kibercinayətkarlıqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 17:16
Səhiyyəyə ayrılmış 2,5 milyonluq satınalma dayandırıldı - DETALLAR
Bu gün, 17:09
Gəncə şəhər stadionu yenidən qurulur - 90 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 17:07
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin cinayət işi məhkəməyə göndərilib
Bu gün, 17:03
“106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
Bu gün, 16:15
"Zaura pul verib efirə çıxım, it kimi mahnı oxutdursunlar?"
Bu gün, 16:11
Keçmiş direktorun "prava" dələduzluğu - TƏFƏRRÜAT
Bu gün, 16:07
Binəqədidə 10 nəfərin ölümü ilə nəticələnən partlayışda ölənlərin yaxınlarına 30 min manat təklif edilib - MƏHKƏMƏ
Bu gün, 16:03
"Rusiyada çox qorxur və imperiya ambisiyalarını cilovlaya bilmirlər"
Bu gün, 15:58
"Onları məndən qabaq qəbiristanlığa göndərməyin"
Bu gün, 15:36
Müəllim yox, dərslik çatışmır: Rus məktəbləri pullu olmalıdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:28
Makrondan vaxtuzatma oyunları: - Avropanın müharibəni dayandırmağa siyasi gücü yoxdur
Bu gün, 15:26
Rusiya türk ölkəsinə qarşı da eyni addımı atdı – Azərbaycandan cavab gəldi
Bu gün, 15:17
Ermənistan Rusiyaya xəbərdarlıq etdi
Bu gün, 15:11
ABŞ-ın Azərbaycan və Ermənistana bağlı planı...
Bu gün, 15:09
“Expressbank”dan “AccessBank”a transfer - BUNDAN SONRA...
Bu gün, 15:08
Peterburqda azərbaycanlı iş adamını evinə basqın edib saxladılar - VİDEO
Bu gün, 14:57
Məhkəmə zalında dəhşətli SPİD etirafı – Bakıda kuryer tanış olduğu qadınları ölümcül xəstəliyə yoluxdururmuş
Bu gün, 14:51
Rusdilli məktəblərin bağlanması gündəmdə - "Ciddi dövlət nəzarəti olmalıdır"
Bu gün, 14:47
Serj Sarkisyana qarşı yeni ittiham irəli sürülüb
Bu gün, 14:44
Rusiyadan daha bir RƏZALƏT - Azərbaycanlı ailə deportasiya edildi
Bu gün, 13:15
"İş tapa bilmirəm, ər çörəyi yeyirəm"
Bu gün, 13:12
Azər Qasımlının məhkəməsindən YENİ XƏBƏR
Bu gün, 13:06
Doğrudanmı, Azərbaycan Rusiyadan uzaqlaşır? - Bahəddin Həzi yazır...
Bu gün, 13:02
Paşinyandan GÖZLƏNİLMƏZ ADDIM – Gürcüstan ssenarisi Ermənistanda da REALLAŞACAQ?
Bu gün, 12:56
Kəbirə Məmmədova klinikasını satdı
Bu gün, 12:52
Əməkdar artist xəstəxanadan evə buraxıldı
Bu gün, 12:42
Daha bir ölkədə AZƏRBAYCANLI OVU DAVAM EDİR - Rejissorumuz həbs olundu
Bu gün, 12:36
Media haqqında qanuna daha bir ƏLAVƏ
Bu gün, 12:34
Rus bölmələrini bağlayın, Çin bölmələri açın! - Çağırış
Bu gün, 12:23
Güzəştə getsək, Rusiya daha ağır şərtlərlə üstümüzə gələcək - Cəlaloğlu
Bu gün, 12:20
Paşinyan sülhdən, keşişlər müharibədən danışır - NƏ BAŞ VERİR?
Bu gün, 12:14
"Bu tur şirkətinə inanıb, aldanmayın..." - ÇAĞIRIŞ
Bu gün, 12:09
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
Bu gün, 12:03
Rusiyanın ölkəmizdə 10 minlərlə agenti var - Firudin Ağasıoğludan ŞOK İDDİA
Bu gün, 11:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru