Paşinyan kilsəyə yeni hücuma hazırlaşır .....                     Texnologiya Universitetində kafedra müdiri KAFE İŞLƏDİRSƏ... .....                     Yeni icra başçısı köməkçisini işdən çıxardı .....                     "Gözdən uzaq, könüldən iraq" qiymətlər... .....                     BU PULLA AİLƏ DOLANDIRMAQ OLAR? .....                     Naxçıvan Perinatal Mərkəzinin direktoru işdən çıxarılıb .....                     "Yalnız şəhərin mərkəzi yerlərini abadlaşdırırlar..." .....                     "Mənim və ailəmin nə Naxçıvan şəhərində, nə Şərurda, nə də..." .....                     LÜKS EVLƏR... YOXSA LÜKS ÖLÜM MƏNBƏYİ? .....                     Nizami Rəmzinin qızından Samirəyə CAVAB .....                     Saleh Məmmədovun kadrının ölkədən çıxışına “stop” qoyula bilər .....                     Tahir Kərimlidən Cümşüd Nuriyevə cavab .....                     "Bu gecikməni kim kompensasiya etməlidir?" .....                     Zəngəzur dəhlizi bu tarixdə işə düşəcək .....                     Həkim prokurorluğa yalan məlumat veribmiş .....                     Sarayda 20,3 milyon manata binalar tikəcək şirkət .....                     Yevlax Pilot Aqroparkın idarə olunmasına görə haqqın məbləği müəyyənləşib .....                     Maliyyə sıxıntısı yaşayan şirkət əmlakını satır .....                     Azər Türk Bank-da yeni təyinat baş tutub .....                     10 manatlıq qida şirkətinin vergi borcu 4,8 milyon manata yaxınlaşıb .....                     AQTA-nın regional bölməsinin mühüm sənədi yoxa çıxıb .....                     “Azərbaycan Sənaye Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     İcra başçılarının maaşı narazılıq doğurdu .....                     Gəncə Dövlət Universitetində NƏ İŞLƏR ÇEVRİLİR... .....                     "2024-cü ildə dövlət büdcəsinin 30 faizindən çoxu idarəetməyə sərf olunub" .....                     Rusiya prezidentinin vurulan təyyarə ilə bağlı Düşənbədə verdiyi söz yerinə yetiriləcəkmi? .....                     BU NƏDİR BELƏ: Elə bil oğurluq mal satırlar... .....                     AZƏRİQAZ-da hansı qanunlar keçərlidir... BİLİNMİR! .....                     "Mən göydə Allaha, yerdə Cənab Prezident İlham Əliyevə güvənirəm" .....                     Qafqazda TRİPP reallığı: İrəvan Tiflisi “sıradan” çıxarır .....                     Həsənovun 7 aylıq xərci: 22 milyon... .....                     “Pilgrim Education“ xaricdə təhsil şirkətindən şikayət .....                     Sabunçuda tam olaraq BAŞ(ÇI)SIZLIQDIR .....                     Pirallahıda məmurlar başçıdan gileylənir .....                     Siqaretin qiyməti 2 dəfə BAHALAŞACAQ .....                     Polisin qanuni əmrinə tabe olmayan Vətən müharibəsi iştirakçısı cərimə edilib .....                     "Tamam başqa cür qız idi... .....                     Azərbaycanda bu nazirliklər və qurumlar birləşə bilər .....                     Tramp Ukraynadakı müharibənin maliyyələşdirilməsini dayandırıb .....                     ABŞ-la Ermənistana qalsa, layihə iki il ləngiyəcək .....                 

İcra başçılarının maaşı narazılıq doğurdu - təklif
Tarix: Bu gün, 09:42 | Çap et

Azərbaycanda icra başçılarının maaşları ilə bağlı yeni müzakirələr başlayıb. Məsələni gündəmə gətirən ReAl Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərlinin açıqladığı rəqəmlər göstərir ki, icra hakimiyyəti rəhbərlərinin məvacibi bölgələr üzrə kəskin fərqlənir və kifayət qədər yüksəkdir.

Ekspertin təqdim etdiyi məlumatlara görə, Bakı şəhərinin icra başçısı 7650 manat maaş alır. Gəncə və Sumqayıt şəhərlərinin icra başçıları 5625 manat, əhalisi 100 mindən çox olan rayonların rəhbərləri 4587 manat, 50-100 min nəfər arası əhalisi olan rayonlarda bu məbləğ 4225 manat, 50 minədək əhalisi olan rayonlarda isə 3837 manat təşkil edir. Bu məbləğlərdən əlavə 14% gəlir vergisi, 3% DSMF, 2% tibbi sığorta, 0,5% işsizlik sığortası və 1% siyasi partiyaya üzvlük haqqı tutulur.

Natiq Cəfərli bildirib ki, bu maaşlar 1 mart 2022-ci ildən etibarən ciddi şəkildə artırılıb. Onun sözlərinə görə, həmin tarixə qədər Bakı şəhərinin icra başçısının məvacibi cəmi 3060 manat idi. Kiçik rayonlarda isə fərq daha kəskin olub. Məsələn, Xızı rayonunda 2012-ci ildən fəaliyyət göstərən icra başçısı 2022-ci ilə qədər təxminən 1700 manat maaş alırdısa, hazırda tutulmalar çıxıldıqdan sonra onun aldığı məbləğ 3000 manata yaxınlaşır.

Ekspert hesab edir ki, icra hakimiyyəti sistemi artıq öz funksionallığını itirib və bu institut “köhnəlib”. Onun sözlərinə görə, icra başçılarının maaşının artırılması idarəetmədəki problemləri aradan qaldırmır, əksinə, cəmiyyətdə yeni suallar yaradır. Artıq sosial şəbəkələrdə əsas müzakirə mövzusu odur ki, yüksək maaş alan icra başçıları bu məvacibi doğruldurlar, yoxsa yox. Rayonlarda sosial problemlər qalmaqda davam edir: yolların bərbad vəziyyətdə olması, içməli su çatışmazlığı, işsizlik və kənd təsərrüfatının geriləməsi kimi məsələlər fonunda icra başçılarının aldıqları yüksək əməkhaqqı cəmiyyətdə narazılıq doğurur.

Ekspertlər bildirirlər ki, təkcə yüksək maaş korrupsiya və digər neqativ halların qarşısını almağa kifayət etmir. Son illərdə bir neçə icra başçısının rüşvət və mənimsəmə ittihamları ilə həbsi bunun bariz nümunəsidir. İdarəetmə modelinin seçkiyə əsaslanmaması, hesabatlılıq mexanizminin olmaması da korrupsiya riskini daha da artırır.

Məsələ ilə bağlı səslənən təkliflər daha ciddi islahatlara ehtiyac olduğunu göstərir. Ekspertlər hesab edir ki, icra hakimiyyəti strukturu ya tamamilə ləğv edilməli, ya da radikal şəkildə yenilənməlidir. İcra başçılarının maaşları ətrafında yaranan müzakirələr bir daha göstərdi ki, məsələ yalnız rəqəmlərdən ibarət deyil. Cəmiyyət daha effektiv, hesabatlı və korrupsiyadan uzaq idarəetmə tələb edir. Yüksək maaş isə bu sistemi, sadəcə, kosmetik şəkildə “yeni” göstərir, amma onu dəyişmir.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a bildirib ki, icra hakimiyyətləri institutu sovet dönəmindən qalıb və hazırkı dövrümüzdə özünü doğrultmur: “Biz zamanla icra başçıları barəsində cinayət işlərinin başlanması, həbs-qətimkan tədbirlərinin seçilməsi, onların məsuliyyətə cəlb edilməsi hallarının şahidi olmuşuq. Doğrudur, bu, təkcə icra başçılarına deyil, mərkəzi icra hakimiyyəti orqanlarına da aiddir. Mərkəzi icra hakimiyyəti orqanlarında rəhbər şəxslərin məsuliyyətə cəlb edilməsinin şahidi oluruq. Əgər bir insan qanunazidd əməllərə meyl edirsə, o, istənilən vəzifədə olarkən buna əl atacaq. Maaşlarının artırılması və digər dəyişikliklər bəzi icra başçılarının varlanma hərisliyinə təsir etməyəcək. Əgər sən icra başçısı təyin olunmusansa, əvvəlcədən bilirsən ki, maaşın 2000 və ya 3000 olacaq. Bu, səni qane etmirsə, heç kim səni o vəzifədə çalışmağa məcbur edə bilməz. İstəmirsənsə, istefa verib, vəzifədən çıxa bilərsən. Əgər işləyirsənsə, deməli, maaş şərtlərini və vəzifə öhdəliklərini qəbul edirsən”.

Onun sözlərinə görə, son zamanlar bir sıra icra başçılarının həbsinə şahid olduq: “Görünən odur ki, icra başçıları nəticə çıxarmaq istəmirlər. Onları hətta cinayət məsuliyyətinə cəlb olunmaq da çəkindirmir. Bir icra başçısı həbs olunursa, bu, digərlərinə də görk olmalı və onları doğru işləməyə vadar etməlidir. Əgər onlar öz əməllərini yenə də davam etdirirlərsə, bu halda düşünürəm ki, bu, ümumilikdə institutsional yanaşma prinsipini dəyişməyi zəruri edir".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan kilsəyə yeni hücuma hazırlaşır - “Ruhanilər qrupu” HƏRƏKƏTƏ KEÇİR
Bu gün, 11:21
Texnologiya Universitetində kafedra müdiri KAFE İŞLƏDİRSƏ... - İTTİHAM VAR...
Bu gün, 11:19
Yeni icra başçısı köməkçisini işdən çıxardı - ƏMR
Bu gün, 11:10
"Gözdən uzaq, könüldən iraq" qiymətlər... - Yol kənarındakı məhsullar mağaza qiymətindən baha satılır
Bu gün, 11:04
BU PULLA AİLƏ DOLANDIRMAQ OLAR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:02
Naxçıvan Perinatal Mərkəzinin direktoru işdən çıxarılıb - ƏMR
Bu gün, 10:54
"Yalnız şəhərin mərkəzi yerlərini abadlaşdırırlar..." - Yerdə qalan ərazilər isə...
Bu gün, 10:52
"Mənim və ailəmin nə Naxçıvan şəhərində, nə Şərurda, nə də..." - Əli Həsənov daha bir iddianı yalanladı
Bu gün, 10:46
LÜKS EVLƏR... YOXSA LÜKS ÖLÜM MƏNBƏYİ? - AXI NİYƏ?
Bu gün, 10:41
Nizami Rəmzinin qızından Samirəyə CAVAB - “Sözləri əzbərləyib, “De gəlsin”-ə çıxırdın, bədahətən deyə bilmirsən”
Bu gün, 10:31
Saleh Məmmədovun kadrının ölkədən çıxışına “stop” qoyula bilər - BUNA GÖRƏ...
Bu gün, 10:27
Tahir Kərimlidən Cümşüd Nuriyevə cavab – "EYNİ KURSDAYAM..."
Bu gün, 10:19
"Bu gecikməni kim kompensasiya etməlidir?" - NARAZILIQ VAR...
Bu gün, 10:10
Zəngəzur dəhlizi bu tarixdə işə düşəcək - Matevosyan
Bu gün, 10:01
Həkim prokurorluğa yalan məlumat veribmiş - SƏN DEMƏ...
Bu gün, 09:59
Sarayda 20,3 milyon manata binalar tikəcək şirkət - MƏLUM OLDU
Bu gün, 09:57
Yevlax Pilot Aqroparkın idarə olunmasına görə haqqın məbləği müəyyənləşib - QƏRAR
Bu gün, 09:56
Maliyyə sıxıntısı yaşayan şirkət əmlakını satır - YIĞINCAQ
Bu gün, 09:55
Azər Türk Bank-da yeni təyinat baş tutub - BUNDAN SONRA...
Bu gün, 09:54
10 manatlıq qida şirkətinin vergi borcu 4,8 milyon manata yaxınlaşıb - TƏFƏRRÜAT
Bu gün, 09:51
AQTA-nın regional bölməsinin mühüm sənədi yoxa çıxıb
Bu gün, 09:50
“Azərbaycan Sənaye Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:49
İcra başçılarının maaşı narazılıq doğurdu - təklif
Bu gün, 09:42
Gəncə Dövlət Universitetində NƏ İŞLƏR ÇEVRİLİR... - Rektor kölgədə... Vasif Həsənov meydanda...
Bu gün, 09:36
"2024-cü ildə dövlət büdcəsinin 30 faizindən çoxu idarəetməyə sərf olunub" - Partiya sədri
Bu gün, 09:21
Rusiya prezidentinin vurulan təyyarə ilə bağlı Düşənbədə verdiyi söz yerinə yetiriləcəkmi? - Azərbaycanın gözləntisi
Bu gün, 09:18
BU NƏDİR BELƏ: Elə bil oğurluq mal satırlar... - ETİRAZ VAR!
Bu gün, 07:42
AZƏRİQAZ-da hansı qanunlar keçərlidir... BİLİNMİR! - NARAZILIQ VAR...
Bu gün, 07:28
"Mən göydə Allaha, yerdə Cənab Prezident İlham Əliyevə güvənirəm" - Əməkdar artist
Bu gün, 07:15
Qafqazda TRİPP reallığı: İrəvan Tiflisi “sıradan” çıxarır - ARAŞDIRMA
Bu gün, 07:02
Həsənovun 7 aylıq xərci: 22 milyon... - İcazə verin şübhələnək...
Bu gün, 07:00
“Pilgrim Education“ xaricdə təhsil şirkətindən şikayət - “Pulumu alıb, lakin xidmət göstərməyib“
Bu gün, 06:55
Sabunçuda tam olaraq BAŞ(ÇI)SIZLIQDIR - VİDEOFAKT
Bu gün, 06:52
Pirallahıda məmurlar başçıdan gileylənir - "Məktəbli kimi dərs oxuyuruq..."
Bu gün, 06:41
Siqaretin qiyməti 2 dəfə BAHALAŞACAQ - AÇIQLAMA
Bu gün, 06:36
Polisin qanuni əmrinə tabe olmayan Vətən müharibəsi iştirakçısı cərimə edilib - TƏFƏRRÜAT
Bu gün, 06:30
"Tamam başqa cür qız idi... ...mənimlə onun arasında çox fərq var idi"
Bu gün, 06:28
Azərbaycanda bu nazirliklər və qurumlar birləşə bilər – Siyahı yayıldı
Bu gün, 06:24
Tramp Ukraynadakı müharibənin maliyyələşdirilməsini dayandırıb - Ağ Ev
Bu gün, 06:20
ABŞ-la Ermənistana qalsa, layihə iki il ləngiyəcək - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:29
İrəvanda sirli iclas: Azərbaycanın 4 kəndinə qarşılıq... - GƏLİŞMƏ
Bu gün, 01:26
Samirə Əfəndi “sülh göyərçini” oldu, amma qalib olmadı - AKTUAL
Bu gün, 01:24
Qarabağa Bakıdan MÜHÜM TRANSFER - bu, baş tutarsa...
Bu gün, 01:22
Ayda 16 manat ödəməyən işsiz cərimələnəcək - Qanuna dəyişiklik nələri tələb edir?
Dünən, 19:48
Ramiz Mehdiyev vəkilindən imtina etdi: “Boz kardinal” nə düşünür? - İLGİNC
Dünən, 19:44
Psixoloq Hacı Şahinə sataşdı - "O, hər ağlına gələni deyib"
Dünən, 19:40
FHN şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi - DETALLAR
Dünən, 19:38
Cəmi 1 AZN-lə bu axşam “Nar”dan möhtəşəm avtomobilə sahib ol! - DİQQƏT!
Dünən, 18:47
Agentlik Şərqi Zəngəzur filialı üçün ofis axtarır – Ayda 8 285 manat ödəyəcək
Dünən, 18:31
Avropa Parlamentinin keçmiş deputatı Rusiyadan rüşvət alıb – qalmaqalın TƏFƏRRÜATLARI
Dünən, 18:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru