Nəsimi Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.
“DİA-AZ” “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Elxan İbrahimov Əmr imzalayıb.
Əmrə əsasən, başçının köməkçisi Elbrus Məmmədov vəzifəsindən azad edilib.
Xatırladaq ki, noyabrın 12-si Prezident İlham Əliyevin Sərəncamı ilə Elxan İbrahimov Nəsimi rayonunun icra başçısı təyin olunub.










