Elm və Təhsil Nazirliyi məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni qaydaları niyə gizlədir? .....                     “İlin sonuna qədər böyük qadağalar olacaq” .....                     “Siyəzənneft”in işçiləri rəhbərlikdən şikayətçidir .....                     Ət bahalaşır, heyvanlar tələf olur… Dabaq böhranı necə idarə olunur? .....                     Rəis istədiyini edə bilər: TAM ÖZBAŞINALIQDIR... .....                     Türkiyə təyyarəsinin “qara qutu”ları açıldı .....                     Qaxda kənd çayxanasında qumar oynayanlar məsuliyyətə cəlb olundular .....                     Naxçıvanda müəllim iki şagirdi boğazlarından bir-birinə bağlayıb İŞGƏNCƏ VERDİ... .....                     Mehdiabadda kafe sahibi hesab davası elədi, adam bıçaqladı .....                     20 yaşlı “Neftçala Nohur Balıqçılıq” şirkətində rəhbərlik yenilənir .....                     İşçi sayı “dövlət”də 19,6 min nəfər azalıb, “özəl”də 22,5 min nəfər artıb .....                     Məktəbləri 7 milyon manata təmir edəcək ŞİRKƏT MƏLUM OLDU .....                     ABŞ dövlət katibinin müavini "Tramp marşrutu"nu müzakirə etmək üçün Ermənistandadır .....                     Nigar Fərhadın yeni iş yeri məlum oldu .....                     Eldar Əzizovdan nöqsanlara görə işdən çıxarılan rəisin yerinə TƏYİNAT .....                     Yazıçı Anarın bu görüntüsü müzakirələrə səbəb oldu .....                     Kilsənin Qaregindən azad edilməsi yolunda "mühüm addım" .....                     Saməddin Əsədov WTDC-25-in sədri seçilib .....                     Başçısı olsa da... Binəqədidə BAŞSIZLIQDIR... .....                     Köçəryan, Sərkisyan, Karapetyan və Vanetsyan... hamısı Eçmiədzində məğlub oldu... .....                     “Range Rover”lə qəza törədib hadisə yerindən qaçan gənc “makler”lə bağlı .....                     Adil Vəliyev bu binanın sakinləri təhlükəyə atdı .....                     “Manato.az”da kreditlərin xidmət haqqı olmadan silinməsi barədə saxta elanlar paylaşdı .....                     Paytaxt rayonlarında qışa hazırlıqla bağlı müşavirələr keçirilir .....                     FETÖ-nün Azərbaycana qarşı “yeni süleymançılar” planı .....                     Qurban Qurbanov Azərbaycan futbolunu düşünür, bəs digərləri? .....                     Dövlət qurumu 10 min nəfər üçün .....                     İcra başçıları ilə bağlı yeni vəziyyət .....                     İsveçrə də Trampı bahalı hədiyyələrlə yola gətirib .....                     “102”yə zəng edərək adam öldürəcəyini deyən şəxs həbs edilib .....                     44 günlükdəki kimi hücumla üz-üzəyik: bu, əsl müharibədir! .....                     Zelenskiyə qarşı koalisiya yaradılır? .....                     Coşqun Əliyevi mühüm posta KİM GƏTİRDİ? .....                     3 nömrəli xüsusi məktəbdə uşaqlara ayrılan dövlət müavinətləri 5 aydır verilmir .....                     Əmrullayevin MÜƏMMA DOLU TƏYİNATI .....                     Burda təhsildən savayı hər şey var... .....                     Burda müştəri məmnuniyyəti SIFIR... .....                     İşəgötürən bu halda tam maddi məsuliyyət daşıyır... .....                     DTX-nin həbs etdiyi İmamverdi Əhmədovun şikayəti təmin edilməyib .....                     Sülh buğdası və əngəlləri olmayan Qafqaz .....                 

FETÖ-nün Azərbaycana qarşı “yeni süleymançılar” planı – Alman kəşfiyyatının bu layihədəki rolu nədir?
Tarix: Bu gün, 09:18 | Çap et

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir müddət öncə İstanbul Böyük Şəhər Bələdiyyəsi ilə bağlı parlamentdə çıxış edərkən “Cümhuriyyət tarixinin ən böyük cinayətkar şəbəkəsi”, “ölkənin bir çox yerinə sızmış, xarici əlaqələri də olan cinayətkarlar” sözlərini dedikdən sonra: “Əvvəllər yalnız bəzi siyasi partiyaları və siyasətçiləri əhatə etdiyi düşünülən şəbəkənin bürokratiyadan iş dünyasına və mediaya, bəzi dini icmalardan kəşfiyyat qurumlarınadək uzandığı üzə çıxır”, – deməsi FETÖ-dən sonra başqa bir dini icmanın da hakimiyyət hərisliyinə düçar olduğundan xəbər verirdi. Ərdoğanın mesajından sonra sosial mediada yazılanlar hədəfin “süleymançılar” olduğunu göstərirdi. Türkiyə hakimiyyətinə yaxınlığı ilə seçilən şəxslər bu çıxışdan sonra açıq şəkildə “süleymançılar”ın təhlükəli gücə çevrildiyini yazmağa başladılar. Qısacası, bu çıxışın ardından “süleymançılar” bir anda diqqət mərkəzinə çevrildilər.

Alman kəşfiyyatına bağlı, yeni FETÖ-yəbənzər şəbəkələşmə…

Qeyd edək ki, Süleyman Hilmi Tunahanın qurduğu, hazırda Alihan Kurişin rəhbərlik etdiyi “süleymançılar” ilə bağlı Türkiyə Diyanət İşləri İdarəsinin hazırladığı hesabatda da “Alman kəşfiyyatına bağlı, yeni FETÖ-yəbənzər şəbəkələşmə” ifadəsi yer alır. Bu dini qrupun FETÖ ilə birlikdə hərəkət etdiyi də sosial mediada yayılan və idarənin təkzib etmədiyi həmin hesabatda göstərilir.

Dinlərarası dialoqun iki “müsəlman” qolu: FETÖ və “süleymançılar” 

Bəs illərdən bəri toxunulmayan “süleymançılar” nə üçün birdən-birə Türkiyə Prezidentinin və dövlətin diqqətini özünə cəlb etdi? Səbəb isə camaatın yeni lideri Alihan Kurişin Almaniyadakı şübhəli əlaqələrində yatır. Belə ki, Almaniyadakı digər dini qruplardan fərqli olaraq, FETÖ kimi, yalnız “süleymançılar” alman kəşfiyyatı ilə də “double agent” üsulu ilə əməkdaşlığa razılıq verirlər. Üstəlik, alman kəşfiyyatı digər dini camaatları izləyərkən “süleymançılar”ı dəstəkləyir. “süleymançılar”ın Almaniyada açdıqları ən böyük quruluş olan Almaniya İslam Mədəniyyət Mərkəzləri Birliyinin (VIKZ) toplantılarına ölkənin prezidenti daxil olmaqla, əksər vəzifə sahibləri qatılır.

Üstəlik, “süleymançılar”ın Kölndə FETÖ-nün hədiyyəsi olan 70 milyon dollarlıq binasının tikintisinə də alman dövləti dəstək verir.

Araşdırdıqda bəlli olur ki, FETÖ-nün ABŞ kəşfiyyatı ilə necə yaxın əlaqəsi olubsa, Kurişin liderlik etdiyi “süleymançılar” üçün də alman kəşfiyyatı eyni funksiyanı oynayır. Bu barədə araşdırmaçı yazar Kaan Arslan yazır ki, Almaniyanın Offenbax şəhərində yerləşən FETÖ-nün “Zaman” qəzeti və “Samanyolu” televiziyasının binasının üst mərtəbəsindəki məsciddəki imamlar “süleymançılar”dır. Almaniya Prezidenti Ştaynmayer də 2023-cü ildə “süleymançılar”ı “dinlərarası dialoqun ən önəmli ortağı” adlandırıb. Dinlərarası dialoqun əsas ortaqlarından biri kimdir? FETÖ! Papanın müsəlmanları xristianlaşdırma layihəsinə ən böyük dəstəyi Gülən verirdi. Qısacası, Almaniyada FETÖ-”süleymançılar” ittifaqı qurulub və bu kirli əməkdaşlıq davam edir.

Kaan Arslanın sözlərinə görə, FETÖ-nün Avropa imamı Abdullah Aymaz ilə “süleymançılar”ın Alihan Kuriş qanadı arasında çox yaxın münasibət var.

Jurnalist qeyd edir ki, “süleymançılar” məhz 2016-cı ildə Alihan Kuriş gəldikdən sonra siyasiləşiblər və FETÖ ilə yaxınlaşma ondan sonra baş verib. Bundan öncə o qədər siyasətə yaxın deyildilər. Məhz şübhəli hadisələr, hətta müəmmalı ölümlər Alihan Kuriş dövründə baş verib.

FETÖ ilə ortaq nöqtələr…

“Süleymançılar” ilə FETÖ-nün ortaq sahəsi təkcə “din ticarəti” deyil. Hər iki qrupun hədəfi gənclərdir. Onlar da FETÖ kimi təhsil sektorundadır. Tələbə yataqxanaları, hazırlıq kursları “süleymançılar”ın əsas gəlir yerlərindəndir.

Nəzərə alsaq ki, sadəcə Türkiyədə 2-3 min tələbə yataqxanaları var və əvvəlki illərdən fərqli olaraq, hazırda o yataqxanalar həm də siyasi yuvaya çevrilib, o zaman necə böyük bir təhlükədən bəhs etdiyimiz barədə təsəvvür yarana bilər.

Bir milyondan çox müridi idarə edən Alihan Kuriş həm də Ərdoğana açıq düşmənçilik edir. Liderliyi ələ aldıqdan sonra “süleymançılar” sistematik olaraq Ərdoğanın qarşısındakı liderlərə səs veriblər. Burada alman kəşfiyyatının rolunu da danmaq olmaz.

Bu iki qrupun digər ortaq cəhəti dövlət qurumlarına sızmaqdır. “süleymançılar” da “fətullahçılar” kimi dövlətin kritik nöqtələrinə adam yerləşdirməyi sevirlər. Bu səbəbdən də özləri ilə bağlı təhlükəli məqam olan kimi ondan öncədən xəbərdar olurlar və ona görə hərəkət edirlər.

Qazaxıstan və Rusiya “süleymançılar”a qapını göstərdi

Alman kəşfiyyatı ilə yaxın münasibət “süleymançılar”ı Türkiyədə qorumağa yetsə də, Qazaxıstan və Rusiyada proses istədikləri kimi getməyib.

Belə ki, Rusiya və Qazaxıstan “süleymançılar”ın bütün yataqxana və kurslarını sırf alman kəşfiyyatı ilə əlaqəli olduqları üçün 2023-cü ildə bağlayıb. Hazırda da “fətullahçılar” kimi başqa adlarla bu ölkələrdə fəaliyyətlərini davam etdirməyə səy göstərirlər.

FETÖ-nün yeni taktikası: RƏNGLƏNMƏ

FETÖ-“süleymançılar” əlaqəsindən bəhs etmişkən, terrorçuların rəhbəri Gülənin cənazəsinin ön sırasında dayanan və digərlərindən əllərinin bağlanma şəklinə görə fərqlənın dörd nəfərdən bəhs etmək istəyirik. Belə ki, cənazəni izləyənlər bu dörd şəxsin sanki orada qonaq olduğunu və “fətullahçı” olmadığını göstərdiklərinə şahid oldular. Araşdırmalar zamanı onların Alihan Kurişin Gülənin cənazəsinə göndərdiyi heyət olduğu üzə çıxıb. media-whatsapp-gorsel-2025-11-16-saat-22-37-54_e185c0c6

Bu fakt özü-özlüyündə sözügedən ittifaqı təsdiqləsə də, başqa bir məqam “fətullahçılar”ın artıq bir çox yerdə özlərini süleymançı kimi təqdim etmələridir. Qısacası, FETÖ rahat fəaliyyət göstərmək üçün “rənglənmə” üsulundan istifadə edir. Yəni öz həqiqi kimliklərini gizlədərək başqa icma və qrupların adı ilə hərəkət edirlər. Buna digər camaatlar icazə verməsələr də, Aymaz-Kuriş ittifaqı onlara “yaşıl işıq” yandırır. Yəni FETÖ adı bir çox dövlətdə “qara siyahı”ya düşdüyü üçün Alihan Kurişin icazəsi ilə “süleymançılar”ın adı altında fəaliyyətə üstünlük verirlər.

Azərbaycanı gözləyən “yeni süleymançı” (oxu:FETÖ) təhlükəsi

Elə Azərbaycana da gəlmək istəyən və tələbələrə dair layihələrini gerçəkləşdirməyə çalışan da, əslində, “süleymançı” maskası altında gizlənən FETÖ-dür.

Belə ki, öncədən Azərbaycanda məhdud sayda “süleymançı” var ikən hazırda Almaniya üzərindən gəlmək istəyən, hətta bu dövlətin etimad məktubları ilə burada fəaliyyət göstərmək istəyən “süleymançı”ların sayı artıb. Xüsusilə təhsil sektorunda, modern tələbə yataqxanaları açmaq adı altında gələnlər və hətta burada fəaliyyətə başlayanlar son iki ildə olduqca artıb. Təbii ki, yerli FETÖ-nün də dəstəyi burada xüsusi qeyd edilməlidir. Alihan Kurişin liderliyini qəbul etməyən köhnə “süleymançılar”dan fərqli olaraq, Aymaz-Kuriş ittifaqını dəstəkləyən FETÖ-çü-“süleymançılar”a ciddi dəstək verilir. Buradakı bürokratik əngəllərin aşılması üçün bütün kanallar açılır. Yəni yeni qiyafə ilə gələnin, əslində, klassik süleymançı deyil, məhz “fətullahçılar” olduğu bilinir və dəstək də ona görə verilir.

Qeyd edək ki, Türkiyədə FETÖ-dən sonra təhlükəlilik baxımından ikinci dini qrup olan Alihan Kurişin lideri olduğu “süleymançılar”ın Azərbaycana Avropa üzərindən gətirilməsi həm də buradakı dini təbəqədə qarışıqlıq yarada bilər. Çünki FETÖ daha çox bürokratiya, hakimiyyətin üst eşalonlarını hədəf seçmişdisə, “süleymançılar” Quran kursları ilə dini icmalar içərisində də aktivdirlər. Klassik “süleymançılar”a qarışan “yeni süleymançılar” həm də dini vəziyyəti də gərginləşdirməkdə, eyni zamanda, Azərbaycanda anti-Türkiyə ab-havasını yaymaqda maraqlıdırlar.

Türkiyə hakimiyyəti ilə ciddi problem yaşayan, FETÖ ilə ittifaq halında olan dini qrupun Azərbaycanı özünə yeni məskən seçməsi Türkiyə-Azərbaycan əlaqələri üçün də uğurlu sayıla bilməz. Tam əksinə, bu əlaqələri pozmaq üçün davamlı olaraq çalışan, 2020-ci il Vətən savaşı zamanı “Qarabağda mücahidlər vuruşur” iftirasını dünya mediasına çıxaran FETÖ hazırda Türkiyədə İsrail üzərindən Azərbaycana qarşı aparılan dezinformasiyanın başında dayanır. Buradakı kriptoları ilə vəziyyəti daha da gərginləşdirməyə çalışan FETÖ “yeni süleymançılar”ın əli ilə dini sferada da gərginlik yarada bilər.

Eyni zamanda, təhsil sektorunda FETÖ-nün bu gün də çox güclü olduğunu nəzərə alsaq, normalda alternativ qəbul etməyən şəbəkənin “yeni süleymançılar”a qucaq açması da, əslində, Almaniya üzərindən gələnlərin FETÖ mənsubları olduğunu bir daha ortaya qoymaqdadır.

Tələbələr üçün ucuz və modern yataqxana, bəzi uğurlu tələbələrə hətta pulsuz qalmaq və təqaüd imkanları çox cazibəli görünə bilər. Ancaq bunun arxasında hansı kəşfiyyat orqanlarının dayandığını və hansı planlarının ola biləcəyini araşdırmaq isə dövlət qurumlarının işidir…

Mövzu diqqətimizdədir.

Aqil ƏLƏSGƏR/ “Yeni Çağ”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elm və Təhsil Nazirliyi məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni qaydaları niyə gizlədir? - AÇIQLAMA
Bu gün, 11:39
“İlin sonuna qədər böyük qadağalar olacaq” - Zenfira Əlişqızından müğənnilərə XƏBƏRDARLIQ
Bu gün, 11:33
“Siyəzənneft”in işçiləri rəhbərlikdən şikayətçidir - PREZİDENTƏ MÜRACİƏT
Bu gün, 11:24
Ət bahalaşır, heyvanlar tələf olur… Dabaq böhranı necə idarə olunur? - AKTUAL
Bu gün, 11:19
Rəis istədiyini edə bilər: TAM ÖZBAŞINALIQDIR... - İTTİHAM VAR...
Bu gün, 11:16
Türkiyə təyyarəsinin “qara qutu”ları açıldı - Həqiqət bu həftə üzə çıxacaq
Bu gün, 11:11
Qaxda kənd çayxanasında qumar oynayanlar məsuliyyətə cəlb olundular
Bu gün, 11:05
Naxçıvanda müəllim iki şagirdi boğazlarından bir-birinə bağlayıb İŞGƏNCƏ VERDİ... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:52
Mehdiabadda kafe sahibi hesab davası elədi, adam bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 10:43
20 yaşlı “Neftçala Nohur Balıqçılıq” şirkətində rəhbərlik yenilənir - TOPLANTI VAR...
Bu gün, 10:37
İşçi sayı “dövlət”də 19,6 min nəfər azalıb, “özəl”də 22,5 min nəfər artıb
Bu gün, 10:33
Məktəbləri 7 milyon manata təmir edəcək ŞİRKƏT MƏLUM OLDU - TENDER
Bu gün, 10:30
ABŞ dövlət katibinin müavini "Tramp marşrutu"nu müzakirə etmək üçün Ermənistandadır
Bu gün, 10:13
Nigar Fərhadın yeni iş yeri məlum oldu - Bu dəfə...
Bu gün, 10:12
Eldar Əzizovdan nöqsanlara görə işdən çıxarılan rəisin yerinə TƏYİNAT - ƏMR
Bu gün, 10:08
Yazıçı Anarın bu görüntüsü müzakirələrə səbəb oldu - Foto
Bu gün, 10:01
Kilsənin Qaregindən azad edilməsi yolunda "mühüm addım" - GƏLİŞMƏ
Bu gün, 09:53
Saməddin Əsədov WTDC-25-in sədri seçilib
Bu gün, 09:52
Başçısı olsa da... Binəqədidə BAŞSIZLIQDIR... - BU NƏDİ BELƏ?
Bu gün, 09:50
Köçəryan, Sərkisyan, Karapetyan və Vanetsyan... hamısı Eçmiədzində məğlub oldu... -ARAİK ARUTYUNYAN
Bu gün, 09:45
“Range Rover”lə qəza törədib hadisə yerindən qaçan gənc “makler”lə bağlı QƏRAR
Bu gün, 09:41
Adil Vəliyev bu binanın sakinləri təhlükəyə atdı - “Hər yağış mənim üçün ölüm risqi deməkdir”
Bu gün, 09:37
“Manato.az”da kreditlərin xidmət haqqı olmadan silinməsi barədə saxta elanlar paylaşdı - TƏFƏRRÜAT
Bu gün, 09:30
Paytaxt rayonlarında qışa hazırlıqla bağlı müşavirələr keçirilir - FOTO
Bu gün, 09:24
FETÖ-nün Azərbaycana qarşı “yeni süleymançılar” planı – Alman kəşfiyyatının bu layihədəki rolu nədir?
Bu gün, 09:18
Qurban Qurbanov Azərbaycan futbolunu düşünür, bəs digərləri? - Şahruddin uğursuzluğu belə izah etdi
Bu gün, 09:11
Dövlət qurumu 10 min nəfər üçün - YEMƏK ALIR
Bu gün, 09:05
İcra başçıları ilə bağlı yeni vəziyyət - Bunları etməsələr…
Bu gün, 09:02
İsveçrə də Trampı bahalı hədiyyələrlə yola gətirib - Axios
Bu gün, 08:45
“102”yə zəng edərək adam öldürəcəyini deyən şəxs həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 07:54
44 günlükdəki kimi hücumla üz-üzəyik: bu, əsl müharibədir! – Beqoyan
Bu gün, 07:52
Zelenskiyə qarşı koalisiya yaradılır? - "Strana.ua"
Bu gün, 07:51
Coşqun Əliyevi mühüm posta KİM GƏTİRDİ? - Qoy, bu barədə ELM ALƏMİ düşünsün...
Bu gün, 07:47
3 nömrəli xüsusi məktəbdə uşaqlara ayrılan dövlət müavinətləri 5 aydır verilmir - NARAZILIQ VAR...
Bu gün, 07:42
Əmrullayevin MÜƏMMA DOLU TƏYİNATI - AXI NİYƏ?..
Bu gün, 07:39
Burda təhsildən savayı hər şey var... - İTTİHAM
Bu gün, 07:36
Burda müştəri məmnuniyyəti SIFIR... - GİLEY
Bu gün, 07:05
İşəgötürən bu halda tam maddi məsuliyyət daşıyır... - DİQQƏT
Bu gün, 06:57
DTX-nin həbs etdiyi İmamverdi Əhmədovun şikayəti təmin edilməyib - QƏRAR
Bu gün, 06:48
Sülh buğdası və əngəlləri olmayan Qafqaz - İNCƏLƏMƏ
Bu gün, 06:46
“Donald Trampın Venesuelaya hərbi təzyiq üçün üç ssenarisi var” - Dubravski
Bu gün, 06:43
Mənimsəmədə ittiham olunan bağça müdiri bəraət alıb - TƏFƏRRÜAT
Bu gün, 06:36
Kreml yandı: hələ ki, futbol stadionunda... - SKANDAL FOTO
Bu gün, 06:35
Cənubi Qafqazda vahid strateji xəttin formalaşması... REAL GÖRÜNMÜR
Bu gün, 06:31
Rusiya neftinə qarşı sanksiyalar ABŞ-də yanacağın qiymətini artırıb - “Bloomberg”
Bu gün, 06:27
Azərbaycan səfirliyinin vurulması Rusiya ilə Belçika arasında gərginliyə səbəb olub
Dünən, 23:16
Azərbaycan təhsili hara gedir? - Rəqəmsal çağın tələbləri və real vəziyyət
Dünən, 23:12
“Lukoil”də ancaq nağd ödəniş alınır - Onlayn ödənişə qadağa qoyuldu
Dünən, 23:07
Dana əti adı ilə at əti satırlar - Ekspert deyir ki...
Dünən, 23:04
“Niyə Xankəndi, Şuşadakı tədbirlərdə yoxam?” - ETİRAZ
Dünən, 18:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru