Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikiş və Təchizat İdarəsi “Respublikanın bir sıra təhsil müəssisələrində təmir və abadlıq işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
"DİA-AZ" xəbər verir ki, tenderin qalibi “AR Group İnşaat” MMC olub.
Şirkətlə 6 milyon 813 min 247 manat məbləğində müqavilə imzalanıb. Layihənin ehtimal olunan qiyməti isə 7 milyon 414 min 864 manat idi.
"AR group İnşaat" daha öncə də qurumla Respublika üzrə təhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işləri tenderi üzrə 3 milyon 870 min 315,35 manat idi.









