"Şikayətim "MOREX" çatdırılma şirkətindəndi. Artıq 1 ay olur ki, bağlama xarici anbara çatıb, lakin hələ də "yoldadır" statusnda qalıb..." "DİA-AZ" xəbər verir ki, bu barədə"Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "Müştəri xidməti bərbad gündədir. Deyirlər ki, hə, gözləyin, belədir. Adamı lap da qıçıq edirlər.
Üstəlik, fors-major halları barədə heç bir xəbərdarlıq etmirlər!
Ən azından deyirəm ki, endirim edin, çünki sizə görə mən ziyan çəkirəm. Endirim də etmirlər.."









