Daşkəsən rayon sakini “102" Xidmətinə yalan məlumat verərək adam öldürəcəyini deyib.
Teleqraf xəbər verir ki, Xoşbulaq kənd sakini, 1997-ci il təvəllüdlü A. Məcid oğlu Əliyev ağır dərəcəli sərxoş vəziyyətdə “102" Xidmətinə zəng edərək adam öldürəcəyini bildirən məlumat verib.
Məlumat daxil olduqdan sonra polis əməkdaşları onun yaşadığı ünvana yollanıblar. Hadisə zamanı A.Əliyevin sərxoş vəziyyətdə ictimai asayişi pozduğu, ətrafdakı şəxsləri təhqir etdiyi və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı müəyyən edilib.
Şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində inzibati xəta haqqında protokol tərtib olunub.
Məhkəmənin qərarı ilə A.Əliyev polisin qanuni tələbinə tabe olmama və ictimai asayişi pozma ilə bağlı 10 sutka inzibati həbs cəzası alıb.









