Bu il oktyabrın 1-nə olan məlumata görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 781,4 min nəfər olub.
Yeniavaz.comaçıqlanan sonuncu rəsmi statistikaya istinadən xəbər verir ki, bu ilin əvvəli ilə müqayisədə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 2,9 min nəfər və ya 0,2% artıb.
Bu ilin əvvəlindən ötən 9 ay ərzində dövlət sektorunda çalışan işçilərin sayı 19,6 min nəfər və ya 2,2% azalaraq 863,3 min nəfərə düşüb. Qeyri-dövlət sektorunda çalışan işçilərin sayı isə 22,5 min nəfər və ya 2,5% artaraq 918,2 min nəfərə yüksəlib.









