Əsas Səhifə > Güney Press > İşçi sayı “dövlət”də 19,6 min nəfər azalıb, “özəl”də 22,5 min nəfər artıb

İşçi sayı “dövlət”də 19,6 min nəfər azalıb, “özəl”də 22,5 min nəfər artıb


Bu gün, 10:33

Bu il oktyabrın 1-nə olan məlumata görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 781,4 min nəfər olub.
Yeniavaz.com
açıqlanan sonuncu rəsmi statistikaya istinadən xəbər verir ki, bu ilin əvvəli ilə müqayisədə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 2,9 min nəfər və ya 0,2% artıb.
Bu ilin əvvəlindən ötən 9 ay ərzində dövlət sektorunda çalışan işçilərin sayı 19,6 min nəfər və ya 2,2% azalaraq 863,3 min nəfərə düşüb. Qeyri-dövlət sektorunda çalışan işçilərin sayı isə 22,5 min nəfər və ya 2,5% artaraq 918,2 min nəfərə yüksəlib.


Geri qayıt