“Ənvər Həsənov Fəxri Xiyabanda dəfn olunmayıbsa, ona qəbirüstü abidə qoyulmamalıdır?” .....                     Mehdiyevin həbsi: Evini kəşfiyyat qərargahına çevirib? .....                     Ermənistanda keşiş həbs olunub, .....                     "Dövlətə xəyanət və çevriliş cəhdi çox ciddi məsələdir" .....                     Naxçıvanda təhsil naziri ÖZÜNÜ PADŞAH HESAB EDİR... .....                     AÇG və "Şahdəniz"dən indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb .....                     AZƏRİQAZ-da Əmək Məcəlləsini HƏRLƏYƏN YOXDUR... .....                     Qaluzin çalışır ki... .....                     Ramiz Mehdiyevin öldürülməsinə imkan verməyin... .....                     İŞİD-ə qarşı ƏMƏLİYYAT: iki azərbaycanlı axtarışa verildi .....                     Rövşən Nəcəflə bağlı hüquq-mühafizə orqanlarına ÇAĞIRIŞ EDİLDİ .....                     Mehdiyevin AMEA-dakı UZANTILARI NƏ OLACAQ? .....                     Rusiyanın tez-tez Xəzər mövzusuna qayıtmasının bir səbəbi var... .....                     Kobaxidze ATƏT sədri ilə görüşünü ləğv edib .....                     Xalq artisti Ramiz Quliyev vəfat edib .....                     Sabunçuda Qarabağ Qazisinin GÜNÜNÜ QARA EDİBLƏR... .....                     33 yaşlı kişi 11 yaşlı qıza təcavüz etdi .....                     “Universitetə attestatla qəbul etdirəcəm” deyərək dələduzluq etdi .....                     “Blokda olan kartımdan pul oğurlayıblar” .....                     ATƏT rəhbəri Gürcüstandakı etiraz aksiyasına qatıldı .....                     On bir il əvvəl arvadını öldürdü, həbsdən çıxıb onunla münasibətlərindən şübhələndiyi kişini qətlə yetirdi .....                     "İzmir Restoran" qalmaqallı məhkəmə prosesində yenidən uduzdu .....                     Zaur Baxşəliyev efirdəki bu sözünə görə məhkəmədə ifadə verdi .....                     ABŞ Yaxın Şərqə gətirdiyi silahları İrana qarşı yönəldəcək .....                     “Zabrat Maşınqayırma Zavodu”nun nizamnamə kapitalından 1,8 milyon manat .....                     Kremldən idarə olunan revanşistlər nəyə nail ola biləcəklər .....                     Ramiz Mehdiyev özü ilə HANSI MƏMURU APARACAQ? .....                     Fuad Nəcəfli ilə Vasif Talıbovun FƏRQİ NƏ OLDU Kİ:" `Onlara vətən xaini de, işə xitam verdirək...` .....                     Daha bir bankın taleyi SUAL ALTINDADIR .....                     Rəsmi Bakı bir daha öz böyüklüyünü dünyaya nümayiş etdirdi .....                     Tramp bu gün FTB direktoru ilə mətbuat konfransı keçirəcək .....                     Türkiyədə qərar: Azərbaycanlılar hansı üstünlüklər qazandı? .....                     Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni direktoru kim olacaq? .....                     Daha bir tarixi ev MƏMUR HƏDƏFİNDƏ .....                     Agentlik iş təklif etsə də... .....                     Əliyev-Putin görüşünün izi ilə: Moskva vəziyyətlə barışıbmı? .....                     "Bu məlumat tamamilə yalandır" .....                     Fransa prezidenti parlamenti buraxmağı planlaşdırır .....                     Ramiz Mehdiyev işində ŞOK AD: “Tomsk xətti” üzə çıxır, həbs olunacaq... .....                     Lotereya biletindən 1 manat “uddu”, daha çox qazanmaq istədi, 3 il 8 ay həbsxanaya getdi... .....                 

Kremldən idarə olunan revanşistlər nəyə nail ola biləcəklər - GƏLİŞMƏ
Tarix: Bu gün, 09:18 | Çap et

Ermənistanda peşəkarlardan ibarət yeni siyasi qüvvə yenidən “boy göstərib”. Ölkənin Milli Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılan Samvel Karapetyanın yaratdığı “Bizim yolumuz” hərəkatı İrəvanda ilk hesabat yığıncağını keçirib.

Erməni mediası yazır ki, 2026-cı ilin yayında keçiriləcək kritik parlament seçkilərində baş nazir Nikol Paşinyanın partiyasına əsas alternativ kimi ortaya çıxan hərəkata ay yarım ərzində artıq 5 000 könüllü qoşulub. Tədbirdə Samvel Karapetyanın müraciəti oxunub. Karapetyan bildirib ki, “Bizim yolumuz” hərəkatı ictimaiyyətin diqqət mərkəzinə çevrilib. “Bu, sizin nailiyyətinizdir, bizim ortaq nailiyyətimizdir və bu, bütün erməni xalqının nailiyyəti olmalıdır. Mən fəxr edirəm ki, minlərlə ləyaqətli insan bizim hərəkatımıza qoşulub. Mən bilirəm ki, bu, həqiqətən də ümumxalq hərəkatına çevrilmək potensialına malikdir”, - deyə 110 gündən çox həbsdə olan iş adamı bildirib.

Toplantıda çıxış edən hərəkat koordinatoru Narek Karapetyan vurğulayıb ki, hərəkatın tərəfdarlarının sayı bu sürətlə artmaqda davam edərsə, “yaxın aylarda bizim sıramızda on minlər olacaq ki, bu da dəyişikliklərə doğru böyük addımdır”.

Bildirilib ki, “Paşinyan rejimi siyasətdə sistematik passivlik nümayiş etdirir və bu da geosiyasi uğursuzluqlara gətirib çıxarır”. O da iddia olunur ki, iyun ayından həbsdə olan Karapetyanın seçkilərdə iştirak etməsini əngəlləmək üçün planlar qurulub. Belə ki, istintaq əsassız olaraq uzadılır. “Bizim yolumuz” hərəkatının bu həftə İrəvanın Azadlıq meydanında Karapetyana dəstək üçün böyük mitinq keçirəcəyi gözlənilir. İştirakçılar onun azadlığa buraxılmasını tələb edəcəklər.

Hərəkat elan edib ki, onlar Rusiya ilə ənənəvi dostluq münasibətinə sadiq olacaqlar. “Tramp marşrutu”na gəlincə, “Bizim yolumuz” hesab edir ki, illüziyaya qapılmaq yox, hərtərəfli təhlilə ehtiyac var. Hərəkat baş nazirliyə namizədin cəmiyyətin bütün sağlam qüvvələri üçün məqbul fiqur olmasının vacibliyini vurğulayıb. “Robert Köçəryan və ya Serj Sərkisyan kimi köhnə elitanın nümayəndələri ilə birbaşa seçki ittifaqı istisna edilsə də, əməkdaşlıq üçün qapılar açıqdır...

Aydındır ki, Rusiya bölgədə öz imperiya siyasətini davam etdirmək niyyətini reallığa çevirmək cəhdləri göstərir. Paşinyan bunu anlayır və ona görə də Azərbaycan və Türkiyə ilə münasibətlərin nizamlanmasına çalışır. Aydındır ki, indiki hakimiyyətə alternativ göstərilən güclərin hamısı Rusiyanın təsirində olan qüvvələrdir. Ermənistanda kritik seçkilərədək Paşinyan da tələsməlidir.

Görünən budur ki, S.Karapetyan təcridxanadan çöldəki tərəfdarlarına mübarizə əzmi aşılayır, onları səfərbər etməyə çalışır, vəkilləri də milyarder barədə “süddən çıxmış ağ qaşıq” obrazı formalaşdırmağa səy göstərirlər. Heç şübhəsiz, bütün bunlar təsadüfi deyil və vahid mərkəz tərəfindən stimullaşdırılır. Əsas məqsəd Paşinyanı seçkilərdə peşman etməkdir.

Proseslərin perspektiv inkişafı haqda proqnozlar necədir? Kremlin adamı həbsdən qalib olaraq çıxa bilərmi, yoxsa Moskva son anda başqa birisinə “stavka” edib Paşinyana çətinliklər yaşadacaq?

Deputat Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Ermənistanın siyasi səhnəsində son aylarda müşahidə olunan proseslər təsadüfi deyil: ""Bizim yolumuz" adlı yeni hərəkatın qısa zamanda minlərlə tərəfdar toplaması və onu yaradan Karapetyanın siyasi simaya çevrilməsi əslində İrəvanda Paşinyana qarşı növbəti “siyasi dalğa”nın baş qaldırdığını göstərir. Karapetyanın həbsdə olması bu dalğanı dayandırmayıb, əksinə, onu “mübarizə simvolu”na çevirib. Bu, Ermənistanda “Rusiya faktoru”nun yenidən aktivləşməsi və Kremlin regionda öz dayaqlarını möhkəmləndirmək üçün yeni alətlər axtardığının göstəricisidir". E.Mirzəbəyli qeyd etdi ki, Karapetyanın yaratdığı hərəkatın ilk yığıncağında səslənən tezislər açıq şəkildə Moskvanın mesajlarını xatırladır: “Rusiya ilə "ənənəvi dostluq", Qərb siyasətinə “illüziyalarla aldanmamaq”, həmçinin “sistemdə dəyişikliklərə ehtiyac” çağırışları Paşinyana birbaşa meydan oxumaqdır. Məsələ təkcə daxili narazılıqda deyil, burada əsas məqsəd Ermənistanı yenidən və tamamilə Rusiyanın strateji orbitinə qaytarmaqdır. Kremlin Ermənistan siyasətindəki planı uzunmüddətli perspektivdə Paşinyanın yerinə tam itaətkar, "Rusiyaya borclu" bir liderin gətirilməsidir. Lakin bunun üçün Moskvanın həm daxili siyasi mühitdə, həm də xarici geosiyasi müstəvidə real dayaqlara ehtiyacı var. Ukrayna müharibəsindəki məğlubiyyət sindromu, Qərbin sanksiya təzyiqləri və Cənubi Qafqazda Azərbaycanın artan nüfuzu Kremlin manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Buna görə də Moskva indi Ermənistanda birbaşa çevriliş ssenarisindən çox, “yumşaq keçid” modeli üzərində işləyir. Yəni ola bilsin ki, Moskvanın Paşinyanı tədricən zəiflədib, onun yerinə “daxili legitimliyə malik” bir fiquru önə çıxarmaq planı aktuallaşır".

Millət vəkilinin sözlərinə görə, Karapetyanın seçilməsi də təsadüfi deyil: “O, iqtisadi resurslara, müəyyən ictimai nüfuza və Rusiya biznes dairələri ilə əlaqələrə malikdir. Hərçənd onun hərəkatı hələlik köhnə elita ilə açıq ittifaqdan qaçır, bu, siyasi taktika xarakteri daşıyır. Əsl məqsəd Köçəryan-Sərkisyan orbitindən uzaq, amma mahiyyət etibarilə eyni istiqamətli, "yeni sima" kimi təqdim olunan qüvvəni önə çəkməkdir. Bu, həm Ermənistanda cəmiyyətin Paşinyan sonrası dönəmə psixoloji hazırlığını formalaşdırır, həm də Kremlin maraqları ilə üst-üstə düşür". Deputat vurğuladı ki, ancaq bu planın qarşısında ciddi baryerlər də var: “Paşinyanın Qərb və regional tərəfdaşlarla, xüsusilə də Azərbaycan və Türkiyə ilə normallaşma istiqamətində atdığı addımlar Ermənistanın iqtisadi sabitliyinin qorunması və ordunun depolitizasiyası prosesləri oyun sahəsini daraldır. Qərb bu dəfə 2018-ci ildə olduğu kimi passiv müşahidəçi rolu ilə kifayətlənmək niyyətində deyil. Avropa İttifaqı və ABŞ Paşinyan hökumətini, ən azı 2026-cı il seçkilərinədək, qorumağa çalışacaq.

Kremlin qarşısında iki variant qalır: ya Karapetyanı “milli müqavimətin lideri” kimi saxlamaq və onun həbsi fonunda cəmiyyətdə Paşinyana qarşı emosional gərginliyi artırmaq, ya da son anda daha idarəolunan bir fiqura “stavka” edib Karapetyanı siyasi tələyə çevirmək. Rusiya təcrübəsinə baxanda ikinci variant daha real görünür. Çünki Moskva heç vaxt bir fiqura bütün resurslarını xərcləmir, o, daim alternativləri hazır saxlayır. Paşinyan isə zamanla yarışır. O, həm daxili siyasi sabitliyi qorumağa, həm də Ermənistanı Qərb strukturlarına yaxınlaşdırmağa çalışır. Lakin Moskva təzyiqini tam neytrallaşdıra bilməyəcək". E.Mirzəbəyli bildirdi ki, əgər “Bizim yolumuz” kimi hərəkatlar sosial bazasını genişləndirsə, növbəti bir-iki ayda İrəvanda “siyasi dalğa”nın kütləvi formaya keçməsi istisna deyil: “Bu isə 2026-cı il seçkilərinə gedən yolda Paşinyanın qarşısında həm siyasi, həm də təhlükəsizlik baxımından ciddi maneə yarada bilər. Beləliklə, proseslərin gedişi göstərir ki, Ermənistan növbəti iki ildə Paşinyan və Moskva arasında açıq siyasi toqquşmaya şahidlik edə bilər”. Kremlin adamı həbsdən qalib çıxa bilərmi? E.Mirzəbəyli: “Qısamüddətli perspektivdə bu, çətin görünür. Amma Moskva üçün əsas məsələ Karapetyanın azadlığı deyil, onun simasında cəmiyyətə "Paşinyandan başqa alternativ var" fikrini yeritməkdir. Əgər Paşinyan üzərinə düşən öhdəlikləri yerinə yetirərək regional barış gündəmini sürətləndirə və Ermənistanın iqtisadi dirçəlişini təmin edə bilsə, bu, Moskvanın ssenarisini iflasa uğrada bilər".

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Ənvər Həsənov Fəxri Xiyabanda dəfn olunmayıbsa, ona qəbirüstü abidə qoyulmamalıdır?” - Şeyx Əbdüldən ETİRAZ
Bu gün, 11:23
Mehdiyevin həbsi: Evini kəşfiyyat qərargahına çevirib? - Açıqlama
Bu gün, 11:20
Ermənistanda keşiş həbs olunub, II Qareginin qohumunun evində axtarış aparılıb
Bu gün, 11:17
"Dövlətə xəyanət və çevriliş cəhdi çox ciddi məsələdir" - Misir Mərdanov Ramiz Mehdiyevdən DANIŞDI
Bu gün, 11:07
Naxçıvanda təhsil naziri ÖZÜNÜ PADŞAH HESAB EDİR... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 11:04
AÇG və "Şahdəniz"dən indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb
Bu gün, 10:59
AZƏRİQAZ-da Əmək Məcəlləsini HƏRLƏYƏN YOXDUR... - NARAZILIQ VAR...
Bu gün, 10:58
Qaluzin çalışır ki... - AKTUAL
Bu gün, 10:52
Ramiz Mehdiyevin öldürülməsinə imkan verməyin... - Hüquqşünasdan ÇAĞIRIŞ
Bu gün, 10:44
İŞİD-ə qarşı ƏMƏLİYYAT: iki azərbaycanlı axtarışa verildi - DETALLAR
Bu gün, 10:41
Rövşən Nəcəflə bağlı hüquq-mühafizə orqanlarına ÇAĞIRIŞ EDİLDİ - "Onları bu yaşda kim işə qəbul edəcək?"
Bu gün, 10:36
Mehdiyevin AMEA-dakı UZANTILARI NƏ OLACAQ? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:27
Rusiyanın tez-tez Xəzər mövzusuna qayıtmasının bir səbəbi var... - o da...
Bu gün, 10:19
Kobaxidze ATƏT sədri ilə görüşünü ləğv edib - KİV
Bu gün, 10:16
Xalq artisti Ramiz Quliyev vəfat edib
Bu gün, 10:15
Sabunçuda Qarabağ Qazisinin GÜNÜNÜ QARA EDİBLƏR... - "Bəlkə Sabunçuda başqa qanunlar var..."
Bu gün, 10:13
33 yaşlı kişi 11 yaşlı qıza təcavüz etdi - Gəncədəki dəhşətli cinayətin TƏFƏRRÜATI
Bu gün, 09:55
“Universitetə attestatla qəbul etdirəcəm” deyərək dələduzluq etdi - QƏRAR
Bu gün, 09:52
“Blokda olan kartımdan pul oğurlayıblar” - BU NƏDİ BELƏ?
Bu gün, 09:51
ATƏT rəhbəri Gürcüstandakı etiraz aksiyasına qatıldı - "Onların demokratiya, söz azadlığı və fundamental insan haqları hüququ var..."
Bu gün, 09:49
On bir il əvvəl arvadını öldürdü, həbsdən çıxıb onunla münasibətlərindən şübhələndiyi kişini qətlə yetirdi - TƏFƏRRÜAT
Bu gün, 09:47
"İzmir Restoran" qalmaqallı məhkəmə prosesində yenidən uduzdu
Bu gün, 09:42
Zaur Baxşəliyev efirdəki bu sözünə görə məhkəmədə ifadə verdi - TƏFƏRRÜAT
Bu gün, 09:34
ABŞ Yaxın Şərqə gətirdiyi silahları İrana qarşı yönəldəcək - Hərbi ekspert
Bu gün, 09:30
“Zabrat Maşınqayırma Zavodu”nun nizamnamə kapitalından 1,8 milyon manat - GERİ GÖTÜRÜLÜR
Bu gün, 09:24
Kremldən idarə olunan revanşistlər nəyə nail ola biləcəklər - GƏLİŞMƏ
Bu gün, 09:18
Ramiz Mehdiyev özü ilə HANSI MƏMURU APARACAQ? - AKTUAL
Bu gün, 09:07
Fuad Nəcəfli ilə Vasif Talıbovun FƏRQİ NƏ OLDU Kİ:" `Onlara vətən xaini de, işə xitam verdirək...` - NAXÇIVAN DÜZƏLMİR Kİ, DÜZƏLMİR...
Bu gün, 09:04
Daha bir bankın taleyi SUAL ALTINDADIR - Rəqəmlər başqadır, amma...
Bu gün, 08:57
Rəsmi Bakı bir daha öz böyüklüyünü dünyaya nümayiş etdirdi - Yeni Dehli bunu necə qiymətləndirəcək?
Bu gün, 08:50
Tramp bu gün FTB direktoru ilə mətbuat konfransı keçirəcək
Bu gün, 08:48
Türkiyədə qərar: Azərbaycanlılar hansı üstünlüklər qazandı? - ARAŞDIRMA
Bu gün, 08:02
Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni direktoru kim olacaq? - Deyilənə görə...
Bu gün, 07:59
Daha bir tarixi ev MƏMUR HƏDƏFİNDƏ - Yasamalda ÖZBAŞINALIQ
Bu gün, 07:49
Agentlik iş təklif etsə də... - GİLEY
Bu gün, 07:45
Əliyev-Putin görüşünün izi ilə: Moskva vəziyyətlə barışıbmı? - İNCƏLƏMƏ
Bu gün, 07:42
"Bu məlumat tamamilə yalandır" - MƏHKƏMƏ UDUZULMAYIB
Bu gün, 07:35
Fransa prezidenti parlamenti buraxmağı planlaşdırır - AÇIQLAMA
Bu gün, 07:33
Ramiz Mehdiyev işində ŞOK AD: “Tomsk xətti” üzə çıxır, həbs olunacaq... - İLGİNC GƏLİŞMƏ
Bu gün, 07:32
Lotereya biletindən 1 manat “uddu”, daha çox qazanmaq istədi, 3 il 8 ay həbsxanaya getdi... - TƏFƏRRÜAT
Bu gün, 07:28
“Türk Birliyinin beyin mərkəzi olan Türkiyə, soydaşına qapı bağlamamalıdır” - ETİRAZ VAR!
Bu gün, 07:24
Ramiz Mehdiyev şifrəsi: hakimiyyəti bu adamlarla devirmək istəyib – şok plan
Bu gün, 07:22
Həbs edilən Ramiz Mehdiyevin milyardları üzə çıxır - SİYAHI
Bu gün, 07:18
Fransa 2026-cı ildə 310 milyard avro borc götürəcək - "Le Figaro"
Bu gün, 07:16
Faiq Ələkbərli “Elm və təhsilin yeniləşməsi prosesində milli-mənəvi dəyərlərin əhəmiyyəti” mövzusunda məruzə edib - FOTO
Bu gün, 02:07
Ramiz Mehdiyevin DÖVLƏT ÇEVRİLİŞİ PLANI OLUBSA...
Bu gün, 02:03
Ramiz Mehdiyevin FHN-də müavin olan oğlu NƏ OLACAQ: Kəmaləddin Heydərov da bilmir - CAVABINI BİLƏN YOXDUR
Bu gün, 00:16
İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür
Bu gün, 00:07
Ramiz Mehdiyev ev dustaqlığında: qanun nələrə icazə verir, nələri qadağan edir? - DETALLAR
Dünən, 23:41
“Ad günü” filminin gürcü qəhrəmanı “Sənətkar” medalı ilə təltif edilib - FOTO
Dünən, 23:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru