"Mehdiyevə belə ağır ittiham verilibsə, qulbeçələr də üzə çıxacaq" .....                     Sülhü unudun, müharibə bu qədər davam edəcək .....                     Ramiz Mehdiyev bu cinayətləri tək törətməyib! .....                     Əliyev onunla danışdı, İrəvana şad xəbər verildi .....                     YAP Ramiz Mehdiyevlə bağlı QƏRAR VERƏCƏK... .....                     Tramp poster yaydı: .....                     Xəritə yayıldı: bu ərazilər Azərbaycan və Türkiyəyə verilir .....                     Rüfət Həsənova SOCAR-da yeni vəzifələr verildi .....                     Ramiz Mehdiyevin bankının taleyi: Qaranlıqdır... .....                     Böyük Britaniya Azərbaycan və Ermənistanla münasibətləri normallaşdırır .....                     "“Ağsaqqalı” təbrik edirəm! Düşərli olsun.." .....                     Əflatun Amaşova yeni vəzifə verildi .....                     Azərbaycanlı "qanuni oğru" .....                     Məşhur general işdən azad edildi .....                     Feyziyev indi də Naxçıvanda ARANI QATMAQDADIR... .....                     Azərbaycanda banklar gəlir və zərərlərini açılqayıb .....                     Mehdiyevlərin bankı yalan məlumat yayıb: Gizlətməyə çalışırlar? .....                     “Ənvər Həsənov Fəxri Xiyabanda dəfn olunmayıbsa, ona qəbirüstü abidə qoyulmamalıdır?” .....                     Mehdiyevin həbsi: Evini kəşfiyyat qərargahına çevirib? .....                     Ermənistanda keşiş həbs olunub, .....                     "Dövlətə xəyanət və çevriliş cəhdi çox ciddi məsələdir" .....                     Naxçıvanda təhsil naziri ÖZÜNÜ PADŞAH HESAB EDİR... .....                     AÇG və "Şahdəniz"dən indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb .....                     AZƏRİQAZ-da Əmək Məcəlləsini HƏRLƏYƏN YOXDUR... .....                     Qaluzin çalışır ki... .....                     Ramiz Mehdiyevin öldürülməsinə imkan verməyin... .....                     İŞİD-ə qarşı ƏMƏLİYYAT: iki azərbaycanlı axtarışa verildi .....                     Rövşən Nəcəflə bağlı hüquq-mühafizə orqanlarına ÇAĞIRIŞ EDİLDİ .....                     Mehdiyevin AMEA-dakı UZANTILARI NƏ OLACAQ? .....                     Rusiyanın tez-tez Xəzər mövzusuna qayıtmasının bir səbəbi var... .....                     Kobaxidze ATƏT sədri ilə görüşünü ləğv edib .....                     Xalq artisti Ramiz Quliyev vəfat edib .....                     Sabunçuda Qarabağ Qazisinin GÜNÜNÜ QARA EDİBLƏR... .....                     33 yaşlı kişi 11 yaşlı qıza təcavüz etdi .....                     “Universitetə attestatla qəbul etdirəcəm” deyərək dələduzluq etdi .....                     “Blokda olan kartımdan pul oğurlayıblar” .....                     ATƏT rəhbəri Gürcüstandakı etiraz aksiyasına qatıldı .....                     On bir il əvvəl arvadını öldürdü, həbsdən çıxıb onunla münasibətlərindən şübhələndiyi kişini qətlə yetirdi .....                     "İzmir Restoran" qalmaqallı məhkəmə prosesində yenidən uduzdu .....                     Zaur Baxşəliyev efirdəki bu sözünə görə məhkəmədə ifadə verdi .....                 

Rusiyanın tez-tez Xəzər mövzusuna qayıtmasının bir səbəbi var... - o da...
Tarix: Bu gün, 10:19 | Çap et

Oktyabrın 13-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov dörd Xəzəryanı dövlətin diplomatik missiyalarının rəhbərləri ilə görüş keçirib. İclasda Azərbaycanı səfir Rəhman Mustafayev təmsil edib. Xəzər regionunda çoxşaxəli əməkdaşlıq və “beşlik” çərçivəsində qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi, o cümlədən Xəzəryanı dövlətlər arasında sammitə və yüksək səviyyəli görüşlərə hazırlıqla bağlı geniş spektrli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Yada salaq ki, ötən həftə Azərbaycan, İran, Rusiya və Qazaxıstan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində təhlükəsizliyin möhkəmləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə strateji əməkdaşlıq sazişi imzalayıb. Bu müqavilənin müddəalarına görə, heç bir xarici dövlətin və ya qeyri-regional dövlətin Xəzər dənizinin daxili işlərinə qarışmaq hüququ olmayacaq. Vurğulanır ki, Xəzər dənizinin təhlükəsizliyini yalnız Xəzəryanı dövlətlər özləri təmin etməlidir.

2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində 5 Xəzəryanı dövlətin - Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın iştirakı ilə Xəzər dənizinin statusu haqqında konvensiya imzalandı. Konvensiyada təhlükəsizlik məsələlərinə də toxunularaq Xəzər dənizində tərəflərə məxsus olmayan silahlı qüvvələrin mövcud olmaması, tərəflərdən hər hansının əleyhinə təcavüz və digər hərbi fəaliyyətin həyata keçirilməsi üçün hər hansı bir tərəfin öz ərazisini digər dövlətlərə verməməsi kimi prinsiplər, həmçinin tərəflərə məxsus gəmilərin (mülki və hərbi) ərazi sularından keçidi, daxili sulara daxil olması və tərk etməsi şərtləri də göstərilib. “Xəzər beşliyi” adlanan və aralarında Azərbaycanın da olduğu ölkələrin su sərhədlərini müəyyənləşdirən bu Konvensiya barədə müxtəlif fikirlər mövcuddur. Bəziləri imzalanan sazişin yalnız Rusiyanın lehinə oluduğunu, digər ölkələrin isə güzəştə getdiyini önə sürürlər. Azərbaycanın rəsmi orqanları isə Xəzərin statusunda böyük nailiyyətlər qazandığını iddia edirlər.

Dünyada təsbit olunmuş neft ehtiyatlarının 6%, təbii qazın isə 8%-ni özündə cəmləşdirən bu göl həm də balıqçılığı ilə böyük şöhrət qazanıb. Dünya kürü ehtiyacının 90%-ə yaxını Xəzərdə istehsal olunur. Bu qədər iqtisadi önəmə sahib olan su hövzəsinin hansı ölkə tərəfindən necə istifadə ediləcəyi təkcə region dövlətlərini deyil, həm də qlobal güc mərkəzlərini də yaxından maraqlandırır. Üstəlik, Xəzər dənizi Çin və Avropa arasında qurulan İpək yolu marşrutunun da mühüm keçid nöqtələrindəndir.

İndi yenidən tərəflərin belə bir sənəd imzalaması haqlı suallar doğurub. Lavrovun isə dörd Xəzəryanı dövlətin diplomatik missiyalarının rəhbərləri ilə görüşmək zərurəti ortaya çıxıb. Rusiyanın Xəzəryanı ölkələrə xüsusi diqqətin səbəbi nədir?

Deputat Arzuxan Əlizadə qeyd etdi ki, Lavrov növbəti illik görüş keçirib və hər il belə toplantılar olur. Onun sözlərinə görə, xarici işlər nazirləri səviyyəsində görüşlər olur, bu dəfə isə səfirlər səviyyəsində danışıqlar aparılıb: “Görünür ki, Rusiya Xəzər dənizinə ciddi əhəmiyyət verir və su sərhədi olan ölkələrlə əməkdaşlıqda özünü maraqlı göstərir. Əslində isə Rusiya fikirləşir ki, Xəzəryanı ölkələrlə gərginliyi olarsa, Cənubi Qafqaza və Orta Asiyaya təsirləri azala bilər. Ona görə hələ iki il əvvəl Lavrov Xəzər Şurasının yaradılmasını təklif etmişdi. Bu ad altında təşkilat yaranardısa, nizamnamə gündəmə gələcəkdi və burada Rusiya dominant olacaqdı. Amma müharibə ardıcıl şəkildə Rusiyanın strateji itkilərinə səbəb olur. Yəni hətta Xəzərdə əvvəlki mövqeyə sahib deyil. Qara dənizdə də gücü o səviyyədə deyil. Bu səbəbdən Xəzər hövzəsi ölkələrinə diqqəti artırıb”.

A.Əlizadə vurğuladı ki, Xəzərin təhlükəsizliyi ilə bağlı növbəti müzakirələr istisna edilmir: “Bu da dövlət başçıları, diplomatlar səviyyəsində gündəmə gətirilə bilər. Eyni zamanda Xəzər Şurasının yaradılması təklifi ilə yanaşı, 5 ölkənin məsuliyyət daşıdığını deməklə ona işarə vurur ki, onlar kənar qüvvələri regiona cəlb etməsinlər, təsir imkanları tanınmasın. Çünki gələcəkdə Xəzəryanı ölkələrin ikitərəfli və çoxtərəfli əlaqələri fonunda regiondan kənar dövlətlərin Xəzər dənizinə çıxışı istisna edilmir. Bu da Rusiyanın maraqlarına uyğun gəlmir və özünün təsir dairəsindən kənara çıxılmasını istəmir”.

Analitik Ramiyə Məmmədova isə qeyd etdi ki, əvvəla Aktau Konvensiyasının tələblərinə nəzər salanda mühüm bir nüansa diqqət yetirmək lazımdır: “Bu da qlobal güc mərkəzlərinin geostrateji savaşlarının sənəddə öz əksini tapmasıdır. Belə ki, konvensiyada sahildaş dövlətlər xarici orduların Xəzərdə məskunlaşmasına izn verməyəcəkləri öhdəliyi götürüblər. Rusiya üçün bundan vacib hal yoxdur. Bu gün NATO ilə Ukraynada döyüşən Rusiyaya suda, havada, quruda ciddi problemlər yaranıb. Qara dənizdəki donanması xeyli dərəcədə sıradan çıxarılıb, Türkiyə hesabına çıxış əldə edir. Ona görə də Rusiya üçün NATO-nun şərqə doğru genişlənməsi məsələsi təkcə quruda yox, sularda da "qırmızı xətt" sayılır. Halbuki Finlandiya və İsveç alyansa qoşulmaqla Baltik gölü “NATO gölü”nə çevrildi. Eyni zamanda, az əvvəl dediyim kimi, Qara dənizdə ciddi itkiləri var. İndi Rusiya istəməz ki, okeana çıxışı olmayan Xəzərə də sahil ölkələrindən birinin vasitəsilə kənar güclər gələ bilsinlər".

Ekspert qeyd etdi ki, Lavrovun və ümumən Rusiyanın tez-tez Xəzər mövzusuna qayıtması bu narahatlıqdan irəli gəlir: “Çünki geostrateji qarşıdurmada yalnız quruda getmir. Rusiya regiondan kənar ölkələrin gəmilərini Xəzərdə arzulamır. Yeri gəlmişkən, İran da Rusiya kimi yanaşır. Hətta Xəzərdən uzaqda yerləşən Çinin də dövlət maraqlarına uyğundur. İntəhası, Xəzərin Azərbaycan, Qazaxıstan və Türkmənistan sektorunda neft-qaz layihələri gerçəkləşir. Bu işlərə böyük miqdarda kapital yatırılıb. Xüsusən də ABŞ enerji layihələrində iştirak edir. Vaşinqtonun Konvensiya ilə razılaşacağını gözləmək sadəlövhlük olardı. O baxımdan, ABŞ-nin regiona dənizdən həmlələri, təsir gücünü artırmaq cəhdləri davam edəcək. Xüsusən də NATO-nun Qara dənizdə lövbər salması onun Xəzərdə də təsirlərini gücləndirmək iştahını artırır”.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Mehdiyevə belə ağır ittiham verilibsə, qulbeçələr də üzə çıxacaq" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:35
Sülhü unudun, müharibə bu qədər davam edəcək - Ukraynanın müttəfiqindən sensasion iddia
Bu gün, 12:32
Ramiz Mehdiyev bu cinayətləri tək törətməyib! - Adlar AÇIQLANDI
Bu gün, 12:29
Əliyev onunla danışdı, İrəvana şad xəbər verildi – 33 il sonra təkrar başlayır
Bu gün, 12:24
YAP Ramiz Mehdiyevlə bağlı QƏRAR VERƏCƏK... - "MÜTLƏQ..."
Bu gün, 12:20
Tramp poster yaydı: - Tramp poster yaydı:Ermənistan və Azərbaycan arasında müharibə…
Bu gün, 12:15
Xəritə yayıldı: bu ərazilər Azərbaycan və Türkiyəyə verilir - Geqamyan
Bu gün, 12:13
Rüfət Həsənova SOCAR-da yeni vəzifələr verildi - ƏMR
Bu gün, 12:09
Ramiz Mehdiyevin bankının taleyi: Qaranlıqdır... - ŞƏRH
Bu gün, 12:08
Böyük Britaniya Azərbaycan və Ermənistanla münasibətləri normallaşdırır - Görünəni budur ki...
Bu gün, 12:05
"“Ağsaqqalı” təbrik edirəm! Düşərli olsun.." - Keçmiş icra başçı Ramiz Mehdiyevə SÖZ ATDI...
Bu gün, 11:59
Əflatun Amaşova yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 11:57
Azərbaycanlı "qanuni oğru" HƏBS OLUNDU
Bu gün, 11:55
Məşhur general işdən azad edildi - ƏMR
Bu gün, 11:50
Feyziyev indi də Naxçıvanda ARANI QATMAQDADIR... - NARAZILIQ VAR...
Bu gün, 11:47
Azərbaycanda banklar gəlir və zərərlərini açılqayıb - SİYAHI
Bu gün, 11:32
Mehdiyevlərin bankı yalan məlumat yayıb: Gizlətməyə çalışırlar? - TƏFƏRRÜAT
Bu gün, 11:27
“Ənvər Həsənov Fəxri Xiyabanda dəfn olunmayıbsa, ona qəbirüstü abidə qoyulmamalıdır?” - Şeyx Əbdüldən ETİRAZ
Bu gün, 11:23
Mehdiyevin həbsi: Evini kəşfiyyat qərargahına çevirib? - Açıqlama
Bu gün, 11:20
Ermənistanda keşiş həbs olunub, II Qareginin qohumunun evində axtarış aparılıb
Bu gün, 11:17
"Dövlətə xəyanət və çevriliş cəhdi çox ciddi məsələdir" - Misir Mərdanov Ramiz Mehdiyevdən DANIŞDI
Bu gün, 11:07
Naxçıvanda təhsil naziri ÖZÜNÜ PADŞAH HESAB EDİR... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 11:04
AÇG və "Şahdəniz"dən indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb
Bu gün, 10:59
AZƏRİQAZ-da Əmək Məcəlləsini HƏRLƏYƏN YOXDUR... - NARAZILIQ VAR...
Bu gün, 10:58
Qaluzin çalışır ki... - AKTUAL
Bu gün, 10:52
Ramiz Mehdiyevin öldürülməsinə imkan verməyin... - Hüquqşünasdan ÇAĞIRIŞ
Bu gün, 10:44
İŞİD-ə qarşı ƏMƏLİYYAT: iki azərbaycanlı axtarışa verildi - DETALLAR
Bu gün, 10:41
Rövşən Nəcəflə bağlı hüquq-mühafizə orqanlarına ÇAĞIRIŞ EDİLDİ - "Onları bu yaşda kim işə qəbul edəcək?"
Bu gün, 10:36
Mehdiyevin AMEA-dakı UZANTILARI NƏ OLACAQ? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:27
Rusiyanın tez-tez Xəzər mövzusuna qayıtmasının bir səbəbi var... - o da...
Bu gün, 10:19
Kobaxidze ATƏT sədri ilə görüşünü ləğv edib - KİV
Bu gün, 10:16
Xalq artisti Ramiz Quliyev vəfat edib
Bu gün, 10:15
Sabunçuda Qarabağ Qazisinin GÜNÜNÜ QARA EDİBLƏR... - "Bəlkə Sabunçuda başqa qanunlar var..."
Bu gün, 10:13
33 yaşlı kişi 11 yaşlı qıza təcavüz etdi - Gəncədəki dəhşətli cinayətin TƏFƏRRÜATI
Bu gün, 09:55
“Universitetə attestatla qəbul etdirəcəm” deyərək dələduzluq etdi - QƏRAR
Bu gün, 09:52
“Blokda olan kartımdan pul oğurlayıblar” - BU NƏDİ BELƏ?
Bu gün, 09:51
ATƏT rəhbəri Gürcüstandakı etiraz aksiyasına qatıldı - "Onların demokratiya, söz azadlığı və fundamental insan haqları hüququ var..."
Bu gün, 09:49
On bir il əvvəl arvadını öldürdü, həbsdən çıxıb onunla münasibətlərindən şübhələndiyi kişini qətlə yetirdi - TƏFƏRRÜAT
Bu gün, 09:47
"İzmir Restoran" qalmaqallı məhkəmə prosesində yenidən uduzdu
Bu gün, 09:42
Zaur Baxşəliyev efirdəki bu sözünə görə məhkəmədə ifadə verdi - TƏFƏRRÜAT
Bu gün, 09:34
ABŞ Yaxın Şərqə gətirdiyi silahları İrana qarşı yönəldəcək - Hərbi ekspert
Bu gün, 09:30
“Zabrat Maşınqayırma Zavodu”nun nizamnamə kapitalından 1,8 milyon manat - GERİ GÖTÜRÜLÜR
Bu gün, 09:24
Kremldən idarə olunan revanşistlər nəyə nail ola biləcəklər - GƏLİŞMƏ
Bu gün, 09:18
Ramiz Mehdiyev özü ilə HANSI MƏMURU APARACAQ? - AKTUAL
Bu gün, 09:07
Fuad Nəcəfli ilə Vasif Talıbovun FƏRQİ NƏ OLDU Kİ:" `Onlara vətən xaini de, işə xitam verdirək...` - NAXÇIVAN DÜZƏLMİR Kİ, DÜZƏLMİR...
Bu gün, 09:04
Daha bir bankın taleyi SUAL ALTINDADIR - Rəqəmlər başqadır, amma...
Bu gün, 08:57
Rəsmi Bakı bir daha öz böyüklüyünü dünyaya nümayiş etdirdi - Yeni Dehli bunu necə qiymətləndirəcək?
Bu gün, 08:50
Tramp bu gün FTB direktoru ilə mətbuat konfransı keçirəcək
Bu gün, 08:48
Türkiyədə qərar: Azərbaycanlılar hansı üstünlüklər qazandı? - ARAŞDIRMA
Bu gün, 08:02
Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni direktoru kim olacaq? - Deyilənə görə...
Bu gün, 07:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru