Qalstyanın Türkiyəyə səfəri qadağan edildi .....                     “Premium Bank”ın 3-cü rübdə mənfəəti azalıb .....                     Çiskinli yağış yağacağı ehtimalı var .....                     "5-ci kolon" çökdürülür: “Kardinal” sıradan ÇIXARILDI .....                     Xarici şirkətin filialı 23 milyon manatlıq tenderin .....                     İmişlidə marketdə BİABIRÇILIQ: şokoladlardan qurd çıxdı .....                     “Bu, 60-70-ci illərin primitiv dezinfeksiya üsullarıdır!” .....                     “Namiqə “Qaraçuxur” təxəllüsünü mən vermişəm, çıxıb efirdə dedi ki, kasetyazanlar...” .....                     "Mehdiyevə belə ağır ittiham verilibsə, qulbeçələr də üzə çıxacaq" .....                     Sülhü unudun, müharibə bu qədər davam edəcək .....                     Ramiz Mehdiyev bu cinayətləri tək törətməyib! .....                     Əliyev onunla danışdı, İrəvana şad xəbər verildi .....                     YAP Ramiz Mehdiyevlə bağlı QƏRAR VERƏCƏK... .....                     Tramp poster yaydı: .....                     Xəritə yayıldı: bu ərazilər Azərbaycan və Türkiyəyə verilir .....                     Rüfət Həsənova SOCAR-da yeni vəzifələr verildi .....                     Ramiz Mehdiyevin bankının taleyi: Qaranlıqdır... .....                     Böyük Britaniya Azərbaycan və Ermənistanla münasibətləri normallaşdırır .....                     "“Ağsaqqalı” təbrik edirəm! Düşərli olsun.." .....                     Əflatun Amaşova yeni vəzifə verildi .....                     Azərbaycanlı "qanuni oğru" .....                     Məşhur general işdən azad edildi .....                     Feyziyev indi də Naxçıvanda ARANI QATMAQDADIR... .....                     Azərbaycanda banklar gəlir və zərərlərini açılqayıb .....                     Mehdiyevlərin bankı yalan məlumat yayıb: Gizlətməyə çalışırlar? .....                     “Ənvər Həsənov Fəxri Xiyabanda dəfn olunmayıbsa, ona qəbirüstü abidə qoyulmamalıdır?” .....                     Mehdiyevin həbsi: Evini kəşfiyyat qərargahına çevirib? .....                     Ermənistanda keşiş həbs olunub, .....                     "Dövlətə xəyanət və çevriliş cəhdi çox ciddi məsələdir" .....                     Naxçıvanda təhsil naziri ÖZÜNÜ PADŞAH HESAB EDİR... .....                     AÇG və "Şahdəniz"dən indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb .....                     AZƏRİQAZ-da Əmək Məcəlləsini HƏRLƏYƏN YOXDUR... .....                     Qaluzin çalışır ki... .....                     Ramiz Mehdiyevin öldürülməsinə imkan verməyin... .....                     İŞİD-ə qarşı ƏMƏLİYYAT: iki azərbaycanlı axtarışa verildi .....                     Rövşən Nəcəflə bağlı hüquq-mühafizə orqanlarına ÇAĞIRIŞ EDİLDİ .....                     Mehdiyevin AMEA-dakı UZANTILARI NƏ OLACAQ? .....                     Rusiyanın tez-tez Xəzər mövzusuna qayıtmasının bir səbəbi var... .....                     Kobaxidze ATƏT sədri ilə görüşünü ləğv edib .....                     Xalq artisti Ramiz Quliyev vəfat edib .....                 

“Ənvər Həsənov Fəxri Xiyabanda dəfn olunmayıbsa, ona qəbirüstü abidə qoyulmamalıdır?” - Şeyx Əbdüldən ETİRAZ
Tarix: Bu gün, 11:23 | Çap et

Mədəniyyət Nazirliyi Xalq artisti Ənvər Həsənovun qəbirüstü abidəsinin hazırlanmasından imtina edib. Xalq artistinin qızı Aytən Həsənova deyib ki, atası dünyasını dəyişəndən bir neçə gün sonra ailə abidənin hazırlanması üçün Mədəniyyət Nazirliyinə müraciət edib: “Bizə bildirdilər ki, atam Fəxri Xiyabanda dəfn olunmadığı üçün qəbirüstü abidəni hazırlaya bilməzlər”.

Mədəniyyət Nazirliyi isə məlumata aydınlıq gətirib. Nazirlik bildirib ki, Mədəniyyət Nazirliyinin fəaliyyəti “Mədəniyyət haqqında” Qanun və digər müvafiq normativ-hüquqi aktlarla müəyyən olunur: “Nazirliyin əsas vəzifəsi milli mədəni irsin qorunması, incəsənətin və yaradıcı mühitin inkişaf etdirilməsi, həmçinin mədəniyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsidir. Qəbirüstü abidələrin hazırlanması və quraşdırılması məsələləri Mədəniyyət Nazirliyinin səlahiyyət dairəsinə daxil deyil və bu istiqamətdə qərarlar, adətən, ailə üzvlərinin təşəbbüsü ilə həyata keçirilir. Bununla belə, nazirlik Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) və digər müvafiq qurumlarla birgə mümkün dəstək imkanlarının tapılması istiqamətində də çalışır.

Eyni zamanda qeyd olunmalıdır ki, Xalq artisti Ənvər Həsənovun səhhətinin ağır olduğu dövrdə nazirlik onun vəziyyətini daim diqqətdə saxlamış, müalicə prosesinə mümkün dəstəyi göstərmişdir. Sənətkarın vəfatından sonra da nazirlik onun xatirəsinin yad edilməsi tədbirlərinə, həmçinin ailəsinə mənəvi və təşkilati dəstəyini nümayiş etdirmişdir.

Mədəniyyət Nazirliyi Xalq artisti Ənvər Həsənovun zəngin yaradıcılıq irsini yüksək qiymətləndirir, onun Azərbaycan mədəniyyətində dərin iz qoyan fəaliyyətini böyük ehtiramla xatırlayır və sənətkarın xatirəsinin yaşadılmasına yönəlmiş təşəbbüsləri səlahiyyətləri çərçivəsində gələcəkdə də dəstəkləməyə hazırdır".

“Mənim Mədəniyyət Nazirliyinə əmr vermək kimi səlahiyyətim yoxdur. İctimai təşkilatıq”. Bunu da “Qaynarinfo”ya açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev Mədəniyyət Nazirliyinin Ənvər Həsənovun qəbirüstü abidəsinin hazırlanmasından imtina etməsinə aydınlıq gətirərkən deyib.

Sədr sənət adamlarının kateqoriyalarına görə dəfn olunduğunu xatırladıb: “Mən buna neynim? İnsanlar kateqoriyalarına görə dəfn edilir. Kateqoriyaları üstün olanlar Birinci Fəxri Xiyabanda, ondan az olanlar "Qurd Qapısı" qəbiristanlığında dəfn edilir. Əminə Yusifqızını da orada basdırdılar. Biz ictimai təşkilatıq, belə məsələlər isə nazirliyin səlahiyyətindədir".

Xatırladaq ki, Xalq artisti Ənvər Həsənov bu ilin mart ayında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Sənətkar ailəsinin arzusu ilə Bakının Buzovna qəsəbəsində yerləşən ailə qəbiristanlığında, həyat yoldaşı, tanınmış aktrisa Möminat Qurbanovanın məzarı yanında dəfn olunub.

Ənvər Həsənov Azərbaycan kinosunun unudulmaz simalarından biri kimi tamaşaçıların yaddaşında silinməz iz buraxıb. Onun “Yeddi oğul istərəm” filmində canlandırdığı Cəlal, eləcə də “Uşaqlığın son gecəsi” filmindəki Murad obrazı aktyorun yüksək peşəkarlığını nümayiş etdirib.

Bununla belə, xalq artistinin vəfatından aylar keçməsinə baxmayaraq, məzarının üstündə hələ də abidə ucaldılmaması cəmiyyətdə, xüsusilə kino ictimaiyyəti və sənətsevərlər arasında ciddi narazılıq doğurub. Sənət adamları bu halı həm Ənvər Həsənovun sənət irsinə, həm də ümumilikdə mədəni irsə qarşı biganəlik kimi qiymətləndirirlər.

Mövzu ilə bağlı Xalq artisti, kinorejissor-aktyor Şeyx Əbdül Mahmudov “Yeni Müsavat”a danışıb: “Bu məsələ mənim ən ağrılı yerimdir. Şəxsən mən bu məsələdə çox acı çəkirəm. Ənvər Həsənov ömrünü kinoya həsr edib, ən böyük filmlərdə oynayıb. İndi yalnız bir qızı var, o da xəstədir və onun imkanı yoxdur ki, qəbirüstü abidə düzəltsin.

Hüquqi baxımdan belə məsələlərdə hansı qurumun səlahiyyətli olduğunu dəqiq bilmirəm, amma hesab edirəm ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı dövlət tərəfindən aldığı vəsaitdən istifadə edərək Ənvər Həsənov üçün qəbirüstü abidənin hazırlanmasına köməklik edə bilər. Azərbaycanda ikinci belə Ənvər Həsənov olmayıb. Mənim də imkanım yoxdur, kömək edə bilmirəm. Bəs indi necə olsun? Əminəm ki, təsadüfi adamlara qoyulan bəzi abidələr vaxtı gələndə dağılsa da, Ənvər Həsənovun filmləri insanlara əbədi olaraq qalacaq, ürəklərdə abidə kimidir. Niyə bu abidəni düzəltmirlər? Nə böyük işdir ki? Ona görə də həmişə demişəm: kino ittifaqının rəhbərliyinə kinorejissor gətirilməlidir. Rejissorlar bilirlər kimə necə dəyər vermək lazımdır. Bu gün orada rəhbər olanlar isə gördüyünüz kimi, kino üçün, kino adamları üçün heç nə etmirlər. Əgər bu gün həmin qurum bu cür hallara kömək etməyəcəksə, o zaman o qurumun nə işi var? Dəfələrlə demişəm ki, kino ittifaqı bağlanmalıdır, çünki heç bir işə yaramır, fəaliyyət göstərmir, sadəcə, dövlətdən vəsait alırlar. Beləmi olmalıdır - bir Ənvər Həsənova qəbirüstü abidə qoyulmasın? İndi nə olsun ki, o, Fəxri Xiyabanda dəfn olunmayıb? Burada mənəviyyat məsələsi durur. Onun xanımı da çox gözəl aktrisa olub. Hər ikisi üçün abidə, başdaşı düzəltmək nə dərəcədə çətin olar? Bu abidə nəinki Ənvər Həsənova, nəinki onun xanımına lazımdı, bu, Azərbaycan xalqına lazımdır. Gələcək nəsillərə lazımdır. Onlar haqq dünyasına köçüblər, bizə qalır onlara hörmət etmək".

Deputat, parlamentin Mədəniyyət komissiyasının sədri Fazil Mustafa isə qeyd edib ki, qəbirüstü abidənin qoyulması məsələsi qanunvericiliyə əsasən hər hansı bir dövlət qurumunun birbaşa səlahiyyətinə aid deyil: “Adətən bu cür təşəbbüsləri dövlətin müxtəlif qurumları və ya fondlar həyata keçirir, lakin bu, sırf humanitar xarakter daşıyan bir addım kimi qiymətləndirilir. Əgər büdcədə bu istiqamətdə vəsait nəzərdə tutulmayıbsa, Mədəniyyət Nazirliyinin həmin işi görməsi praktiki olaraq mümkünsüzdür. Buna görə də bu mövzuya dair verilən cavablar əslində məhz bu səbəbdən yaranır. Amma ümumilikdə Ənvər Həsənov Azərbaycanın çox dəyərli sənət adamı, böyük şəxsiyyətlərindən biri idi. Onun xatirəsini əbədiləşdirmək üçün dövlət qurumlarının birbaşa addım atması çətin görünür. Bu işi daha çox xeyirxah insanlar, iş adamları, sənətkarın pərəstişkarları və onun sənətinə dəyər verən şəxslər fərdi təşəbbüs kimi həyata keçirə bilərlər.

Bu səbəbdən də bu cür müraciətlərə verilən cavabları kimisə ittiham kimi qəbul etmək doğru olmaz. Çünki belə bir işin görülməsi üçün mütləq büdcə vəsaiti ayrılmalıdır, əgər bu vəsait yoxdursa, dövlət qurumları da faktiki olaraq hər hansı addım ata bilmirlər. Belə hallarda məsələ çox vaxt fərdi təşəbbüslə, yəni ailə üzvlərinin, yaxın qohumların və ya könüllü şəkildə bu işə qoşulan şəxslərin vasitəsilə həll olunur. Əgər ailənin imkanı və təşəbbüsü yoxdursa, bu zaman vəziyyət doğrudan da çətinləşir. Ona görə də, qeyd etdiyim kimi, bu məsələyə daha obyektiv baxmaq lazımdır".

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qalstyanın Türkiyəyə səfəri qadağan edildi - “Hraparak”
Bu gün, 13:07
“Premium Bank”ın 3-cü rübdə mənfəəti azalıb
Bu gün, 13:06
Çiskinli yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 13:04
"5-ci kolon" çökdürülür: “Kardinal” sıradan ÇIXARILDI - BUNDAN SONRA...
Bu gün, 12:58
Xarici şirkətin filialı 23 milyon manatlıq tenderin - QALİBİ SEÇİLDİ
Bu gün, 12:54
İmişlidə marketdə BİABIRÇILIQ: şokoladlardan qurd çıxdı - FOTO
Bu gün, 12:52
“Bu, 60-70-ci illərin primitiv dezinfeksiya üsullarıdır!” - AQTA-ya ETİRAZ!
Bu gün, 12:50
“Namiqə “Qaraçuxur” təxəllüsünü mən vermişəm, çıxıb efirdə dedi ki, kasetyazanlar...” - məşhurlara təxəllüs verən ŞİRZAD
Bu gün, 12:38
"Mehdiyevə belə ağır ittiham verilibsə, qulbeçələr də üzə çıxacaq" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:35
Sülhü unudun, müharibə bu qədər davam edəcək - Ukraynanın müttəfiqindən sensasion iddia
Bu gün, 12:32
Ramiz Mehdiyev bu cinayətləri tək törətməyib! - Adlar AÇIQLANDI
Bu gün, 12:29
Əliyev onunla danışdı, İrəvana şad xəbər verildi – 33 il sonra təkrar başlayır
Bu gün, 12:24
YAP Ramiz Mehdiyevlə bağlı QƏRAR VERƏCƏK... - "MÜTLƏQ..."
Bu gün, 12:20
Tramp poster yaydı: - Tramp poster yaydı:Ermənistan və Azərbaycan arasında müharibə…
Bu gün, 12:15
Xəritə yayıldı: bu ərazilər Azərbaycan və Türkiyəyə verilir - Geqamyan
Bu gün, 12:13
Rüfət Həsənova SOCAR-da yeni vəzifələr verildi - ƏMR
Bu gün, 12:09
Ramiz Mehdiyevin bankının taleyi: Qaranlıqdır... - ŞƏRH
Bu gün, 12:08
Böyük Britaniya Azərbaycan və Ermənistanla münasibətləri normallaşdırır - Görünəni budur ki...
Bu gün, 12:05
"“Ağsaqqalı” təbrik edirəm! Düşərli olsun.." - Keçmiş icra başçı Ramiz Mehdiyevə SÖZ ATDI...
Bu gün, 11:59
Əflatun Amaşova yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 11:57
Azərbaycanlı "qanuni oğru" HƏBS OLUNDU
Bu gün, 11:55
Məşhur general işdən azad edildi - ƏMR
Bu gün, 11:50
Feyziyev indi də Naxçıvanda ARANI QATMAQDADIR... - NARAZILIQ VAR...
Bu gün, 11:47
Azərbaycanda banklar gəlir və zərərlərini açılqayıb - SİYAHI
Bu gün, 11:32
Mehdiyevlərin bankı yalan məlumat yayıb: Gizlətməyə çalışırlar? - TƏFƏRRÜAT
Bu gün, 11:27
“Ənvər Həsənov Fəxri Xiyabanda dəfn olunmayıbsa, ona qəbirüstü abidə qoyulmamalıdır?” - Şeyx Əbdüldən ETİRAZ
Bu gün, 11:23
Mehdiyevin həbsi: Evini kəşfiyyat qərargahına çevirib? - Açıqlama
Bu gün, 11:20
Ermənistanda keşiş həbs olunub, II Qareginin qohumunun evində axtarış aparılıb
Bu gün, 11:17
"Dövlətə xəyanət və çevriliş cəhdi çox ciddi məsələdir" - Misir Mərdanov Ramiz Mehdiyevdən DANIŞDI
Bu gün, 11:07
Naxçıvanda təhsil naziri ÖZÜNÜ PADŞAH HESAB EDİR... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 11:04
AÇG və "Şahdəniz"dən indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb
Bu gün, 10:59
AZƏRİQAZ-da Əmək Məcəlləsini HƏRLƏYƏN YOXDUR... - NARAZILIQ VAR...
Bu gün, 10:58
Qaluzin çalışır ki... - AKTUAL
Bu gün, 10:52
Ramiz Mehdiyevin öldürülməsinə imkan verməyin... - Hüquqşünasdan ÇAĞIRIŞ
Bu gün, 10:44
İŞİD-ə qarşı ƏMƏLİYYAT: iki azərbaycanlı axtarışa verildi - DETALLAR
Bu gün, 10:41
Rövşən Nəcəflə bağlı hüquq-mühafizə orqanlarına ÇAĞIRIŞ EDİLDİ - "Onları bu yaşda kim işə qəbul edəcək?"
Bu gün, 10:36
Mehdiyevin AMEA-dakı UZANTILARI NƏ OLACAQ? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:27
Rusiyanın tez-tez Xəzər mövzusuna qayıtmasının bir səbəbi var... - o da...
Bu gün, 10:19
Kobaxidze ATƏT sədri ilə görüşünü ləğv edib - KİV
Bu gün, 10:16
Xalq artisti Ramiz Quliyev vəfat edib
Bu gün, 10:15
Sabunçuda Qarabağ Qazisinin GÜNÜNÜ QARA EDİBLƏR... - "Bəlkə Sabunçuda başqa qanunlar var..."
Bu gün, 10:13
33 yaşlı kişi 11 yaşlı qıza təcavüz etdi - Gəncədəki dəhşətli cinayətin TƏFƏRRÜATI
Bu gün, 09:55
“Universitetə attestatla qəbul etdirəcəm” deyərək dələduzluq etdi - QƏRAR
Bu gün, 09:52
“Blokda olan kartımdan pul oğurlayıblar” - BU NƏDİ BELƏ?
Bu gün, 09:51
ATƏT rəhbəri Gürcüstandakı etiraz aksiyasına qatıldı - "Onların demokratiya, söz azadlığı və fundamental insan haqları hüququ var..."
Bu gün, 09:49
On bir il əvvəl arvadını öldürdü, həbsdən çıxıb onunla münasibətlərindən şübhələndiyi kişini qətlə yetirdi - TƏFƏRRÜAT
Bu gün, 09:47
"İzmir Restoran" qalmaqallı məhkəmə prosesində yenidən uduzdu
Bu gün, 09:42
Zaur Baxşəliyev efirdəki bu sözünə görə məhkəmədə ifadə verdi - TƏFƏRRÜAT
Bu gün, 09:34
ABŞ Yaxın Şərqə gətirdiyi silahları İrana qarşı yönəldəcək - Hərbi ekspert
Bu gün, 09:30
“Zabrat Maşınqayırma Zavodu”nun nizamnamə kapitalından 1,8 milyon manat - GERİ GÖTÜRÜLÜR
Bu gün, 09:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru