Xəbər verdiyimiz kimi, Ramiz Mehdiyev həbs edilib. Onun həbsi ilə bağlı bəzi detallar məlum olub.
"DİA-AZ" xəbər verir ki, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edib. Qərara əsasən, onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Yerli mətbuatda gedən yazılara görə, Mehdiyevin təqsirləndirildiyi maddələrin sanksiya həddi ömürlük azadlıqdan məhrumetməyə qədər nəzərdə tutur.
İstintaq orqanı Ramiz Mehdiyevin yaşını və səhhətini nəzərə alaraq, ibtidai istintaq dövründə onun ev dustaqlığı şəraitində saxlanılmasını uyğun hesab edib.